Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
121
Kim fənayə verdi nəqdi-ömrünü Bixud kimi,
Kim mənim tək canını cananə qurban eyləmiş?
Seyid Əzim Şirvani
(1835-1888)
Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il
iyul ayının 10-da Şamaxının Qalabazar məhəlləsində ruhani
ailəsində doğulmuşdur. Atası
vəfat etdikdən sonra ana babası
Molla Hüseynin himayəsində
böyümüş və ərəb, fars dillərinə
kamil yiyələnmişdir. Sonra o, ali
ruhani təhsili almaq üçün İraqa
gedir - Nəcəf, Bağdad və Şamda
oxuyur. Təhsilini başa vurduq-
dan sonra doğma Şamaxıya qayı-
dır, əsasən məktəbdarlıqla məş-
ğul olur. Bir müddət Şamaxıda
yaşayır, ikinci dəfə səfərə çıxır.
Məkkə, Mədinə, Qahirədə olur.
Ömrünün sonuna kimi «Beytüs-
Səfa» məclisinə rəhbərlik edir.
O, XIX əsrdə Şamaxıda ya-
şamış gənc ziyalıları – S.Ünsizadə, S.M.Qənizadə M.Mahmud-
bəyov və b. ilə dost, Mahmud Ağa ilə həmfikir, əməl yoldaşları
olmuşdur. Mahmud Ağaya həsr etdiyi şeirlərində ona münasi-
bəti aydınca bilinir. Hər iki əqidə, əməl dostu Şamaxıda maari-
fin, muğam sənətinin, poeziyanın inkişafına xüsusi köməklik
göstərmişdir. Mahmud Ağa şairin «Beytüs-Səfa» məclisi və
«Üsuli-Cədid» məktəbinin maddi durumuna köməyini əsir-
gəməmişdir.
S.Ə.Şirvani
Seyfəddin Qəniyev, Səadət Veysova
122
XIX əsr Azərbaycan ədəbiyyatının qüdrətli sənətkarların-
dan sayılan S.Ə.Şirvani «... nəinki yalnız Şirvan vilayətinin,
bəlkə tamami Azərbaycan türklərinin şüərasından biri olub»
(F.Köçərli).
Mahmud Ağa məclisinə Orta Asiya, İran, Tiflis və Şuşa-
dan gələn qonaqları da S.Ə.Şirvani qarşılar, müsabiqələrə baş-
çılıq edərmiş.
Haşiyə: Atası Seyid Məhəmməd vəfat edəndən sonra o,
Dağıstanın Yaqsay kəndində çalışan ana babası Molla Hü-
seynin himayəsində yaşamış, tərbiyə almışdır. S.Ə.Şirvani
1853-cü ildə anası Gülsüm xanımla Şamaxıya qayıdır. Bir il
sonra Gülsüm xanım 19 yaşında olan oğlunu qohumu və qon-
şusu Bikə xanımın qızı Ceyran xanımla evləndirmişdir. Şama-
xıda Seyid Məhəmmədin ocağına hörməti olan bütün insanlar
Seyid Əzimin toyunda yaxından iştirak edirlər. O cümlədən,
Seyid Məhəmmədin yaxın dostlarından olan Əhməd Ağa da.
Həmin vaxtdan sonra Seyid Əzim bu ailəyə, eləcə də Mahmud
Ağaya daha da yaxınlaşır. Bu yaxınlıq sonra da əqidə dostluğu,
əməl dostluğuna, sənətə, poeziyaya, muğama bağlı olan in-
sanların dostluğuna çevrilir. S.Ə.Şirvaninin dəfnini də Mahmud
Ağa təşkil edir.
Seyid Əzim Şirvani 1888-ci il may ayının 20-də Şamaxı
şəhərində vəfat etmiş və «Şah xəndan» qəbiristanlığında tor-
pağa tapşırılmışdır.
Həmin gündən Mahmud Ağa atasının məsləhəti ilə
S.Ə.Şirvani ailəsinin qayğısını çəkməyə başladı. Bu zaman şai-
rin böyük ailəsi - oğlu Seyid Cəfər (1852-1937) otuz altı, qız-
ları Seyid Həcər (1856-1935) otuz iki və Seyid Fatma (1860-
1936) iyirmi səkkiz, həyat yoldaşı Gülsüm xanım (1840-1900)
isə altmış yaşında idi. Bu böyük ailənin bütün qayğılarını Mah-
mud Ağa öz çiyinlərinə aldı. Azərbaycanın böyük şairinin ailə-
sini heç nəyin xiffətini çəkməyə qoymadı.
S.Ə.Şirvaninin qız nəticəsi, şair Arif Səfa babası haq-
qında nənəsindən eşitdiklərini belə xatırlayır: “Nənəm Şa-
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
123
maxı, onun istedadlı övladları, xeyriyyəçi Mahmud Ağa haq-
qında çox danışardı, özü də böyük həvəs və ehtiramla. Seyid
babamla olan münasibətlərindən, bir-birinə ehtiram və dost-
luqlarından. Mahmud Ağa bu ehtiramı uzun illər qoruyub sax-
lamışdır. Onun qırxını, ilini də vermiş və qəbri üstünə sinə da-
şını da o, qoydurmuşdur. Məzarın üstündəki, qəzəli də Mah-
mud Ağa seçmişdir. Babam Seyid Cəfərlə birlikdə. Məzar da-
şının ikinci tərəfindəki «hədisdən» olan yazıları isə oğlu seçib,
məsləhət bilmiş, həkk etdirmişdi”.
Mirzə Məhəmməd Həsən Nalə
(1851-1917)
Mirzə Məhəmməd Həsən
Fələkzadə Nalə dabbaq İsmayıl
oğlu 1851-ci ildə Şamaxının Sa-
rıtorpaq məhəlləsində anadan
olmuşdur. Mollaxana və məd-
rəsədə oxumuşdur. Ərəb və fars
dillərini mükəmməl öyrənmiş,
Şərq poeziyasına bələd olmuş-
dur. Atası onu ruhani görmək is-
tədiyi üçün hələ 15-16 yaşında
atası onu «İmamlı» məscidində
axundun yanına aparır.
Həmin illərdə böyük xey-
riyyəçi Mahmud Ağa Əhməd
Sultan oğlunun adı-sanı, musiqi
məclisinin sorağı çox yerlərə ge-
dib çatmışdı.
Musiqi bilicisi Mahmud
Ağa bir təsadüf nəticəsində onun səsinin bənzərsizliyini bilir,
onu məclisində olan ustad xanəndələrə tapşırır.
Mirzə Məhəmməd Həsən
Seyfəddin Qəniyev, Səadət Veysova
124
Məclisin ən məşhur xanəndələrindən biri də Kərbəlayi
Əkbər Hacı Tahir oğlu idi. Məhəmməd Həsənin məlahətli səsi
onu da tutur. Odur ki, qonşusu Məhəmməd Həsəni özünə şagird
qəbul edir. Gənc xanəndə sonra Çopur Nəcəfqulu, Mehdidən
çox mətləbləri öyrənir. Azərbaycanın bülbül cəh-cəhli xa-
nəndələri - Hacı Hüsü, Məşədi İsi, Cavad, Segah İslam, Cab-
bar Qaryağdıoğlu və başqaları Məhəmməd Həsən haqqında
həmişə hörmətlə söz açmış, Cabbar isə daim ona öz ehtiramını
bildirmişdir.
Mənbələrdən: Cabbar Qaryağdıoğlu Mirzə Məhəm-
mədin yaradıcılığına həmişə yüksək qiymət verərmiş,
pencəyinin döş cibində onun «Naləsi»ni gəzdirərmiş. Qar-
yağdıoğlunun «Xatirə» dəftərində «Çahargah» dəsgahından
da bəhs olunur. Klassik şairlərin şeirlərindən, təsnif və mu-
ğam şöbələrindən nümunələr gətirirdi. Ustad xanəndə «Hi-
sar»dan sonra gələn təsnifə farsca bu şeiri nümunə göstərir:
Şamaxı. M.M.Həsən Nalənin anım gününün iştirakçıları –
filialın tələbələri, f.e.d S.Qəniyev ( soldan ikinci) və
mədəniyyət şöbəsinin əməkdaşları - Ə. Təhməzov, R. Tağızadə
Dostları ilə paylaş: |