Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə11/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

 
33
həm də karbonatlı-terrigen çöküntülərin ayrı-ayrı layları ilə mürəkkəb-
ləşmişdir. 
Kilit-Kotam filiz sahəsinin hüdudlarında kontakt-metasomatik tipli 
mis-kobalt, hidrotermal-damar tipli kvars-volfromit, hidrotermal-ştokverk 
- damarcıq tipli molibden-porfir yataqları cəmləşmişdir. Bütün bu yataq-
lar genetik və  məkanca Ordubad qranitoid plutonunun postmaqmatik 
məhlulları ilə əlaqədardır. Bizim fikrimizcə, daha ilkin mis-kobalt filiz-
ləşməsi əsasi tərkibli diferensial maqma ilə əlaqədar olub, intruziv kom-
pleksin qabbro-monsonit-diorit formasiyası ilə  təmsil olunur. Qalay-
molibden-volfram filizləri oksigenli mühitdə  əmələ gələrək,  yüksək və 
orta temperaturlu kvars-filiz damarları  şəklində  təmsil olunurlar. Bu 
filizlərə  sənaye  əhəmiyyəti daşımayan nisbətən gec mərhələnin qur-
ğuşun-sink filizləşməsi nüfuz etmişdir. Qızılçınqıl yatağının  ştokverk-
möhtəvi molibden-mis-porfir filizləşməsi böyük maraq kəsb edir. Həm 
qalay-molibden-volfram, həm də molibden-mis-porfir filizləri genetik 
olaraq nisbətən gec (Oliqosen-Miosen) mərhələnin  orta tərkibli maqması  
ilə əladədar olub, intruziv kompleksin qranodiorit-porfir formasiyası ilə 
təmsil olunmuşdur (3 №-li cədvələ bax).  
 
1.3.2.1. Qızılçınqıl yatağı 
 
Qızılçınqıl yatağı Kilit kəndinin yaxınlığında,  ondan cənubda 
Araz çayı hövzəsində yerləşir. Yataq iki sahədən ibarətdir: şərq və qərb. 
Şərq sahə Kilit kvars-volfram yatağına (“Volfram və qalay” bölməsinə 
bax) uyğun gəlir və dərində ştokverk tipli molibden-mis porfir  filizlərinə 
keçir. Qərb sahə  ştokverk tipli molibden-mis porfir  damarcıq-möhtəvi 
filizlərlə  təmsil olunur. Yatağın perspektivli sahəsi 2,5 kv.km ərazini 
əhatə etməklə uzunluğu 2,5 km, eni isə  1,0 km-dir. Yataq cənubdan İran 
ərazisinə keçir və Araz çayı ilə sərhədlənir. 
Yataqda 1943-1945-ci illərdə A.Q.Şilenko, 1971-1972-ci illərdə 
Ə.H.Babayev və 1973-1974-cü illərdə Ş.Q.Hacıyev tərəfindən  axtarış və 
kəşfiyyat işləri aparılmışdır.  
1943-1945-ci illərdə aparılan axtarış-kəşfiyyat işləri Araz çayının 
səviyyəsinə  qədər (sıfırıncı horizonta qədər) keçilmiş  xəndək,  şurf və 
qısametrajlı mağaraların sınaqlaşdırılmasından ibarət olmuşdur. 
Götürülmüş 874 şırım sınağı üzrə  molibdenin orta çəki miqdarı 
0,023%, ayrılıqda sıfırıncı horizont üzrə isə 0,104% olmuşdur. Keçilmiş 
dağ qazmalarının  şəbəkəsi hər 60 m-dən bir olmuşdur. Mərkəzi sahədə 


 
34
350x320 m sahədə  molibden üzrə hesablanmış ehtiyatlar molibdenin 
orta çəki miqdarı 0,023%, həcm kütləsi 2,73 t/m
3
 olmaqla    B+C
1
+C
2
 
kateqoriyaları üzrə 5584 ton  təşkil edir. 
Yataq 1971-1974-cü illərdə  Ə.H.Babayev və  Ş.Q.Hacıyev 
tərəfindən 6 buruq quyusunun (№ 2 - 630 m, № 3 - 602 m, № 4 - 230 m, 
№ 5 - 294 m, № 6 - 320 m, № 7 - 508 m) qazılması ilə  dərinliyə 
öyrənilmişdir. 4, 2, 6 və 7 №-li buruq quyuları    şimal-qərbdən cənub-
şərqə doğru buruq quyuları arasındakı məsafə 300-400 m olmaqla 1 km 
məsafədə bir xətt üzərində qazılmışdır. 3 və 5 №-li  buruq quyuları  
birincidən 300 m uzaqlıqda yerləşən  şimal profildə qazılmışdır. Buruq 
quyuları 400x300 m şəbəkədə qazılmışdır.  Əvvəllər molibdenə  aparıl-
mış axtarış  işləri və eləcə  də    qazılmış buruq quyuları  sahənin cənub-
qərbini əhatə etmişdir.  Şimal-şərqdə (şərq sahə) yerləşən və Kilit kvars-
volfram yatağı adlanan yataq dərinlikdə molibden-mis-porfir filizləşməsi 
nöqteyi-nəzərincə  zəif öyrənilmişdir. 2 №-li buruq quyusunda 591 m 
dərinlikdə Alt Turon çöküntülərinin altında basdırılmış mövcud intruziv 
massivin kəsilməsi yatağın perspektivliyini daha da artırır.
 
Bütövlükdə,  
Qızılçınqıl yatağının perspektivliyi yüksək qiymətləndirilir.  
Yataqdakı əhəngdaşı və tuffit laycıqlı qumlu-mergelli-argillitli qat 
çöküntüləri Ş.Ə.Əzizbəyov, Ə.H.Babayev və Ş.Q.Hacıyev tərəfindən Alt 
Turona aid edilmişdir. Bu çöküntülər Kilit kəndindən başlayaraq Kilit-
çayın  səviyyəsinə qədər monsonit intruzivinin təmasında izlənilir. Daha 
sonra Alt Turon çöküntüləri Araz çayının sağ sahilində  İran  ərazisində 
müşahidə olunur. 
Ekzotəmas zonada toplanmış süxurlar buynuzdaşlarına, epidotqra-
natlı skarnlara və nadir hallarda mərmərləşmiş  əhəngdaşlarına çevril-
mişdir.  
Köndələn Kilit strukturunun hüdudlarından kənarda qumlu-argillit 
çöküntüləri nisbətən zəif dəyişilmişdir. 
Pəzməri və Nüvədi ərazilərində kembriyəqədər çöküntülərin ayrıca 
çıxışları vardır. 2, 3, 6, 7 №-li buruq quyuları vasitəsilə açılmış Alt 
Turon yaşlı buynuzdaşlarının alt hissəsi  fundamentin vəziyyəti nəzərə 
alınmaqla çox böyük ehtimalla  kristallik fundamentin metamorfikləşmiş 
süxurlarına aid edilməlidir. Sonradan bu süxurlar təkrarən kontakt və 
hidrotermal metamorfizmə  məruz qalmışdır. Bu təklif V.N.Nağıyev 
tərərindən  irəli sürülmüş və bu gün öz təsdiqini tələb edir. 


Cədvəl  3 
Kilit-Kotam filiz sahəsinin metallogenik xüsusiyyətləri (V.N.Nağıyevə görə) 
 
 
Genetik olaraq əsasi tərkibli 
maqma ilə əlaqədar olan ilkin  
hidrotermal  yataqlar  (üst eosen)
Genetik olaraq əsasi tərkibli maqma ilə əlaqədar olan ilkin  
hidrotermal  yataqlar (oliqosen-miosen) 
Filizçö
km
ə 
müh
iti 
Silisli-oksigenli 
 
W(Sn, Mo) Qalay-molib-
den-volfram  yataqları 
 
sulfidli 
Си-Co (Ni) mis-kobalt yataqları
Pb, Zn gec 
mərhələnin 
qurğuşun-sink 
filizləşməsi 
Мо (Си) 
molibden-mis 
porfir yataqları 
Си (Мо) mis-porfir 
yataqları 
Yataqlar 
Kilit-Kotam yatağı 
Kilit kvars-
volfram yatağı 
Qızılçınqıl yatağı  Gənzəçay sahəsinin 
bir sıra təzahürləri 
Metasomatitlər 
Skarnlar, epidozitlər, mərmərlər, 
xloritlər, silisli süxurlar 
Silisləşmə, kvarslaşma, kalişpatlaşma, qreyzenləşmə, 
aplitləşmə, buynuzdaşları 
Əsas minerallar 
Pirit, xalkopirit, kobaltin, 
kobaltpirit 
Kvars-şeelit, vol-
framit, kassiterit, 
povellit, qalenit, 
sfalerit 
molibdenit, 
xalkopirit, pirit 
xalkopirit, pirit, 
molibdenit 
Maqmanın tərkibi  
Əsasi differensasiya 
Orta diferensasiya 
Maqmatik formasiyalar 
Qabbro-monsonit-diorit 
Qranodiorit-porfir 
Yataqların genetik tipləri   Kontakt-metasomatik,  məxsusi hidrotermal,  plutonogen-hidrotermal yataqlar 
Geotektonik mövqe 
Paleogen dövründə İran mikroplitəsinin kənar hissəsində tektono-maqmatik aktivləşmə   
 
35 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə