Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

24

fəalları hesabına bir neçə tabur formalaşdırıb cəbhə bölgələrinə göndərdi. Müdafiə Nazirliyi bölgələrdə özünümüdafiə 



dəstələrinin yaradılmasına başladı.  

Ermənistan hərbi hazırlıq, silah-sursat təchizatı, ordunun qurulması  cəhətdən Azərbaycanı  ən azından 3 il qabaqlayırdı. 

Ermənistanda və Dağlıq Qarabağda ermənilərin hərbi qüvvələrinin sayı 30 min nəfərə çatırdı. Bütün bunlara baxmayaraq, 

o vaxta qədər ermənilərin tərəfindən hərbi  əməliyyatlarda iştirak edən Sovet qoşunlarının xeyli hissəsinin regiondan 

çıxarılması Azərbaycanın imkanlarını bir qədər artırmışdı. 1991-ci il dekabrın 30-31-də Azərbaycanın silahlı  dəstələri 

əkshücuma keçərək Xankəndi yaxınlığıdakı  Kərkicahan yaşayış  məntəqəsini yenidən nəzarətə götürdülər. Bu dövrdə 

Azərbaycan tərəfi döyüşlərdə “Katyuşa”, “Qrad” qurğularından, tank əleyhinə “Rapira” toplarından istifadə edirdi. Eyni 

vaxtda Ağdam  şəhərində ilk böyük ordu qruplaşması yaradıldı, bu qruplaşmaya daxili qoşunların bəzi hissələri, yerli 

özünümüdafiə  dəstələri, AXC könüllüləri daxil idilər. Lakin hərbi qruplaşma  şəxsi heyət və silah-sursatla tam təmin 

olunmamışdı, ona görə  də ciddi əməliyyatlar keçirə bilmirdi. Ağdam qruplaşması 1992-ci ilin yanvar-fevral aylarında 

yalnız bir neçə məhdud əməliyyatla kifayətlənməli oldu. Yanvarın 25-26-da birinci kəşfiyyat taburunun Şuşa yaxınlığında 

Daşaltı kəndi istiqamətində əməliyyat keçirmək cəhdi də uğursuzluqla nəticələndi, 70 nəfərə yaxın ölən və yaralananlarla 

itgi verildi, 30 nəfərdən artıq adam itgin düşdü. Yanvar ayının sonunda erməni birləşmələri Dağlıq Qarabağdakı son 

yaşayış  məntəqələrini də  zəbt etməyə başladılar. Onlar Sovet imperiyasının süqutundan sonra Rusiyanın tabeçiliyinə 

keçmiş  hərbi hissələrin, o cümlədən 23-cü motoatıcı diviziyanın 366-cı motoatıcı alayı, 42-ci sərhəd dəstəsi, Xankəndi 

qarnizonunun əlahiddə taburunun xidmətlərindən geniş şəkildə istifadə edirdilər. Yanvarın 15-də Kərkicahan, fevralın 10-

da Malıbəyli, Quşçular kəndləri işğal olundu. Fevralın 17-də Xocavənd rayonunun Qaradağlı  kəndi işğal edildi. İşğal 

zamanı  kəndin 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürüldü. Ermənilər 117 nəfər dinc sakini girov götürdülər, 

onlardan 77 nəfəri qətlə yetirdilər. Ermənilər kəndin yaxınlığındakı fermada 6 nəfəri diri-diri yandırdılar. 

1992-ci il fevralın birinci yarısınadək ermənilər Şuşa-Xocalı yolu və Şuşanın ətrafındakı yaşayış mətəqələrini ələ 

keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, həmçinin hava nəqliyyatı vasitəsi ilə əlaqələr də kəsildi. Düşmənin zenit-

raket kompleksləri və zenit artilleriyası vertolyotların Xocalıya uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il fevralın 25-

dən 26-a keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə hücuma keçərək Xocalı şəhərini və yaxınlıqda 

yerləşən aeroportu zəbt etdilər. Erməni silahlı  dəstələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə 

qarşı dəhşətli soyqırım törətdilər. Xocalı Dağlıq Qarabağda yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən 

biri idi. Bu qəsəbə  Ağdam-Şuşa və Xankəndi-Əsgəran yolu üzərində strateji əhəmiyyətli mövqeyə malik idi. Xocalının 

əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndindən və Dağlıq Qarabağın digər yerlərindən 

qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan çıxarılmış  məhsəti türkləri də  məskulaşmışdılar. Ermənilər 

Xocalıya hücum zamanı “yandırılmış torpaq” taktikasını yeritdilər. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplar və 

zirehli texnikadan fasiləsiz atəşə tutuldu və xarabalığa çevrildi. Həmin dövrdə Ermənistanın prezidenti L.Ter-Petrosyan 

erməni ordusuna müraciətlə deyirdi: “Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstətməməlisiniz. Dağlıq 

Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı  bərqərar edənə  qədər sizin düşmənə 

yazığınız gəlməməlidir”. Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi xəttin həyata keçirildiyini təsdiq 

edir. Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi ki, “Əlbəttə, mən müharibəyə getdiyimi başa düşürdüm, ancaq 

uşaqlara atəş açacağımı və hətta öldürəcəyimi ağlıma da gətirməzdim”. Aşot Barxudaryan (Mehri rayonunun sakini) isə 

göstərirdi ki, “adamlar qışqırır, ağlayırdılar, bizim yaralıları çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, 

tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdilər”. Rantik Mirzoyan (İrəvan şəhərinin sakini) isə 

belə xatırlayırdı: “Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə  şey görməmişdim. 




 

25

Meyidlərin iyi hər yanı bürümüşdü. Hər yerdə meyidlər tökülüb qalmışdı”. Ermənistanın indiki prezidenti Serj Sarkisyan 



isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: “Xocalıya qədər azərbaycanlılar elə 

bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi 

dağıtdıq. Məhz bu baş verdi”. Xocalının sağ qalmış sakinləri isə hadisələri xatırlamaqdan da dəhşətə  gəlirlər. Sənubər 

Ələkbərova danışır ki, “meyidlərdən böyük bir dağ  əmələ  gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı 

yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər”. Cəmil Məmmədov belə xatırlayır ki, 

“mən 5 yaşlı  nəvəmi və 14 min manat pulu götürərək meşəyə  tərəf qaçdım, səhər başa düşdüm ki, uşaq soyuğa 

dözməyəcək, ona görə yaxınlıqdakı Naxçivanik kəndinə getdim, orada ermənilər bizi əsir götürdülər, orada mənim 

dırnaqlarımı çıxardılar, təpiklə sifətimə zərbələr endirdilər, nəvəmi əlimdən aldılar, bu günə qədər onun taleyi haqda heç 

bir məlumatım yoxdur”. Səriyyə Talıbova isə daha dəhşətli hadisələrin  şahidi olmuşdu: “Bizi erməni qəbirstanlığına 

gətirdilər.... Burada erməni döyüşçünün qəbri üstündə 4 məshəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra 

valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər...Az sonra milli ordunun formasında 2 

azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxardılar”. On bir yaşlı Ramil Həsənov xatırlayır ki, “dostlarım 

Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, 

lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular”.  

Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Rəsmi statistikaya görə, Xocalı soyqırımı 

zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər 

xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə 

tamamilə  məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov 

götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə 

də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı 

heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan 

(hazırda o, Ermənistanın Müdafiə naziridir), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni  əsilli 50-dən artıq zabit və 

praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130  kişi,51 qadın, onlardan 13 

uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 

nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin  əksəriyyətinin baş  dəriləri soyulmuşdur, burunları, qulaqları  və digər 

orqanları kəsilmişdir. 

Ermənilər Xocalı üzərinə hərbi əməliiyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə 

divan tutmaqdan ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi qüvvə yoxdur. Şəhərin az saylı müdafiəçiləri 

XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin rəhbərlik 

etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala 

bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular. 

  Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı 

kimi tanımalıdır. Çünki soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək mümkündür.  

 

Xocalı soyqırımının kiçik yaşlı qurbanları: 

- Orucova Xatirə  Əli qızının (8 yaşında) çiyni, döş  qəfəsi, ağ ciyəri, qabırğası güllə yarası ilə  sındırılıb. Möcüzə 

nəticəsində sağ qalıbdır. 

- Abdullayeva Vüsalə İlham qızının (4 yaşında) meşədə don vurduğuna görə hər iki ayaqlarının barmaqları kəsilib. 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə