Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə8/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

 
24
muş və istismar olunan  Parağaçay damar-molibden yatağı öz ətrafında 
yığcam sahədə: damar-molibden (şimal-qərb zona), qızıl-sulfid (şimal-
şərq zona) və  ştokverk-damarcıq-möhtəvi  mis-molibden-porfir (dərin-
likdə, 4 №-li  əsas mağaranın səviyyəsində) filizləşməsi toplanmış 
Parağaçay kompleks mis-molibden-porfir yatağının üst mərtəbəsi sayılır. 
 
Görünür, misin və molibdenin əsas ehtiyatları daha dərində toplanmışdır.
 
 
Damar tipli Parağaçay yatağının mineral tərkibi Q.A.Tvalçrelidze 
(1948), M.P.İsayenko(1974), Z.M.Məmmədov (1966), Ə.İ.Mahmudov 
(1990) və digərləri tərəfindən dəqiq öyrənilmişdir. Qeyd olunan tədqiqat-
çıların məlumatlarına görə, Parağaçay yatağında aşağıdakı filizəmələgə-
tirən minerallar müəyyən edilmişdir:  əsas minerallar - pirit, xalkopirit, 
molibdenit, kvars, smeritsit və karbonatlar, ikinci dərəcəli minerallar – 
tennantit, pirrotin, maqnetit, hematit, sfalerit, qalenit, rutil, povellit, 
ferrimolibdit, xrozokolla, xalkantit, malanterit, yarozit, psilomelan; nadir 
minerallar -arsenopirit, tetraedrit, markazit, evkayrit, altait, pettsit, 
vittixentit, emplektit, serussit, anqlezit, smitsonit. 
Mineral assosiasiyası. Yataqda aşağıdakı mineral assosiasiyalar 
müəyyən edilmişdir: 1) kvars-molibdenitli; 2) kvars-molibdenit-xalko-
piritli; 3) kvars-pirit-xalkopirit; 4) kvars-çoxsulfidli; 5) karbonatlı. 
Birinci assosiasiyada molibden, ikincidə molibden, ücüncüdə mis, 
dördüncüdə isə qızıl məhsuldardır.  
Mineral əmələgəlmənin ardıcıllığı. V.N.Nağıyevin tədqiqatlarına 
görə, Parağaçay yatağında üç filizəmələgəlmə  mərhələsi məlumdur. 
Birinci mərhələyə mislə birlikdə damar-molibden mərhələsi, ikinci 
mərhələyə damarcıq-möhtəvi tipli filiz əmələgətirən mis-molibden-porfir 
mərhələsi, üçüncü mərhələyə isə şimal-şərq istiqamətli çat zonasında gec 
formalaşmış qızıl sulfid mərhələsi aiddir. 
Z.M.Məmmədovun (1966) məlumatlarına görə,  damar-molubden 
mərhələsində yataqda minerallaşmanın altı ardıcıl mərhələsi müəyyən 
edilmişdir: kvars-maqnetit, kvars-pirit, kvars-molibdenit, kvars-molib-
denit-xalkopirit, xalkopirit və karbonatlı.  
Birinci-kvars-maqnetit mərhələsində kvarsla birlikdə cüzi miqdar-
da serisit, maqnetit, rutil, ilmenit, titanomaqnetit və nadir hallarda pirit 
ayrılır. 
Kvars-pirit mərhələsində filiz minerallarından piritlə birlikdə cüzi
 
miqdarda  maqnetit, rutil, ilmenit, pirrotin və arsenopirit əmələ  gəlir. 
Filizin tərkibində həmçinin molibdenin və xalkopiritin çox xırda yığım-
larına da rast gəlinir. 


 
25
Kvars-molibdenit mərhələsində molibdenit (əsasən xallı), az miq-
darda xalkopirit, pirit və digər ikinci dərəcəli mineralların nadir qarışıq-
ları ayrılır. 
Kvars-molibdenit-xalkopirit mərhələsi çox müxtəlif mineraloji tər-
kibə malik filizlərin olması ilə fərqlənir və üçüncü, kvars-molibden mər-
hələsi ilə birlikdə yatağın  əsas sənaye  əhəmiyyətini təyin edir. Tədqi-
qatların nəticələri göstərir ki, onun formalaşması prosesində molibdenit 
və xalkopiritin əsas kütləsi çökür. Axırıncılardan  əlavə, bu mərhələdə 
pirit, sfalerit, qalenit, tutqun filizlər və mineral qarışıqların  əsas hissəsi 
ayrılır.  
Xalkopirit mərhələsi yataqda damarcıq və möhtəvi xalkopirit 
filizinin  əmələ  gəlməsinə uyğun olub, kvars-filiz damarının  şimal-qərb 
cinahında daha yaxşı müşahidə olunur. Dəqiq mineraloji tədqiqatlar 
göstərir ki, filizin tərkibində xalkopiritdən  əlavə pirit, sfalerit, qalenit, 
bornit və molibdenit qarışıqları iştirak edir.  
Yatağın formalaşma prosesi filiz damarlarını müxtəlif istiqamət-
lərdə kəsən çoxsaylı karbonat damarlarının əmələ gəlməsi ilə başa çatır. 
Filizin srukturu. Filiz minerallarının yerləşmə  şəraitinə görə iki 
tip ayrılır: polimineral (çoxminerallı) və monomineral (təkminerallı). 
Filizin polimineral sahələri üçün korroziya strukturu  səciyyəvi olub, 
xalkopiritli pirit və molibdenit, sfalerit, tutqun filizlər, qalenit və daha 
gec mərhələnin kvars və müxtəlif formalı pozulmuş  piritləri müşahidə 
olunur. Korroziya strukturu arasında aşağıdakı morfoloji tiplər qeyd 
olunur: qrafik, subqrafiq, şəbəkəli, zonal, qalıq və sklet.
 
Monomineral 
filizlər üçün idiomorfdənəli və allotriomorfdənəli struktur səciyyəvidir. 
Kvarslı və piritli sahələrdə əzilmiş (parçalanmış) strukturlar geniş yayıl-
mışdır. Tez-tez onun xırdadənəli yığımları arasında iri pirit kristallarının 
porfir görünüşlü ayrılmaları ilə  səciyyələnən  porfiroblastik strukturu  
rast gəlinir. 
Filiz möhtəvi, ləkəli, damarcıq, zolaqlı, druza və brekçiyavarı  tekstur-
larla səciyyələnir. 
Parağaçay yatağında yanaşı elementlərə misdən  əlavə, yataqda 
əsas element kimi hesab olunan qızılı da aid etmək olar. O, qızıl-sulfid 
filizlərinə aid edilmiş və konsentrasiyası  sənaye miqdarından yüksəkdir. 
Qızıl  şimal-şərq istiqamətli zonalarda öyrənilmişdir. Bu barədə “Qızıl” 
bölməsində ətraflı məlumat verilir.  


 
26
Parağaçay yatağında əsas element qarışığına renium da aid edilir. 
N.A.Xreşevə (1960) görə, Parağaçay yatağının molibdenitləri yüksək 
miqdarda renium saxlayır və miqdarı orta hesabla 0,044%-ə bərabərdir.  
Z.M.Məmmədovun (1966) apardığı tədqiqatların nəticələrinə görə, 
renium minerallaşmanın bir çox mərhələlərində iştirak edir. Filiz yüksək 
miqdarda renium saxlaması ilə  səciyyələnir. Lakin reniumun əsas daşı-
yıcısı molibdenit hesab olunur və miqdarı 1,08-10
-2
 %-dən 8,82.10
-2
 %-
dək arada dəyişir. Müəyyən olunmuşdur ki, reniumun əsas kütləsi 
minerallaşmanın kvars-molibdenit və kvars-molibdenit-xalkopirit mərhə-
ləsində toplanmışdır. Qalan minerallar və onların assosiasiyaları re-
niumun yüksək miqdarına görə əhəmiyyətli dərəcədə maraq kəsb etmir.  
Parağaçay yatağının genezisi birmənalı  şəkildə plutonogen-hid-
rotermal kimi qəbul olunmuşdur. Bunu bölmənin əvvəlində verilmiş çox-
saylı geoloji faktlar da təsdiqləyir. Ən təsdiqedici fakt plutonogen-intru-
ziv mühit, damar və damarcıq-möhtəvi-ştokverk tip filizləşmə, kaliumlu 
metasomatitlər və digərləri sayılır. Filizləşmənin şaquli istiqamətdə təsiri 
1000 metrə çatır.  
 
 
1.3.1.2. Qapıcıq yatağı 
 
Qapıcıq molibden yatağı Parağaçay – Urumus filiz sahəsinin  şi-
mal-qərb blokuna aid olub, filiz cisminin miqdarına və molibdenin ehti-
yatlarına görə ikinci yataq hesab olunur. Yataq Zəngəzur silsiləsinin 
suayırıcı hissəsində, Parağaçayın yuxarı axımında, 2800-3450 m yüksək-
likdə yerləşir.  
Qapıcıq sahəsində molibden filizləşməsi K.İ.Şilenko (1934, 1935), 
Q.A. Tvalçrelidze (1942) və başqaları  tərəfindən müəyyən edilmişdir. 
1961-1964-cü illərdə Qapıcıq yatağı M.A.Ağasıyev və  Ş.Q. Dəmirov 
tərəfindən öyrənilmiş, nəticədə bir-birinə yaxın 16 kvars-molibden da-
marı və brekçiyalaşmış, kvarslaşmış mis saxlayan 5 molibdenli zona aş-
kar edilmişdir. Yataq 2,5 kv.km sahəni əhatə edir.  
 
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə