10
sonu-1906-cı ilin əvəlində az vaxt ərzində formalaşan “Difai” təşkilatı əhalini səfərbər edərək müqavimət hərəkatını təşkil
etdi və erməni silahlı dəstələrinin qarşısını ala bildi. Lakin bu müvəqqəti hal idi. Xarici
havadarlarına arxalanan və
onlardan kömək alan ermənilər geri çəkilərək təşkilatlarını gücləndirməyə, daha radikal təşkilatlar yaratmağa, dəstələrini
daha geniş miqyasda silahlandırmağa, yeni hücumlara hazırlaşmağa başladılar.
Bir müddət sonra beynəlxalq aləmdə “Balkan böhranı”nın yaranması, Birinci Dünya müharibəsinin başlanması ilə
erməni terror təşkilatları yenidən nəzərlərini Türkiyə ərazilərinə yönəltdilər. Onlar Türkiyədə pozuculuq fəaliyyətinə,
silahlı qiyamlara, dinc əhaliyə qarşı qırğınlara başladılar. Erməni silahlı dəstələrinin “fəaliyyəti” nəticəsində 200 mindən
artıq dinc əhali qətlə yetirildi, ölkənin bir sıra əyalətlərində gərgin qarşıdurma və vətəndaş itaətsizliyi vəziyyəti yarandı,
separatçılıq meylləri gücləndi. Türkiyə hökuməti vəziyyətdən çıxış yolu olaraq 1915-ci ilin aprelində erməni silahlı
dəstələri və terror təşkilatlarının, qızışdırıcı fəaliyyətlə məşğul olan bəzi din xadimlərinin həbsi ilə, az sonra isə erməni
əhalsinin ölkənin digər ərazilərinə köçürülməsi ilə bağlı qərarlar verməli oldu. Bu qətiyyətli addımlarla ermənilərin
pozucu və xəyanətkar hərəkətlərinin qarşısı alındı. Türkiyə hökumətinin qəti mövqeyi ilə üzləşən erməni terror təşkilatları
öz niyyətlərinə nail ola bilmədikdə, manevr edərək meydana saxta “erməni soyqırım”ı deyilən məsələni atdılar. Onlar bu
məsələdən də bu günə qədər yararlanmağa çalışır, lakin ciddi nəticələrə nail ola bilmirlər. Ermənilərin saxta “soyqırım”ı
dünyada tanıtdırmq cəhdləri artıq bayağı təbliğat kompaniyasına çevrilmişdir və heç bir dövlət tərəfindən ciddi
qarşılanmır. Son 40 il ərzində bu məsələ məhz saxta olduğu üçün vaxtaşırı ayrı-ayrı dövlətlər tərəfindən gündəmə gətirilir,
ötəri maraqlar üçün istifadə olunur, sonra da yenidən unudulur.
Birinci dünya müharibəsinin sonlarına doğru erməni terror təşkilatları Cənubi Qafqazda və ilk növbədə
Azərbaycanda yenidən fəallaşdılar. Rusiya imperiyasının dərin siyasi və iqtisadi böhran içərisində olması, hər yerdə,
xüsusi ilə də ucqarlarda hərc-mərcliyin hökm sürməsi ermənilərin əl-qol açmasına, qanlı olaylar törətməsinə şərait
yaradırdı. Rusiyada hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrin hamısı xristian amilini əsas götürərək
ermənilərə siyasi və hərbi dəstək verirdilər. Yaxşı silahlanmış erməni terror təşkilatları bir sıra ərazilərdə, xüsusilə də
Bakı, İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvanda türk-müsəlman əhalisini sıxışdırıb çıxartmağa, həmin əraziləri nəzarətə
götürməyə çalışırdılar. Məqsəd bu əraziləri dünya birliyinə guya erməni yaşayış məntəqələri kimi təqdim etmək idi. Onlar
böyük dövlətlərin köməyi ilə həmin yerlərdə “erməni dövləti” yaratmaq ümidində idilər. Rusiya bolşevikləri Bakıda
erməni daşnaklarına arxalanırdılar. 1917-ci ilin noyabr-dekabr aylarında burada bolşevik-daşnak ittifaqı yarandı. Bu
ittifaqa V.Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilmiş S.Şaumyan rəhbərlik edirdi. Erməni silahlı
dəstələri 1918-ci ilin əvvəlində türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar. Demək olar ki, heç bir silahı,
mütəşəkkil qüvvəsi olmayan dinc əhali onlara ciddi müqavimət göstərə bilmirdi. Ermənilər bütün yerlərdə eyni taktikadan
istifadə edirdilər. Türkiyədəki Amerika silahlı qüvvələrinin rəhbəri admiral Mark Bristol sonralar yazırdı: “Mən general
Dro (erməni terror dəstələrindən birinin rəhbəri-müəllif) ilə birlikdə xidmət etmiş öz zabitlərimin məlumatlarına əsasən
bilirəm ki, müdafiəsiz kəndlər əvvəlcə bombalanır, sonra zəbt edilir, qaçıb gedə bilməyən sakinlər vəhşiliklə öldürülür,
kənd talan edilir, bütün mal-qara aparılır və sonra isə kənd yandırılırdı. Müsəlmanlardan yaxa qurtarmaq üçün bütün
bunlar sistematik şəkildə həyata keçirilirdi”. Vahid mərkəzdən idarə olunan erməni silahlı dəstələri hər yerdə eyni
ssenarini həyata keçirir, eyni vəhşilikləri törədirdilər.
1917-ci ilin dekabrında Qafqazda döyüşən rus ordusu buraxıldı. Ermənilər dərhal bu vəziyyətdən istifadə edərək
rus ordusunda qulluq edən həmsoylarından ibarət 3 piyada diviziyası, bir süvari briqadası, habelə ərazi alayları yaratdılar.
Azərbaycan türkləri Rusiya hakimiyyəti tərəfindən etibar edilib orduya çağırılımadıqlarına görə yaranmış şəraitdən
11
istifadə edib öz silahlı qüvvələrini yarada bilmədilər. Nəticədə Azərbaycanın dinc əhalisi yalnız terror təşkilatları ilə deyil,
həm də nizami erməni ordusu ilə üz-üzə qaldı.
Erməni silahlı dəstələri o vaxta qədərki ən böyük qırğınları 1918-ci ilin mart ayında törətdilər. Martın 18-də 20
minlik erməni-bolşevik silahlı qüvvələri Şamaxıya daxil oldular və dinc əhaliyə divan tutdular. Həmin ayın axırına qədər
davam edən qırğın nəticəsində 12 min azərbaycanlı qətlə yetirildi. Bakıda martın 30-dan aprelin 2-nə qədər erməni
silahlıları tərəfindən aparılan soyqırım nəticəsində 18 min dinc əhali məhv edildi. Eyni vaxtda Quba qəzasına daxil olan
quldurlar 3 minə yaxın qubalını öldürdülər. Bir neçə gün ərzində erməni bolşevik terror dəstələri Bakıda, Şamaxıda,
Qubada, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda və digər yerlərdə 50 min nəfərdən artıq dinc əhalini qətlə
yetirdilər. Ermənilərin törətdikləri kütləvi qırğınlar bununla kifayətlənmirdi. 1919-cu ilin avqust ayında Ermənistan
hökuməti Qərb dövlətlərinin təzyiqləri qarşısında bəzi cinayətləri etiraf etməli oldu. Ermənistan hökuməti rəsmi bəyanatla
quldur dəstələrinin Andronik, Manukyan, Saakyan, Kaçaznuni kimi başçılarının cinayətkar fəaliyyəti nəticəsində 1918-ci
il ərzində Qafqazda 400 min nəfər azərbaycanlının, 120 min gürcünün, 15 min kürdün və 22 min ləzginin öldürülməsi
faktını təsdiq edərək, müqəssirlərin cəzalandırılacağına dair öz üzərinə öhdəlik götürdü.
1918-ci ilin may ayında Cənubi Qafqazda Azərbaycan türkləri və gürcülərlə yanaşı ermənilər də öz
müstəqilliklərini elan etdilər. Şərqdə ilk demokratik respublika yaratmış Azərbaycan xalqı müstəqil dövlətçiliyini
möhkəmlətməklə yanaşı ermənilərin sonsuz ərazi iddialarını da dəf etməli oldu. Ermənilər öz müstəqilliklərini Tiflisdə
elan etmişdilər, lakin müstəqil dövlət qurmaq üçün nə əraziləri, nə də siyasi mərkəzləri var idi. Nəyin bahasına olursa
olsun Cənubi Qafqazda erməni dövləti yaratmaq istəyən Antanta dövlətləri–İngiltərə, ABŞ, Fransa və digərlərinin təkidli
xahişləri və təzyiqləri qarşısında Azərbaycan Xalq Cümhuriyyəti güzəştə getməli oldu. Azərbaycan Milli Şurasının
(parlamentinin) 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri ətraf əraziləri ilə birlikdə öz dövlətlərini yaratmaq üçün
ermənilərə verildi. Həmin qərarda bu xoşməramlı addımın müqabilində ermənilərin əsassız ərazi iddialarından imtina
etməsi ilə bağlı şərt qoyulmuşdu. Erməni hökuməti də bu şərtlə razılaşmışdı. Az sonra Türkiyə hökuməti də həmin
ərazilərdə erməni dövlətinin yaradılmasına öz razılığını verdi. Qədim Azərbaycan torpaqlarında erməni dövləti belə
meydana gəldi. Həmin vaxt onun ərazisi 9 min kv.km., əhalisi isə 324 min nəfər idi. Ermənistan hökuməti Azərbaycan
Xalq Cümhuriyyətinin xoşməramlı addımına ermənisayağı minnətdarlıqla cavab verdi. Onlar bir neçə il ərzində qonşu
Azərbaycan torpaqları hesabına ərazilərini 30 min kv.km-ə çatdırdılar. 1918-1920-ci illərdə indi Ermənistan adlandırılan
ərazilərdən 565 min nəfər Azərbaycan türkü zorla deportasiya edildi. 1922-ci il məlumatlarına görə, həmin ərazilərdə
yalnız 10 min nəfər azərbaycanlı qalmışdı. Deportasiya edilmiş azərbaycanlıların bir hissəsi sonradan geri qayıda bildilər.
Daşnakların hakimiyyətdə olduğu 2 il yarımlıq dövr ərzində 489 min nəfər azərbaycanlı qətlə yetirildi, 157 kənd
tamamilə, 67 kənd qismən azərbaycanlılardan “təmizləndi”. Beləliklə, 1828-ci ildən başlayan proses 1920-ci ildə indi
Ermənistan deyilən ərazilərdə 738 türk-müsəlman kəndindən yerli qədim əhalinin qovulması və həmin yaşayış
məntəqələrinin tam erməniləşdirilməsi ilə yekunlaşdı.
1918-1920-ci illərdə Ermənistan hökuməti ələ keçirdiyi Azərbaycan torpaqları ilə kifayətlənmir, digər ərazilərə, o
cümlədən Qarabağ, Naxçıvan, Zəngəzura iddialar irəli sürür, vaxtaşırı həmin ərazilərə silahlı quldur basqınları təşkil
edirdi. 1918-ci ilin ortalarında Andronik, Dro, Njdenin başçılığı altında erməni silahlı dəstələri Qarabağ, Zəngəzur,
Naxçıvana soxularaq kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında 10 minlik erməni ordusu Naxçıvanın Düşün,
Vənənd, Xanağa, Ağrı və digər kəndlərinin üzərinə hücuma keçdilər. Az sonra onlar Ordubad üzərinə yeridilər. Düşmən
müqavimətlə rastlaşaraq geri çəkilməli oldu. Həmin vaxt onların Zəngəzura hücumları da uğursuzluqla nəticələndi.
Andronikin quldur dəstələri 1918-ci ilin may-avqust aylarında irəliləyə bildilər. Onlar Sisyan bölgəsini ələ keçirdilər və