Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə9/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

 
27
Şəkil  2. Qapıcıq damar və ştokverk tipli molibden təzahürünün  sxematik 
geoloji xəritəsi. 
 1–allüvial, elüvial-delüvial çöküntülər; 2–qranodiorit-porfir; 3–kvarslı sienit-
diorit; 4–qabbro-diorit, diorit; 5–törəmə kvarsitlər, buynuzdaşları; 6 –kvars da-
marları; 7 –molibdenin damarcıq-möhtəvi filizləşməsi; 8 –qırılma pozulmaları.
 
 
Geoloji quruluşu. Yataq Ordubad plutonunun endotəmas zona-
sına aid edilir. Yatağın geoloji quruluşunda ortadənəli kvarslı monso-
dioritlər və orta–iridənəli leykokrat kvarslı monsonitlər iştirak edir. 
Onların arasında dioritləşmiş andezitlərlə mürəkkəbləşmiş, həmçinin 
qeyri-düzgün formalı  çıxışlar  şəklində  kvarslı diorit və diorit qalıqları 
müşahidə olunur. Monsodioritlər  tez-tez diorit, andezit  və digər süxur-
ların ksenolitlərini saxlayır. Yataq ərazisində  yuxarıda sadalanan bütün 
süxur tiplərindən  əlavə qalınlığı 1 m-ə  qədər olan narındənəli porfirgö-
rünüşlü monsonit daykaları, həmçinin xırdadənəli qranit və qranitaplit 
daykaları rast gəlinir. Həmçinin, petroqrafik tərkibinə görə bir-birinə 
yaxın iki generasiyalı diorit-porfir daykaları geniş inkişaf tapmışdır. 
Onlar biotitlə  bərabər, hornblend saxlayaraq daykanın uzanma istiqa-
mətində aydın istiqamətlənmiş möhtəvilərə malikdir. Bundan əlavə,  
daha böyük daykalar və qeyri-düzgün formalı qranodiorit-porfir cisimləri 
müşahidə olunur. Axırıncılar yataq ərazisində daha cavan maqmatik 
əmələgəlmələr hesab olunur. Yatağın cənub-şərq hissəsində, artiq filiz 


 
28
sahəsindən kənarda, kəskin porfir görünüşlü, iridənəli qranodioritlər 
inkişaf etmişdir. Onlar aydın  şəkildə iridənəli leykokrat monsonitləri 
yarır və sonuncularda gözlə seçilən dəyişikliklər yaratmır. 
Filiz cisminin morfologiyası  və kimyəvi tərkibi. Yataq ərazi-
sində 16 kvars-molibden damarı  və  şimal-qərb istiqamətli brekçiyalaş-
mış, kvarslaşmış 5 mis-molibden  minerallaşma zonası aşkar edilmişdir. 
Kvars-molibden damarının qalınlığı adətən 0,2 m-dən 1,5 m-dək dəyişir. 
Onlar tez-tez bir neçə santimetrə  qədər daralır və ya 1,5-2,0 m-ə  qədər 
genişlənir. Damarların uzunluğu onlarca metrdən başlayaraq 500 m-ə 
qədər çatır və misin miqdarı 0,1-6,75%, molibden isə 0,01-1,17% təşkil 
edir. Daha yaxşı öyrənilmiş  və maraq kəsb edən damar 7 №-li və 
“Qapıcıq” damarlarıdır. Onlar yer səthində 450 və 350 m, dərinliyə isə 
260 m və 160 m izlənilmişdir. 01.01.1965-ci il tarixə 7 №-li damar üzrə 
C
2
 kateqoriyası üzrə hesablanmış ehtiyatlar:  orta miqdarı 0,63% olmaqla 
molibden -678 t, orta miqdarı 1,24% olmaqla mis 1335 t  təşkil edir. 
Filiz cisminin orta qalınlığı 0,92 m-dir.  
Filiz cismində molibden və mislə bərabər orta miqdarı 0,4-1,2 q/t  
olan qızıl, 0,04% renium (molibdenitdə) və s. aşkar edilmişdir.  
Filizin mineral tərkibi. Qapıcıq yatağı Parağaçay yatağına oxşar 
yataqdır. Əsas filiz əmələ gətirən  minerallar pirit, xalkopirit, molibdenit 
və süd-ağ rəngli iridənəli kvars damarları hesab olunur. 
Perspektivliyi və proqnoz. Qapıcıq yatağı Parağaçay yatağı ilə 
oxşar olduğuna görə, burada da kvarsla birlikdə  molibdenin  damar və 
damar zonaları, qızıl-sulfid zonaları inkişaf etmişdir. Bu obyektdə mis-
porfir filizləşməsi öyrənilməmişdir. Materialları analiz edərkən V.N.Na-
ğıyev belə bir nəticəyə gəlmişdir ki, Qapıcıq yatağının alt horizontunun 
mis-molibden-porfir filizinə keçmə ehtimalı qaçılmazdır. Qapıcıq yatağı 
şimal-qərb istiqamətdə uzanan suayırıcıdan keçən iri qırılmanın mər-
kəzində yerləşir ki, buraya Misdağ, Qapıcıq və Göygöl yataqları aid 
edilir. Qapıcıq yatağı  həmçinin  şimal-şərq istiqamətli qırılma ilə bir 
xətdə yerləşir. Beləliklə, Qapıcıq yatağı mis-molibden saxlayan iki  
qırılmanın kəsişməsində yerləşir ki, bu da onun müsbət mənada pers-
pektivli olduğunu göstərir. 
M.A.Ağasıyev  (1977) tərəfindən  damar tipli Qapıcıq yatağında 
molibdenin proqnoz ehtiyatları 1,5-2,0 min ton miqdarında qiymətlən-
dirilmişdir. V.N.Nağıyevin nöqteyi-nəzərincə,  mis-porfir tipli filizləşmə 
də nəzərə alınarsa, bu obyekt çox yüksək qiymətlən-dirilməlidir. Hazırda 
damar tipli Qapıcıq yatağı Parağaçay mədəni üçün əlavə xammal bazası 


 
29
ola bilər. Yatağın dağ-texniki şəraiti əlverişli olub, filizin bir neçə hori-
zontda horizontal dağ qazmaları ilə açılmasına və istismar olunmasına 
imkan yaradır.  
 
1.3.1.3. Mədəndərəsi təzahürü  
 
Mədəndərəsi (Toxlugədik) damar-molibden təzahürü Parağaçay-
Urumus filiz sahəsinin cənubunu  əhatə edərək,  Şordərə çayının yuxarı 
axım hissəsində 2 kv.km-ə yaxın sahəyə malikdir. Yatağın mütləq yük-
səkliyi 2300-2700 m-dir. K.N.Şilenkonun (1935), R.X.Rəfibəylinin 
(1946), M.A.Mustafabəylinin (1951), İ.Q.Həsənovun (1957) və başqa-
larının işlərinə görə, Ordubad plutonunun endotımas zonasında 21 kvars-
molibden damarı aşkar edilmişdir. Sonradan M.A.Ağasıyev (1963) tərə-
findən aparılan axtarış  işləri nəticəsində bu damarlara daha 10 damar 
əlavə olunmuşdur. Təzahürün öyrənilməsi Ə.H.Babayev (1970), R.Y.Hə-
sənov (1978), Z.İ.Mirzəyev,  Ə.H.Babayev (1989) tərəfindən davam et-
dirilmiş və nəticədə aşkar olunmuş kvars-molibden damarlarının miqdarı 
30-a qədər yüksəlmişdir. Təzahürün dağ-texniki və hidrogeoloji şəraiti 
əlverişlidir. Relyef güclü doğranmışdır. 
Geoloji quruluşu.  Sahədə intruziv süxurlar kompleksi qabbro-
dioritlə, qranodioritlə, kvarslı sienit-dioritlə, qranodiorit-porfir daykası 
ilə, diorit-porfirlə, lamprofirlə və aplitlə təmsil olunur. İntruziv kompleks 
Eosenin vulkanitlərini yarır. Sonuncular plutonla təmasda güclü dəyişil-
miş  və törəmə kvarsitlərə çevrilmişdir. Törəmə kvarsitlər zolağının eni 
300-320 m-dən 800 m-ə  qədər olmaqla şimal-qərb istiqamətdə uzanır,  
sonra da Parağaçay yaxınlığındakı dar dərədə  kəskin  şəkildə öz istiqa-
mətini 0-20
0
 bucaq altında şimal və şimal-şərqə tərəf dəyişir. Təzahürün 
daxilində  en istiqamətinə yaxın, bəzən  şimal-şərq istiqamətli  qopuq 
çatlar geniş inkişaf etmişdir.  
Filiz cisminin morfologiyası  və kimyəvi tərkibi. Filizləşmə 
damar tiplidir. Mədəndərəsi təzahüründə mis-molibden filizləşməsi mü-
şahidə olunan 30-a yaxın kvars damarları  məlumdur. Damarların uzan-
ması bir-birinə paralel olub, Parağaçay damarının ümumi istiqamətinə 
uyğun gəlir. Onlar cənub və  cənub–şərqə dogru dik bucaq altında (70-
90
0
) yatırlar. Onların qalınlığı 0,1 m-dən 0,7 m-dək dəyişərək orta 
hesabla 0,3 m, uzunluqları isə 100-300 m-dən 500 m-dək çatır. Onlar 
qabbro-diorit, diorit və qranodioritlərin arasında yatırlar. Dəyişmiş yan 
süxurlar (damardan 0,5-1,5 m aralı) kalium çöl şpatları ilə,   serisitləş-


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə