Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 117
 
Kuyi-canan mənzilin olmaq dilərsən, 
Naciya, keç cahanın ləzzətindən, tərkü-mülkü mal qıl. 
 
 
Əli Əkbər Qafil 
(1828-1891) 
 
Əkbər Namaz oğlu  Qafil (Qayıdan)  1828-ci ildə  Şa-
maxının Sarıtorpaq məhəlləsində, baqqal ailəsində doğulmuş və 
orada mükəmməl mədrəsə təhsili almış, fars dilini öyrənmişdir. 
Böyük ədəbiyyatşünas F.Köçərli yazır: «Qafil sinndə Hacı Se-
yid Əzimdən böyük imiş, Şamaxıda müsəlman məktəbindən 
başqa bir yerdə təhsil etməyibdir» (8-92).  
O, «Beytüs-Səfa»  ədəbi məclisinin fəal üzvlərindən biri 
idi. Müasiri olan Şirvan  şairlərinin  əksəriyyəti ilə dostluq et-
mişdir. 
Qafilin yaradıcılığı əsas etibarı ilə məhəbbət mövzusunda 
yazılmış  qəzəllərdən və dini mövzulara həsr edilmiş  mər-
siyələrdən ibarətdir. Öz yaradıcılığında o, S.Ə.Şirvaninin yolu 
ilə getmiş, ona xeyli nəzirələr yazmışdır. Qafılin əsərləri pəra-
kəndə haldadır, indiyə qədər toplanıb nəşr edilməmişdir. 
O, Mahmud Ağanın qonşusu, həmtayı və yaxın dostu ol-
muşdur. «Beytüs-Səfa» məclisindən  əvvəl Mahmud Ağa məc-
lisində  iştirak etmişdir. Qafilin atası Namaz Əhməd Sultanın 
həmtayı, yaxını idi və musiqi axşamlarında iştirak edərdi. Qafil 
1891-ci ildə  Şamaxıda vəfat etmiş  və  «Şahxəndan»  qəbiris-
tanlığında dəfn olunmuşdur.  
Şeirlərindən bir yarpaq: 
 
Mənə ol dilbəri-ahunigah müddətdi ram olmaz, 
Nə bir vəsli mənə məqdur, nə də ömrüm tamam olmaz. 
 
Könül, ol dilbəri xud kamidən çək kamə yeməkdən,  
Neçün nakamlıqdan yaxşı hiç aləmdə kam olmaz. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
118
 
Həbibim, Kəbeyi-kuyində sərkərdan olan aşıq,  
Dolanıb başına qurbanın olsa biməqam olmaz. 
 
Könül, olsa müyəssər vəsli-dilbər, nəqd candan keç,  
Ki, bazari-məhəbbətdə bu sovdalar müdam olmaz. 
 
Haram olmuş əgər qan tökmək, ey məh, leyk üşşaqın,  
Gözün qurbani, tök qanın, halalındır, haram olmaz. 
 
Ola hər mülki-dil ləşgəri-qəmzən güzərgahi,  
Düşür rövnəqdən, əsla onda qanuni-nizam olmaz. 
 
Verib cananə can, Qafil, gəl indi sən də bir ad et,  
Ki, əhli-eşq namindən səya aləmdə nam olmaz. 
 
Aşıq İbrahim 
(1830-1916) 
 
Aşıq  İbrahim Hacı Gülü oğlu 1830-cu ildə  Şamaxı 
qəzasının,  Əhgəxaran kəndində anadan olmuşdur. O, sənətin 
sirrini həmyerlisi Aşıq  İslam Bayram oğlundan  (1808-XIX 
əsrin sonu) öyrənmişdir.  Şirvan aşıq sənətinin inkişafında 
xüsusi xidmətləri olmuşdur. Bir çox havacatlar bəstələsə  də, 
onlardan ancaq biri – «İbrahimi peşviri»  gəlib günümüzə 
çatmışdır. Mənbələrdə yazıldığı və xatirələrdə deyildiyi kimi o, 
Mahmud Ağa məclisi və «Beytüs-Səfa»ya  yaxın olmuşdur. 
İxtiyar yaşında Şamaxı Cümə məscidində məlahətli və zil səsi 
olduğu üçün azan verərmiş. 0,1916-cı ildə vəfat etmişdir. Onun 
da  bir şeirini təqdim edirik. 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 119
 
Gəlmişəm 
 
«Nəzər haxdı», - doğru deyib atalar,  
Qurulu yay idim gözə gəlmişəm.  
Vurğunuyam bu müqəddəs sənətin,  
Ülfət qılıb saza-sözə gəlmişəm. 
 
Uca zirvələrdə mən də var idim,  
Fələk vurdu qətrə-qətrə əridim,  
Öz mülkümdə bir istəkli yar idim,  
Dağlardan enmişərn, düzə gəlmişəm. 
 
İbrahiməm, getməz könlün qubarı,  
Vədəsiz itirdim vəfalı yarı,  
Bir də görə bilsəm, o vəfadarı,  
Sanaram dünyaya tazə gəlmişəm. 
 
Molla Ağa Bixud 
(1830-1892) 
 
Molla Ağa Hacı Molla Tağı  oğlu  Bixud (İxtiraysız) 
1830-cu ildə Samaxı şəhərində Qarabazar məhəlləsində ruhani 
ailəsində doğulmuşdur.  Şamaxıda mollaxana və  mədrəsədə 
ərəb, fars dillərini öyrənmişdir. Bir müddət memarlıq etmiş, 
sonra ticarətlə  də  məşğul olmuşdur. Bixud Şərq ölkələri, Orta 
Asiyaya səyahətlər etmişdir, klassik üslubda əsərlər yazmışdır. 
«Beytüs-Səfa» məclisinin müsabiqəsində M.Füzulinin «Ol-
maz» rədifli qəzəlinə nəzirə yazanlar arasında Bixud birincilik 
qazanmışdır. 
S.Ə.Şirvani  Şamaxıda olmayanda «Beytüs-Səfa» məc-
lisinə Bixud rəhbərlik etmişdir.  S.Ə.Şirvani dostu haqqında 
yazır:  «Sinni-şərif otuz salda, qüvveyi-təbi sərhəddi-kəmaldə. 
Əlhəq ki, bir şairdir şirinkəlam və əşari-lətifi pəsəndideyi-xasü 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
120
əvzam.  Əksər kəlami aşiqanə, bəlkə atəş-dərunundən bir 
təbanə»  (17-123).  Mənbələrdə qeyd edildiyi kimi, şairin «Di-
vanı» olmuşdur. Amma həmin şeirlər toplusu hələlik əldə edil-
məmişdir.  Ə.Cəfərzadənin dediyinə görə, 1902-ci ildə  zəlzələ 
Bixudgilin də evini alt-üst etmişdir.  Şeir  əlyazmaları da yəqin 
ki, onda məhv olmuşdur. AMEA-nın  Əlyazmalar  İnstitutunda 
şairin bir qrup şeirləri saxlanılır. Molla Ağa Bixudun bir şeiri 
vaxtilə «Ziya» qəzetində işıq üzü görmüşdür. 
Bixud Mahmud Ağa və atası Əhməd Sultanla simsar idi. 
Əhməd Sultan karvansarasının bir guşəsini  «Beytüs-Səfa»ya 
verdikdən sonra daha da yaxın olmuşlar. 
Natəvan məclisinin üzvləri  Şamaxıya gələndə Bixud on-
larla birlikdə dostu Mahmud Ağanın keçirdiyi musiqi ya-
rışlarında ustad kimi iştirak edərdi. Bixudun oğlu  Molla Sal-
man sonralar Şəkkak  təxəllüsü ilə  şeirlər yazmış, 1902-ci il 
zəlzələsindən sonra Türkmənistana köçmüşdür... 
Molla Ağa Bixud haqqında F.Köçərli, S.Mümtaz, F.Qa-
sımzadə, Əzizə Cəfərzadə, N.Qarayev, Əhməd Cəfərzadə və 
bu sətirlərin müəllifi və b. bəhs etmişlər. 
F.Köçərli şairin ölüm tarixi barədə yazır: «Hicrətin 1310-
cu sənəsində (m.1892) 62-63 yaşında axirət mənzilinə köç 
edibdir. Vəfatı vəba naxoşluğundan olubdur» (10-21). Onun 
bir qəzəlini ərməğan edirik. 
 
Hansı aşiq can sənə mən kimi qurban eyləmiş,  
Hansı məşuq aşiqin sən kimi nalan eyləmiş? 
 
Hansı bülbül gülçün etmiş sinəsin mən kimi çak,  
Hansı gül sən kimi bülbül bağrını qan eyləmiş? 
 
Hansı seyid olmuş kəməndi-zülfivə mən tək əsir,  
Hansı səyyad öz şikarın təşnə büryan eyləmiş?! 
 
Şəmi-ruyün hansı məfhil içrə olmuş şələvər,  
Buyi-muyün hansı bəzmi ənbəristan eylərmiş? 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə