Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

22

yerləşirdi. Həmçinin bəzi siyasi qurumların, o cümlədən Erməni Ümumilli Hərəkatının, Daşnaksütyunun hərbləşdirilmiş 



birləşmələri var idi. Muş, NART, Adana, Aydat, Tiqran Mes kimi nisbətən kiçik  qruplaşmalar 50-dən 700-dək döyüşçünü 

birləşdirirdi. Bu hərbi qüvvələr 30-a qədər zirehli texnikaya, 150-yə  qədər doluvuran qurğu, onlarla minomyot, 20-dən 

artıq Mi-4 və Mi-8 vertolyotuna malik idilər. Silahlı qüvvələr  əsasən müxalifətin nəzarəti altında idi, lakin hakimiyyət 

tərəfindən onların formalaşdırılmasına maneçilik törədilmirdi. 1990-cı ilin yayında müxalifət hakimiyyəti ələ keçirdikdən 

sonra həmin silahlı qruplaşmalara qanuni status verildi, yəni Ermənistanın rəsmi silahlı qüvvələri kimi fəaliyyətlərini 

davam etdirdilər.  

L.Ter-Petrosyanın rəhbərlik etdiyi yeni hakimiyyət Azərbaycana qarşı  işğalçı  və ilhaqçı niyyətlərini artıq 

gizlətmirdi. 1990-cı ildə Erməni milli ordusu Azərbaycanla sərhədin  şimal-qərb hissəsində  hərbi  əməliyyatları 

genişləndirdi. Həmin il martın 24-də və avqustun 20-də erməni silahlıları 2 dəfə Qazax rayonunun Bağanis Ayrım kəndinə 

girdilər və evlərin  əksəriyyətini yandırdılar. Kənd sakini Dadaş  Əsliyevin 5 nəfərlik ailə üzvləri öz evlərində dir-diri 

yandırıldılar. Bununla Qazax rayonunun ilk kəndi işğal olundu. Ermənilər eyni zamanda Qazax və Tovuz rayonlarının 

sərhədboyu digər yaşayış  məntəqələrini güclü top atəşinə tutdular. Ermənilərin bu cür genişmiqyaslı  əməliyyatı 

Moskvanın regionda olan hərbi qüvvələrinin rəhbərliyini də ciddi narahat etdi. Ona görə də dərhal bəzi əksəməliyyatlar 

həyata keçirildi və erməni silahli birləşmələri ağır itkilərə  məruz qaldılar. Bu məğlubiyyətən sonra Erməni milli 

ordusunda yaranmış ruh düşgünlüyündən prezident L.Ter-Petrosyan istifadə etdi. Bu ordu bir çox məqamlarda müstəqillik 

nümayiş etdirir, hətta prezidentin hakimiyyəti üçün təhlükə  təşkil edirdi. L.Ter-Petrosyan EMO-nun məğlubiyyətini 

bəhanə  gətirərək,  İrəvanda fövqəladə  vəziyyət elan etdi, hərbi birləşmələri buraxdı, rəhbərlərini neytrallaşdırdı,sıravi 

heyəti isə özünün rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatının silahlı qüvvələrinin tərkibinə daxil etdi. Ermənistan 

formal olaraq Sovet imperiyasının tərkibində qalır, lakin artıq tam müstəqil siyasət yeridir və müstəqil silahlı qüvvələrini 

formalaşdırırdı.  

1991-ci ilin əvvəlində Ermənistan rəhbərliyi Moskva ilə razılaşdırılmamış bir neçə siyasi qərar qəbul etdi. 1991-ci 

il martın 17-də SSRİ-nin yeni ittifaq müqaviləsi əsasında saxlanılmasına dair referendumun keçirilməsi nəzərdə tutulurdu. 

Azərbaycan rəhbərliyi referendumun keçirilməsinə razılıq verdi, Ermənistan isə 5 digər müttəfiq respublika ilə birlikdə 

boykot yolunu tutdu. Ona görə də Kreml Ermənistan rəhbərliyini cəzalandırmaq və yenidən öz təsir dairəsinə qaytarmaq 

üçün bəzi yarımçıq addımlar atmaq qərarına gəldi. Sovet imperiyasının Müdafiə və Daxili İşlər nazirliklərinin, həmçinin 

Azərbaycan XTMD-nin 6 minlik qüvvəsi ermənilərin baza rayonlarına qarşı yeridildi. Bu qüvvələrin 3 min nəfəri 

Azərbaycan XTMD-nə məxsus idi və əsas ağırlıq da onların üzərinə düşürdü. Aprelin 30-dan mayın 15-nə qədər davam 

edən əməliyyat nəticəsində Çaykənd (Getaşen), Qarabulaq (Martunaşen), Hadrut istiqamətlərində ermənilərin bir sıra baza 

məntəqələri ləğv edildi, canlı qüvvələri, o cümlədən Ermənistan Daxili İşlər Nazirliyinin 11 əməkdaşı məhv edildi. Lakin 

Moskva əməliyyatı çox tez dayandırdı və baza rayonlarının ləğv edilməsi başa çatdırılmadı. İyul ayında Azərbaycan XTM 

Dəstəsi müstəqil şəkildə Goranboy rayonunun içərilərinə doğru irəlilədi. Ağır döyüşlərdən sonra Manaşid, Buzluq, Erkəc 

baza məntəqələri düşmənlərdən azad edildi. 1991-ci ilin yaz-yay əməliyyatından sonra ermənilər ciddi şəkildə geri 

çəkildilər.  İyulun 19-da vilayət soveti “qarşıdurmadan dialoq və danışıqlar siyasətinə keçmək” haqda qərar qəbul etdi. 

Ermənilər bu vaxt qoşunların Dağlıq Qarabağdan çıxarılması müqabilində Azərbaycanın tərkibindən çıxmağa dair 

qərarlarını  ləğv edəcəklərini bildirdilər. Partiya funksioneri Valeri Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti bu 

təkliflə Xankəndindən Bakıya gəldi.  İyulun 20-də Bakıda V.Qriqoryanın qrupu ilə görüş keçirildi. Onların gətirdikləri 

müraciətdə göstərilirdi ki, SSRİ və Azərbaycan SSR konstitusiyaları əsasında danışıqlar aparmağa hazırdırlar. Bu, Dağlıq 

Qarabağın Azərbaycanın tərkibində qalması demək idi. Nümayəndə heyəti Xankəndinə qayıtdıqdan az sonra, avqustun 




 

23

10-da V.Qriqoryan öldürüldü. Bu hadisələrlə eyni vaxtda, iyulun 20-də L.Ter-Petrosyan Novo-Oqaryovada M.Qorbaçovla 



görüşmüş və yeni ittifaq müqaviləsi ilə bağlı güzəştə getməyə razılaşmışdı.  

Sovet imperiyasının rəhbərliyində Siyasi böhranın dərinləşməsi və 1991-ci ilin avqustunda baş vermiş dövlət 

çevrilişi vəziyyəti kökündən dəyişdi. Moskva regionlar üzərində  nəzarəti itirdi. Avqustun sonunda imperiyanın Dağlıq 

Qarabağdakı  hərbi qüvvələri idarəolunmaz vəziyyətə düşdülər, komandirlərin  əksəriyyəti erməni silahlı  dəstələri 

tərəfindən  ələ alındılar. Bu şəraitdə Ermənistan Dağlıq Qarabağda geniş  fəaliyyətə başladı. Sentyabrın 2-də burada 

“Dağlıq Qarabağ respublikası” deyilən qondarma qurumun yaradıldığı elan edildi. Ermənistan işğal faktını gizlətmək 

üçün qondarma “qurumu” ortaya atdı. Dərhal  ərazidəki 15 min nəfərlik erməni silahlı  dəstələri “Dağlıq Qarabağ 

respublikası özünümüdafiə qüvvələri” adı altında birləşdirildi, sonralar isə “DQR müdafiə ordusu” adlandırıldı. 

Azərbaycan Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyi” ilə manipulyasiya etməsinə cavab olaraq noyabrın 26-da bu 

ərazinin muxtariyyətini ləğv etdi.  

Ermənilər 1991-ci il sentyabrın ortalarında Goranboy rayonunun qərb hissəsində hücuma keçərək bir neçə yaşayış 

məntəqəsini yenidən zəbt etdilər. Oktyabrın əvvəlindən isə azərbaycanlıların Dağlıq Qarabağdan çıxarılması məqsədi ilə 

geniş əməliyyatlara başladılar. Oktyabrın 28-də ermənilər Xocavənd (Martuni) rayonunun yaşayış məntəqələrinə hücum 

etdilər. Noyabrın 16-da döyüşlər Hadrut rayonunun ərazisinə keçdi. Bu hücumlar nəticəsində erməni silahlı  dəstələri 

Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərin əksəriyyətini zəbt etdilər. 

 

 



Sovet imperiyasının süqutu və işğalın yeni mərhələsi 

1991-ci il dekabrın 8-də Belovejsk müqaviləsi ilə Sovet imperiyasının süqutu rəsmiləşdirildi. Azərbaycan hələ 

avqust ayının 30-da müstəqilliyinin bərpa olunması haqda Bəyannamə ilə  çıxış etmiş, oktyabrın 18-də isə “Dövlət 

Müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul etmişdi. Həmin dövrdə Ermənistan da müstəqilliyini elan etmişdi. Bununla 

da Qarabağ münaqişəsi iki müstəqil dövlət arasında müharibə xarakteri aldı. Həmin vaxta qədər Ermənistan Dağlıq 

Qarabağa iddialarını müxtəlif adlar altında gizlətməyə, münaqişəni yerli ermənilərin hərəkatı kimi təqdim etməyə 

çalışırdı. Bundan sonra Ermənistan Azərbaycana qarşı işğalçı müharibəni açıq şəkildə davam etdirdi. Hərbi əməliyyatlara 

birbaşa Ermənistanın Müdafiə nazirliyi tərəfindən rəhbərlik edilir və Dağlıq Qarabağda “Ermənistanın ekspedisiya 

korpusu” deyilən hərbi birləşmə  fəaliyyət göstərirdi. Bütün digər hərbi qüvvələr və terror dəstələri bu korpusun 

tabeçiliyində idilər. Ermənistan silahlı qüvvələrini Rusiyanın yardımı ilə formalaşdırır, bütün mühüm siyasi və  hərbi 

qərarları Rusiya ilə razılaşdırırdı. Rusiya regionu nəzarətdə saxlamaq üçün Ermənistandan və onun Azərbaycana qarşı 

iddialarından istifadə edirdi. Ermənistan öz siyasətini Rusiyanın maraqlarına uyğunlaşdıraraq  ərazi iddialarını 

reallaşdırmaq üçün bu münasibətlərdən maksimum yararlanmağa çalışırdı. Azərbaycan Rusiya-Ermənistan ittifaqına qarşı 

ərazi bütövlüyünü bərpa etmək uğrunda müharibə etmək zorunda qalmışdı. 

Azərbaycan yeni yaranmış  şəraitdə silahlı qarşıdurmaya hazır deyildi. Hərbi birləşmələr yox dərəcəsində idi. 

Daxili Işlər Nazirliyi və Milli təhlükəsizlik strukturlarının azsaylı kontingenti geniş miqyasda döyüş  əməliyyatları 

aparmaq iqtidarında deyildi. 1991-ci ilin sentyabr-1992-ci ilin yanvar ayları ərzində bəzi qurumlar, o cümlədən, Müdafiə 

Şurası, Müdafiə Nazirliyi, Baş  Qərargah yaradıldı. Sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması vacib hadisə idi, 

lakin bu qurum hələ xeyli müddət mövcud tələblərə uyğun fəaliyyət göstərə bilmədi. Bir neçə ay ərzində Müdafiə 

Nazirliyinə tabe olan yalnız bir tabur yaratmaq mümkün oldu, onun da şəxsi heyəti 150 nəfərdən ibarət idi. AXC öz 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə