Seyfəddin Qəniyev, Səadət Veysova
144
Haşiyə: Mahmud Ağa məclisində yaxşı qarşılanan Sadıq-
can Cümşüd barədə ona məlumat verir. Zil səslərin vurğunu
olan Mahmud Ağa onu Şamaxıya dəvət edir. Şamaxı məc-
lislərinin sorağını almış Cümşüd məmnuniyyətlə bu təklifi qə-
bul edir. Bu barədə danışan F.Şuşinski yazır: «25-30 yaşında
bir xanəndə kimi Qarabağda şan-şöhrət qazanan Cümşüdün so-
rağı Şirvan elinə çatır. Şamaxılı Mahmud Ağa onu Şamaxıya
dəvət edir. Cümşüd bir neçə ay Mahmud Ağanın qonağı olmuş,
görkəmli musiqişünasın qurduğu məclis və müsabiqələrdə özü-
nü kamil bir xanəndə kimi Şamaxının musiqi xiridarına təs-
diqləmişdir».
Musiqişünas Mahmud Ağa
sevdiyi «Şüştəri» ona dəfələrlə
oxutdurmuş, xanəndənin zil sə-
sini çox bəyənmişdir. Cümşüd
də hər zaman Mahmud Ağa
məclisinə və eləcə də Şamaxıya
xüsusi hazırlaşıb gəlirdi. Öz ha-
lal adətinə əməl edən Mahmud
Ağa onun bir neçə ay məsrəfini
ödəmiş, hörmətlə qarşıladığı ki-
mi, böyük təmtəraqla yola sal-
mışdır. Onların dostluğu uzun
müddət davam etmişdir. Deyirlər
ki, Cümşüd Bakıya gələndə vaxt
tapıb mütləq Şamaxıya dəyər,
dostu ilə görüşərdi.
Ustad xanəndə 1915-ci ildə
Şuşada vəfat etmişdir.
Haşiyə: Vaxtilə Hacı Hüsünün istedadından söz açan
görkəmli xanəndə C.Qaryağdıoğlu «Xatirə dəftər»ində belə ya-
zır: «Hacı Hüsünün el arasında böylə hörməti və adı olmasına
baxmayaraq, qocaldıqda isə ona heç kəs imdad əlini uzatmadı.
Bir elə də hökumət olmadı ki, onun maddi yaşayışını təmin edə
Malıbəyli Cümşüd
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
145
idi... Odur ki, Hacı Hüsü kimi böyük bir şəxsiyyət ömrünün
axırında ehtiyac içində vəfat etdi» (36).
Sonra Cabbar Qaryağdıoğlu Hacı Hüsünün repertuarın-
dan söz açır. «Humayın» dəsgahında oxuduğu Şıx Sədinin
(Sədi Şirazi - S.Q) qəzəlini nümunə verir:
Hər şəb əndişəi digər xürrəm nəyi digər.
Rimən əz dəsti tu fərda burərəm cayı digər.
Bamydadan cu birun minəhəm əz mənzilipa
Hüsn əhdəm nəguzarəd rinənə, payi digər.
Hər kəsiri səri cizi təmənnayi kəs əst,
Ma fəqayrət tu nədarim təmannayi digər.
Vamqyi bud ki, divanəi yazra badi.
Mənəm imraz vaməq uzrayi digər.
Vəqt an əst ki, səhra qulu sünbül girəd,
Xəlq birun sudə hər qrem bə səhrayi digər... (36).
Sonra C.Qaryağdıoğlu Hacı Hüsünün «Humayın» dəsga-
hında oxuduğu «Xocəstə», «Məsnəvi», «Mənəvi»ni göstərir və
«Məsnəvi»də oxuduğu qəzəli nümunə verir...
Daha sonra muğamın «Novuz», «Feli» guşəsini qeyd
edir. Bu guşədə xanəndənin Bahar Şirvaninin ana dilində aşa-
ğıdakı qəzəlini ifa etdiyini söyləyir:
Hər kim ki, hicr yar ilə düşsə dəmagidən,
Hic acılarımı könül onun seyri bağidən.
Seyfəddin Qəniyev, Səadət Veysova
146
Sordum sorağını, dedilər, qeyrə yar olub,
Ey kaş, lal olaydı dilim bu soraqidən.
Ölməgdən özgə yox rəhi əşqində bir vüsal,
Pərvanə yanmağın sevər ancaq çıraqidən.
Bir ala göz yar çəkib dağ sinəmə,
Yetdikdə gül dudağına mey bilmirəm alır.
Meydən dudaq nəşəni, ya mey duduqidən,
Sənsiz əgər bahar açıla istəməz Bahar.
Nə günçə bağida açıla lalı dağidən...
Ustad Cabbar sonra muğamda oxunan «Tərkib», «Bi-
dad», «Uzzal» guşələri və eləcə də təsniflərdən bəhs edir» (36)
Bu faktlar təsdiq edir ki, ustad Hacı Hüsü Mahmud Ağa
məclisində daha çox «Beytüs-Səfa» məclisinin üzvlərinin
qəzəllərini ifa edirmiş.
Mirzə Sadıq
(1846-1902)
Mirzə Sadıq (Sadıqcan) Əsəd
oğlu 1846-cı ildə Şuşa şəhərində ana-
dan olmuşdur. Sadıq da Şuşada Xar-
rat Qulunun təşkil etdiyi məktəbdə
təhsil alır. Mənbələrin qeyd etdiyi ki-
mi, «on səkkiz yaşında ikən Sadığın
səsi batır». Bundan sonra musiqi alət-
lərində - tütək, ney, kamança, tarda
çalmağı öyrənir. Sonda o, mehrini hə-
mişəlik tara salır. Sevimli tar müəl-
limi Əli Əsgərdən muğam sənətinin
tarda ifasının sirlərini yerli-yerində
Mirzə Sadıq
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
147
öyrənir və məclislərə ayaq açır.
Mirzə Sadığın sorağı, tərifi Şamaxıya - Mahmud Ağaya
da çatır. «Mahmud Sadıqcanı dəvət etmək üçün öz məclisində
Humayi təxəllüsü ilə məşhur olan bir tarzəni Şuşa şəhərinə gön-
dərir. Sadıq əvvəlcə gəlmək istəmir, sonralar isə necə olursa ra-
zılıq verir. Mahmud Ağa onun Şamaxıya gəlməsindən son də-
rəcə məmnun qalaraq Sadığa lazımi qədər hörmət edir. Hətta
onu dəvət edib gətirdiyi üçün Humayiyə də mükafat verir. Sa-
dıqcanın məclisdə kamali-zövqlə tar çalmağını alqışlayırlar.
Humayi günəş qarşısında ay olsa da, günəşin qarşısında sö-
nüklüyünü hiss edərək Şirvanda dəxi qala bilməyib təcili Şu-
şaya gəlir. Mahmud Ağanı həcv edib, Sadıq haqqında nalayiq
sözlər söyləməyə başlayır» (52-61).
Humayinin həcvindən xəbər tutan Mahmud Ağa Seyid
Əzimdən xahiş edir ki, ona tutarlı bir cavab yazsın. Seyid Əzim
Humayinə daha kəskin şəkildə cavab yazır. Mahmud Ağanın
ona etdiyi xeyirxahlıq, yaxşılıqlarını yadına salır, onun «şərm
edib, gözləmədin həqqi-nəmək hörmətini» deyərək məzəmmət
edir. Ustad sənətkar ilk dəfə diz üstündə ifa olunan tarı sinəsinə
tutaraq çalmağa başlamışdır. Tarın simini artıraraq on birə çat-
dırmışdır.
Sonralar görkəmli sənətkar dəfələrlə Şamaxıda, Mahmud
Ağa məclisində olmuş, müsabiqələrində çox sənətkarları müşa-
yiət etmişdir. Şamaxıda şair S.Ə.Şirvani və «Beytüs-Səfa»
məclisinin başqa üzvləri ilə tanış olmuş, dostlaşmışdır. O,
1902-ci ildə vəfat etmişdir.
Bəlkə, dostu Mahmud Ağa onu Şuşadan dəvət edəndən
sonra S.Ə.Şirvani onu dinləmiş, vəcdə gəlib bu misraları yaz-
mışdır:
Qoymaz ol tarı müğənni niyə ağuşundən?
Düşməz ol xanəbəndazələrin duşindən,
Huş ilə guş edə hər kimsə, qedər huşindən,
Ta ki, əsrari-nihanə olasan bərxurdar.
Dostları ilə paylaş: |