Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə10/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

_____________Milli Kitabxana_____________ 

 30


abstraktın və bu kimi əksiliklərin vəhdətinin inikas olunmasından  ətraflı  bəhs 

edilir. Burada riyaziyyatın tədrisi metodikasında, xüsusən bu fənnin tədrisində 

ümumiləşdirmə problemində geniş tətbiq edilə bilən məsələlər əhatə olunur. 

Pedaqogika öyrədir ki [37]: 1) Psixoloji kateqoriya kimi münasibətlər 

şəxsiyyətin  ən ümumi (inteqral) mövqeyi tək izah olunur; 2) tərbiyə prosesinin 

mürəkkəbliyi tələb edir ki, onun məqsədyönlü təşkili hər bir məktəbin və  hər bir 

tərbiyəçinin riayət etdiyi vahid ümumi prinsiplər  əsasında həyata keçirilsin; 3) 

dünyagörüşü – ictimai şüurun  əsas formalarını (fəlsəfə, elm, əxlaq, estetika) əks 

etdirən və  şəxsiyyətin  ətraf gerçəkliyə münasibətini müəyyən edən baxış  və 

əqidələrin ümumiləşmiş sistemidir; 4) artıq kiçik yaşlı  məktəblilər onları  əhatə 

edən aləmin  əşya və hadisələrini müşahidə edirlər, onların oxşar və  fərqli 

cəhətlərini tapırlar, baş verən proseslərin səciyyəvi  əlamətlərini müəyyən edirlər, 

müstəqil ümumiləşdirmələr etməyə hazırlaşırlar; 5) fənn dərnəklərində  nəinki 

məktəb proqramlarının hüdudları genişlənir, həm də bilik qazanmaq metodikası 

mürəkkəbləşir.  İştirakçıların  əksəriyyətinin möhkəm idrak marağı, elmə  həvəsi 

müəllimlərə imkan verir ki, onların qarşısında mürəkkəb problemlər qoysunlar

yüksək çətinlikdə  məsələlər təklif etsinlər, müstəqil nəzəri ümumiləşdirmələrə 

hazırlaşsınlar; 6) müasir məktəbdə təhsilin məzmununu müəyyən edən çox mühüm 

amil elmi-texniki və  mədəni inqilabdır. Bu inqilabın  əsas xüsusiyyətləri isə 

bunlardır: a) elmi və  mədəni məlumatın həcmi ildən - ilə artır. Belə bir şəraitdə 

təbiət, insan, cəmiyyət haqqında biliklərin  əsasını  təşkil edən sanballı 

nəzəriyyələrin, anlayışların, faktların elmi cəhətdən  əsaslandırılmış bir surətdə 

seçilməsi birinci dərəcəli  əhəmiyyət kəsb edir; b) elmdə  əhatəlilik və ya 

ümumiləşdirmə prosesi güclənir. Elmin müxtəlif sahələrində  dərketmənin eyni 

xarakterli yanaşmanı müəyyənləşdirməyə imkan verən elmi konsepsiyalar, 

nəzəriyyə və sistemlər yaranır. Riyaziyyatda inteqral hesabı, siyasi iqtisadda əmək 

bölgüsü, iqtisadi inteqrasiya kimi ümumi anlayışlar buna misal ola bilir. Deməli, 

elmin müasir inkişaf səviyyəsi birinci növbədə onun nəzəri  əsaslarını, 

ümumiləşdirilmiş anlayış və kateqoriyalarını mənimsəməyi tələb edir; 7) istehsalat, 

idarəetmə, xidmət, mədəniyyət sahəsində elmi biliklərin tətbiqi əhəmiyyətli dərə-




_____________Milli Kitabxana_____________ 

 31


cədə genişlənir. Elmi-texniki tərəqqinin nəzəri əsasını təşkil edən riyaziyyat, fizika, 

kimya, kibernetika və biologiyanın rolu xüsusilə artır; 8) hazırki yeniyetmələrin 

abstraktı  təfəkkür səviyyəsi onları, müasir sanballı ideyaları ilə, məsələn riyaziy-

yatda çoxluqlar, fizikada atom-molekulyar, biologiyada təkamül nəzəriyyələri ilə 

tanış etməyə imkan verir. 

Pedaqogikada təlimin mahiyyəti, prinsipləri, üsulları  və onun təşkilat 

formaları ümumiləşdirmə  əməliyyatı ilə daha çox əlaqədardır: 1) müsahibə üsulu 

şagirdlərin nəticə  çıxarmaq, ümumiləşdirmələr etmək işində  fəallıq göstərmək 

üçün imkan yaradır. Müsahibədə müəllim müqayisə, ümumiləşdirmə, sistem-

ləşdirmə  əməliyyatlarını xüsusi olaraq təhlil edə bilər, bu əməliyyatların 

əhəmiyyətini, nəticəsini müəyyənləşdirə bilər; 2) evristik müsahibə axtarış 

fəaliyyətinin tərkibinə daxil olan bütün ünsürlərə (problemli şərait yaratmaq, 

məsələni ifadə etmək, mülahizə irəli sürmək, mülahizəni  əsaslandırmaq, onu 

yoxlamaq, alınmış biliyi sistemə salıb ümumiləşdirmək) malikdir; bu prosesdə 

müəllim faktları təhlil etməyi, onları ümumiləşdirməyi, müqayisə etməyi şagirdlərə 

öyrədir. 3) bacarıqların ümumiləşdirlməsinə nail olmaq üçün şagirdlər tərəfindən 

görülən işləri müxtəlifləşdirmək lazımdır; 4) şagirdlərin müstəqilliyi inkişaf 

etdikcə  dərsin xırda mərhələləri də azalır, dərsə daha mürəkkəb məsələlər daxil 

edilir, biliyin əldə edilməsi ilə onun axtarış prosesində  tətbiq olunması arasında 

qarşılıqlı  əlaqə get-gedə güclənir. Bu məqsədlə yuxarı siniflərdə ümumiləşdirici 

məşğələlər keçirmək məsləhət bilinir. 

Ə.Seyidovun müxtəlif illərdə yazdığı “XX əsr Azərbaycanda pedaqoji fikrin 

görkəmli nümayəndələri”, M.Mehdizadənin “Azərbaycan Sovet məktəbinin 

tarixinə dair oçerklər”, “Azərbaycanda məktəb təhsili yeni yüksəlişdə”, 

“Azərbaycan xalq maarifinin sürətli inkişafı”, M.Ə.Muradxanovun “Nizaminin 

pedaqoji fikirləri” adında kitabları, dərslikləri və  dərs vəsaitləri fənlərin, o 

cümlədən riyaziyyatın tədrisi keyfiyyətinin yüksəldilməsinə xeyli təsir etmişdir. 

H.M.Əhmədov “XIX əsrdə Azərbaycanda xalq təhsili və  məktəbin ümumi 

vəziyyəti” [10] əsərində  ətraflı  tədqiq edilmişdir ki, bu da həmin  əsrin ayrı-ayrı 

illərində fənlərin, o cümlədən riyaziyyatın tədrisi keyfiyyəti ilə əlaqədar müəyyən 




_____________Milli Kitabxana_____________ 

 32


nəticələr çıxarmağa imkan verir. N.Kazımovun “Ali məktəb pedaqogikası”, 

“Məktəbdə müqayisə üzərində  işin nəzəriyyəsi və  təcrübəsi”,  Ə.Ağayevin 

“F.Ağazadənin pedaqoji görüşləri”, Ə.Həşimovun “Xalq pedaqogikası”, Ə.Paşayev 

və F.Rüstəmovun “Pedaqogika” kitabları da məktəbdə  təlim-tərbiyə  işinin 

keyfiyyətinin yüksəldilməsində öz rolunu oynamışdır. N.M.Kazımov müqayisə 

priyomu ilə əlaqədar tədqiqatlarında [19]:  

1) ümumi cəhətləri tapmadan dərk etməyin mümkün olmadığını, şagirdlərin 

müqayisənin nəticəsini ümumiləşdirmənin hər hansı formasında ifadə etməsini, 

əqli fəaliyyətdə oxşarlığa və fərqə görə yaranan assosiasiyaların nəhəng ideyalar, 

ümumiləşdirmələr və  kəşflər üçün rolunu, elmi-tədqiqat metodlarının tədrisdə 

yerini və  əhəmiyyətini, idrak prosesinin inkişaf etdirilməsinin yollarını pedaqoji 

fikir tarixi fonunda əsaslandırır. 2) K.D.Uşinskinin müqayisə priyomuna 

əsaslanaraq P.M.Erdniyevin [212] və L.N.Landanın [132] işlərində müqayisə  və 

ümumiləşdirmənin qoyuluşuna münasibətini bildirir; 3) şagirdlərin  əldə etdiyi 

bilikləri sistemləşdirmək və ümumiləşdirməkdə müqayisə priyomunun imkanlarını 

göstərir; tərif, təsnifetmə, məhdudlaşdırma və ümumiləşdirməni anlayışlar üzərində 

aparılan məntiqi  əməliyyatların növləri və müqayisə nöqteyi nəzərdən səciyyəsi 

kimi təqdim edir; 4) ümumiləşdirməni müqayisə priyomunun və anlayışların 

formalaşdırılmasının məntiqi  əsaslarından biri kimi təqdim edərək tədris prose-

sində keçmiş materialları müqayisəli təkrar etməyin  şagirdlərdə biliyin 

sistemləşdirilməsinə  və ümumiləşdirilməsinə  təsirin  əhəmiyyətinə diqqəti cəlb 

edir; 5) o, belə nəticəyə gəlir ki, müqayisə təlim materialının yaxşı anlaşılmasına 

və konkretləşməsinə kömək edir, biliklərin ümumiləşdirilməsini asanlaşdırır, 

əyaniliyin həyata keçirilməsinə xidmət edir. Məktəb riyaziyyat kursunun müqayisə 

üzrə öyrənilməsi nümunəsinə  təsadüf etmirik. Belə nümunələr  əsasən humanitar, 

daha çox isə coğrafiya fənlərinə aid verilir. Ümumiləşdirməni yalnız müqayisə 

aparmaqla deyil, başqa səmərəli üsullarla da yerinə yetirmək olar. 

B.A.Əhmədov, A.N.Hacıyev gerçəkliyin obyektiv qanunlarına və  həmin 

qanunların elmdə  şərhinə diqqəti cəlb etməklə [12] qanunların müxtəlif məntiqi 

əsaslar zəminində təsnif olunduğunu qeyd edirlər. Məsələn, əlaqələrin çoxcəhətlili-




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə