Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

_____________Milli Kitabxana_____________ 

 48


proqram tərtib olunur və bu da öz növbəsində yerli tədris dairələrində 

dəqiqləşdirilir. Proqramda şagirdlərin materialı  mənimsəmək qabiliyyəti nəzərə 

alınır. Hər bir sinif bir neçə qrupa bölünür: A, B, C... və s. IX-XII siniflərdə bir sıra 

fənlər üzrə beş səviyyə qədər nəzərdə tutulur. Ayrılmış qruplar bir-birindən kifayət 

qədər fərqli proqram, dərslik və dərs vəsaitlərindən istifadə edirlər. Ən qabiliyyətli 

şagirdlər bütün fənlər üzrə A qrupunda məşğul olurlar. Lakin hər hansı  şagirdin 

fənlərindən birini A qrupunda, digərlərini B və ya C qrupunda öyrənməsi 

variantına da yol verilir. VII sinifdən başlayaraq məcburi fənlərlə yanaşı seçmə 

fənlər də yaranır. Hər bir şagird 1-2 kurs seçməlidir. Müəyyən fənlər üzrə mümkün 

məcburi kurslar: a) işə daxil olmaq üçün kifayət olan bilikləri müəyyən edən 

təşkilatda; b) şagirdin daxil olmaq istədiyi kollecdə  və ya universitetdə müəyyən 

edilir. Yüksək riyazi hazırlıq tələb edən ali məktəblərə, texniki və humanitar 

kolleclərə, muzdlu iş və istehsalata getmək istəyənlər uyğun olaraq 3-5; 3-4; 2; 2 

illik kurslarda riyazi hazırlıq keçməlidirlər. Şagirdlərin seçdikləri kursların spektri 

olduqca müxtəlifdir. Odur ki, kolleclərin və universitetlərin ilk iki kursunda 

tələbələrin məktəbdə öyrəndikləri materialı  eşitmək və ümumiləşdirmək imkanı 

olur. Ali məktəblərin 1-2 tədris ili müxtəlif qrup tələbələrin biliklərinin 

bərabərləşdirilməsinə həsr olunur.  

Bizim riyaziyyat proqramlarına nisbətən ABŞ-ın  əksər məktəblərinin 

proqramlarının mühüm xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər: 1) seçmə kurslarını 

dərinliyinə  və ciddiliyinə görə  dəyişmək imkanının olmasından; 2) proqramdakı 

sistematik konsentriklikdən; 3) əksər proqramlarda kəskin təcrübəyə yönəlmədən 

ibarətdir. Amerika proqramlarının olduqca müxtəlif olmasına baxmayaraq bizim 

riyaziyyat proqramına nisbətən diferensiallaşma azdır. Həndəsə planimetriya və 

stereometriyaya ayrılmayıb, bunlar paralel öyrənilir. Yuxarı siniflərin bütün 

kursları kimi riyazi analiz fakültətiv, özü də cəmisi bir il keçilir, cəbr həndəsədən 

üstün yer tutur, VII-VIII siniflərdə  həndəsi mövzular cəbrin daxilində öyrənilir, 

yuxarı siniflərdə isə  həndəsədə hesablamalar daha çoxdur. Həndəsə kursu 

aksiomatik qurulmur. Ciddi isbatlara az fikir verilir, praktik məsələlərə  tətbiqə 

daha çox diqqət olunur. Riyaziyyat proqramları vahid planda qurulur: 1) ümumi 




_____________Milli Kitabxana_____________ 

 49


səciyyə; 2) kursun məqsədi və vəzifələri; 3) məzmunu; 4) kursda formalaşdırılan 

əsas bilik və bacarıqlar, təlimdə istifadə olunan əsas priyomlar; 5) ədəbiyyat və 

istifadə olunan ləvazimatlar. Hər sinif üçün kursun məzmununu göstərən proqram 

əsasında hər bir akademik səviyyə üçün təlimin dərinliyini məktəbin müəllimləri 

müəyyənləşdirir. Proqramın mətnindən sonra mövzuların bu səviyyələr üzrə 

paylanma cədvəli verilir. “Riyaziyyatın əsas anlayışları” adlanan son semestr kursu 

ilk növbədə riyaziyyatla əlaqədar olmayan sahələrdə  təhsilini davam etdirən 

şagirdlər üçün nəzərdə tutulur. Bu kursun proqramına məntiqi bağlayıcılar, 

ehtimallar, ardıcıllıqlar və limitlər, matrislər, tam ədədlərin müqayisəsi nəzəriyyəsi 

haqqında söhbətlər daxildir. Proqramın izahat vərəqəsində qeyd olunduğu kimi 

kursların seçilməsi şagirdlərin iştirakı ilə olur. 

Riyaziyyatın ABŞ  məktəblərində  tədrisi təcrübəsinin diqqətlə öyrənilməsi 

ölkəmizdə diferensiallaşma və  fərdiləşdirmə, habelə  şagirdlərin ümumiləşdirmə, 

mücərrədləşdirmə  və xüsusiləşdirmə – konkretləşdirmə qabiliyyətlərinin inkişafı 

müzakirəsi, riyazi təhsilin dünya standartlarına yaxınlaşdırılması üçün faydalıdır. 

ABŞ-da təbiətşünaslığın və riyaziyyatın məktəbdə  tədrisi sahəsində 2000-ci ilə 

qədər dünyada birinci yerə çatmaq üçün müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu 

məqsədlə riyaziyyat müəllimləri hazırlayan pedaqoji kolleclərin işində  əsaslı 

dəyişikliklər edilməkdədir. 

Gələcək riyaziyyat müəllimlərinin məntiqi biliklərini artırmaqla onların 

keçmiş bilikləri,  əməliyyatları inkişaf etdirmək vasitəsilə  şagirdlərin biliklərini 

humanistliklə ümumiləşdirmək və genişləndirməyin texnologiyasını öyrənmələrinə 

xüsusi diqqət verilir. Pedaqoji kollecin əməkdaşları  gələcək müəllimlərə mühüm 

pedaqoji bacarıqlardan biri şagirdlərin dərsə daima diqqətli olmasına necə nail 

olmağı öyrətməlidirlər. Onlar gələcək müəllimə yeni anlayışlar, fikirlər və 

quruluşlar haqqında yarımçıq, qismən və  təhrif olunmuş biliklər verməkdən necə 

yaxa qurtarmağı, şagirdlərin anlaq səviyyəsini müəyyənləşdirməyi, onların hissi və 

idrak təcrübələrinə  əsaslanmağı, cavabların tamlığına necə nail olmağı, isbatların 

öyrənilməsi, peşə yönümünün seçilməsi, çalışmaların tam həlli, nə üçün həldə 

göstərilən yolun seçildiyini öyrətməlidir. Ali və orta məktəb müəllimlərinin 




_____________Milli Kitabxana_____________ 

 50


vəzifəsi dairəsinə habelə daxil edilir: şagirdlərə verilən tapşırıqlardan ən çətinlərini 

ayırmaq; pedaqoji prosesin fəlsəfəsini və texnologiyasını düzgün müəyyənləş-

dirmək; hər bir dərsin mövzusu üzrə araşdırmalar aparmaq; təlimin müxtəlif 

mərhələləri arasında varisliyi təmin etmək və s.  

ABŞ –da şagirdlərin müstəqil bilik almalarına daha çox üstünlük verilir, 

burada bizdəki kimi ayrıca pedaqoji institutlar və universitetlər yoxdur. Riyaziyyat 

müəllimləri ayrı-ayrı universitetlər yanındakı kolleclərdə hazırlanır. Məktəblərdə 

test üsulundan geniş istifadə olunur. Bunun müəyyən nöqsanları da vardır. Burada 

istehsal məhsuldarlığının artıb-azalmasıının müxtəlif səbəbləri öyrənilir. ABŞ-da 

əməyin məhsuldarlığının yüksəldilməsinə təsir edən amillərin öyrənilməsi göstərir 

ki, bu 15% təchizatdan, 36% istehsalat biliklərindən, 42% təhsildən, 7% isə qalan 

başqa səbəblərdən asılıdır. Deməli təhsil əmək məhsuldarlığının yüksəldilməsinin 

əsas amilidir. Odur ki, TRM-də riyaziyyat əsas fənn kimi öyrənilir. Son illər 

məktəb riyaziyyatında yeni istiqamətlər tədris prosesinə EHM-in, proqramlaş-

dırmanın və informatikanın əsaslarının tətbiqləri ilə əlaqədardır. Bir çox ölkələrdə 

informatikanın və  məktəb riyaziyyatının məzmunu, habelə onun tədrisi 

metodlarına EHM-dən istifadənin təsirini nəzərə almaqla yeni proqramlar 

yaradılması üzrə  tədqiqatlar aparılır. Bu ənənə  məktəb riyaziyyatının inkişafında 

olduqca aktualdır və  həmişə olduğu kimi riyaziyyatın tədrisi üzrə beynəlxalq 

komissiyanın işində əsas yer tutur. Bu məsələ ilə Fransa ictimaiyyəti, müəllimlər, 

riyaziyyatçı pedaqoqlar daha çox maraqlanırlar. Məktəb riyaziyyatını, 

“burbakiləşdirmək” cəhdində ilk addım məhz Fransa ilə  əlaqədardır və uyğun 

yenidənqurma konsepsiyası burada yaranmışdır. Keçən əsrin 60-cı illərin sonu 70-

ci illərin  əvvəlində Fransada orta təhsildə islahatlar aparıldı. Həmin dövrdə 

çoxluqlar nəzəriyyəsi və riyazi məntiq elementləri, münasibətlər və strukturlar 

aşağı siniflərə daxil edildi, Evklid həndəsəsinin  ənənəvi  şərhindən tam imtina 

edildi. Fransa orta məktəblərinin sxeması belədir: ibtidai məktəb – 5 il; aşağı orta 

məktəb – 4 il; yuxarı orta məktəb – 3 il. Məktəbdə siniflərin nömrəsi  əks 

ardıcıllıqdadır: VI, V, IV, III, II, I, “buraxılış”. Bu məktəblərin riyaziyyat proq-

ramında hər sinif üçün öyrənilməli mövzular sadalanır, qalan işi isə yəni hər möv-




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə