Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə19/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

 
57
Danzik, Qaycama, Məmmədhəsən və Dağna meridianlarında, 
həmçinin mulda zonasının cənub-şərqində quru tropik iqlim mövcud  
olmuş, qrunt sularının səviyyəsinin aşağı olması  nəticəsində lateral 
aşınma qabığı formalaşmışdır. Qeyd olunan düzənlikdən qərbdə  xırda 
eroziya depressiyalı alçaq düzənlik, karst boşluğu, karst
 
çalaları 
(Ceyranqala və Münx-Balaoğlu sahələri)) və s. yerləşir. Birinci mərhə-
lədə karst boşluqlarında boksit qabığı dağılır və çalalarda asılı hissəcik 
və kolloid məhlullar  şəklində  gilli-dəmirli çöküntülər toplanır.  İkinci 
mərhələdə alüminiumlu-dəmirli lillərin akkumulyasiyası hesabına   filiz 
fasiyası formalaşır. Sonrakı  mərhələdə gilli-dəmirli lillərin hesabına  
şamozit-diasporlu boksitlər əmələ gəlir. Sideritin əmələ gəlməsi diagene-
zin  son mərhələsinə aid edilir.   
 3. Bar, burun və  təpə fasiyaları  məhdud sahələrdə yayılaraq 
Qaratəpə və Bozağıl dağlarının yaxınlığında əlvan rəngli qatın dabanında 
rast gəlinir. Onun çöküntüləri qırıntı süxurları, kvarslı qumdaşları, 
qravellitlərlə və bəzən kaolinit-hematitlə sementləşmiş konqlomeratlarla 
mürəkkəbləşmişdir. Bu fasiyanın çöküntüləri dəniz suyunun aktiv hidro-
dinamikası  nəticəsində litoral zonanın  ətraflarında  əmələ  gəlmişdir. 
Fasiya çöküntülərinin qalınlığı 1,5-5,0 m-ə çatır. 
4.Litoral fasiya şamozit və kalsium karbonatla sementləşmiş qırıntı 
süxurları, qumdaşları  və alevrolitlə mürəkkəbləşərək,  əlvan rəngli qatın 
dabanında rast gəlinir. Boz dəmirli və  şamozitli süxurların jelvak və 
linzaları oolit-pizolit strukturlu qırmızı  rəngli qatla birlikdə  həmçinin 
litoral fasiyaya aid edilir. Litoral fasiyanın qalınlığı 5 m-dən yuxarı 
qalxmır. 
5. Sublitoral fasiya dəmirli-karbonatlı qumdaşı və alevrolit laycıqlı 
hetit-hematit-kaolinitli argillitlərlə mürəkkəbləşmişdir. Dəmirli-kaolinitli 
argillitlərin içərisində pizolit strukturlu şamozitli süxurların linza və 
laycıqları rast gəlinir.  Şamozitli süxurların linzaları  və karbonatlı 
süxurlar gilli lillərin  diagenezi mərhələsində əmələ gəlmişdir.  
Boksitsaxlayan qat tranqressiv olaraq kömürlü-gilli qatın üzərini 
bağlayır və içərisində iki fasiya ayrılır: a) körfəz və kömürlü-gilli 
çöküntülər; b) sublitoral terrigen-əhəngli çöküntülər. Kömürlü-gilli 
çöküntülər fasiyası ilkin Perm dənizinin kənarında  əmələ  gəlmişdir. 
Kömürlü-gilli fasiyanın qalınlığı Qabaqyal və Qaratəpə sahələrində 4-7 
m təşkil edir. Sublitoral terrigen-əhəngli çöküntülər fasiyası  əhəngli-
kvarslı massiv qumdaşları, karbonatlı argillitlər və massiv hemogen 
əhəngdaşı layları ilə mürəkkəbləşmişdir.  


 
58
Şamozit və dəmir oksidi qarışıqları demək olar ki, müşahidə olun-
mur. Bu fasiya Münx-Balaoğlu dağından qərbdə geniş yayılmışdır.  
 
1.6.1.2. Boksitli qatın səciyyəsi  
 
Yuxarıda qeyd olunduğu kimi, boksitin lay və laycıqları və boksitli 
süxurlar saxlayan əlvan rəngli qat Karbon və Permin hüdudlarında əmələ 
gəlmişdir. Boksitli və ya əlvan rəngli qat
 
Orta Permin transqressiv 
seriyasının dabanında  və ya Vizey, arabir Turney  yaşlı əhəngdaşlarının 
karstlaşmış  səthində lokallaşaraq Üst Karbon-Alt Perm yaşlı hesab 
olunurlar.  Əlvan rəngli qat
 
Ceyranqalası-Sədərək və Danzik-Pəyədərə 
xətti boyu olmaqla iki zolaq şəklində uzanır və  Kərki kəndi rayonunda  
birləşirlər. Əlvan rəngli qat
 
şimal-qərb istiqamətdə uzanaraq cənub-qərbə 
(240-260°) doğru  20-40° bucaq altında yatır.  Ayrı-ayrı  çıxışlar üzrə  
qatın ümumi uzunluğu 20-25 km,  qalınlığı isə 2-25 m, bəzi hallarda isə 
30 m-ə çatır. Boksitsaxlayan qat Ceyranqalası-Qabaqyal dağı rayonunda, 
Gümüşlü antiklinalının cənub-şərq qanadında daha yaxşı öyrənilmişdir.  
Şərur filiz rayonunda boksitsaxlayan qat iki genetik tiplə  təmsil 
olunur: kontinental və azsulu-dəniz (Ç.M.Xəlifəzadə, V.D.Axundov, 
1986). Kontinental fasiya Şərur qalxımının cənub-şərq hissəsində  və 
Araz çayının sol sahilində inkişaf etmişdir. Qeyd olunan boksitsaxlayan 
qat faktiki olaraq sərbəst alüminium və  dəmir oksidi ilə  zənginləşmiş 
allüvial-prolüvial və incədənəli göl çöküntüləri ilə mürəkkəbləşmişdir. 
Şərur qalxımının  şimal-qərb, qərb və  cənub-qərb hissələrində  əlvan 
rəngli qat demək olar ki, sərbəst alüminium oksidi saxlamayan,  dəmir 
oksidi, kaolinit, arabir şamozitlə  zənginləşmiş  xırdadənəli və kobud-
dənəli azsulu dəniz çöküntüləri ilə təmsil olunur.  
Ç.M.Xəlifəzadə  və V.D.Axundov tərəfindən boksit qatı aydın 
litoloji sərhədlərlə ayrılmasına, kimyəvi-mineraloji tərkibinə  və orada 
yatan süxurların fərqli struktur-tekstur xüsusiyyətlərinə görə dörd laya 
ayrılmışdır. 
1. Dəyişməmiş süxur qatı. O, iri üzvi əhəngdaşı qaymalarından və 
yaşılımtıl-boz və boz rəngli argillitlərlə mürəkkəbləşmişdir.    Bu  layda 
boksitin  əlamətlərinə rast gəlinmir.  
2.  Gilli boksit qatı. Qırmızımtıl-boz rəngli nadir paxla şəkilli və ya 
paxlasız argillit süxurları  ayrılır. Bu lay bəzən birinci layın - dəyişməmiş 
süxur qatının üzərində, bəzən isə bilavasitə Vizey əhəngdaşlarının yuyul-


 
59
muş, karstlaşmış səthində yatır. Gilli boksit qatının qalınlığı 2-7 m ara-
sında dəyişir.  
3. Daşlı
 
(bərk)
 
boksit qatı boksitsaxlayan qatın  əsas filizli lay 
dəstəsi hesab olunur. Çox dəyişkən quruluşa və qalınlığa malikdir. 
Ceyranqalası sahəsində o, qalınlığı 2,0-6,5 m, uzunluğu 300-800 m olan 
bir neçə linza ilə təmsil olunur. Münx-Balaoğlu və Qabaqyal sahələrində 
daşlı boksitlər qismən yuyulmuş, qalan hissələri isə  şamozit-kaolinit 
gilləri və ya oolit-pizolit strukturlu hematit-kaolinit  jelvakları    ilə 
qarışmışdır. 
4. Aşınmış boksit qatı. Aşınmış, çatlı, yumşaq boksit və kaolindən, 
bəzən isə  təmas sahəsində yerləşən Orta Perm yaşlı massiv dolomit-
ləşmiş əhəngdaşlarından ibarətdir. 
Boksitlər və boksitli süxurlar kaolinit-hidroslyudalı gillərdən və 
argillitlərdən, qırmızımtıl-boz rəngli diaspor-hetit-hematit-kaolinitli gilli 
boksitlərdən,  şamozit-diasporlu və kaolinit-diasporlu yaşılımtıl-boz və 
qırmızımtıl-boz rəngli daşlı boksitlərdən, çox quru,
  
 məsaməli,  aşınmış 
boksit və kaolindən ibarətdir. 
Morfoloji cəhətdən boksit yatağı  stratiform lay və linza şəkilli 
cisimlər əmələ gətirir. Nadir hallarda əhəngdaşlarında karst boşluqların-
da boksit yığımlarına rast gəlinir. Boksit filizləri möhkəm və yumşaq 
paxlaşəkilli, oolit, pelitomorf, bəzən konqlomerat və brekçiya görünüşlü 
teksturalar və strukturlar əmələ  gətirirlər. Boksit və boksitli süxurların 
1,5 km-dən 3,0 km-ə  qədər uzunluğunda sərhədləşdirilmiş sahədə qa-
lınlığı 2-13 m təşkil edir.    
Bütün aşkar edilmiş sahələr içərisində daha yaxşı öyrənilmiş  və 
perspektivli sahə Arpaçayın sol sahilində, Aşağı Yaycı kəndindən cənub-
da yerləşən Ceyranqalası sahəsi sayılır ki, burada boksit antiklinal 
qırışıqlığın periklinal hissəsinə  aid edilir.  
Ceyranqalası sahəsində yüksək modullu boksit qeyd olunur. 187 
№-li xəndəkdə 4,2 m qalınlığa  А1
2
О
3
-ün miqdarı 40%-dən 57,7%-dək,  
SiО
2
 7-20% təşkil edir. Kəsilişin alt hissəsində 8,6 m qalınlığa А1
2
О
3
-ün 
miqdarı 22,9%-dən 30,0%-dək olub, silikat modulu 1,0-ə yaxındır. 234 
№-li xəndəkdə 3,0 m qalınlığa А1
2
О
3
-ün miqdarı 50,0%-dək,  SiО
2
 11,5-
16,0%-dək çatır. Çox ciddi hesablamalara görə boksitin P
1
 kateqoriyası 
üzrə proqnoz ehtiyatları 0,5 mln. ton təşkil edir. Cənubda boksitsaxlayan 
blok qırılıb düşmüş və düşmə bucağı nəzərə alınmaqla 500 m-dən artıq 
dərinlikdə yataraq Miosenin vulkanogen-terrigen qatı ilə örtülür.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə