Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə21/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

_____________Milli Kitabxana_____________ 

 63


Macar alimləri və pedaqoqları yeni riyaziyyat proqramlarını hazırlayarkən 

burada elmin müasir naliyyətlərinin  əsaslarını  əks etdirməyi, kursun ideya 

məzmununu yüksəltməyi, təlimdə varisliyi və ardıcıllığı möhkəmləndirməyi, riya-

ziyyatla təbiət-texniki fənlərin  əlaqəsindən düzgün istifadə etməyi,  əsas və ikinci 

dərəcəli məsələlərin sərhəddini müəyyənləşdirməyi zəruri hesab edirlər. Burada 

şagirdlərə riyazi metodlarla bilik vermək nəzərdə tutulur. Bu təlimdə analiz və 

sintezdən geniş istifadə ilə  fənlərarası  əlaqəni reallaşdırmaqla, modelləşdirmənin 

(müəyyən biliklər dairəsində) tətbiqi ilə  həll edilir. Riyazi anlayışların təcrübəyə 

tətbiqləri, müasir istehsalatın iqtisadi məsələləri, əmək mədəniyyətinin əsasları ilə 

də şagirdləri tanış etməyə diqqət verilir. Yeni tədris proqramının əsas xüsusiyyəti 

ayrı-ayrı  məsələlərin öyrənilməsində müəyyən diferensiallaşmanın olmasıdır. 

Gimnaziya üçün bütün tədris materialı iki hissəyə bölünür: əsas və  əlavələr. 

Proqramın əsas mövzuları bütün şagirdlər və məktəblər üçün məcburidir. 

Əlavə mövzulara (gimnaziyanın I, II, III, IV siniflərində bunlar uyğun olaraq 

29, 19, 16 və 6 dərsdə  əhatə edilir) yalnız  şagirdlər  əsas kursu müvəffəqiyyətlə 

mənimsədikdə baxılır. Metodistlər ümumiləşdirmə  və  təkrara böyük əhəmiyyət 

verirlər. Proqram əsasında tədris-metodik kompleksi hazırlanır. Bunların müəllif-

ləri Macar elmlər akademiyası tərəfindən ifadə olunmuş aşağıdakı ümumi ideyaları 

və  məqsədləri rəhbər tuturlar: qrafik diaqram şərhlərdən geniş istifadə etməklə 

riyaziyyatın  əsas anlayışlarının müvafiqliyinə nail olmaq; riyaziyyat kursunun 

məzmununu quruculuq həyatı  və  təcrübəsinə yaxınlaşdırmaq; ayrı-ayrı anlayışlar 

qrupu, teoremlər və qanunların mahiyyətinin başa düşülməsi və açılmasında 

şagirdləri vahid yanaşma ilə silahlandırmaq, ən mühüm anlayışların və hökmlərin 

fiziki şərhindən istifadəni genişləndirmək. 

Yeni dərsliklərin yazılması ərəfəsində qarşıya mürəkkəb vəzifə qoyulmuşdur 

– hər sinif üçün tədris materialının həcmini qısaltmaq və eyni zamanda daha geniş 

idrak  əhəmiyyətli yeni mövzuların daxil edilməsilə öyrənilən materialın nəzəri 

səviyyəsini yüksəltmək. Dərsliklərin müəllifləri müəyyən miqdarda anlayışları 

konsentrikləşdirməklə riyaziyyat kursunun məzmununu yeniləşdirməyə nail 

olmuşlar. Onlar öyrənilməli anlayışların sayını minimum etməyə çalışmışlar. Belə 




_____________Milli Kitabxana_____________ 

 64


hesab etmişlər ki, şagirdlərə çoxlu sayda faktlar vermək tədris materialının 

səmərəli öyrənilməsi üçün həmişə faydalı deyil. 

Dərsliklərin tərtibində  əsas prinsiplər - biliyin keyfiyyətini yüksəltmək, 

onları elmilik, müvafiqlik, həyatla, təcrübə ilə  əlaqəlilik didaktik prinsipləri 

əsasında sistemləşdirmək olmuşdur. Dərsliklərdə mexaniki olaraq “bir dərsdə - bir 

mövzu” bölgüsü dayandırılmışdır.  Əsas xüsusi halları, ayrı-ayrı teoremləri, 

qanunları bilmək deyil, şagirdlərin “kompleks” təfəkkürünü formalaşdıran ümumi 

prinsipləri başa düşmək olmuşdur. Dərsliklərin hər fəslində əsas təriflər, hökmlər, 

düsturlar toplanmış “ümumiləşdirmə” bəndi vardır, burada tədris materialı sistem-

ləşdirilir, oxucunu ayrı-ayrı  nəzəri qrupları  və qanunları başa düşməkdə vahid 

yanaşma və mahiyyətin açılması ilə silahlandıran nəticələr verilir. Dərsliklərdə 

fənlərarası əlaqə də unudulmamışdır. Bütün başqa fənlərdə də istifadə etmək üçün 

ümumi istilahlar verilir. Daha bir maraqlı fakt da ondan ibarətdir ki, 1974-cü ildən 

şagirdlər arzu etdikdə, gimnaziyanın buraxılış imtahanlarına qədər riyaziyyatdan 

ali məktəblərə  qəbul imtahanları verə bilərlər. Bu zaman müsbət nəticə gimnazi-

yanın buraxılış imtahanlarını da əvəz edir.  



Bolqarıstanda 1988-ci ildə VIII sinif üçün üç hissədən ibarət “Riyaziyyat”, 

1989-cu ildə isə dörd hissədən ibarət “Riyaziyyat və informatika” dərslikləri nəşr 

edilmişdir. Həmin dərsliklərin  əsas xüsusiyyətləri burada riyaziyyatın tədrisi 

haqqında müəyyən təsəvvür yaradır. Bu dərsliklər  əvvəlki  ənənəvi dərsliklərdən 

aşağıdakı üç xüsüsiyyətinə görə fərqlənir:  

1) təlimdə kompüterdən istifadə olunur; 2) cəbr, həndəsə  və informatika 

materialı inteqrasiya olunmuş  şəkildə öyrənilir; 3) bütün şagirdlər üçün məcburi 

olmayan paraqraflara ayırma ilə diferensial təlim yerinə yetirilir. Məsələn, 

“Paraleloqramın tərəfləri və diaqonalları arasında münasibət, üçbucaqda median 

düsturları” mövzunun şərhinə iki məsələnin həlli ilə başlanılır: 

1)  İki tərəfi və onlar arasındakı bucağa görə paraleloqramın qurulması 

proqramını yazın. 




_____________Milli Kitabxana_____________ 

 65


2)  İki qonşu tərəfləri və onlar arasındakı bucaqla təyin edilən ixtiyar 

paraleloqramın ekranda tərəflərinin və diaqonallarının kvadratları  cəmləri alınan 

proqramı yazın. 

Müvafiq proqram tərtib etməklə bu məsələlər həll edilir. Bu yolla alınmış 

nəticələr “ixtiyari paraleloqramın tərəfləri kvadratları cəminin onun diaqonallarının 

kvadratları  cəminə  bərabər” olması fikrinə  gətirir. Gedişatın ikinci dəfə yerinə 

yetirilməsi ilə, belə güman olunur ki, kompüter hesablamanı  təqribən icra edir. 

Daha bir neçə eksperiment aparmaqla fərziyyənin doğruluğu yoxlanılır. Bundan 

sonra eksperiment yekunlaşdırılır və uyğun isbata başlanılır. Əvvəlcə xassə xüsusi 

halda düzbucaqlı, sonra romb üçün isbat edilir, yalnız bundan sonra iki teoremin 

ifadəsi və isbatı göstərilir. 

1) Hər bir paraleloqramda tərəflərin kvadratları  cəmi diaqonalların 

kvadratları cəminə bərabərdir. 

2) 


c

b

,

,

 üçbucağın tərəflərin



c

b

a

m

m

m

,

,



 isə uyğun medianların uzunluğu-

dursa, onda 

(

)

2



2

2

2



2

2

4



1

a

c

b

m

a

+



=

(



)

2

2



2

2

2



2

4

1



b

c

a

m

b

+



=

(



)

2

2



2

2

2



2

4

1



c

b

a

m

c

+



=

Ümumi halın isbatından əvvəl xüsusi hallara baxılması adı çəkilən dərsliyin 



şərh tərzini xarakterizə edir. Bununla nəzəri materialın kifayət qədər yüksək 

səviyyədə izahı zamanı onun şagirdlər üçün müvafiqliyi təmin olunur. Baxdığımız 

dərsliklərdə müasir riyazi dildən, o cümlədən “çoxluq” istilahından və ona aid ən 

sadə işarələrdən (





,

,



,

) istifadə edilir. 

VIII sinif üçün olan dərslikdə informatika elementləri propedevtik verilir. 

Lakin bu elementlər bolqar dili əsasında cəbr və  həndəsə materialı üzrə loqo 

dilində proqramlar tərtib etmək üçün kifayətdir.  Şagirdlərə  təklif olunmuş 

məsələlər içərisində xüsusi tapşırıqları yekunlaşdırmağı və ya yeni proqram tərtib 

etməyi tələb edənlər də vardır. IX sinfin “Riyaziyyat və informatika” adlanan 

dərsliyinin birinci hissəsi informatikanın sistematik öyrənilməsinə həsr edilmişdir. 

Keçmiş ADR –in orta məktəb riyaziyyat proqramının əsas xüsusiyyətlərinə 

diqqət edək.  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə