Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 105
və yola salardılar. 
 
Xankəndli Əzi 
(XIX-XX əsr) 
 
Xankəndli  Əzi Hüseyn oğlu XIX əsrin ortalarında 
Şamaxı  qəzasının Xan kəndində doğulmuşdur. Deyilənlərə 
görə, atasının yaxşı səsi olsa da, sənətə getməmişdir. Dörd öv-
ladının - Səhab, Vahab, Musa, Əzi - dördünün də  səsi ol-
muşdur. Onlardan ikisi - Əzi və Səhab xanəndəlik etmiş, Vahab 
isə balaban sənətini atasının dostu Allahverən  Şıxı  oğlundan 
öyrənmişdir. 
Əzi  Şamaxıda molla məktəbində oxuyub. Gəncliyində 
məhərrəmlikdə mərsiyə deməklə məşhurlaşıb. Bu zaman Mirzə 
Məhəmməd Həsənlə tanış olur. Sonra Mirzədən muğam sə-
nətini kamil öyrənir. Məlahətli səsi olduğunu görən Mirzə onu 
Mahmud Ağa məclisinə özü təqdim edir. Ondan sonra Əzi Mir-
zənin  şagirdi kimi ad çıxarır, Mahmud Ağanın məclisinin bə-
zəyi olur. «Segah», «Şur» muğamlarını ustadı kimi oxuyarmış. 
«Mənsuriyyə»ni daha zil və şirin ifa edə bilirmiş. Mahmud Ağa 
həmişə ona ayrıca «Mənsuriyyə» oxutdurarmış. 
O, həm də şair imiş... Odur ki, «Beytüs-Səfa» məclisinin 
üzvləri ilə dostluğu da vardı. Xan kəndindən olduğu üçün 
S.Ə.Şirvani onu «Xanoğlu»  çağırarmış. Ondan sonra bütün 
məclis əhli də ona «Xanoğlu» deyərmiş. Şeirlərini də «Xanoğ-
lu» təxəllüsü ilə yazarmış. Əzi qardaşı Səhabdan muğamları öy-
rənmişdir. Səhab da sonra Mirzə  Məhəmməd Həsənə  şagird 
durmuşdur. Mirzə özü şagirdini Mahmud Ağa məclisinə  gə-
tirmişdir. Onun da şakəri «Şur» və «Şüştər» olmuşdur. Səsi zil 
olduğu üçün qardaşı da, özü də «Şüştər»in zərb şöbələrini bən-
zərsiz oxuyarmış.  Mahmud Ağa qardaşların zərb-muğam-
larını  çox bəyənirdi.  Əzi həm klassik, həm də xalq şeir üs-
lubunda şeirlər yazmışdır. Mərhum Aşıq Baratın yaddaşından 
onun qəzəllərindən bir neçə beyti bir qoşma, gəraylılarını 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
106
yazıya almışıq:  
 
İçində 
 
Səhər-səhər, seyrə vardım,  
Yarı gördüm bağ içində.  
Yaxası güllü bostandı,  
Şamamalar tağ içində. 
 
Dodağının axar balı,  
Canlar alır qoşa xalı,  
Bir tamaşa gül camalı,  
Tər böyrəkdir, yağ içində. 
 
 
Əzi deyər, vardı qəsdim,  
Bulaq üstə yolun kəsdim,  
Onda bilər zərbi-dəstim,  
Ələ düşsə, bağ içində. 
 
* * * 
...Xanoğlunun səsi təzə,  
Məclislərə qatar məzə,  
Əlbət ki, gələcəm sizə,  
Məndən incik düşən, yarım. 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 107
 
Xankəndli Səhab 
(?-1948) 
 
Səhab Hüseyn oğlu  Şamaxı  qəzasının Xan kəndində 
anadan olub. O, Əzinin kiçik qardaşı idi. Şamaxıda qardaşı ilə 
mollaxanada təhsil alıb. Ona görə də dostları onu Mirzə Səhab 
çağırırdılar. Bu zaman artıq XIX əsrin 90-cı illəri olardı. Bu iki 
qardaş Mahmud Ağanın sevimli gənc xanəndəsi idi. Səhab da 
muğamatı Mirzədən öyrənir. Səhabın səsi Əzidən daha zil, daha 
məlahətli idi. Başqaları kimi Mahmud Ağanın daha çox sevdiyi 
«Şüştəri» isə ayrı cür oxuyurdu. Mirzədən sonra Şamaxıda 
mükəmməl «Şüştər» oxuyanlardan idi. Aşıq Şamilin ilk ustadı 
dayısı Soltan olmuşdur. Amma sonralar o, Səhabdan da 
muğamları öyrənir. «Şüştəri» isə daha ayrı cür... 
Sirvan aşıqlarının demək olar ki, hamısı - Aşıq Barat, 
Aşıq  Şərbət, Aşıq Xanmusa, Aşıq Xanış, Aşıq Mahmud 
deyərdilər ki, Aşıq Şamil kimi, «Şüştər» oxuyan yox idi. Biz 
də qədim «Şüştəri» ondan öyrənmişik... 
Aşıq  Şamillə çoxdan görüşmüşəm. Dediklərini və 
xatirələrini sonralar yaratdığım  «Şirvanlı  Aşıq  Şamil» (Bakı, 
2009)  kitabında vermişəm. O, dayısı  və  Səhab haqqında da 
mənə xeyli məlumat vermişdi. «Mən, Səhabla tanış olanda 20-
25 yaşım olardı. O, əsasən, Aşıq Bilalla toylara gedirdi, sonra 
mən də Aşıq Bilala xanəndəlik etdim. Həmişə ustadı Mirzədən, 
Cabbardan, Mahmud Ağadan çox danışırdı. Dayım Soltana gö-
rə ustad mənimlə daha şirin söhbət edərdi. 30-cu illərdə Səhab 
Şamaxıdan kəndə köçdü, sonra da müharibə başladı. İki qardaşı 
müharibədə  həlak oldu. Səsi yerində olsa da, Səhab bir daha 
sənətə dönmədi»...Səhabdan söz açan xanəndə Ağakərim yazır: 
«Çox yaxşı xanəndə imiş. Ağam deyərdi ki, mən Mirzədən 
sonra Səhab kimi xanəndə görməmişəm. O çox güclü və zil 
səsə malik idi. Elə vaxt olarmış ki, zurnanın müşayiəti ilə 
oxuyarmış» (6-55). Mirzə Səhab 1948-ci ildə vəfat etmişdir. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
108
 
Mirzə Səlim 
(1850-?) 
 
Mirzə Səlim Məşədi Nağı oğlu 1850-ci ildə Şamaxının 
Sarıtorpaq məhəlləsində doğulmuşdur. Deyilənlərə görə, o, 
S.Ə.Şirvaninin qohumu imiş. Mollaxana və mədrəsə təhsili alan 
bir  şair idi. Gənclikdən saz və tar sənətinə meylini salmışdı. 
Özü də Mirzə  Məhəmməd Həsənlə yaxın dost olub, onunla 
Mahmud Ağa məclisinə gedib-gəlib. İlk illərdə Mirzəni o mü-
şayiət edib. Mirzə  Məhəmməd Həsən sonralar Mahmud Ağa 
məclisinin  əsas xanəndəsi olanda, onu Topal Məhəmmədqulu, 
Cavad, Humayi, Sadıqcan müşayiət etmişdir. Amma el məclisi, 
toylara Mirzə çox vaxt Səlimlə gedərdi. Bu barədə xanəndə 
Ağakərim Hafiz qeyd edir: «Mirzə  Səlim tərifə  sığmayan bir 
tarzən idi ki, Mirzə  Məhəmməd Həsən ancaq onunla rahat 
çalıb-oxuyarmış» (6-9). Bununla yanaşı, Mirzə Səlim daha son-
ralar onun şagirdlərinin Sarəng Zeynal, Mirzə Sahab, Mirzə 
Zülfüqarı da müşayiət etmişdir. Mirzə  Səlim  Şamaxı ziya-
lılarının çoxu - Seyid Cəfər,  M.Ə Sabir, M.Mahmudbəyov, 
Səid Əfəndi, A.Səhhət və b. ilə dost idi. Şamaxıda tar, saz sə-
nətinin inkişafında Cavadla yanaşı, Mirzə  Səlimin də xüsusi 
xidmətlərini qeyd etmək lazımdır. 
Deyilənə görə, o, ötən əsrin 30-cu illərində vəfat etmişdir. 
 
Sarəng Zeynal 
(1869-1941) 
 
Sarəng Zeynal Mehdi oğlu 1869-cu ildə (mənbələrdə o, 
Sarəng  və ya Çopur  ləqəbləri ilə  də göstərilir)  Şamaxının 
İmamlı  məhəlləsində doğulmuşdur.  Əvvəl mollaxana, sonra 
S.Ə.Sirvaninin məktəbində oxumuşdur. Gözəl səsə, rəvan təbə 
malik imiş. Onun atası Mehdinin də gözəl səsi vardı. Həm də 
Mahmud Ağa ilə  həmtay, dost imiş. Muğamı Zeynal əvvəl 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə