Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə35/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 135
Əli yastı balabanın müşayiəti ilə söylədiyi çeşidli bayatı-
lar sona çatanda yavaşca gülümsəyirdi. Bu təbəssüm ətrafdakı-
lara da siyarət edərdi. Əhməd Sultan Əlinin ifasını həmişə ayrı-
ca mükafatlandırırdı. 
 
Qara Məhəmməd Səfa 
(1851-1876) 
 
Məhəmməd Məşədi Hüseyn oğlu Səfa (Saflıq) 1851
1
-ci 
ildə  Şamaxının  İmamlı  məhəlləsində, tacir ailəsində anadan 
olmuşdur. Mollaxana və mədrəsədə oxumuş, ərəb, fars dillərinə 
yiyələnmişdir. Gözəl təbli, bədahətən  şeir demək istedadı 
olmuşdur. «Beytüs-Səfa» məclisinin üzvləri arasında böyük 
hörməti vardı, hətta bəzi araşdırıcılar şeir məclisinin onun evin-
də keçirildiyini də iddia edirlər. 
F.Köçərli bu barədə yazır:  «...bu haman Səfadır ki, 
Şamaxı şüərası onun adına bir mənzil bina edib «Beytüs-Səfa» 
adı ilə onu təmsil qılmışdır. Səna və ürəfa araya cəm olub, şerü 
qəzəl deməklə  və ruhani söhbətlə  sərfö-övqat edərlərmiş». 
Şairin yaradıcılığını öyrənən Ə.Cəfərzadə onun həyatı haqqında 
yazır: «Məhəmməd Səfa məclisin  ən fəal üzvlərindən biri, 
S.Ə.Şirvaninin yaxın dostu olmuşdur.  O, bu məclisdə  iştirak 
edərək özünün ən gözəl əsərlərini yaradaraq, bir şair kimi püx-
tələşmişdir». 
Lakin Səfanın ömrünün son iki-üç ili çox faciəli keç-
mişdir; sevgilisi Qəmzəni ona verməmiş, ona böhtan atmışlar. 
Şamaxının nüfuzlu şəxsləri - Mahmud Ağa, S.Ə.Şirvani, Ağa 
Seyidəli Ağa  və başqalarının onu müdafiə etməsinə bax-
mayaraq, Səfa xanənişin olmuş və axırda çox cavan ikən 1876-
cı ildə qardaşı İsmayıl tərəfindən öldürülmüşdür».  
Başqa bir mənbədə deyilir: «Şamaxı  əhlindən bir nəfər 
Hüseyn Nam ilə sözləşib, aralarında münaqişəyə vüqua gəl-
                                                 
1
 Bəzi müəlliflər onun 1852-ci ildə anadan olduğunu göstərirlər. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
136
mişdi. Bu Hüseyn Nam gecə vaxtı onların darvazasına gəlib 
Məhəmmədi evdən eşiyə çağırıb qətlə yetirmişdi» (15-95). 
F.Köçərlinin yazdıqlarından aydın olur ki, şairin mü-
hafizə edilməsində başqa dostları ilə yanaşı, Mahmud Ağa da 
əlindən gəlini əsirgəməmişdir. 
Məhəmməd Səfa 1876-cı ildə Şamaxıda «Laləzar» qəbi-
ristanlığında dəfn olunmuşdur. 
 
Ağaəli bəy Naseh 
(1856-1915) 
 
Ağaəli bəy  Əfəndizadə Naseh Şirvani 1856-cı ildə 
Şamaxıda doğulmuşdur. Naseh ərəb və fars dillərindən başqa, 
rus dilinə də böyük həvəs göstərmiş və bu dili mükəmməl öy-
rənmişdir. Məntiq, dil, ədəbiyyat və tarix elmlərinə  dərindən 
bələd olmuşdur. O, «Beytüs-Səfa»  ədəbi məclisinin fəal işti-
rakçılarından idi. 
Mənbələrdə göstərildiyi kimi, Naseh xoş xasiyyətli, meh-
riban olduğu üçün müasirlərinin böyük hörmətini də qa-
zanmışdı. F.Köçərli «Azərbaycan ədəbiyyatı» əsərini yazarkən 
Naseh də Şirvan şairlərinin tərcümeyi-halını tərtib edib ona ver-
mişdi. O, Seyid, Bixud, Qafil, Raqib və b. şairlərlə qardaş kimi 
idi. Naseh ömrünün axırına kimi dövlət idarələrində  işləmiş, 
məhkəmədə katiblik etmişdir. 
O, Mahmud Ağanın böyük hörmət bəslədiyi ziyalılardan 
idi. Naseh həm S.Ə.Şirvani, həm də Mahmud Ağa məclisində 
mütəmadi iştirak etmiş və çox müsabiqələrə rəhbərlik edənlər-
dən biri olmuşdur. 
Naseh 1915-ci ildə ermənilərin  Şamaxıda törətdiyi faciə 
zamanı həlak olmuşdur. 
 
Varmıdı sinədə dərdü qəmü nihan, ölərəm,  
Bu sirri eyləmədim kimsəyə bəyan, ölərəm. 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 137
Bacardığımca qəmi-eşqi gizlədim axır,  
Kəsüdi taqətü səbrü qərarü can, ölürəm. 
 
Səfayi-vəslidi aləmdə gərçi maqsudim,  
Bəlayi-hicriylə bağrım olubdu qan, ölürəm. 
 
Açılmamış gül idim gülşəni-nəzakətdə,  
Bahari ömrümü eşq eylədi xəzan, ölürəm. 
 
Şikayət eyləmədim möhnəti-fəraqindən,  
Zəlilü xarü dilfıkarü bizəban, ölürəm. 
 
Ümid idim çəkərəm dərdi-eşqi Naseh tək,  
Qırıldı rişteyi, ümmid nagəhan, ölürəm. 
 
Vayıd qızı 
(XIX - XX) 
 
Vayıd qızı Sahibə  Şamaxıda musiqiçilər ailəsində do-
ğulub. Sahibənin anası Tükəzban və xalası Fatma XIX əsrdə 
Şamaxının varlı-karlı sakinlərinin qadın məclislərində  iştirak 
ediblər.  Əhməd Sultanın məclisində  də oxuyublar, nay (qar-
mon) çalıblar... 
Uşaqlıqdan o da nay çalmağı öyrənmiş, 30 ilə yaxın Şir-
vanın qadın toylarında çalıb-oxumuşdur. Onun qoşduğu mah-
nılar ailə-məişət mövzusundadır:  «Sağrı başmaq», «Gəlin», 
«Qaynana», «Ay laçın»  və s... Mənbələrin qeyd etdiyi kimi, 
Mahmud Ağa məclisində qadın sənətkarlar - xanəndə  və  rəq-
qasələr də vardı. Onlardan biri də Sahibə xanım idi. Sahibə həm 
də varlı ailələrin qız toyunda iştirak edirdi. 
O, həm də gözəl şeirlər yazırdı. Əfsus ki, şeirlərinin az bir 
qismi günümüzə gəlib çatmışdır. Onun haqqında prof. Ə.Cəfər-
zadə geniş tədqiqat aparmış, şerilərini çap etdirmişdir... 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
138
Vayıd qızı  Şamaxının «Laləzar» qəbiristanlığında dəfn 
edilmişdir. Onun poeziyası qadın qəlbinin kövrəkliyi, mis-
raların səmimiliyi ilə seçilir. 
 
Bakının yolları tamam badımcan,  
Qolumda bilərzik, boynumda mərcan, 
Gedirsən kağız yaz, olum xatircəm,  
Sən dəli, mən dəli, qayıt gəl bəri. 
 
Bakının yolları tamamı əncir,  
Qaşlarım kamandır, zülflərim zəncir,  
Qayıt öldür məni, görüm kim incir?  
Sən dəli, mən dəli, qayıt gəl bəri. 
 
Bakının yolunda dərdim badarmı,  
Çıxıb getdin, eşitmədin sədamı,  
 
Sənə qurban olsun kəndin adamı,  
Sən dəli, mən dəli, qayıt gəl bəri. 
 
Bakının yolları tamamı püstə,  
Dərdini çəkməkdən olmuşam xəstə,  
Gözüm yolda qalıb, qulağım səsdə,  
Sən dəli, mən dəli, qayıt gəl bəri. 
 
Vayıd qızı deyər, şeiri, qəzəli,  
Payız olcaq bağlar tökür xəzəli,  
Mənim yarım Şamaxının gözəli,  
Sən dəli, mən dəli, qayıt gəl bəri. 
 
*** 
Haftamabildən bir qız düşdü dümqara saşdı,  
Ayağında kimxa tuman üstü naxışdı, 
Barmağında qızıl üzük, firuzə qaşdı,  
Haftamabel, haftamabel anqırdı qaşdı. 
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə