Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə16/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

 
48
hətta filizsiz laycıqlara rast gəlinir. Ştokverk-damarcıq filizlərin morfolo-
giyası  mövcud andezit-dasit vulkanitlərin boğaz və dayka fasiyaları 
qırılmalar və çat tektonikası ilə mürəkkəbləşmişdir. Qalınlığı 1-30 mm-ə 
çatan zənginləşmiş damarcıqlar və damarcıqlar sistemi olan sahələr  
vardır. 
Filizlər massiv, kristallik, dənəli, brekçiyagörünüşlü, ilgəkşəkilli, 
ləkəli-möhtəvi, incə damarcıq və  ştokverq-damarcıq teksturlarla səciy-
yələnirlər. 
Ağdərə yatağının mineral tərkibi sadədir. Yatağın əsas mineralları 
bir neçə generasiya ilə  təmsil olunan sfalerit, qalenit, xalkopirit və 
piritdən (80-90%) ibarətdir. Filizdə ikinci dərəcəli və cüzi qarışıqlar 
şəklində tetraedrit, tennantit, psilomelan, pirolüzit, bornit, argentit, altait,  
enargit, vyursit və  sərbəst qızıl iştirak edir. Qeyri-filiz minerallarından 
kvarsa (nadir hallarda üstünlük təşkil edir), serisitə, baritə və kalsitə rast 
gəlinir. Oksidləşmə zonasında ilkin sulfid filizlərindən ayrılan  məhsullar 
kimi  xalkozin, kovellin, malaxit, azurit, anqlezit, serusit, vulfonit, hetit, 
hidrohetit, limonit qeyd olunur (V.İ.Əliyev, 1976). 
 Filizin strukturu  hipiomorfdənəli və allotriomorfdənəlidir. Sfale-
ritin xalkopiritlə  əvəz olunduğu qarışıq strukturlar (ilgəkşəkilli, pozul-
muş və s.) geniş inkişaf tapmışdır. 
Filizdə qurğuşun, sink və misin miqdarı geniş  həddə  dəyişir. 
Kondisiyalı filizlərdə bu metalların ümumi miqdarı 10%-ə çatır. Ağdərə 
yatağında filiz cisminin dabanından tavanına doğru qurğuşunun miqdarı 
artır, sinkin miqdarı isə əksinə azalır. Filizdə misin miqdarı əhəmiyyətli 
dərəcədə
 
az olub, onun miqdarı filiz cisminin şaquli və üfqi  kəsiliş-
lərində cüzi dəyişir.  
 Ağdərə yatağının element tərkibi aşağıdakı kimidir: vismut, sür-
mə, arsen, kadmium, indium, vanadium, manqan, gümüş, qızıl, selen, 
tellur, qallium və s. Bunların arasında qızıl, gümüş, selen və kadmium 
üstünlük təşkil edir. 
Yataq ərazisində və filiz sahəsində ətraf süxurların intensiv hidro-
termal-metasomatit dəyişikliyi müşahidə olunur. Filizin bütün tipləri 
yalnız törəmə kvarsitlər formasiyasına aid olan metasomatitləşmiş  sahə-
lərin daxilində formalaşmışdır.   
 
 
 
 


 
49
1.5.2.2. Nəsirvaz  yatağı 
 
Yataq yaxınlıqdakı  Ağdərə Filiz Saflaşdırma Fabrikindən 13-15 
km uzaqlıqda yerləşir. Yataq 1950-ci ildə M.A.Mustafabəyli tərəfindən 
aşkar edilmiş, Y.A.Ramazanov, S.Ə.Bəktaşi və digərləri tərəfindən 
axtarış  işləri aparılmışdır. 1952-1956-cı illərdə kiçik təzahür kimi 
qiymətləndirilmişdir. 1976-1984-cü illərdə V.N.Nağıyev, M.Ə.Seyidov, 
Ə.H.Babayev tərəfindən yenidən qiymətləndirilmiş  və orta kateqoriyalı 
yataqlara aid edilmişdir.  
Yatağın geoloji quruluşunda xırda və orta miqyaslı gümbəzşəkilli 
vulkan strukturları əmələ gətirən Eosen-Oliqosen yaşlı boğaz və subvul-
kanik fasiyalarla mürəkkəbləşmiş Orta və Üst Eosenin vulkanogen və 
vulkanogen-çökmə süxurları  iştirak edir. Piroklastolitlər, lava örtükləri 
və subvulkanik cisimlər tərkiblərinə görə ardıcıl diferensiallaşmış bazalt-
andezit-dasit formasiyasının süxurlarına aid olunur. Yatağın qərb 
cinahında vulkanik qurğu - Gülüm-Gülüm dağının turş  tərkibli boğaz 
fasiyaları çıxır və sonradan onlar törəmə kvarsitlərə çevrilmişdir. Ande-
zit-bazalt tərkibli boğaz fasiyalar Alangözdağda, Qartaldağda və digər 
yerlərdə  çıxır. Bütün bu seriya süxurlar diabaz-porfirit və  əsasən gec 
mərhələnin qranodiorit-porfir daykaları ilə  kəsilmişdir.  İki qranodiorit-
porfir daykası Nəsirvaz yatağını en istiqamətində kəsir və 3 km-dən çox 
izlənilir. Qeyd olunan daykalar Ordubad qırılmasını köndələn istiqamət-
də  kəsərək yataqda əlverişli filiznəzarətedici və müəyyən dərəcədə  
filizsaxlayan strukturlar əmələ  gətirir. Yataq bir sıra tektonik bloklara 
ayrılmışdır: uzunmüddətli Ordubad dərinlik qırılması; qırılmaları qabaq-
layan daha aşağı qaydalı
 
qırılmalar və göstərilən dayka sistemləri. 
Çoxsaylı vulkanik qurğuların,
 
daykaların, kanal rolunu oynayan qırılma-
ların mövcudluğu  kvarslaşma, serisitləşmə, bəzən alunitləşmə  və s. ilə 
ifadə olunan geniş metasomatit sahələrin əmələ gəlməsinə səbəb olmuş-
dur. 
Yataqda filiz cisimləri çoxmərhələli hidrotermal dəyişmiş hori-
zontlarda,  əsasən uzun dayka və  qırılma zonaları boyunca  massiv lay-
şəkilli-linzagörünüşlü və  ştokverk-damarcıq morfoloji tiplərlə ifadə 
olunur. Onlar həmçinin vulkan aparatlarında öyrənilmişdir. Nəsirvaz 
yatağı iki qranodiorit-porfir daykası  və müxtəlif istiqamətli qırılmalarla 
4 sahəyə ayrılmışdır: qərbi Xardərə, mərkəzi Zərnəçay,  şərqi Tiviçay, 
cənubi Daşaltı. Birinci üç sahə  şimal dayka boyunca yerləşir. Daşaltı 
sahəsi isə  cənub daykaya aid edilir. Şimal daykada  zonanın filizliliyi 


 
50
daha yaxşı qiymətləndirilmiş, cənub-dayka zonası isə kifayət qədər 
öyrənilməmişdir.  İlkin məlumatlara görə,  şimal dayka boyunca tufların 
müxtəlif horizontlarında qalınlığı 1 m-dən 35 m-dək, uzunluqları isə bir 
neçə on metrdən 700 m-dək olan ştokverk cisimlərdə lentşəkilli zolaqlar 
əmələ  gətirən 25 kor filiz cisimləri müəyyən edilmişdir. Xardərə 
sahəsində linzagörünüşlü massiv filiz cisimləri izlənilmiş  və uzanma 
istiqamətində 12 m, düşmə istiqamətində isə 25 m sərhədləndirilmişdir. 
Zərnəçay sahəsində massiv filizlər 15 m-ə  qədər izlənilmişdir. Filiz 
cismində qurğuşunun, sinkin və misin orta miqdarı müvafiq olaraq 
0,29%-dən 1,55%-dək, 0,68%-dən 1,58%-dək, 0,06%-dən 0,12%-dək  
dəyişir. Massiv filiz linzalarında (Xardərə sahəsi) metalın ümumi 
miqdarı 10%-ə çatır və qurğuşun, sink və misin nisbətləri 4:5:1 kimidir. 
Filizləşmə 350 m dərinliyə  qədər rabitəsiz (natamam) öyrənilmişdir. 
Eroziya kəsilişi nəzərə alınmaqla filizləşmənin şaquli  təsirini öyrənmək 
üçün qazılmış buruq quyularının dərinliyi 700 m-dən çox olmuşdur. 
Filizdə yanaşı komponentlər kükürd və dəmirdən əlavə, qızılla, gümüşlə, 
molibdenlə, selenlə, tellurla, kadmiumla və s. təmsil olunur.  
Yataqda filizin tekstur tipləri: massiv, ştokverq-damarcıq, ləkəli-
möhtəvi və  damarcıq-möhtəvidir. Tərkibinə görə filizlər  əsasən, pirit-
xalkopirit-qalenit-sfaleritli  və piritlidir.  
Filizin mineral tərkibi  əsasən pirit, sfalerit, qalenit, xalkopirit
kvars və karbonatdan ibarətdir. İkinci dərəcəli minerallardan  tetraedrit, 
sərbəst qızıl, molibdenonit və digərlərinə rast gəlinir. Oksidləşmə zona-
sında serussit, anqlezit, malaxit, azurit, kovellin, limonit və digərləri 
inkişaf tapmışdır.  
Hidrotermal metamorfizm kvars-serussitli, kvars-alunitli və kvars-
karbonat-sulfid-serussitli fasiyalarla təmsil olunur. 
 
1.5.2.3. Kvanus, Qovurmadərə və  Məzrə təzahürlər qrupu 
 
Qeyd olunan kolçedan-polimetal təzahürlər qrupu Ordubad filiz 
rayonundakı  Dırnıs-Səpdərə kolçedan saxlayan zonaların cənub-şərq 
şaxəsinə aid edilmişdir.  
Kvanus təzahürü Parağaçay çayının sağ sahilində, Parağaçay 
molibden mədənindən 3 km cənub-qərbdə, Ağdərə polimetal mədə-
nindən isə 2 km cənub-şərqdə yerləşir. Təzahür rayonunda arasında 
diabaz və diabaz-porfirit tərkibli daykalar olan Alt Eosen yaşlı ande-
zitlər, onların aqlomeratları və tufları inkişaf etmişdir. Filiz cismi şimal-


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə