Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə26/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   22   23   24   25   26   27   28   29   ...   181

 

63

baqlamışdır” – deyilərsə, o da heyz hökmünü daşıyır. Lakin bununla birlikdə 



onun haiz (aybaşı) olmasına hökm vermək, adər günlərində olan ikinci qanın 

bir qədərinin və ya hamısının heyzin on gündən kənar düşməsinə səbəb olsa, 

bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn, qadının adəti ayın üçündən 

onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və 

sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın 

əvvəlindən onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri 

isə istihazədir. 

4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa, amma birin-

ci qanın adət günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın 

adət günlərindəki üç günü heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki 

üç gün, aradakı paklıqla birgə on gündən çox olmayan hissəsini heyz qalanı-

nı isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər yeddi olsa, ikinci də-

fə gördüyü qanın hamısı istihazədir. Bəzi hallarda isə birinci qanın hamısını 

heyz qərar verməlidir. Bu isə iki şərtə əsasəndir: 

1.  “O qan adətini qabaqlamışdır” – deyiləcək miqdarda adətdən  əvvəl 

olmalıdır. 



2. Onu heyz hesab etməsi ikinci qanın adət günlərində olan bir miqdarını 

heyzin on günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının 

adəti ayın üçündən onuna qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gü-

nün sonuna qədər qan görüb iki gün pak olursa, sonra da ayın on beşinə qə-

dər qan görürsə, ilk qanın hamısı və həmçinin ikinci qanın onuncu günün so-

nuna qədər olanı heyzdir.  



Məsələ 473: “Vəqtiyyə” və  “ədədiyyə” adəti olan qadın adət vaxtında 

qan görməsə və ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin əla-

mətləri olan qan görsə, istər adət vaxtından əvvəl, istərsə ondan sonra olsun, 

onu heyz qərar verməlidir. 



Məsələ 474: “Vəqtiyyə” və “ədədiyyə” adəti olan qadın adət vaxtında üç 

gün yaxud daha çox qan görərsə və onun günlərinin sayı adət günlərinin sa-

yından az, yaxud çox olarsa və pak olandan sonra yenidən öz adət günlərinin 

sayında qan görsə, burada bir neçə surət vardır: 



1. O iki qanın cəmi onların arasındakı paklıqla birgə on gündən çox ol-

masın; bu halda o iki qanın hamısı birgə bir heyz sayılır. 



2.  O iki qan arasında olan paklıq on gün və yaxud daha çox olsun; bu 

halda onların hər biri ayrıca bir heyz sayılır. 



3. O iki qan arasındakı paklıq on gündən az, amma o iki qanın toplam 

sayı aradakı paklıqla birgə on gündən çox olsun; bu halda birinci qan heyz, 

ikinci qan isə istihazə sayılır. 

Məsələ 475: “Vəqtiyyə” və “ədədiyyə” adəti olan qadın on gündən çox 

qan görərsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa da heyz-

dir. Adət günlərindən sonra gördüyü qan isə heyzin nişanələri daşısa da 

istihazədir. Məsələn, ayın başlanğıcından yeddisinə  qədər heyz adəti olan 




 

64

qadın ayın əvvəlindən on ikisinə qədər qan görsə, onun ilk yeddi günü heyz, 



sonrakı beş günü isə istihazədir. 

 

2. “Vəqtiyyə” adəti olan qadın 

Məsələ 476: “Vəqtiyyə” adəti olan və adətlərinin başlanğıcı müəyyən 

olan qadınlar iki qrupa bölünürlər: 



1.  İki ay ardıcıl müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gündən 

sonra təmizlənən, lakin hər iki ayda qan gördüyü günlərinin sayı eyni olma-

yan qadın; məsələn, iki ay ardıcıl ayın birində qan gördüyü halda, birinci ay 

yeddinci gün, ikinci ay isə səkkizinci gün qandan pak olarsa, bu qadın ayın 

birinci günü heyz adətinin ilk günü qəbul etməlidir. 

2.  İki ay ardıcıl müəyyən bir vaxtda üç gün və yaxud ondan çox heyz 

qanı görüb pak olan, sonra ikinci dəfə qan görən və qan gördüyü bütün 

günlər arada pak olduğu günlərlə birgə on gündən çox olmayan, amma ikinci 

ayın qanı birinci aydan az və yaxud çox olan qadın; məsələn, birinci ay 

səkkiz gün, ikinci ay isə doqquz gün qan görən qadın hər iki ayın əvvəlindən 

qan görsə, ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir. 



Məsələ 477: “Vəqtiyyə” adəti olan qadın öz adəti vaxtı və yaxud adətin-

dən iki-üç gün əvvəl qan görsə, heyz olan qadınlar üçün qeyd olunan hökm-

lərə əməl etməlidir. Bu məsələnin geniş izahı 470-ci məsələdə qeyd edilmiş-

dir. Amma bu iki surətdən sonra başqa misal üçün, “adətini qabaqlamışdır” – 

deyilməyib, “adətindən başqa vaxt qan görmüşdür” – deyiləcək qədər adətin-

dən çox əvvəl və yaxud adətinin vaxtı keçdikdən sonra qan görsə, gördüyü 

qan heyz nişanələrini daşıdığı  təqdirdə, heyz qanı olan qadınlar üçün qeyd 

edilən hökmlərə əməl etməlidir. Həmçinin heyz əlamətlərini daşımadığı hal-

da, o qanın üç gün davam edəcəyini bilsə də həmin hökmü daşıyır. Amma üç 

gün davam edib-etməyəcəyini bilməsə, vacib ehtiyata əsasən, həm istihazəli 

qadına vacib olan əməlləri icra etməli, həm də heyz olan qadına haram olan 

əməllərindən çəkinməlidir. 



Məsələ 478: “Vəqtiyyə” adəti olan qadın öz adət vaxtında qan görsə və 

o qanın miqdarı on gündən çox olsa, onların bəzisində heyz əlaməti olub bə-

zisində olmasa, heyz əlaməti olan günlərin sayı on gündən çox, üç gündən az 

olmasa, həmin günləri heyz, qalanını isə istihazə hesab etməlidir. Əgər belə 

bir qan həmin  şərtlə yenidən təkrar olsa, məsələn, dörd gün heyz əlaməti, 

dörd gün də istihazə əlaməti olan qan gəlsə, yalnız ilk qanı heyz, qalanını isə 

istihazə hesab etməlidir. Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu 

heyz hesab etməli və onun sayını sonradan gələcək iki yolla – qohumlarına 

müraciət etməklə və yaxud bir ədəd seçməklə təyin etməlidir. Əgər on gün-

dən artıq olsa, onun bir hissəsini o iki yoldan biri ilə heyz qərar verməlidir. 

Əgər heyzin miqdarını onun əlaməti ilə  təyin edə bilməsə, yəni, onun 

qanının hamısı bir növ əlamətə malik olsa, yaxud heyz əlamətinə malik olan 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə