Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
125
«...Əzçi pir süd,
Bəh, bəh, bəh, bəh!
Nə xürdə şir ariz əş cəra,
və cənk siri süd,
Bəh, bəh, bəh, bəh!
Carqədəş xoş-xoş mikunəd,
Yarəm biləm qəş mikunəd,
Qəş, qəş, qəş, qəş...
Bundan sonra «Mənsuriyyə» başlanır. «Mənsuriyyə»də
bu qəzəli Mirzə Ələkbərin şagirdi məşhur xanəndələrdən olan
Mirzə Məhəmməd Həsən Şirvani çox gözəl oxuyardı...»
Hər ki zifirət və səlumat bu rəst,
Mi nətəvan quft ki, sahib dil əst.
Vəsmə hərəm əst fədun əbruvan,
Sürmə hərəm əst fədun çəşmi məst.
Mişənəvi Yusifi qissəyi,
Vay bəranan ki, buridənd dəst.
Seyyidi biçarə nə indəm fitad,
Dərd tələbət bud fəruzi əl əst.
Seyfəddin Qəniyev, Səadət Veysova
126
Bəli, Məhəmməd Həsən dostu Mahmud Ağanın məclisi-
nin xarı bülbülü olur. Ağanın elə bir qonaqlıq məclisi, mü-
sabiqəsi olmazdı ki, Mirzə orada başda əyləşməsin...
Haşiyə: Xanəndəlik sənətinin sirlərini mükəmməl öy-
rənən Mirzə Məhəmməd Həsən bütün muğamları cani-dildən
oxuyardı, duzlu xalları, insanı bihuş edən zəngulələri ilə din-
ləyiciləri valeh edərdi. Şakəri olan «Şur»u ayrı cür ifa edərdi,
sanki o, «Şur» üçün doğulmuşdu. Bir sözlə, Mirzənin «Şur»u o
illərdə Mahmud Ağanın muğam məclisində iştirak edən gənc
xanəndələr üçün bir məktəb idi.
Ustad xanəndə musiqişünas Mahmud Ağa kimi, muğam,
təsnif üçün söz-qəzəl seçməkdə də mahir idi.
Bakı, Şuşa, İran xanəndələrinin qatıldığı məclisdə həmişə
Məhəmməd Həsən xüsusi mükafata layiq görülərdi. Mirzə
Şamaxı.Mahmud Ağanın dostu məşhur xanəndə Mirzə
Məhəmməd Həsənin anım gününün iştirakçıları
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
127
Məhəmməd Həsən ömrünün ixtiyar çağına qədər fərəhlər içində
yaşamış, yoxsulluq, aclıq, kədər-qəm nə olduğunu bilməmişdir.
Atalar demiş, «kiminin əvvəli, kiminin axırı».
Mirzənin ömrünün sonu təəssüf ki, sevincdən, qürrədən
uzaqlaşaraq kədərə bələnir. Gözləri işığını itirib zəifləyir, qu-
laqları da tutulur. Deyilənlərə görə, Şamaxıda kimsəsi olmayan
sənətkar əlacsızlıqdan 1916-cı ildə Göyçaya köçüb yaxınlarına
pənah aparmış, l917-ci ildə burada haqq dərgahına qo-
vuşmuşdur. Sağlığında dostu Ağaəlibəy Nasehə vəsiyyət et-
mişdi ki, onu dostu, musiqi xiridarı Mahmud Ağanın uyuduğu
«Laləzar» qəbiristanlığında dəfn etsinlər.
Tədbir iştirakçıları (soldan) rayon Qadınlar Şurasının sədri
N.Abdulrazaqova, f.e.d. S.Qəniyev, əməkdar incəsənət
xadimi N.Axundov, f.e.n. E.Eminalıyev və rayon mədəniyyət
evinin direktoru M.Kamilova
Seyfəddin Qəniyev, Səadət Veysova
128
Əfsuslar ki, ustad xanəndə Mirzənin son arzusunu ye-
rinə yetirən olmadı. Bu azmış indi məzarının da yeri kim-
səyə bəlli deyil.
Məhəmməd Həsənin yaradıcılığı haqqında əldə edilən bil-
gilər, xatirələr və onun şeirləri 2000-ci ildə nəşr olunan «Mirzə
Məhəmməd Həsən Fələkzadə, «Nalə» kitabında işıq üzü gör-
müşdür. Şairin “Olsun” rədifli qəzəlini diqqətinizə çatdırmağı
vacib bildik.
Nigara, zülfünə tapşır üzündən bir kənar olsun,
Tökülsün gərdənə çin-çin yerində bərqərar olsun.
Götür zülfün üzündən ta görünsün qəbqəbi xalın,
Sevənlər söyləsin əhsən, rəqibim şərmismar olsun.
Əgər zülfün tutar ruyin pərişan hal olur halim,
Rəva görmə sınıq könlüm, dağılsın tarmar olsun.
Səni məndən cuda qılmaqdı virdinaşı əğyarın,
Dolansın qoy o bədxanə qəsəm həşti cahan olsun.
Fələk cövr ilə sən Yusifliqadan mən cida düşdüm,
İnanma Yaqubun qəlbində mən tək intizar olsun.
Məni dəfn elə Mahmudun yanında ölsəm, ey Naseh,
Fəqət bu Mirzənin də mədfəni qoy «Laləzar»
1
olsun.
Haşiyə: 2011-ci il may ayının 14-də Şamaxıda Mirzə
Məhəmməd Həsənin anadan olması münasibəti ilə möhtəşəm
tədbir keçirildi. Həmin tədbirdə mesenat Mahmud Ağa da yad
edildi, anıldı. Yubileydə Şamaxı Rayon İcra Hakimiyyəti,
1
Mahmud Ağanın uyuduğu “Laləzar” qəbiristanlığı
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
129
aparatın bütün işçiləri qədirbilənliklə iştirak etdilər. Məclisə
respublikamızın görkəmli alim, ziyalı və sənətkarları da dəvət
olunmuşdu.
Şəkildə (ortada), prof. S.Qəniyev, xalq artisti
A.Qasımov və muğam müsabiqəsinin iştirakçısı
M.Mirələmov (Şamaxı)
Seyfəddin Qəniyev, Səadət Veysova
130
Səid Ünsizadə
(1831-1912)
Hacı Səid Əfəndi Əbdürrəhman oğlu Ünsizadə 1831-ci
ildə
1
Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. İstanbul
və Bağdadda mükəmməl təhsil almış, «Ziya» və «Ziyayi-Qaf-
qaziyyə» qəzetlərinin naşiri və redaktoru olmuşdur. Səid «Ha-
mi» təxəllüsü ilə şeirlər yazmışdır. «Beytüs-Səfa» məclisinin
üzvü idi. Mənbələrdə onun «Beytüs-Səfa» ədəbi şairlər məc-
lisinə yaxınlığı müəyyən faktlarla təsdiq edilir. Səid 1883-cü il-
də Tiflisdə nəzmlə yazılmış «Qiraət» kitabını nəşr etdirmişdir.
Səidin atası və qardaşları da şair olmuşlar.
Yaddaşlardan: Onun qardaşları - Cəlal, Kamal mət-
buat, maarif və məktəblərin inkişafında xüsusi xidmət gös-
tərmişlər. Onun yazdığı «Şəriət» kitabının bir nüsxəsi yaxın qo-
humu, xanəndə Ağakərim Nafizin atasıgildə imiş. Kimsə aparıb
qaytarmayıb.
Səid də 1890-cı ildə Türkiyəyə köçmüş və 1912-ci ildə
orada vəfat etmişdir. S.Ünsizadənin xeyli publisistik məqa-
lələri, poetik məktubları, mədhiyyə, zikr, minacat, qəsidə və s.
formada əsərləri vardır. Onun poeziyasından bir yarpaq təqdim
edirik:
Uçub könlüm quşu varmış yenə təlimi üqbayə,
Tapıb bir müğbeçə tərsa girib onla kəlisayə.
Odur ol Xosrovi-şöhrətinümayi-kişvəri-danış,
Dəyişməm yüz behiştin nəzmini şəhri-Buxarayə.
Həriri-nəzmi-rənginin edər payində payandaz,
Əgər ol Yusifi-sane gedə ol nəqşi-zibayə.
1
Səidin anadan olma tarixi bəzi mənbələrdə 1845-ci il kimi də qeyd olunur
Dostları ilə paylaş: |