Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

_____________Milli Kitabxana_____________ 

 72


E.E.Semyanov IV-VIII siniflərdə  bəzi həndəsi anlayışların öyrənilməsi 

prosesində ümumiləşdirmə və konkretləşdirmənin məzmununu müəyyənləşdirmək, 

şagirdlərin bu təfəkkür  əməliyyatlarını  mənisəmələrinin metodikasını  işləmək 

problemini həll etməyə çalışır [183]. O, belə nəticəyə gəlir ki, ümumiləşdirmə və 

konkretləşdirmənin öyrənilməsi təlimin prinsiplərinə uyğundur, bu proqram 

materialının mənimsənilməsini asanlaşdırır,  şagirdlərdə riyazi təfəkkürün inkişa-

fına səbəb olur, onların aksiomatik metod haqqında lazımi məlumat almalarına kö-

mək edir, yuxarı siniflərdə, ali məktəbdə təlimin müvəffəqiyyətlə davam etdirilmə-

sində  və  gələcəkdə  məktəb riyazi təlimin məzmununun müəyyənləşdirilməsində 

zəruridir.  

Zənnimcə konkretləşmə  əvəzində xüsusiləşdirmə  işlətmək daha 

məqsədəuyğun olardı. 

J.M.Kolyaqin belə hesab edir ki, bu və ya digər məsələnin ümumiləşdiril-

məsi şagirdlərin idrak marağına səbəb olur, onlarda məsələ həll etmək bacarığı və 

vərdişi yaratmaq üçün həllin ümumi metodlarını (analiz-sintez, sınaqları tükən-

dirmə, modelləşdirmə, axtarılanın təqribi qiymətinin tapılması  və s., bunların 

kombinasiyası) mənimsəmək lazımdır [121]. O, “məsələ- obyektiv aləmdə (hər 

hansı R çoxluğunda) problem xarakteri qeyd olunmuş, subyekt (S) üçün məchul 

olan element, xassə  və münasibət müəyyən etməyə dair hər hansı  şəkildə ifadə 

edilmiş  tələbdir” kimi daha ümumi fikri irəli sürür. Bunun bir növü olan təlim 

məsələlərinin rolu və yerinin tam müəyyən edilmədiyini, riyaziyyatın təlimində 

məsələlərin funksiyalarının, kompleks məqsədlərinin yerinə yetirilməsi tələbinin 

dəqiq müəyyənləşdirilmədiyini, məsələ  həllinin ümumi metodlarının  şagirdlərə 

öyrədilməsi metodikasının lazımi səviyyədə işlənmədiyini göstərir. 

Zənnimcə, “... şagirdlərin təlimi və inkişafı vasitəsi” ifadəsində  məntiqi 

nöqsan vardır. Belə ki, inkişaf etdirmə təlimin üç funksiyasından biridir. Odur ki, 

sadəcə “riyazi məsələlər orta məktəbdə  şagirdlərin təlimi vasitəsi kimi” demək 

kifayətdir. U.T.Açaryev [63] və N.J.Kobalyev [125] məsələlərin həllinə yanaşma 

ilə  əlaqədar  şagirdlərdə riyazi təfəkkürü, təlimin dünyagörüş, idraki və  məntiqi 

funksiyalarının eyni zamanda inkişafının zəruriliyindən danışırlar, bunun şagird-




_____________Milli Kitabxana_____________ 

 73


lərin ümumiləşdirmə qabiliyyətinin inkişafındakı rolunu göstərirlər. Lakin, onlar 

məktəb riyaziyyatının cəbrləşdirilməsinin nöqsanına fikir vermirlər. J.B.Bekboye-

vin “Fasiləsiz riyazi təhsil sistemində məsələlərin hazırlanması və həllinin öyrənil-

məsinin elmi əsasları” mövzusunda tədqiqatının [80] metodoloji əsasları – riyazi 

təhsilə baxışlar sistemi, riyazi təlimin bütün cəhətlərinin nəzərə alınmasını  tələb 

edən sistemli yanaşma, problemli-inkişafetdirici təlim, zehni fəaliyyəti məsələlər 

üzrə formalaşdırma, fəallaşdırma, məzmunlu ümumiləşdirmə və şəxsiyyətin yara-

dıcı inkişafı nəzəriyyələri hesab olunur. Onun məsələ həllinə bir sıra riyazi - əqli 

əməliyyatlarının məcmu, anlayışların, qanunların, qaydaların, təriflərin, yaradı-

cılıq, məntiqi düşünmək, təfəkkürün  əsaslığı  və ardıcıllığı, məqsədəyönəlmə, 

inadkarlıq,  şəxsiyyətdə digər qiymətli keyfiyyətlərin formalaşdırılması vasitəsi 

kimi baxılması ümumiləşdirmə cəhətdən qiymətlidir. 

Son illərdə riyaziyyatın tədrisi metodikasından aparılan tədqiqatlarda 

sistemlilik, tamlıq, vəhdətlik ideyası mühüm yer tutur. Bu planda riyaziyyatın 

öyrənilməsi prosesinin təkmilləşdirilməsi aşağıdakı müddəalara  əsaslanır: 1) 

riyaziyyat tədrisinin səmərəliliyinin yüksəldilməsinin  əsasını  təlim prosesinin 

bütün komponentləri arasındakı qanunauyğun  əlaqələr təşkil edir; 2) şagirdlərin 

təlim fəaliyyətinin xarici və onların  şüurunda yaranan daxili şərtləri arasındakı 

qanunauyğun  əlaqələri bilmək, onların riyaziyyatdan təlim materialını  mənimsə-

mələri prosesinə  məqsədəuyğun rəhbərlik etməyə imkan verir. Bunlar və riyazi 

biliklərin mənimsənilməsi xüsusiyyətləri birlikdə Y.J.Qrudenov tərəfindən 

psixoloji - didaktik və metodik qanunauyğunluqlar adlandırılır [98]. O, belə qanu-

nauyğunluqları beş qrupa bölür. Bacarıq və  vərdişlərin formalaşdırılmasının 

qanunauyğunluqları I qrupa daxil olunur. Həmin qanunauyğunluğun  əsası isə 

P.Şevaryev tərəfindən verilmiş ümumiləşdirilmiş assosiasiya nəzəriyyəsi [206

1



qəbul edilir və göstərilir ki: 1) ümumiləşdirilmiş assosiasiyaların baş verməsi 

genişləndirilmiş  əqli nəticələrlə birgüclüdür; 2) lazım olduqda ümumiləşdirilmiş 

assosiasiyalar  şagirdlərin  şüurunda tam əqli nəticəyə  qədər genişləndirilir; 3) 

məsələlər həlli ümumiləşdirilmiş assosiasiyaların yaranmasına gətirilir; 4) məsələ 

həllinin tapılması da daha çox ümumiləşdirilmiş assosiasiyaların yaranmasına 



_____________Milli Kitabxana_____________ 

 74


əsasən reallaşır. Müəllif şagirdləri yalnız xarici deyil, daxili tələblərə görə məsələ 

həllini əsaslandırmağa sövq edən şərtləri, P.A.Şevaryevin göstərilən nəzəriyyəsinə 

əsaslanaraq, müəyyənləşdirir. Həmin tədqiqatdan aydın olur ki, riyaziyyatın tədrisi 

prosesinin metodik və psixoloji-didaktik qanunauyğunluqlar sistemi əsasında 

təkmilləşdirilməsində ümumiləşdirilmiş assosiasiyaların böyük əhəmiyyəti vardır.  

Pedaqoji və metodik tədqiqatların metodoloji problemlərinə [101], pedaqoji 

tədqiqatların təşkili və metodlarına [131], stoxastikanın psixoloji-pedaqoji 

tədqiqatlara tətbiqinin bir sıra problemlərinə [111], pedaqoji nəzəriyyə  və 

təcrübəyə [88], riyaziyyatın tədrisi metodikası sahəsində aparılan tədqiqatlara [97], 

məktəb təliminə [175, 150] həsr edilmiş  tədqiqatların da şagirdlərin riyazi mədə-

niyyətinin, o cümlədən, ümumiləşdirmə qabiliyyətlərinin inkişaf etdirilməsində, 

böyük əhəmiyyəti vardır. 

Məktəb riyaziyyatının və onun təliminin optimal məzmununun müəyyənləş-

dirilməsi, müasir dövr üçün belə seçmənin meyarları sisteminin metodik əsaslarını 

göstərmək, bu sistem proqram və  dərsliklərin təkmilləşdirilməsinə  tətbiq etmək 

riyaziyyatın pedaqogikasının mühüm problemləridir. L.K.Okunyevin tədqiqatı 

[168] həmin məsələyə  həsr edilmişdir. Burada məktəb riyaziyyat kursunun ciddi 

elmiliyi ilə  əlaqədar: ziddiyyətsizlik və  məntiqi ardıcıllıq, təcrübədə  bəyənilmiş 

ideyaların, anlayış və müddəaların, real aləmin müəyyən qrup hadisə və faktlarının 

nəzəri ümumiləşdirilməsinə imkan verən obyekt və münasibətlərin kursa daxil 

edilməsi, ayrı-ayrı faktlardan onların ümumiləşdirilməsinə keçmək imkanının 

yaradılması nəzərdə tutulur. L.N.Landanın fikrincə [132] şagirdlərlə istənilən qədər 

konkret məsələlər həll etmək olar, lakin məsələlərə yanaşmağın və təhlil etməyin 

ümumi metodlarını  mənimsətmədən onların bu sahədə müstəqilliyindən söhbət 

gedə bilməz. K.V.Zobkova ali riyaziyyat elementlərinin məktəbdə bir qədər tez 

daxil edilməsini lazım bilir. Zənnimcə bu yaxşı olardı. Çünki belə olduqda 

ümumiləşdirmə imkanı genişlənir. L.O.Smorjevski məktəb planimetriya kursunun 

məntiqi qurulmasına verilən metodik tələbləri göstərir [189]. Bu ümumiləşdirmə 

üçün münasibdir. Lakin anlayışların empirik (I-V siniflərdə) və  nəzəri (VI-X) 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə