Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

_____________Milli Kitabxana_____________ 

 42


6) Verilənlərin analizi. Burada aşağı, orta və yuxarı siniflərin 

xüsusiyyətlərini nəzərə alaraq stoxastika, kombinatorika, informatika və onların 

tətbiqlərinin öyrənilməsi nəzərdə tutulur. 

7) Riyaziyyatın ümumtəhsil funksiyasına diqqətin artırılması, habelə 

proqram və  dərsliklərin variantlığı  şəraitində kursun qurulmasına yanaşmada 

çoxcəhətlilik fənlərarası  əlaqəyə baxış nöqteyi-nəzərdən köklü şəkildə  dəyişir. 

Ümumiyyətlə, bir sıra hallarda riyaziyyat biliklərin mənbəyi deyil, təbiətşünaslıq 

və başqa fənlərin öyrənilməsi zamanı formalaşmış məlumatlara əsaslanan sahələrin 

tələbi olmalıdır. Həqiqi aləmin və onun qanunauyğunluqlarının təcrübi dərk edil-

məsi uyğun riyazi aparatın yaranması, habelə onun tətbiqləri üçün bünövrə ola 

bilər. Məsələn, fizikanın verdiyi məlumatlar bunlardan əlavə riyaziyyatın yaran-

ması və inkişafının tarixi prosesini əks edir. Analoji vəziyyət coğrafiyada da vardır. 

Burada şagirdlər tənasüb və oxşarlıq anlayışlarını öyrənənə qədər miqyasla, hətta 

ümumiyyətlə  məktəb riyaziyyatında öyrənilməyən sferik koordinatlarla tanış 

olurlar. Riyaziyyat tədrisinin məzmununa stoxastika elementlərinin, xüsusən 

ehtimalın diskret modellərdə baza komponenti kimi kombinatorikanın daxil 

edilməsi ilə əlaqədar fənlərarası əlaqənin yeni mühüm cəhətləri yaranır. Bu təkcə 

fizikada statistik nəzəriyyəni və biologiyada genetikanın öyrənilməsi üçün yeni 

aşkar imkanlar yaratmaq deyil, daha mühüm riyaziyyatla humanitar fənlər arasında 

qarşılıqlı əlaqə problemini qoyur. 

8) Fənlərarası  əlaqə planında riyazi dilin real dillə müqayisəli öyrənilməsi 

olduqca faydalıdır. Savadlı riyazi dil, aydın təfəkkür, düzgün ümumiləşdirmələr, 

cümlənin mahiyyətini, cümlələr arasındakı məntiqi əlaqəni başa düşmək, təbii dilə 

sahib olmağa genişləndirilir. Bununla da idrak prosesi, xüsusən təfəkkür, o cümlə-

dən ümumiləşdirmə qabiliyyəti düzgün formalaşır və inkişaf edir. Eyni zamanda 

təbii (ana dili və xarici) və riyazi dillər qarşılıqlı inkişaf edir. 

5. Riyazi təhsilin quruluşu. Bu məsələ  də  şagirdlərin ümumiləşdirmə 

qabiliyyətinin inkişafı üçün müəllim tərəfindən düzgün müəyyənləşdirilməlidir. 

1) Riyaziyyatın ümumtəhsil və ixtisaslaşdırma funksiyalarına metodoloji 

səviyyədə düşünülmüş  və  dəqiq bölünməsi müxtəlif yaş  mərhələlərində  fərqli 




_____________Milli Kitabxana_____________ 

 43


şəkildə reallaşdırılır. Riyaziyyatın ibtidai siniflərdə  tədrisi ümumtəhsil xarakter-

lidir. Bu zaman təkcə riyaziyyata meyl yaratmaq nəzərdə tutulmur (lakin riyazi 

dərnəklər, maraq kursları xüsusi rol oynaya bilər). Son nəticədə, riyaziyyatın 

dərindən öyrənilməsi sisteminə gələcək kontingentləri hazırlamaq nəzərdə tutulur. 

Təlimin bu mərhələsində heç bir profil diferensiallaşma ola bilməz, yalnız səviyyə 

diferensiallaşması vasitəsilə riyazi hazırlıqdan danışmaq olar.  

2) Riyaziyyata əsaslı maraq 14-15 yaşda formalaşdırılır. Odur ki, əsas 

məktəbin VIII-X siniflərində profil diferensiallaşmasının başlanması lazım gəlir. 

Ümumtəhsil kursunun “gövdə”-sindən riyaziyyatın dərindən öyrənilmələri budaq-

lanır ki, bununla riyaziyyat kursu ixtisaslaşdırmaya çevrilir. Konsepsiyaya uyğun 

olaraq VIII sinifdə riyaziyyatın dərindən öyrənilməsi sisteminə şagirdlərin seçilmə-

sinin düzgünlüyünü yoxlamaq imkanı verildiyindən, istiqamətləndirici mərhələ 

kimi baxılır. Odur ki, bu sinifdə kursun ixtisaslaşdırma xarakteri riyaziyyatın 

ümumtəhsil funksiyasına kəskin zidd olmamalıdır. Bu onu göstərir ki, təhsilin 

məzmununun genişlənməsi baş verir. Dərinləşmə maraq kursları  və  əvvəllər 

deyildiyi kimi fakültətiv məşğələlərin hesabına olar. IX-X siniflərdə təlim artıq iki 

istiqamətdə aparıla bilər – ümumtəhsil və ixtisaslaşdırma, bu da bu mərhələdə 

təlimin profil diferensiallaşdırılmasının həyata keçirildiyini deməyə imkan verir. 

3) yuxarı siniflərdə tam profilləşmə olur. Bu o deməkdir ki, yaranmış 

təcrübənin göstərdiyi kimi, sayı kifayət qədər çox olan, hər bir şagird konkret 

profillərdən biri üzrə  təhsil alır (sayın çoxluğu profillərə  də aiddir). Riyaziyyatın 

tədrisi nöqteyi nəzərdən kifayət qədər müxtəlif olan bütün profillər, burada 

riyaziyyatın nə dərəcədə rol oynamasından asılı olaraq, üç istiqamətdə birləşdirilir: 

ümumtəhsil, ümumelmi və riyazi. Bu istiqamətlərin hər birində riyaziyyat kursu 

əsas məktəbin ümumtəhsil kursuna əsaslanır. Bu meyllər hər şeydən əvvəl şagird-

lərdə öz qüvvəsini, bu gec də yarana bilər, riyaziyyat sahəsinə yönəltmək imkanı 

verməyi nəzərdə tutur. 

4) Ümumtəhsil istiqaməti üçün, hər  şeydən  əvvəl praqmatik məqsədə tabe 

olan və funksional savadın yüksəldilməsinə yönəldilən, ümumi kurs təklif edilir. 

Bu kurs şagirdləri ali məktəbdə riyaziyyatla əlaqədar olan ixtisaslarda təhsillərini 




_____________Milli Kitabxana_____________ 

 44


davam etdirməyə hazırlamaq məqsədi daşımır, onlar riyaziyyatdan qəbul imtahan-

larına hazırlaşmır. Lakin Azərbaycanda belə hazırlıq da olmalıdır. Ümumi kursu, 

məsələn, dillə, incəsənətlə, bədii yaradıcılıqla, sport ilə maraqlananlar seçə bilər. 

Humanitar sahəyə gedən  şagirdlər öz işlərində lazım olan səviyyədə riyaziyyatı 

öyrənirlər. 

5) Ümumelmi istiqamət üçün təbiət və humanitar elmlər sahəsində riyaziləş-

dirmə proseslərinin xüsusiyyətindən asılı olaraq iki variantda göstərilə bilən 

riyaziyyatın xüsusi kursu təklif edilir. Təbiət elmlərində hazırda real proseslərin 

miqdar  şərhi və uyğun miqdar modeli mühüm yer tutur ki, bunların tədqiqində 

riyazi analizin başlanğıcı, stoxastika ilə birlikdə riyaziyyatın  ənənəvi bölmələri 

lazımdır.  

Humanitar elmlərdə isə daha çox struktur modellərin  əhəmiyyəti vardır. 

Bunların isə qurulmasında və araşdırılmasında riyaziyyatın daha müasir və hazırki 

məktəb riyaziyyatından olduqca uzaq, hər şeydən əvvəl diskret riyaziyyat sahəsini 

cəlb etmək tələb olunur. 

Konsepsiyada ümumi elmi istiqamətli ayrı-ayrı iki kurs yaradılmasına 

alternativ olaraq, kifayət qədər əlavə modullarla təmin olunmuş, bir kursun olması 

da nəzərdə tutulur ki, bu təkcə bir blokun xüsusiyyətini deyil, təlimin konkret 

profilini də nəzərdə tutur. 

6) Təlimin məxsusi riyazi, fiziki-riyazi və ya “informatik” profillərini təmin 

edən dərinləşdirilmiş kurs riyazi istiqamət üçün nəzərdə tutulmuşdur. Bu istiqamət 

üzrə  təkcə  şagirdləri riyaziyyatın yüksək səviyyədə  mənimsənilməsini tələb edən 

ali məktəbə daxil olmağa hazırlamaq deyil, habelə uyğun ali məktəbdə təhsillərini 

müvəffəqiyyətlə davam etməsini təmin etməlidir. Riyaziyyatın bu təmayüllərdə 

öyrənilməsi nümunəsi Rusiyada və ölkəmizdə bir neçə onilliklərdə mövcud olan 

dərinləşdirilmiş öyrənmə sistemidir. Bunlar riyaziyyat təmayüllü siniflər və mək-

təblərdir. Məhz ümumielmi və riyazi profilli şagirdlər gələcəkdə elmi, texniki, 

texnoloji, Azərbaycanda cəmiyyətin sosial tərəqqisini təmin edən kadr potensialını 

təşkil edəcəkdir. Odur ki, onların hazırlığı dünyəvi səviyyədən aşağı olmamalıdır. 

Ölkəmizdə aparılan təhsil islahatının tələblərini  əsas tutaraq riyazi təhsilin 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə