Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə17/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

 
51
qərb istiqamətli Dırnıs-Səpdərə zonası boyu inkişaf tapmış törəmə 
kvarsitlərə aid edilmişdir. Onlar damarlarda və  ştokverk zonalarda da-
marcıq-möhtəvi filizlər əmələ gətirirlər. 
Filizin tərkibi pirit, xalkopirit, sfalerit və qalenitdən ibarətdir.  
Damarcıq-möhtəvi filizlərdə pirit qalan mineralları üstələyir. Filizdə 
həmçinin argentit, psilomelan, kvars, kalsit, barit və digər minerallara 
rast gəlinir. Polimetal damarların qalınlığı 0,3-1,5 m, uzunluğu  20 m-ə 
qədərdir. Üç sahədə 11 damar müəyyən edilmişdir. Filizətrafı dəyişmələr 
kvarslaşma, kaolinləşmə, xloritləşmə  və serisitləşmə ilə ifadə olunur. 
Filizdə qurğuşunun miqdarı 0,07-6,8%, sink 0,05-3,8%, orta hesabla 
müvafiq olaraq 1,7% və 0,8% təşkil edir. Misin miqdarı çox aşağıdır. 
Polimetal filizlərdə 1,3-3,85%, orta hesabla 1,5% manqan iştirak edir. 
Qurğuşunun ehtiyatı cüzi olub, 350 ton təşkil edir. Filiz təzahürünün 
perspektivliyi Ağdərə yatağı istiqamətində ehtimal olunur. 
Qovurmadərə  təzahürü Parağaçay çayının sağ qolu sayılan 
Qovurmadərə çayının sağ yamacında,  Parağaçay mədənindən 2 km 
məsafədə və Kvanus təzahüründən cənub-şərqdə yerləşir. Geoloji mühit 
Kvanus təzahüründə oldüğu kimidir. Qovurmadərə  təzahüründə poli-
metal damar və damarcıqlardan əlavə,  kvars-kaolinit metasomatitlərində 
“Ağdərə” tipli linzaşəkilli-massiv kolçedan-polimetal filiz cismi müəy-
yən olunmuşdur. Linzaların ölçüləri 1,5-2,8 m-dən 3 m-dək dəyişir. 
Massiv filizlər tərkibcə sfalerit-qalenit-piritdən ibarətdir. Filizin əsas 
kütləsi piritdən, sementləşmiş kvars-karbonatdan təşkil olunmuşdur. 
Filiz təzahürü qalınlığı 0,1-0,8 m olan sfalerit-qalenit tərkibli üç az 
uzunluqlu damarla səciyyələnir.  Filizdə qurğuşunun və sinkin miqdarı 
müvafiq olaraq 0,06-6,9%, orta hesabla 0,88% və  0,52-3,3%, bəzən 
7,8%, orta hesabla 0,65% təşkil edir. Qurğuşun və sinkin nisbətləri 
1,4:1,0 kimidir. 
Məzrə  təzahürü  Məzrə  kəndindən 3 km şimal-şərqdə, quru 
Cəvizlidərə və Gilənardərəsində, Kvanus və Qovurmadərə təzahürlərinə 
nəzərən cənub-şərqdə yerləşir. 
Məzrə  təzahürünün filiz saxlayan süxurları Alt Eosenin kvars-
kaolinit süxurlarına çevrilmiş andezitlərindən, onların aqlomerat və 
qumdaşlarından ibarətdir. Filiz cismi çatlara, qırılmalara, litoloji hori-
zontlara aid olub, filiz cisimləri damarcıq və damarcıq-möhtəvi tipli 
ştokverklərlə təmsil olunur. Bəzən ləkəli-möhtəvi filizlər aşkar olunmuş-
dur. Məzrə təzahürü 80-ə yaxın mövcud damar və zonalarla səciyyələnir. 
Damarların uzunluğu 60 m-ə  qədər, bəzi hallarda isə bir qədər böyük 


 
52
olub, qalınlıqları 0,4-0,6 m-ə çatır. 1 №-li damar-zona istisna hesab 
olunur və onun qalınlığı 6 m-ə, uzunluğu isə 0,5 km-ə çatır. Filiz cismi 
iki sahədə toplanmışdır. Filizin mineral tipləri pirit-sfalerit-qalenitdən 
ibarətdir. Filizdə xalkopirit, xalkozin, tennantit, bornit, kalsit və kvarsa 
rast gəlinir.  Filizətrafı mövqelər kvars-kaolinit-serisitlidir. Qurğuşun və 
sink müvafiq olaraq 1) damarlarda 0,01-1,5% və 0,02-0,85%; 2) 
zonalarda 0,03-0,8% və 0,02-0,95%, bəzən 1,25-4,8% saxlayır. Qurğu-
şunun sinkə olan nisbəti 0,2:1,0 kimidir.   
   
1.5.3. Səpdərə filiz sahəsi  
 
Filiz sahəsi Nurgüt-Səpdərə braxiantiklinal qalxımına aid olub, 
daha dərin yuyulmuşdur. Nüvədə, kəsilişin aşağı hissəsində Eosenin 
vulkanogen süxurları müşahidə olunur. Qalxımın tağ hissələri  şimal-
şərq istiqamətli  iki subparalel braxiantiklinallarla təmsil olunur və bir-
birindən aydın  şəkildə seçilən eyni istiqamətli qırılmalarla ayrılır. 
Braxiantiklinalın tağ hissələri dasit və andezit-dasit ekstruziv cismləri ilə 
yarılmışdır. Aqlomeratlar vulkan qurğularının  ətraflarında inkişaf tap-
mışdır. Səpdərə filiz sahəsi hüdudlarında Səpdərə və Əyridağ  kolçedan-
polimetal  təzahürləri məlumdur.   
 
1.5.3.1. Səpdərə təzahürü 
 
Gilançay dərəsinin sağ yamacında Ləkətağ dağından 1,5 km 
şərqdə yerləşir. Təzahür Y.A.Ramazanov (1957, 1970), Ə.H.Babayev 
(1975) və digərləri tərəfindən öyrənilmişdir. Təzahür mütləq hündürlüyü 
2300 m olan ərazidə yerləşərək 3 km
2
-ə yaxın sahəni tutur. Geoloji 
quruluşunda Alt və Üst Lütetin boğaz, subvulkanik, lava, eksploziv və 
vulkanogen-çökmə fasiyaları iştirak edir. 
Bütün fasiyalar en istiqamətli bir sıra daykalarla kəsilirlər. Səpdərə  
çayının səviyyəsi ilə Bəyəhməd aşırımına qədər aralıqda - iki kilometrlik 
intervalda qalınlığı 3-5 m, uzunluğu isə 1,5-5,0 km olan 25-dən çox 
dayka  qeyd olunur. Onların hamısı  şaquli və ya maili yatımla  şimal 
istiqamətdə 80
0
 bucaq altında yatırlar. Onlar andezitlə, andezit-dasitlə və 
diorit-porfiritlə təmsil olunurlar. Qeyd olunan dayka seriyaları en istiqa-
mətli Zəngəzur (Göygöl-Qanlıgöl) dərinlik qırılmasının  şaxələri hesab 
olunur. Səpdərə  təzahürünün dayka seriyaları, o cümlədən filiz sahəsi 
intensiv hidrotermal metamorfizmə  məruz qalmış və  nəticədə polimetal 


 
53
filizləşməsi daşıyan metasomatitlərin geniş sahə və zolaq-zonaları əmələ 
gəlmişdir. 
Səpdərə  təzahürü uzanma istiqamətində  əsasən, dörd uzun meta-
somatit zonaları ilə mürəkkəbləşmiş  Nəsirvaz tipli ştokverk-damarcıq, 
bəzən linzagörünüşlü-massiv kolçedan-polimetal filizləri ilə səciyyələnir. 
Qurğuşunun, sinkin, misin və  qızılın nisbətən yüksək miqdarı 100 m-ə 
qədər izlənilən kvars-karbonat-damarlarında öyrənilmişdir. Damarcıqlar 
sistemi daykanın zalbandında və tuf horizontunda qeyd olunur. Metaso-
matitlər adətən qalenitin, sfaleritin və xalkopiritin incə damarcıq möh-
təvilərini saxlayır və intensiv piritləşmişdir. 
1 №-li zona məkanca andezit tərkibli iki daykanın arasında yerlə-
şir. 1,6 km uzunluğa malikdir. Uzanması en istiqamətli olub, yatımı 80
0
 
bucaq altında  şimaladır. Komponentlərin miqdarı  aşağıdakı  həddə 
dəyişir: sink - 0,01-2,68%, mis - 0,01-0,21%, qurğuşun - 0,01-8,41%, 
molibden 0,008%-ə  qədər və  səpinti elementlər (selen, tellur, kadmium 
və digər) saxlayır. 2, 3 və 4 №-li zonalar 1 №-li zona ilə oxşar olub, 
yalnız parametrlərinə görə ondan geri qalır. Səpdərə  təzahürü dərinliyə 
öyrənilməmişdir.  
 
1.5.3.2. Əyridağ təzahürü  
 
Gilançayın yuxarı axım hissəsində Qırxlardağ və Əyridağ dağları-
nın arasında yerləşir. Təzahür tamamilə metasomatitlərə çevrilmiş ande-
zit tərkibli subvulkanik cisimə aid edilir. Vulkan aparatının  ətrafında 
andezitin tuf və lavalarının yanmış aqlomeratları inkişaf etmişdir. Bu 
törəmələr suayırıcı silsilənin cənub-qərb yamacında, Əlincəçay və Gilan-
çay çaylarının arasında Üst Lütetin argillit, tufqumdaşı və tuflarını qeyri-
uyğun örtür. Bütün süxur kompleksi enə yaxın istiqamətdə andezit 
daykaları, meridional istiqamətdə isə nisbətən cavan  lamprofir daykaları 
ilə kəsilir.  
Subvulkanın sahəsi 1,7 km
2
 təşkil edir və en istiqamətində uzanır. 
Metasomatitlər törəmə kvarsitlərlə, kvars-alunitli, kvars-serisitli və pro-
pilitləşmiş süxurlarla təmsil olunur. Bütün bu süxurlar piritləşmişdir və 
onlarda bəzi sahələrdə damarcıq-möhtəvi polimetal filizləşməsi müşahi-
də olunur.  
Əyridağ təzahürü güclü dislokasiyaya uğramışdır. Mərkəzi hissədə  
bir-birinə yaxın, qalınlığı 10 m-dən 30 m-dək olan sulfidləşmiş meta-
somatit zonaları vardır. Bu zonalarda səpələnmiş tektonik gil kütləsində  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə