Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə18/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

 
54
qalenit, sfalerit, xalkopirit və ya malaxit möhtəviləri rast gəlinir. Sülfid-
lər  əksər hallarda qələviləşmiş, kvars və digər mineralların skletləri 
qalmışdır. Komponentlərin miqdarı yüksək olmayıb 0,6%-ə çatır. Tə-
zahür dərinliyə öyrənilməmişdir.     
 
1.5.4. Ortakənd-Başkənd təzahürlər qrupu 
 
Qeyd olunan təzahürlər qrupu Culfa rayonunda Başkənd və 
Ortakənd kəndlərinin  ətrafında, Atuçançay və Cacıxlı sahəsində, Baş-
kəndçayın yuxarı axım hissəsində yerləşir. Qeyd olunan filiz təzahürləri 
rayonu  Üst Eosenin argillit və alevroltləri və Orta Eosenin vulkanogen 
süxurları ilə mürəkkəbləşərək Başkənd antiklinalını  əmələ  gətirir.  Bu 
süxurlar Başkənd və Ortakənd kəndləri ətrafında  Oliqosen-Alt Pliosenin 
andezit-dasit intruziyası ilə yarılır və bunlar məkanca  və genetik olaraq 
qurğuşun-sink filizləşməsi ilə  əlaqədardır.  Şimal-şərq və en istiqamətli 
qırılma çatlarında formalaşan az qalınlıqlı kvars-kalsit damarları  və 
damarcıqları filizləşmiş hesab olunur.  
Filizli damarlar və damarcıqlar həm andezit-dasit intruzivinin 
özündə, həm də onların Üst Eosenlə  təmasında olan ətraf süxurlarda 
müşahidə olunur. Filizləşmə kasıb  olub, qalenitin, sfaleritin, tabe şəkildə  
xalkopiritin və piritin, nadir hallarda hematitin kiçik möhtəviləri ilə 
təmsil olunur. Damarcıq, möhtəvi, bəzən isə yuvaşəkilli polimetal filiz-
ləşməsi qalınlığı 60-100 m, uzunluğu 3,5 km-ə qədər olan hidrotermal-
dəyişmiş süxurlar zonasına aid edilir. Başkənd-Ortakənd təzahürlər 
qrupu üç bu cür zona ilə  səciyyələnir. Filizləşmə 30 m dərinliyə  qədər 
öyrənilmişdir.  
 
1.6. Alüminium filizləri  
 
1.6.1. Boksit yataqları  
 
1.6.1.1. Şərur filiz rayonunun boksitliliyi 
 
Boksit filizləri Araz struktur-metallogenik zonasının  Şərur filiz 
rayonunda 300 kv.km sahədə inkişaf etmişdir.  Boksit 1969-cu ildə 
Naxçıvan ekspedisiyasının geoloqları  tərəfindən Araz çayının sol qolu 
olan  Şərqi Arpaçay hövzəsində fosforitə axtarış  işləri aparılarkən aşkar 
edilmişdir (T.M.Seyidov və başqaları). Boksitə axtarış işləri 1970-ci ildə 


 
55
başlanılmış  və 1978-ci ilə  qədər davam etdirilmişdir. Axtarış  işləri 
M.Ə.Seyidov, R.Quliyev, M.B.Zeynalov tərəfindən, 1975-ci ildə isə 
V.N.Nağıyev və digərləri tərəfindən aparılmışdır. Axtarış  işləri nəticə-
sində Ceyranqalası, Kərki, Qabaqdağ, Qabaqyal, Münx-Balaoğlu və s. 
boksit yataq və təzahürləri aşkar edilmiş və öyrənilmişdir.   
Boksit filizlərinin və boksitsaxlayan çöküntülərin stratiqrafiyası, 
tektonikası, litologiyası, maddi tərkibi və əmələgəlmə şəraiti ilə əlaqədar 
xüsusiləşmiş  tədqiqat işləri  Ş.Ə.Əzizbəyov (1975), E.Y.Leven (1973), 
Ç.M.Xəlifəzadə (1979-1986), T.H.Hacıyev və M.B.Zeynalov (1976), 
B.A.Boqatırev (1978),  V.N.Nağıyev (1976, 1980, 1984), V.D.Axundov 
(1981-1985), M.Ə.Seyidov (1983), İ.A.Babayev (1986), E.A.Məmmə-
dov (1983), R.Q.Quliyev (1972), A.B.Məmmədov (1980, 1981, 1982), 
İ.A.Qreçişnikov (1980) və digərləri tərəfindən aparılmışdır. Çoxillik 
tədqiqatların nəticəsində Ç.M.Xəlifəzadə, V.D.Axundov və İ.A.Babayev 
tərəfindən Araz zonasının boksitlərınə həsr olunan “Naxçıvan MSSR-in 
boksit süxurlarının mineralogiyası və genezisi” adlı monoqrafiya  hazır-
lanmış və nəşr edilmişdir (1986).  
Şərur boksitli rayonu Anadolu-İran aralıq massivinin şimal 
hissəsinin kənarında yerləşir. Orada baykalidlərin kristallik fundamen-
tində epibaykal platformanın örtüyü hesab olunan Hersin və Alpın 
subplatformaları yatır. Sonrakı  mərhələ Eosen-Antropogenin aktivləş-
məsi ilə səciyyələnir. Qeyd olunan region ərazisində: 1) Ordovik və daha 
aşağı dövrün metamorfikləşmiş kompleks formasiyası; 2) Devon, Karbon, 
Perm və Triasın terrigen-karbonatlı və silisli-terrigen formasiyası; 3)  Yura 
və  Təbaşirin terrigen və vulkanogen-terrigen formasiyası; 4) Paleogen, 
Neogen və Dördüncü dövrün vulkanogen, vulkanogen-çökmə və molass 
formasiyası ayrılır.  
Boksitli horizont Karbon və Permin qeyri-uyğun stratiqrafik 
sərhədinə aid edilir. Boksit törəmələri Orta Vizey əhəngdaşları formalaş-
dıqdan sonra dənizin qeyd olunan ərazini tərk ediyi dövrü əhatə edir və 
Üst Karbon dövrünün sonunadək sahə qalxmış vəziyyətdə qalmışdır. Bu 
faktı qeyd olunan ərazidə Orta və Üst karbon çöküntülərinin və həmçinin 
Permin ilk dövrünün böyük bir hissəsinə aid çöküntülərin iştirak etmə-
məsi təsdiq edir. Bu dövr strukturun tektonik stabilləşmə mərhələsinə aid 
edilir  və fundamentdə aşınmış süxurların toplanma prosesinin müddətini 
və alüminium konsentrasiyalı lateritli aşınma qabığının əmələ gəlməsini 
təmin edir. Alt Permdə dəniz yenidən bərpa olunmuş, aşınmış materialın  
daşınması prosesi baş vermiş  və  əlverişli kontinental şəraitdə alümi-


 
56
niumla zənginləşmiş gillər çökmüşdür. Tektonik və iqlim şəraitləri  əl-
van rəngli boksit horizontlarının əmələ gəlməsini təmin etmişdir. Boksit 
çöküntüləri Alt Permin əhəngdaşlarının üzərini örtmüşdür.  
Beləliklə, fundamentin metamorfikləşmiş baykalitləri aşınmanın 
və  alüminiumun daşınmasının  mənbəyi sayılır, subplatforma hersinitləri 
boksit laylarına qarışmış  və sonrakı struktur mərhələdə boksit çöküntü-
lərinin üzərini bağlamışdır. Orogenez və aktivləşmə mərhələlərinin  həm 
hersinitləri, həm də alpidləri güclü dislokasiyaya uğramış,  şimal-qərb 
istiqamətli xətti qırışıqlar əmələ gətirmiş və nəticədə iri və xırda tektonik 
bloklara parçalanmışdır. Cənubda hersinitlər aşağı  düşərək çökəkliklər 
əmələ gətirmiş, nəticədə Naxçıvan çökəkliyi hallogen formasiya çökün-
tüləri ilə uyğunluq təşkil edən
 
molasslarla  dolmuşdur. Lakin ayrı-ayrı 
sahələrdə hersinitlər horst şəkilli struktur formasında  Neogen molassları 
arasında böyükolmayan adacıqlar əmələ gətirmişdir. 
Boksitli çöküntülər aralarında rast gəlinən lay və süxurlardan 
mürəkkəb və dəfələrlə təkrar olunan  tərkiblərlə səciyyələnirlər ki,  buna  
onların çökməsi dövründə uzunmüddətli fasilələrin  və ərazinin landşaft-
tektonik planında dəfələrlə  dəyişikliklərin baş verməsi səbəb olmuşdur.  
V.D.Axundov (1988) tərəfindən boksitli çöküntülərin aşağıdakı 
fasial tipləri müəyyən edilmişdir: 1) elüvial-delüvial-prolüvial; 2) kiçik 
göllərdə alüminiumlu-dəmirli lillər; 3) bar, burun və  təpə fasiyaları; 4) 
sublitoral.  
1. Elüvial-delüvial-prolüvial çöküntülər öz tərkiblərində altda 
yatan Vizey və Turney yaşlı  əhəngdaşlarının qırıntılarını saxlayaraq 
boksit layları üçün təməl rolunu oynayan, qalınlığı 3-5 m olan gil, argillit 
və brekçiyalarla təmsil olunur və Ceyranqalası, Qabaqyal və Münx-
Balaoğlu sahələrində yayılmışdır. Bu fasiyanın çöküntüləri qədim relye-
fin hamar olmayan səthini doldurur. Kaolinin aşınma qabığının denuda-
siyası hesabına  əmələ  gəlmiş hidroslyuda və xlorid fasiyaları qeyd 
olunur. 
2. Kiçik göllərin və çökəkliklərin alüminiumlu-dəmirli lil fasi-
yaları və ya filiz fasiyaları gilli boksitlə,  oolit-paxlaşəkilli, oolit-qırıntılı, 
bəzən arnit strukturlu daşlı və aşınmış boksitlə  mürəkkəbləşmişdir. Fa-
siya uzunluğu 100 m, qalınlığı isə 2-7 m olan boksitin  mikrolin-
zalarından ibarətdir. Filizli fasiyanın alt hissəsi qırmızımtıl-boz rəngli 
hetit-hematit-kaolinit-diasporlu boksitlə, üst hissəsi isə siderit qarışıqlı 
yaşılımtıl-boz şamozit-kaolinit-diasporlu boksitlə təmsil olunmuşdur.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə