Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə13/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

_____________Milli Kitabxana_____________ 

 39


3) Məktəb riyazi təhsildə yaranmış metodik sistemdə “məxsusi riyazi təhsil” 

funksiyası əsas yer tutur ki, bu da riyaziyyatın öyrənilməsinin, məsələn, məktəbin 

yuxarı siniflərində, zəruriliyinə  şübhə edilmək kimi mənfi nəticəyə  gətirmişdir. 

Eyni zamanda şəxsiyyətə yönəlmiş  təlim ideyası müasir sosial vəziyyəti nəzərə 

almaqla bu funksiyanın əhəmiyyətinə baxmağı tələb edir. Riyaziyyatın köməyi ilə 

təhsilin  əsas məqsədi müasir informasiyalı  cəmiyyət  şəraitində müstəqil 

uyğunlaşma üçün zəruri olan zehni tərbiyə, gənc nəslin təfəkkürünün inkişafıdır. 

Riyaziyyatın bu funksiyası onun ümumtəhsil funksiyası adlanır.  

4) Məxsusi riyazi təhsilin sosial əhəmiyyəti onun məktəblərimizdə ənənəvi 

yüksək səviyyədə öyrənilməsini, gələcək elmi-texniki, texnoloji və humanitar 

kadrların formalaşdırılması sahəsində qazanılmış  təcrübəni müdafiə etməyin 

zəruriliyi ilə  əlaqədardır. Bu mənada “riyaziyyatın” təhsil sahəsi xarakterlərin 

ixtisaslaşdırılmasından ibarət tədris fənni kimi çıxış edir, məktəbi qurtardıqdan 

sonra  şagirdlərin uyğun fəaliyyətə peşə hazırlığının elementi, daha çox uyğun 

ixtisaslar üzrə  təhsil almaları üçün hazırlıq görülür. Riyaziyyatın buna uyğun 

funksiyası ixtisaslaşdırma funksiyası adlanır.  

5) Riyaziyyatın öyrənilməsi – bu ilk növbədə  məsələ  həll etməkdir. 

Ümumiləşdirici təfəkkürün inkişafı  və riyazi fəaliyyətdə qabiliyyət  şagirdlərin 

məsələ üzərində müstəqil düşünməsi gedişində reallaşır. Məsələ  həll etməyi 

bacarmaq riyaziyyatı müvəffəqiyyətlə öyrənməyin meyarıdır. 

6) Riyaziyyatın tədrisi təcrübəsi göstərir ki, təlimin bütün mərhələlərində 

onun şüurlu mənimsənilməsi üçün mümkün qədər, həmişə aşağıdakılar lazımdır. 

- faktlardan, eksperimentdən istifadə etməklə konkretdən mücərrədə keç-

məli, tərifə və ya isbata hazırlaşmaq üçün həqiqi varlıqdan və ya yaxın tədris fən-

lərindən götürülmüş misallarla nəzəriyyəni əsaslandırmalı;  

- Məsələlərin tamamilə  dərk edilmiş priyom və qaydalarla həllinə nail 

olmalı. 

- Yaddaşa nisbətən düşünməyə üstünlük verilməlidir. 




_____________Milli Kitabxana_____________ 

 40


-  Şagirdlərin riyazi fikirləri ilə  əlaqədar müstəqil ifadələrini (dəqiq olmasa 

da) daima qiymətləndirməli, gözlənilməz mülahizələrə yüksək əhəmiyyət verməli, 

onları tədricən yaxşılaşdırmalı. 

-  Şagirdlərin son nəticəni bilənə  qədər, onları  şəxsi mülahizələr irəli 

sürməyə, münasibətləri, xassələri kəşf etməyə sövq etməli. 

- Mahiyyətə, dəqiqliyə  və ümumi nəticəyə üstünlük verərək  şagirdlərin 

riyazi fəaliyyətinin qeyd olunmasında onların müstəqilliyinə imkan yaratmalı. 

- Şərhlərdə evristik üsula üstünlük verməli; 

- Yeni materiallara əvvəl öyrənilənlərin  əlaqələndirilməsi və varisliyini 

təmin etməli. 

4. Riyazi təhsilin məzmunu. 1) Ümumi riyazi təhsilin məzmunu qarşıya 

qoyulmuş  məqsədi yerinə yetirmək prinsipinin əsasında  şagirdlər üçün müvafiq 

olan, həcm etibarı ilə yığcam və  təcrübi  əhəmiyyətli material seçməklə müəyyən 

edilir. Bu zaman varislik prinsipini və ya ağıllı konservatizmi rəhbər tutmaq lazım 

gəlir. Bu isə ilk növbədə belə bir obyektiv fakta əsaslanır ki, məktəb riyaziyyat 

kursunun uzun illər toplanmış  ənənəvi məzmunu bir tərəfdən riyazi elmlərin 

əsasıdır, digər tərəfdən isə  şagirdlər üçün müvafiq biliklərdir. Riyazi təhsilin 

məzmunu bir neçə böyük bloklar şəklində göstərilir: hesab, cəbr, funksiya, 

həndəsə, verilənlərin analizi. Bu bloklarla yanaşı, məzmunun ümumi metodoloji 

anlayışların və ideyaların inkişafı baxımından seçilməsini nəzərə alaraq metodoloji 

xətt müəyyən edilmişdir: riyazi mühakimə metodları  və priyomları; riyazi dil

riyaziyyat və xarici aləm; riyaziyyatın tarixi. Aşağıda blokların məzmununu 

ümumi  şəkildə göstəririk və materialın təlimin pillələri üzrə necə bölündüyünü 

şərh edirik. 

2) Hesab. İbtidai məktəbdə natural ədədlər, onlar üzərində əməllər, şifahi və 

yazılı hesablama, məsələlər həlli ilə əlaqədar riyaziyyatın ibtidai kursunda hesabın 

xüsusi çəkisi artırılır.  Əsas məktəbdə rasional ədədlərin sistematik, irrasional 

ədədlərin propedovtik öyrənilməsi, faiz hesablamaları, kalkulyatordan istifadə, 

yuxarı siniflərdə hesablama mədəniyyətinin yüksəldilməsi, yeni əməliyyatların 



_____________Milli Kitabxana_____________ 

 41


daxil edilməsi, cəbri, üstlü, loqarifmik və triqonometrik ifadələrin qiymətlərinin 

hesablanması nəzərdə tutulur. 

3) Cəbr.  İbtidai siniflərdə riyazi ifadələri və  təklifləri yazmaq üçün 

hərflərdən istifadə, hesab əməllərinin komponentləri ilə  nəticələri arasındakı 

asılılığa baxılır. Əsas məktəbdə cəbri məzmun “rasional ifadələr” anlayışı ətrafında 

qruplaşdırılır. Şagirdlər tam və kəsr ifadələrin çevrilməsi vərdişləri qazanırlar, kök 

alma (kvadrat və kub kök nümunəsində)  əməli haqqında məlumat alırlar, tənlik 

anlayışı ilə tanış olurlar, rasional tənliklərin, bərabərsizliklərin və onların 

sistemlərinin  əsas növlərinin həlli alqoritmini mənimsəyirlər. Yuxarı siniflərdə 

irrasional, üstlü, loqarifmik ifadələrə aid materiala baxılır, yeni funksiya növlərinin 

daxil edilməsi ilə öyrənilən tənliklər sinfi genişləndirilir; tənliklərin, 

bərabərsizliklərin və onların sistemlərinin həllinin ümumi priyomları haqqında 

məlumatlar inkişaf etdirilir. 

4) Funksiya. İbtidai siniflərdə  hərfi ifadələrin daxil edilməsi, hesab 

əməllərinin komponentləri və  nəticələri arasındakı asılılıqlara baxmaqla, həlli 

gedişində müxtəlif kəmiyyətlər (məsələn, sürət, məsafə, zaman) arasındakı 

asılılıqdan istifadə etməklə  mətnli məsələlərin həlli zamanı, funksiyanın 

propedevtik öyrənilməsi imkanı yaranır.  Əsas məktəbdə  şagirdlər elementar 

funksiyalar və onların qrafikləri (düz və  tərs mütənasiblik, xətti və kvadratik 

funksiyalar) barədə sistematik biliklər alırlar, qrafik qurmaq vərdişləri qazanırlar. 

Yuxarı siniflərdə funksional xətt bir neçə istiqamətdə inkişaf edir: funksiyaların 

yeni xassələrinə baxılır, onların yeni sinifləri (triqonometrik, üstlü, loqarifmik) 

öyrənilir; riyazi analiz elementləri daxil edilir. 

5) Həndəsi fiqurlar. Bu fənnin tədrisinə tamamilə yenidən baxmaq lazım 

gəlir. Kursun ciddi deduktiv qurulmasından imtina etmək, onun əyani-empirik 

qurulmasına diqqəti artırmaq təklifləri vardır. Təlimin birinci ilindən başlayaraq 

fəza formalarının öyrənilməsinə fasiləsiz davam etdirilməsi lazım bilinir. Bu V-VI 

siniflərdə stereometrik obyektlərin modelləşdirilməsinə  və  təlimin sonrakı 

pillərində planimetriya materiallarına fəza formalarının tərkib hissəsi kimi 

baxmağa kömək edər. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə