Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə12/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

 
36
Lakin, istənilən halda Qızılçınqıl yatağı  dərinlikdə kembriyə-
qədərki fundamentə daha yaxındır. 
2  №-li buruq quyusunun 591-630 m intervalında basdırılmış 
qranodiorit intruzivi aşkar edilmişdir.  İntruziv süxurlar iridənəli olub
hipidiomorfdənəli struktura malikdir.  
Qızılçınqıl yatağı en istiqamətinə yaxın  şimal-qərb istiqamətli  
Kotam antiklinalının tağ hissəsinə  və diorit-porfirit və qranodiorit-porfir 
tərkibli daykalar seriyasının inkişaf etdiyi uzununa Kilit qırılma zonasına 
aid edilir. Yataqdan keçən şimal-qərb istiqamətli qırılmalar seriyası uzun 
məsafədə izlənilir. Bu qırılmalar plutonun təmasına tərəf 20 m-dən 200 
m-dək amplituda ilə qalxaraq şimal-şərq istiqamətdə pilləşəkilli bloklar 
əmələ  gətirir. Qırılma boyu əzilmə, brekçiyalaşma və metasomatizm 
hadisəsi müşahidə olunur. Qırılma zonalarının qalınlığı 2 m-dən 30 m-
dək dəyişir. Zonaların yatımı şimal-şərqə 70-80
0
 bucaq altındadır. 
Yataqdakı süxurlar ştokverk sistemi əmələ gətirən müxtəlif istiqa-
mətli intensiv çatlılığa məruz qalmışdır.  
Filiz cisminin morfologiyası. Qızılçınqıl yatağında filiz cisminin 
aşağıdakı morfoloji müxtəliflikləri məlumdur: 1) ştokverk, 2) damar və 
3) skarnlarda lay ineksiyası. 
Damar cisimləri və lay ineksiyası volfram, bəzən molibdenlə 
birlikdə qalay filizləşməsi daşıyır. Onlar sahənin  şərqində yerləşir və 
Kilit kvars-volfram filiz yatağı adlanır. Volfram filizləşməsi  ştokverk 
tipli filizlərdə də qeyd olunur (Volfram və qalay bölməsinə bax). 
Ştokverk damarcıq-möhtəvi molibden-mis porfir filizləri sahənin 
mərkəzində və qərb  hissəsində formalaşmış və həmçinin  şərq sahəni  də 
əhatə edir. Ştokverk tipli filizlər molibden-mis-porfir filizlərindən daha 
çox volfram-molibden mis-porfir filizlərinə uyğun gəlir. Bunu  Qızıl-
çınqıl  ştokverk yatağının üst horizontunda kvars-volfram damarları ilə 
birlikdə molibdenin də olması təsdiq edir. 
Beləliklə, Qızılçınqıl yatağında filizləşmə  ştokverk səciyyəsi 
daşıyır.
 
Filizləşmənin yerləşməsində litoloji mühit daha vacib rol 
oynayır. Belə ki, çox möhkəm buynuzdaşları terrigen material qarışıqlı 
terrigen-karbonatlı süxurların hesabına  əmələ  gəlmişdir. Damarcıqlar 
çox incə olub, müvafiq olaraq misin və molibdenin miqdarı yüksək 
deyildir. Skarnlarda və silisləşmiş tuffitlərdə isə misin və molibdenin 
miqdarı yüksəlir.  
Ekran rolunu oynayan mərmər laycıqları və mərmərləşmiş əhəng-
daşları müşahidə olunur. Qranodiorit-porfir daykalar həm filiznəzarət-


 
37
edici, həm də müəyyən sahələrdə filizekranlaşdırıcı struktur rolunu oynayır. 
Molibden-mis filizləşməsinin ən yüksək konsentrasiyası qranodiorit intruzi-
vinin zalbandında metamorfizləşmiş, skarnlaşmış, terrigen-karbonatlı su-
xurlarda (2 №-li buruq quyusu, interval 433-550 m) qeyd olunur. 
Yuxarıda göstərildiyi kimi yer səthində  ştokverk tipli molibden-
mis filizləşməsi 350х320 m sahədə molibdenin orta çəki miqdarı 0,023% 
olmaqla mərkəzi sahədə sərhədləndirilmişdir. Misin miqdarı aşağıdır və 
kondisiyaya uyğun deyildir. 2, 3, 5, 6, 7 №-li buruq quyuları ilə 
dərinlikdə molibden-mis damarcıq-möhtəvi filizləşməsi olan 2 əlavə 
ştokverk yatağı  kəsilmişdir. Beləliklə, 800 m horizontdan 100 m 
horizonta qədər 3 ştokverk yatağı qeyd olunur. Ştokverk filizləşməsinin 
şaquli təsiri 700 m-ə çatır.  Ştokverk yatağının alt sərhədi Araz çayının 
səviyyəsindən 500 m aşağı dərinlikdə yerləşir. Ən böyük yataq 100-450 
m horizontda yerləşir və qalınlığı 350 m-ə yaxındır (bax şəkil 3).  
Ştokverk filizinin əsas komponentləri molibden və mis, yanaşı 
komponentlər isə  volfram, qızıl, gümüş, bəzən qalay  hesab olunur.  
Filizdə  əsas element qarışığı renium hesab olunur. Molibdenin 
misə olan nisbəti təqribən 1:5, 1:10, bəzən 1:15-ə uyğun gəlir.  
Aşağıda 2, 3, 5, 6 və 7 №-li buruq quyularında kəsilmiş damarcıq-
möhtəvi filizləşməsinin  ən səciyyəvi intervalları verilir. 2 №-li buruq 
quyusunun 433,0-550,4 m intervalında  əsas  ştokverk yatağı  kəsilmişdir 
ki, burada molibdenin orta çəki miqdarı  ayrı-ayrı intervallarda 0,036%-
dən 0,20%-dək dəyişir və orta hesabla 0,043%; mis 0,05%-dən 0,30%-
dək dəyişir və orta hesabla 0,20% təşkil edir. 3 №-li buruq quyusunun 
320,6-365,4 m və 419,0-434,0 m intervallarında müvafiq olaraq 
molibdenin orta çəki miqdarı 0,011 və  0,017%, misin miqdarı 0,17 və 
0,11% təşkil edir. 6 №-li buruq quyusu üzrə 0-81,0 m, 158,0-186,7 m, 
202,0, 237,0, 246-285 m və 296,0-324,0 m intervallarda komponentlərin  
orta çəki miqdarları: molibden 0,011; 0,014; 0,015 və 0,011%; mis 0,06; 
0,25; 0,30; 0,25 və 0,07% təşkil edir. Göründüyü kimi, misin miqdarı bir 
qədər aşağı, molibdenin miqdarı isə  əksinə, yüksək olub, əgər belə 
demək mümkünsə, kondisiyaya uyğundur.  
Volfram  əsasən, skarnlaşmış laylarda qeyd olunur, burada onun 
miqdarı 0,02%-dən 0,15%-dək dəyişir. Ştokverk filizləri volframa nəzə-
rən zəif öyrənilmişdir.  
Ştokverk filizləri izdən 0,8 q/t-a qədər qızıl saxlayır. 18 sınağın 
nəticələrinə görə gümüşün miqdarı 32,9 m cəmlənmiş qalınlığa  7 q/t-
dan 18 q/t-a qədər,   2 №-li buruq quyusu üzrə isə 4,7 q/t  təşkil edir.  


 
38
Sınaqlar üzrə kobaltın miqdarı 0,001%-dən 0,04%-dək qeyd olu-
nur. Qızılçınqıl yatağında skarnlarda qalayın mineralı (kassiterit)  müəy-
yən edilmişdir (C.A.Azadəliyev, 1991).
                                                                 
  
 
Şəkil 3.  Kilit kvars-volfram və Qızılçınqıl molibden-mis-porfir yataqlarının 
şaquli proyeksiyası.  Tərtib etdi: V.N.Nağıyev
1 - buynuzdaşları, skarnlar; 2 – qabbro-monsonit-diorit formasiyası; 3 – 
qranodiorit formasiyası; 4 - кvars-volfram damarları; 5 – molibden-misporfir 
ştokverk filizləri; 6 – buruq quyuları; 7 – Araz çayının səviyyəsi.  
 
Qızılçınqıl yatağı aşağıda qeyd olunan filiz tipləri ilə səciyyələnir: kvars-
volfram damarı, damarcıq-möhtəvi  ştokverk tipli molibdenit-xalkopirit-
pirit. Ştokverk filizlərində misin və molibdenin sulfidləri pirit, pirrotin və 
nadir hallarda arsenopiritlə assosasiyada rast gəlinir.  İlkin piritin yuva, 
möhtəvi və damarcıqları buynuzdaşlarında hərtərəfli yayılmışdır.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə