Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə11/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

_____________Milli Kitabxana_____________ 

 33


yinə görə – struktura, inkişaf və faəliyyət, mahiyyətlərin bir-birindən asılılıq 

xüsusiyyətlərinə görə – dinamik və statik, sistem daxilindəki mövqeyinə görə – 

əsas və qeyri əsas,  əlaqələrin xarakterinə görə – səbəbiyyət və qeyri-səbəbiyyət, 

əhatə dairəsinə görə ümumi, xüsusi və spesifik qanunları xatırlamaqla pedaqoji 

qanunları  əsasən, sonuncu zəmində, yəni  əhatə dairəsinə görə  təsnif etməyə 

çalışmışlar. B.Əhmədov “Bakı” qəzetindəki məqaləsində (28 mart 1969-cu il) 

yazır: 

1) elmi-ümumiləşdirmələr, qruplaşdırmalar və yenidən qruplaşdırmalar yolu 



ilə inkişaf edir; 2) tədqiqatda məntiqin qanunlarına  əsaslanmadan keçinmək 

mümkün deyildir. Məntiq elmi öyrədir ki, hər hansı geniş anlayışı, yəni cinsi 

nisbətən dar anlayışlara, növlərə bölərkən vahid bir əsas olmalıdır; 3) idrakın 

mücərrəd təfəkkür mərhələsinin tələb etdiyi başlıca metod ümumiləşdirmədir. 

Fəlsəfədə idrak, elmi idrak, onun formaları  və metodları, elmi biliyin 

strukturu, dialektika, onun kateqoriyaları və qanunları ilə əlaqədar ümumiləşdirmə 

məsələsinə baxılır.  

Gerçəkliyin adekvat inikası, dünyanın dolğun dərk edilməsi mürəkkəb, 

ziddiyyətli və  çətin prosesdir. Həmin prosesin qanunauyğunluqlarından, struktur 

kateqoriyalarından, gerçəkliyin məqsədyönlü inikasından bəhs edən elm sahəsi 

qnoseologiya adlanır. Bu yunan dilində “bilik haqqında təlim” deməkdir. Deməli, 

idraka qnoseologiyanın predmeti kimi baxılmalıdır. Varlığın inkişaf qanunları ilə 

təfəkkürün inkişaf qanunlarının vəhdətini  əsaslandırmaq üçün əsas cəhdi ilk dəfə 

Hegel etmişdir, lakin bu idealistcəsinə edilmiş, ardıcıl nəticəyə  gəlinməmiş  və 

dahicəsinə sezmə olaraq qalmışdır. Müasir fəlsəfəyə görə isə gerçəklik və onun 

qanunları  dərk ediləndir. Təfəkkür və gerçəklik qanunları eyniyyət təşkil edir, 

onlar vəhdətdədirlər. İdrak – gerçəkliyin nisbi adekvat inikasıdır. Mütərəqqi fəlsəfi 

fikrə görə idrak prosesini tam və düzgün başa düşmək üçün iki anlayışı, idrakın 

subyekti və obyekti anlayışlarını  fərqləndirmək lazımdır. Subyekt dedikdə idrakı 

və ya digər fəaliyyəti məqsədyönlü həyata keçirən ayrıca  şəxsiyyət və ya sosial 

qrup başa düşülür. Bu mənada insan idrakın subyektini təşkil edir. Obyekt insan 

fəaliyyətinin yönəldiyi təbiət, cəmiyyət hadisələridir.  İdrak prosesinin iki başlıca 




_____________Milli Kitabxana_____________ 

 34


struktur səviyyəsi vardır: empirik və  nəzəri səviyyələr. Həmin səviyyələr 

vəhdətdədir və bir-birini tamamlayır. 

Empirik bilik – adi, gündəlik həyatda, təcrübə  və müşahidələr  əsasında, 

nəyin faydalı və nəyin zərərli olması və s. haqqında təsəvvür, baxış, əhval-ruhiyyə, 

hiss və emosiyaların məcmusu və onlar haqqında bilikdir. İdrakın yüksək struktur 

səviyyəsini elmi-nəzəri bilik təşkil edir. 

İdrak prosesinin ən yüksək struktur səviyyəsi yaradıcılıqdır. 

İdrakın empirik səviyyəsinin  əsas metodları müşahidə, eksperiment, model 

qurmaqdır. 

Empirik səviyyədə  əsas idrak formaları isə elmi faktların müəyyənləş-

dirilməsi, qavrayışlar əsasında yaranan təsəvvürlər, ideyalar, fərziyəvi mülahizələr, 

empirik qanunların aşkar edilməsi və s.-dən ibarətdir. Elmi nəzəri səviyyədə isə 

spesifik idrak metodları bunlardır: abstraksiya, ümumiləşdirmə, formalaşdırma, 

aksiomlaşdırma, modelləşdirmə, hipotetik deduksiya, abstraktdan konkretə 

yüksəlmə, tarixi, məntiqi, riyazi metodlar, sistem-struktur təhlil, müqayisə, 

analogiya və s. 

“Ümumiləşdirmə elə idrak metodudur ki, onun nəticəsində  tədqiq olunan 

obyektin ümumi xassələri və  əlamətləri müəyyənləşdirilir. Burada abstraksiyalar 

nəticəsində  əşya və hadisənin ayrı-ayrı  tərəfləri haqqında  əldə edilmiş anlayış  və 

mühakimələr ümumiləşdirilib təhlil olunur, müəyyən nəzəri nəticələr çıxarılır. 

Ümumiləşmə xüsusi, az ümumi anlayış və mühakimələrdən ümumi və ən ümumi 

anlayış, mühakimə, fərziyyə və nəzəriyyə yaradılması yolu ilə gedir” [35, s 186] 

Elmi –nəzəri səviyyədə spesifik idrak metodlarının qalanlarının üzərində 

dayanmayıb həmin idrakın  əsas formalarının aşağıdakılardan ibarət olduğunu 

göstərməklə kifayətlənək: elmi faktın və problemin müəyyənləşdirilməsi; ideyalar, 

prinsiplər və qanunların kəşf edilməsi; ehtimallar və  fərziyyələr, nəzəriyyələr, 

təbii-elmi, texniki və sosial biliklər və s. Fəlsəfədə  ən ümumi və ya universal 

əlaqələri ifadə edən kateqoriyalar öyrənilir. Bunlar aşağıdakılardır:  

1) Tək, xüsusi və ümumi. Hər bir əşya, hadisə  və prosesdə yalnız onun 

özünəməxsus, onu başqalarından, hətta ona oxşar hadisələrdən fərqləndirən bir sıra 




_____________Milli Kitabxana_____________ 

 35


xüsusi cəhətlər vardır. Məsələn, konkret bir şəxsin (Fuad, Aydan, Nihad) özünə 

məxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s. olur. Deməli 

obyektiv aləmin məlum konkret fərdi  əşyası, hadisə  və prosesi təki (təkcəni, 

ayrıcanı) təşkil edir. Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları 

ilə yaxınlaşdıran, ümumiləşdirən, «eyniləşdirən» bir sıra ümumi cəhətlər də vardır. 

Məhz bu keyfiyyət xüsusiyyətləri ilə  tək bir nəfər, ailə, kollektiv, sinif, millət, 

nəhayət cəmiyyətlə qovuşur, ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə 

ayrılıqda mövcud ola bilməz; bir adamın ölkədə, regionda, Yer kürəsində yaşayan 

milyonlarla insanlar ilə çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri mövcuddur. 

Bütün insanların ümumi anatomik – fizioloji quruluşu, psixi-şüurlu fəaliyyəti, 

sosial-ictimai əlaqələri vardır. Deməli tək həm də ümumidir; tək ümumiyə doğru 

aparan çoxsaylı  əlaqələrdə mövcuddur; Ümumi isə  təkdir, təklərin oxşar 

cəhətlərinin məcmusundan ibarətdir; tək və ümumi arasında sintetik çevrilmə 

əlaqəsi mövcuddur. Ümumi – odur ki, onun vasitəsilə çoxlu tək-tək, ayrı-ayrı əşya, 

hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. 

Hər bir əşya, hadisə və prosesdə tək və ümumi arasındakı dialektik qarşılıqlı 

əlaqəni “xüsusi” fəlsəfi kateqoriyası ifadə edir. Məsələn, bitki ümumini, taxıl 

xüsusini, arpa təki, canlı ümumini, insan xüsusini, Fuad isə təki ifadə edir. 

Tək, xüsusi və ümumi kateqoriyalarının dialektikasının nəzərə alınmasının 

insan fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Biz tədqiqat prosesində  həmişə 

təkdən, ayrıcadan başlayıb ümumiyə doğru,  ən ümumi qanunauyğunluqları  dərk 

etməyə doğru getməliyik. Yaxud ümumi qanunauyğunluqları mənimsəmə ilə tək-

tək hadisə  və prosessr üçün müəyyən ümumiləşdirici nəticələrə  gəlməliyik. Tək, 

xüsusi və ümumi arasındakı qarşılıqlı  əlaqələrin düzgün mənimsənilməsinin həm 

nəzəri, həm də ciddi ictimai praktik əhəmiyyəti vardır. Bu qarşılıqlı  əlaqələri 

nəzərə almadan yalnız ümumi olana istinad etmək, yalnız ümumini əsas götürmək 

nəzəriyyədə ehkamçılığa, yalnız təki  əsas götürmək isə  təftişçilik mövqeyinə  gə-

tirib çıxara bilər. Hər iki hal ayrılıqda nəzəriyyədə  həqiqətə nail olmağa imkan 

verməzdi. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə