Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

18

“İnterkontinental” otelində jurnalistlər qarşısında çıxış edərək bildirdi: “Mən  şad olardım ki, Dağlıq Qarabağı 



Ermənistana qaytarsınlar. Mən iqtisadçı kimi hesab edirəm ki, onlar Azərbaycandan daha çox Ermənistanla bağlıdırlar. 

Mən artıq bununla bağlı  təklif vermişəm və ümid edirəm ki, bu ideya həyata keçiriliəcəkdir”. Bu bəyanat Qarabağ 

üzərinə bütün dünya ermənilərinin hücumu üçün ilk rəsmi siqnal oldu. A.Aqanbekyanın açıqlaması ermənilər tərəfindən 

Moskva rəhbərliyinin rəsmi mövqeyi kimi qəbul olundu və onların geniş fəaliyyət üçün əl-qolunu açdı.  

1987-ci ilin ikinci yarısından başlayaraq azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağda açıq şəkildə sıxışdırılır 

və  çıxıb getməyə məcbur edilirdilər. Bu proses yerli erməni icra və milis (polis) orqanları, qeyri-formal silahlı dəstələr 

tərəfindən həyata keçirilirdi. Müqavimət göstərməyə  cəhd edən dinc əhali döyülür və yaxud öldürülürdü. Daim ölüm 

təhlükəsi qarşısında qalan azərbaycanlılar tədricən öz yurdlarını  tərk edərək Azərbaycana pənah gətirirdilər. Dörd min 

nəfərlik ilk böyük qaçqın dəstəsi Ermənistanın Quqark rayonundan 1988-ci ilin əvvəlində gəldi. Bu Ermənistan rəhbərliyi 

tərəfindən həyata keçirilən “etnik təmizləmə” siyasətinin başlanğıcı idi. “Etnik təmizləmə” siyasəti ilə azərbaycanlılar 

1918-1920-ci və daha sonrakı illərdə Azərbaycanın Ermənistana bağışaldığı tarixi ərazilərindən zorla çıxarılırdılar. 

Ermənilər “etnik təmizləmə” ilə yanaşı ilk siyasi addımlarını da atdılar. 1988-ci ilin yanvar-fevral aylarında Xankəndində 

və İrəvanda Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbləri ilə toplantı və mitinqlər başladı. 1988-ci il fevralın 13-də 

Xankəndinin mərkəzi Lenin meydanında ermənilərin ilk mitinqi keçirildi. Fevralın 20-də isə Dağlıq Qarabağ 

muxtariyyətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi xahişi ilə Azərbaycan rəhbərliyinə  rəsmi 

müraciət göndərdi. Bunun ardınca isə silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra, fevralın 22-də erməni 

silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən Azərbaycan türklərini gülləboran etdilər, 2 nəfər gənc 

öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı hadisə Ermənistandan gələn emissarlar tərəfindən törədildi və ermənilər silahlı 

münaqişədə maraqlı olduqlarını nümayiş etdirdilər. 

 Fevralın 28-də isə İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi. 

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən 

təşkil olunmuşdu”. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri 

N.Kryuçkov da etiraf etmişdir. Bakının 30 km-də yerləşən Sumqayıt  şəhəri təsadüfən seçilməmişdi. Həmin  ərəfədə 

Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və 

ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə  qəzəb içərisində idilər. Hələ Sovet dövründə  də “ölü zona” 

adlandırılan  şəhərin yerli əhalisi də yoxsulluq və  səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə  də 

burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, 

onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. İstintaq materiallarında 

ixtişaşlara Azərbaycan türkü Əhməd Əhmədov və erməni Eduard Qriqoryanın rəhbərlik etdikləri bildirilirdi. Erməninin 

bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı 

erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bəzi faktlara müraciət etməyə ehtiyac vardır. Zərəçəkmiş 

Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə 

anama zərbə endirdi, bu vaxt mən bir neçə  dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm 

çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa 

bildirirdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt 

soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə  çıxartmağı  təklif etdi, sonra onun iştirakı ilə Emma 

vəhşicəsinə öldürüldü”. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə birinci 

mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə 




 

19

endirərək halsız vəziyyətə salmışdır”. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni 



qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da 

qurtara bildilər. Məhkəmə Azərbaycan türkü Əhməd  Əhmədov haqda ölüm hökmü çıxardı  və hökm dərhal yerinə 

yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Bu hadisələr məşhur deyimi bir 

daha təsdiq etdi: “ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ermənilər ölmüş  və yaxud öldürülmüş 

həmtayfalarından həmişə  məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün 

yararlanmaq məqsədi güdürdülər. Ona görə  də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış  rəy 

formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və 

Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama 

perspektivlərini heçə endirməyə çalışırdılar.  Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. Martın 10-da İrəvandan 

cənubda Azərbaycan türklərinin yaşadıqları Mehmandar kəndinin 4 sakini qətlə yetirildi, martın 25-də Ararat rayonunun 

kəndlərində 100-dən artıq ev yandırıldı, əhalisi qovuldu. Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərinə hücumlar 

adi hal aldı.  

Vəziyyətin gərginləşməsi Moskva rəhbərliyini bəzi addımlar atmağa məcbur etdi. Münaqişə zonasına əlavə hərbi 

qüvvələr yerləşdirildi. Fevralın sonunda Azərbaycan və Ermənistanda Moskvanın hərbi qüvvələrinin sayı 13 min nəfərə 

çatdırıldı. Təxminən həmin vaxtda Ermənistan  ərazilərində ilk hərbləşdirilmiş  dəstələr yaradıldı. Bu dəstələr  İrəvanda 

fəaliyyət göstərən və beynəlxalq erməni terror təşkilatlarının dəstəyi ilə yaradılan “Qarabağ komitəsi”nə tabe idilər. Bu 

Komitənin rəhbərlərindən biri sonralar Ermənistanın prezidenti olmuş L.Ter-Petrosyan idi. 1988-ci ilin yayına qədər bu 

dəstələr konkret şəxsi heyəti olan mütəşəkkil birləşmələrə çevrildilər, ov və döyüş silahları ilə  təmin edildilər. Eyni 

zamanda Ermənistanın kənd rayonlarında sərhədboyu yaşayış  məntəqələrini qorumaq adı altında silahlı “özünümüdafiə 

dəstələri” yaradıldı. Bu dəstələrin hamısı vahid mərkəzdən–millətçi erməni hərəkatının liderləri tərəfindən idarə olunurdu. 

1988-cı il iyulun 12-də Dağlıq Qarabağda “vilayət soveti” deyilən qurumun toplantısı keçirildi və Azərbaycanın 

tərkibindən çıxmaq haqda qərar qəbul olundu. Bu toplantıya orada yaşayan azərbaycanlıların nümayəndələri dəvət 

olunmadılar.  

Ermənistanda və Dağlıq Qarabağda yaşayan Azərbaycan türkləri isə silahlı erməni dəstələri qarşısında tam 

müdafiəsiz qalmışdılar. Dağlıq Qarabağda Azərbaycan türkləri aramsız olaraq erməni silahlılarının hücumlarına məruz 

qalırdılar. Ermənistanda isə erməni silahlı  dəstələrinin hücumları 1988-ci ilin noyabr-dekabr ayları ərzində 250 mindən 

artıq Azərbaycan türkünün öz yurdlarından zorla deportasiya edilməsi ilə  nəticələndi. Bu zaman dinc əhaliyə qarşı 

dəhşətli vəhşiliklər törədildi, 216 nəfər, o cümlədən 57 qadın, 5 körpə və müxtəlif yaşlarında 18 uşaq öldürüldü. 1988-ci 

ilin noyabrında Ermənistanın  şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırıldı. Ermənilər 

“etnik təmizləmə” siyasəti nəticəsində Azərbaycan türklərinin əsrlərlə yaşadıqları 172 yaşayış məntəqəsini, 8 min kv.km 

ərazini  ələ keçirdilər. Bəzi yerlərdə qalmış dinc əhali də 1991-ci ilə  qədər qovulub çıxarıldılar. Azərbaycan türklərinin 

yaşadıqları sonuncu kənd–Nüvədi 1991-ci il avqustun 8-də boşaldıldı. Insanlar daim onları  hədələyən ölüm təhlükəsi 

qarşısında öz yurdlarını  tərk etməli oldular. 1988-ci ilin dekabr ayında Ermənistanda baş vermiş  zəlzələ zamanı da 

azərbaycanlı  və ermənilərin  əsil mənəvi dəyərləri nümayiş etdirildi. Zəlzələdən dərhal sonra, dekabrın 11-də 

Azərbaycandan xüsusi dəstə təyyarə ilə təbii fəlakət zonasına yola düşdü. Lakin köməyə gələn təyyarə Leninakan hava 

limanının dispetçer heyəti tərəfindən qəzaya uğradıldı. Bu qəza nəticəsində 73 nəfər azərbaycanlı həlak oldu, yalnız bir 

nəfər xilas ola bildi. Həmin şəxsi isə Ermənistanda heç bir xəstəxana qəbul etmədi, onu təcili olaraq Bakıya göndərməli 

oldular. Zəlzələdən zərərçəkənlərə kömək üçün gəlmiş fransalı xilasedicilər isə daha dəhşətli hadisənin  şahidi oldular. 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə