Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə3/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   2   3   4   5   6   7   8   9   ...   77

 
8
S.Q.Rzayev, R.M.Ağayev, Ə.M.Həmidov və başqaları tərəfindən aparılmış 
və  nəticədə çoxsaylı yataqlar aşkar edilmişdir.  
Faydalı qazıntı yataqlarının istismarı sahəsində H.S.Məmmədov, 
Y.A.Ramazanov, R.S.Kərimov,  Ə.N.Quliyev, R.T.Hüseynov və 
başqalarının böyük əməyi olmuşdur.   
İlk dəfə olaraq bu  kitabda Naxçıvan MR ərazisində aşkar olunmuş 
bütün metal, qeyri-metal, tikinti materialları    və  bəzək daşları yataqları 
haqqında qısa və dolğun  məlumat verilir.  
 “Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları” kitabı 
Azərbaycan Respublikasının  əməkdar mühəndisi V.N.Nağıyev və 
İ.Ə.Məmmədov tərəfindən hazırlanmışdır. 
Kitabın müəllifləri ekspedisiyanın baş geoloqu və partiya rəisi  
timsalında uzun illər Naxçıvan MR ərazisində geoloji-kəşfiyyat və 
proqnoz-metallogeniya  işləri aparmışlar.  
Müəlliflər bu kitabın hazırlanması prosesində göstərdiyi  şəxsi 
köməyə,  qiymətli məsləhətlərinə və kitabın redaktəsinə görə Ekologiya 
və  Təbii Sərvətlər naziri, çox hörmətli H.S.Bağırova səmimi minnət-
darlıq və  təşəkkürlərini  bildirirlər. Müəlliflər həmçinin Milli Geoloji 
Kəşfiyyat Xidmətinin rəhbərliyinə   dərin minnətdarlıqlarını bildirirlər.  
Bu kitabın  tərtibatında Y.S.Məstəliyeva böyük  əmək sərf etmiş və 
texniki işləri yerinə yetirmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
9
BÖLMƏ 1.  METAL FAYDALI QAZINTILAR 
 
1.1. Dəmir və manqan filizləri 
 
1.1.1. Başyurd dəmir təzahürü 
 
Təzahür Gilançayın yuxarı axım hissəsində, Ordubad rayonunun 
Urumus kəndindən 3 km cənub-qərbdə yerləşir. Başyurd skarn-maqnetit 
təzahürü kontakt-metasomatik tipə aiddir. Onlar genetik olaraq Mehri-
Ordubad intruzivinin qabbro-qranodiorit-qranit fazası ilə (Üst Eosen-
Oliqosen)  əlaqədardır. Filizsaxlayan süxurlar Alt Eosenin biotitli-
hornblend, buynuzdaşılaşmış qranodiorit və andezit tərkibli vulkanitlə-
rindən  təşkil olunmuşdur. 
Skarn-maqnetitli filiz cismi təmas zonaya aid edilərək 3-6 m 
qalınlığında  şimal-qərb istiqamətində 120 m-ə qədər uzanan linzalar və 
zolaqlar əmələ gətirir. Maqnetitli cisimlər epidot-qranat skarn laycıqları 
ilə növbələşir.  
 
1.1.2. Ələhi manqan yatağı 
 
Ələhi yatağı 1968-1970-ci illərdə M.Q.Məmmədov və A.D.Məm-
mədov tərəfindən öyrənilmişdir. Yataq Gilançayın yuxarı axım hissə-
sində Ələhi kəndi ərazisində yerləşir. 
Yatağın geoloji quruluşunda Orta Eosenin alt hissəsinin vul-
kanogen-çökmə qatı  iştirak edir. Filizləşmə lay şəkilli olub, linza-
görünüşlü stratiform cisimlər əmələ gətirir. 
Filizlər dəmirli-manqanlıdır. 3,5 km məsafədə hər birinin uzunluğu 
50-350 m, orta qalınlığı 2,0 m, maksimal qalınlığı isə 8,0 m  olan bir sıra 
filizli intervallar aşkar edilmişdir. Manqanın miqdarı 0,1%-dən 46,85%-
dək dəyişərək orta miqdarı 17,8% təşkil edir. Dəmirin miqdarı manqana 
nisbətən bir qədər aşağıdır. Zəngin manqanlı filiz layları qara rəngli, 
möhkəm, ağır, incə-orta dənəli, massiv filizlərdən ibarətdir.  
Ələhi dəmir-manqan filiz yatağı 3 laydan ibarətdir: alt, orta və üst. 
Bundan əlavə uzanma istiqamətində də bir sıra sahələr ayrılır: mərkəzi, 
birinci, ikinci, üçüncü və s. Əsas sahənin üst layı  ən zəngin lay hesab 
olunur.  
 Filizin mineral tərkibində,  əsasən braunit və qausmanit, oksid-
ləşmə zonasında isə psilomelan və pirolüzit mineralları rast gəlinir.  


 
10
Filiz minerallarından hematit və maqnetiti, qeyri-filiz mineral-
larından isə kvars, barit və digərlərini göstərmək olar.    
Ələhi yatağının dəmir-manqan filizləri  əmələ  gəlməsinə görə 
genetik olaraq eksqolyasion-çökmə tipinə aid edilir. Manqan filiz 
mərhələsi bu regionda geniş inkişaf tapmış Orta Eosenin  kolçedan 
(Ağdərə, Nəsirvaz, Səpdərə  və s.) mərhələsi ilə başa çatır. 
 
1.1.3. Kvanus kolçedan-polimetal-manqan təzahürü 
 
Kvanus kolçedan-polimetal-manqan təzahürü Ağdərə yatağının 
cənub-şərqində müəyyən edilmişdir. Burada manqan filizləşməsi poli-
metal filizlərində yaxma şəklində, əsasən filiz damarlarının yan tərəfində 
toplanmışdır. Polimetal filizlər kvars-kalsit damarlarında baritin iştirakı 
ilə ləkəli və yuvaşəkilli yığımlar
 
əmələ gətirir.  Filizləşmə Orta Eosenin 
andezit-bazalt tərkibli vulkanogen qatına aiddir. 
Manqan filizləri qara, his rəngli minerallarla təmsil olunaraq, əsa-
sən  psilomelandan  ibarət olub,  kvarslaşmış süxurların boşluqlarını və 
ayrı-ayrı sahələrini doldurur.  
 
1.1.4. Biçənək manqan təzahürü 
 
Biçənək manqan təzahürü  Şahbuz rayonunun Gömür kəndindən 
6,0 km şimal-şərqdə yerləşir. Bu təzahür  Alt Pliosenin andezitlərinə və 
andezit aqlomeratlarına aid edilir. Manqan filizləri 1,5 kv.km-ə yaxın  
sahədə andezitlərdə incə damarlar (5 sm-ə  qədər) və damarcıq-möhtəvi 
ştokverk əmələ gətirirlər. 
 
Filizdə manqan hidrooksidinin miqdarı 22%-ə çatır. Filizlər 
psilomelan-manqanit və manqanit-pirolüzit minerallarından ibarətdir. 
Həm ilkin, həm də oksidləşmiş filizlərə rast gəlinir.  
Biçənək təzahürünün manqan filizləri zolaqlı brekçiyavarı, 
qabıqşəkilli, massiv (bütöv), sızıntı-qabıq və digər teksturalar əmələ 
gətirir. Bu filizlər üçün simmetrik-zonal, zonal-kollomorf, konsentrik–
zonal strukturlar səciyyəvidir. Filizin mineral tərkibi aşağıdakı kimidir: 
ilkin-psilomelan, manqanit, törəmə - pirolüzit və limonit. Qeyri-filiz 
mineralları kvars və opalla təmsil olunur.   
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə