Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə5/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   2   3   4   5   6   7   8   9   ...   77

 
14
Müəlliflər bütün bu qeyd olunanları ümumiləşdirərək belə bir 
qənaətə  gəlmişlər ki, misli aqlomeratlar eksploziv-vulkanogen genezisə 
aiddir.  
1.2.2. Mis-molibden-porfir yataqları 
 
1.2.2.1. Diaxçay yataqları qrupu 
 
Sərkidağ-Diaxçay filiz sahəsi Ordubadçayın yuxarı axım hissə-
sində, Aqaraq yatağından 9 km şimal-qərbdə yerləşir. Filiz sahəsi 
daxilində  filizli strukturun parametrləri: uzunluğu 5,5 km, eni 0,5-0,8 
km-dir. Filiz sahəsinin sərhədləri aşağıdakı kimi təyin edilmişdir:  
şərqdən Zəngəzur silsiləsinin suayırıcı hissəsi,  Boxkar aşırımı ilə Soyuq 
dağının arası; cənubdan və  cənub-qərbdən  Sərkidağ dağının yüksək-
liyindən keçən xətt üzrə, Diaxçay və Ordubadçay çaylarının  başlanğıcı, 
2635,8 m və 2866,4 m yüksəkliklərin zirvəsi;  şimal-qərbdən  Əylis və 
Vərdənəçay çayları arası suayırıcı silsilə  və 2851,5 m, 2744,0 m, 2703,0 
m yüksəkliklərin zirvələrindən keçən xətt; şimal-şərqdən Boxkar aşırımı. 
Sərkidağ-Diaxçay filiz sahəsində əsas filiznəzarətedici və filizlokal-
laşdıran strukturlar qranodioritlə kvarslı sienit-dioritin təmas hissəsi, 
Ordubad qırılması boyu ŞQ 280-320
0
 istiqamətdə uzanan qranodiorit 
porfir tərkibli dayka şəkilli cisim, həmçinin  submeridional istiqamətli çat 
zolağı sayılır.  Şıxyurd və Xocanverdi submeridional istiqamətli çat 
zonası filiz sahəsini 3 hissəyə ayırır: Sərkidağ,  Diaxçay və Fəhlədərə. 
 Sərkidağ-Diaxçay filiz sahəsi daxilində Sərkidağ-Diaxçay yatağı,  
Fəhlədərə mis-porfir filiz ştoku  və çoxsaylı mis-molibden və molibden 
minerallaşması olan təzahürlər, zonalar və damarlar vardır.  
Sərkidağ-Diaxçay yatağı eyniadlı filiz sahəsinin şimal-qərb hissə-
sində yerləşərək  şimal-qərb istiqamətdə Xocanverdiçaydan  Əylisçayın 
yuxarı axım hissısinə  qədər uzanaraq 2,0 km–dən də çox məsafədə 
izlənilir. Yer səthində filizləşmə Diaxçay dərəsində, onun yamaclarında  
müşahidə olunur və maksimal eni 35-40 m olmaqla 150-200 m izlənilir. 
Sərkidağın yamacında filizləşmə az qalınlıqlı (2,5-11,0 m)  zona ilə 
təmsil olunur.   
Yatağın mərkəzi hissəsi  10 №-li mağaranın horizontunda (40-150 
m yer səthindən aşağıda) orta eni 80 m olmaqla 522 m uzunluğunda 
izlənilmişdir.  367 m uzunluqda misin miqdarı 0,55%, molibden 0,025%, 
155 m uzunluğa  mis 0,30%, molibden 0,008% olmuşdur. 


 
15
Yatağın şimal-qərb hissəsi  8 №-li mağaranın horizontunda (0-360 
m yer səthindən aşağıda)  964 m uzunluğunda izlənilmişdir. 0,0-600,0 m 
intervalda  misin miqdarı 0,10-1,65% arasında dəyişir və  0,34-0,85% 
arası nəticələr üstünlük təşkil edir. Filizləşmənin eni 160 m-dir. Ayrı-ayrı 
dağ qazmalarında 62 m enə (ort 3-4) mis 0,51%, molibden 0,008%, 34 
m-ə  mis 0,13%, molibden 0,002% təşkil edir. Sərkidağ və Diaxçay arası 
sahədə  ştokşəkilli yatağın cinahlarında 10 №-li mağaranın horizontunda 
(2029,0 m) eni 21 m olan zolaqda misin miqdarı 0,185% və 9 m-ə 
molibden 0,02% təyin edilmişdir. Filizləşmənin eni və miqdarı  dərin-
likdə 3-7 dəfə artır.  
Fəhlədərə ştoku en istiqamətində şimal-qərbə doğru uzanır. 450 m 
uzunluğa (yer səthində)  və 15-35 m enə misin miqdarı 0,71%, molibden 
0,005%, 9 №-li mağaranın (2283 m) horizontunda ştokun eni 61,0 m (ort 
7) olub, misin miqdarı 0,62%, molibden isə 0,009% təşkil edir.  
 
1.2.2.2. Yaşıllıq təzahürləri qrupu 
 
Göyhündür-Yaşıllıq filiz sahəsi iki intruziv kompleksin təmas 
zonasına aid olub, 5 km-dən çox izlənilir. Filizləşmə kvarslı sienit-
dioritlərə və dəyişmiş qabbro-dioritlərə aid edilir. Filizləşmiş  zolağın eni 
150 m-dən 900 m-dək  olmaqla, fasilələrlə 2,8 km-ə qədər izlənilir. Yer 
səthində filizləşmiş  zolağın şimal hissəsində 100 m uzunluğunda 1 №-li 
əsas filiz zonası aşkar edilmişdir. Zonanın orta qalınlığı 30 m, misin orta 
miqdarı 0,4%-dir. 1 №-li filiz cismi 4 №-li mağaranın horizontunda 
(2523 m)  170 m dərinliyə  qədər, 100 m uzunluğunda, 38,5 m enində  
öyrənilmiş, misin orta miqdarı 0,65%, molibden isə 0,01% olmuşdur. 
Filiz sahəsinin mərkəzi hissəsində Yaşıllıq təzahürü müəyyən 
edilmişdir. Filiz zonası 250 m izlənilmişdir. Filizləşmiş hissənin eni 18-
20 m olmaqla, misin orta miqdarı 0,43%, molibden 0,04% təşkil edir. 
Zonanın cənub-şərq  hissəsində  filizləşmiş hissənin eni 34 m olmaqla,   
200 m izlənilmiş, misin orta miqdarı 0,48% olmuşdur. Burada 1 №-li 
şaquli buruq quyusunda  (2228,0 m) 49-129 m intervalda 80 m qalınlığa 
misin orta miqdarı 0,35%, molibden isə 0,002% təşkil edir.    
 
 
                                                                                                                   
 
 


 
16
1.2.2.3. Misdağ yatağı 
 
Yatağın geoloji quruluşunda Mehri-Ordubad qranitoid  plutonunun 
kvarslı və kvarssız monsonitləri, monsodioritləri, diorit-sienitləri, diorit-
ləri və s. iştirak edir. 
Filiz yerləşdirən strukturlar şimal-şərq istiqamətli olub, damar 
süxurların eninə istiqamətli qırılma zonaları  və sistemləri misli məhlul-
larla dolmuşdur. Filiz nəzarətedici strukturların uzanma istiqaməti şimal-
şərq istiqamətdə olub, cənubda Ordubad, şimalda isə Misdağ qırılmaları 
ilə təmsil olunur.  
Yataq  ərazisində 30-dan yuxarı mis-sulfid saxlayan zonalar aşkar 
edilmiş  və izlənilmişdir. Ümumiyyətlə, zonalar 150-950 m məsafədə 
izlənilir və burada qalınlıq əsasən 1-3 m arasında, bəzən isə 24 m-ə qədər 
dəyişərək,  misin miqdarı 0,3%-dən 21,56%-dək, orta hesabla 1,4-2,2% 
təşkil edir. Qeyd olunan damar-zonalar bir-birindən 20-60 m uzaqlıqda  
olmaqla,  paralel şəkildə izlənilirlər.   
Zonalararası  ərazidə damarcıq-möhtəvi tipli mis filizləşməsində 
misin konsentrasiyası zəif öyrənilmişdir. Lakin qırılma zonalarının kəsiş-
mə hissəsində çat sistemlərinin üstünlük təşkil etdiyi sahələrdə və  dayka 
zolağında əksər hallarda misin törəmə minerallarına çevrilmiş damarcıq-
möhtəvi  tipli xalkopirit filişləşməsinə rast gəlinir. 
Misdağ yatağının sahəsi 2 km
2
 olub, filizləşmənin  şaquli təsiri 
genişlənərək 700 m həddinədək dəyişir. Misdağ yatağı həm üfiqi, həm də 
şaquli istiqamətdə filizləşmənin yayılma sahəsinə nəzərən  geniş miqyas-
lı olub, damar-zonalar zəngin mis konsentrasiyasına malikdir. Ştokverk 
tipli damarlar arası  ərazidə damar-möhtəvi tipli filizləşmədə  misin 
miqdarı 0,1-0,7% təşkil edir.  
Yataq mis-porfir filizinin formalaşması cəhətdən olduqca əlverişli 
struktura malik olub, proqnoz ehtiyatları 1,5 mln. ton mis təşkil edən 
əsas yatağın  mis-porfir yatağı kimi qiymətləndirilməsinə imkan verir.  
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə