Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə15/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

 
45
Q.X.Əfəndiyev, A.S.Heydərov və digərlərinin (1966) məlumat-
larına görə, Gümüşlü yatağının qurğuşun-sink filizləri sfaleritin tərki-
bində indium və kadmiumun mövcudluğu ilə  səciyyələnir. Həm poli-
minerallar, həm də konsentratlar aşağı miqdarda tallium və tellurun ol-
ması,  bismutun və selenin olmaması ilə səciyyələnirlər. 
Genezisinə görə Gümüşlü yatağı hidrotermal-metasomatik tipə 
aiddir. Filizin əmələgəlmə yaşı həmişə mübahisəli olmuşdur. R.N.Abdul-
layev (1981) filizin əmələ gəlmə vaxtinı Alt Karbon hesab edir.  
 
1.5.1.2.Danzik və Dəvəölən təzahürü 
 
Danzik polimetal təzahürü Danzik antiklinalı ilə  təmsil olunan 
Gümüşlü filiz sahəsinin şimal blokuna aid edilir. Danzik antiklinalı da-
xilində diabaz və qabbro-diabaz tərkibli  dayka və sillşəkilli cisimlər 
qeyd olunan Devon yaşlı karbonatlı-terrigen  çöküntülərlə mürəkkəb-
ləşmişdir. Antiklinalın şimal-şərq qanadı üstəgəlmə ilə mürəkkəbləşərək 
burada Devon Alt Karbonla təmas təşkil edir. Danzik antiklinalının 
uzanması  şimal,  şimal-qərb istiqamətlidir. Üstəgəlmə bu istiqamətdə 
uzanaraq  dik yatımla şimal-şərqə yatır. 
Danzik təzahürünün polimetal filizləri qırılma zonasına, daykaların 
təmasına, Jivetin əhəngdaşı horizontuna aid olub, qalenitlə, sfaleritlə 
təmsil olunur və gil şistləri ekran rolunu oynayır. Filiz təzahürü 2 
sahədə: Qaraağac və Pəyədərədə öyrənilmişdir. 
Qaraağac sahəsində  filiz cisminin əsas forması  şimal-qərb, bəzən 
şimal-şərq istiqamətdə uzanan qırılma pozulmalarına aid edilən qalenitli, 
bəzən sfaleritli kvars-kalsit-barit tərkibli damar və damarcıqlar sayılır.  
Sonuncular Danzik lay dəstəsinin  ətraf süxurlarla təmasında, bəzən isə 
diabazların daxilində daykagörünüşlü cisim şəklində yatırlar. Filiz cismi-
nin qalınlığı 0,02-0,70 m arasında dəyişir və 10 m-dək izlənilir. Qalenitli 
filizlər damarcıq, yuva, linzaşəkilli və möhtəvi tekstura malik cisimlər 
əmələ gətirir.  
Pəyədərə sahəsində: 1) əhəngdaşlarında yerləşən layşəkilli filiz 
cismi; 2) xırdalanma (əzilmə) zonasına aid edilən filiz cismi müəyyən 
olunmuşdur.  
Sonuncular 1,4 m qalınlığında 4 m izlənilir. Layşəkilli cisim də-
rinlikdə buruq quyusu vasitəsilə müəyyən olunmuşdur. Filizləşmə  xır-
dalanma və kvarslaşma zonalarında qalenitin möhtəviləri  və yuvaşəkilli 


 
46
yığımları ilə  təmsil olunur. Damarcıqlar  əsasən layarası zonalarda öy-
rənilmişdir.  
Dəvəölən təzahürü Arpaçayın sağ yamacında yerləşir və bilavasitə, 
Gümüşlü yatağının davamı hesab olunur. Böyük olmayan layşəkilli ci-
simlər gil şistləri ilə ekranlaşaraq  Jivet yaşlı əhəngdaşlarına aid edilmiş 
və üstəgəlmə zonası boyunca inkişaf etmişdir. Filizləşmə  dərinlikdə 
buruq quyuları vasitəsilə müəyyən edilmişdir.  
 
1.5.2. Kolçedan polimetal yataqları 
 
Kolçedan polimetal yataqları və təzahürləri Ordubad filiz rayonu-
nun Dırnıs-Səpdərə filizli zonasına aid edilir. Bu zona Eosen–Oliqosen 
vulkanitlərinin inkişaf etdiyi ərazidə Mehri-Ordubad plutonunun cənub-
şərq endotəmas zolağı boyunca şimal-şərq istiqamətdə uzanır. Polimetal 
yataq və  təzahürlərin məkanca plutona yaxın olması  nəzərə alınaraq  
Ş.Ə.Əzizbəyov (1961, 1964), T.H.Hacıyev (1964), M.P.İsayenko və 
digərləri tərəfindən onlar genetik olaraq Mehri-Ordubad qranitoid pluto-
nunun məhlulları hesab edilmişdir. Sonradan N.K.Qurbanov (1970, 
1973, 1976), V.İ.Əliyev (1976), Y.A.Ramazanov (1970), V.N.Nağıyev 
(1979) və başqaları onları kolçedan formasiyasına aid etmiş  və genetik 
olaraq Eosen və Oliqasenin vulkanitləri ilə  əlaqəsi olan vahid vul-
kanoplutonik kompleksin tərkib hissəsi hesab etmişlər. Yataq və təzahür-
lərin böyük bir hissəsi məkanca və genetik olaraq bazalt-andezit-dasit 
formasiyasının hidrotermal-metasomatik dəyişmiş ətraf süxurları ilə  sıx 
əlaqədardır.  
Dırnıs-Məzrə, Kvanus-Ağdərə, Ələhi-Nəsirvaz, Səpdərə filiz sahə-
ləri eyniadlı iri braxiantiklinala və lokal vulkanların qalxmış tağ hissə-
lərinə aid edilir. Qeyd olunan filiz sahələrinin daxilində  cənub-qərbdən 
şimal-qərbə doğru: 1. Şəkərdərə, Unus, Məzrə; 2. Ağdərə, Kvanus,  
Qovurmadərə: 3. Nəsirvaz, 4. Səpdərə, Əyridağ və s. kolçedan-polimetal, 
bəzi hallarda mis-kolçedan  (Şəkərdərə) yataq və təzahürləri ayrılır.  
Morfoloji cəhətcə onlar layşəkilli-linzagörünüşlü (stratiform), da-
mar, damar-ştokverk,  ştokverk zonalar və damarcıq-möhtəvi cisimlər 
əmələ gətirir. 
Filizin müxtəlif tipləri, morfoloji xüsusiyyətləri, yayılma səciyyəsi 
və mineral assosiasiyaların yaş münasibətləri Dırnıs-Səpdərə filiz zona-
sında kolçedan-polimetal filizlərin uzun və mürəkkəb tarixi dövrdə  
formalaşmasını təsdiq edir. Bazalt-andezit-dasit (Orta Eosen) və andezit-


 
47
dasit (Oliqosen) vulkanogen formasiyasının postvulkanik məhlulları ilə 
genetik   əlaqəsi olan  ilkin (Orta Eosen) kükürd-kolçedan və gec (Oliqo-
sen) kvars-qızıl filiz mərhələsi daxil olmaqla polimetal filizəmələgəlmə  
mərhələləri ayrılır. Bəzi hallarda Üst Oliqosen-Alt Miosen yaşlı qabbro-
monsonit-qranodiorit formasiyasının postmaqmatik məhlulları ilə gene-
tik və məkanca əlaqəsi olan filizəmələgəlmənin mis-porfir mərhələsi ilə 
kolçedan mərhələsinin assosiasiyasına  rast gəlinir.   
Bu hal Ordubad filiz rayonunda Paleogen maqmatizminin vul-
kanoplutonik kompleksində kolçedan-polimetal və mis-porfir formasiya-
larının paragenetik əlaqəsini təsdiq edir.  
 
1.5.2.1. Ağdərə yatağı 
 
Ağdərə yatağı Gilançayın yuxarı axım hissəsində, Tivi kəndindən 
şimalda yerləşir. Yataq 1951-ci ildə  aşkar olunmuş  və ehtiyatına görə, 
kiçik yataqlar qrupuna aid edilmişdir. Yataq 1954-cü ildən istismar 
olunur.  
N.K.Qurbanova, T.H.Hacıyevə  və digərlərinə (1976) görə yataq 
qanadlarının yatım bucağı 5-35° olan Kvanus-Ağdərə braxiantiklinal  
qalxımının nüvəsinin  şimal-qərb hissəsinə aid edilmişdir. Qırışıqlığın 
nüvəsi yuyulmuş boğaz və boğazətrafı liparit-dasit fasiyaları ilə, qanad-
ları və şərq pereklinal kilid hissəsi isə daha cavan andezit-bazaltlarla  və 
onların aqlomeratları ilə mürəkkəbləşmişdir.  
Ağdərə yatağının layşəkilli-linzagörünüşlü (stratiform) kolçedan-
polimetal layları braxiantiklinalın cənub-şərq pereklinal kilidinə aid olub
massiv filizlər törəmə kvarsitlərin altında yatır və azqalınlıqlı çökmə 
vulkanomikt layların üstünü örtür. Yatağın ərazisində layşəkilli-linzagö-
rünüşlü (stratiform) massiv və ştokverk-damarcıq-möhtəvi laylar ayrılır. 
Sonuncular massiv filizlərdən aşağıda inkişaf edərək 500 m-dən  çox 
dərinliyədək izlənilir. Lakin sənaye əhəmiyyətli konsentrasiyalar  yalnız 
massiv filizlərdə müəyyən edilmişdir, hələlik ştokverk-damarcıq filizlə-
rin perspektivliyi həll olunmamış qalır. Massiv stratiform tipli kolçedan-
polimetal laylar  suben istiqamətdə izlənilir və cənub-şərqə 10-15
0
 maili 
bucaq altında yatırlar. Layın parametrləri:  eni 65 m, düşmə istiqamə-
tində 150 m, qalınlığı 0,2-4,5 m-dir. 
Filiz cisminin morfologiyası qismən dəyişkəndir.  Şərq cinahda 
blokun yatan tərəfində damarcıq-möhtəvi filizlər massiv filizlərə keçir. 
Massiv filizlərin arasında linzaşəkilli və lentgörünüşlü zəif filizləşmiş və 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə