_____________Milli Kitabxana_____________
63
Macar alimləri və pedaqoqları yeni riyaziyyat proqramlarını hazırlayarkən
burada elmin müasir naliyyətlərinin əsaslarını əks etdirməyi, kursun ideya
məzmununu yüksəltməyi, təlimdə varisliyi və ardıcıllığı möhkəmləndirməyi, riya-
ziyyatla təbiət-texniki fənlərin əlaqəsindən düzgün istifadə etməyi, əsas və ikinci
dərəcəli məsələlərin sərhəddini müəyyənləşdirməyi zəruri hesab edirlər. Burada
şagirdlərə riyazi metodlarla bilik vermək nəzərdə tutulur. Bu təlimdə analiz və
sintezdən geniş istifadə ilə fənlərarası əlaqəni reallaşdırmaqla, modelləşdirmənin
(müəyyən biliklər dairəsində) tətbiqi ilə həll edilir. Riyazi anlayışların təcrübəyə
tətbiqləri, müasir istehsalatın iqtisadi məsələləri, əmək mədəniyyətinin əsasları ilə
də şagirdləri tanış etməyə diqqət verilir. Yeni tədris proqramının əsas xüsusiyyəti
ayrı-ayrı məsələlərin öyrənilməsində müəyyən diferensiallaşmanın olmasıdır.
Gimnaziya üçün bütün tədris materialı iki hissəyə bölünür: əsas və əlavələr.
Proqramın əsas mövzuları bütün şagirdlər və məktəblər üçün məcburidir.
Əlavə mövzulara (gimnaziyanın I, II, III, IV siniflərində bunlar uyğun olaraq
29, 19, 16 və 6 dərsdə əhatə edilir) yalnız şagirdlər əsas kursu müvəffəqiyyətlə
mənimsədikdə baxılır. Metodistlər ümumiləşdirmə və təkrara böyük əhəmiyyət
verirlər. Proqram əsasında tədris-metodik kompleksi hazırlanır. Bunların müəllif-
ləri Macar elmlər akademiyası tərəfindən ifadə olunmuş aşağıdakı ümumi ideyaları
və məqsədləri rəhbər tuturlar: qrafik diaqram şərhlərdən geniş istifadə etməklə
riyaziyyatın əsas anlayışlarının müvafiqliyinə nail olmaq; riyaziyyat kursunun
məzmununu quruculuq həyatı və təcrübəsinə yaxınlaşdırmaq; ayrı-ayrı anlayışlar
qrupu, teoremlər və qanunların mahiyyətinin başa düşülməsi və açılmasında
şagirdləri vahid yanaşma ilə silahlandırmaq, ən mühüm anlayışların və hökmlərin
fiziki şərhindən istifadəni genişləndirmək.
Yeni dərsliklərin yazılması ərəfəsində qarşıya mürəkkəb vəzifə qoyulmuşdur
– hər sinif üçün tədris materialının həcmini qısaltmaq və eyni zamanda daha geniş
idrak əhəmiyyətli yeni mövzuların daxil edilməsilə öyrənilən materialın nəzəri
səviyyəsini yüksəltmək. Dərsliklərin müəllifləri müəyyən miqdarda anlayışları
konsentrikləşdirməklə riyaziyyat kursunun məzmununu yeniləşdirməyə nail
olmuşlar. Onlar öyrənilməli anlayışların sayını minimum etməyə çalışmışlar. Belə
_____________Milli Kitabxana_____________
64
hesab etmişlər ki, şagirdlərə çoxlu sayda faktlar vermək tədris materialının
səmərəli öyrənilməsi üçün həmişə faydalı deyil.
Dərsliklərin tərtibində əsas prinsiplər - biliyin keyfiyyətini yüksəltmək,
onları elmilik, müvafiqlik, həyatla, təcrübə ilə əlaqəlilik didaktik prinsipləri
əsasında sistemləşdirmək olmuşdur. Dərsliklərdə mexaniki olaraq “bir dərsdə - bir
mövzu” bölgüsü dayandırılmışdır. Əsas xüsusi halları, ayrı-ayrı teoremləri,
qanunları bilmək deyil, şagirdlərin “kompleks” təfəkkürünü formalaşdıran ümumi
prinsipləri başa düşmək olmuşdur. Dərsliklərin hər fəslində əsas təriflər, hökmlər,
düsturlar toplanmış “ümumiləşdirmə” bəndi vardır, burada tədris materialı sistem-
ləşdirilir, oxucunu ayrı-ayrı nəzəri qrupları və qanunları başa düşməkdə vahid
yanaşma və mahiyyətin açılması ilə silahlandıran nəticələr verilir. Dərsliklərdə
fənlərarası əlaqə də unudulmamışdır. Bütün başqa fənlərdə də istifadə etmək üçün
ümumi istilahlar verilir. Daha bir maraqlı fakt da ondan ibarətdir ki, 1974-cü ildən
şagirdlər arzu etdikdə, gimnaziyanın buraxılış imtahanlarına qədər riyaziyyatdan
ali məktəblərə qəbul imtahanları verə bilərlər. Bu zaman müsbət nəticə gimnazi-
yanın buraxılış imtahanlarını da əvəz edir.
Bolqarıstanda 1988-ci ildə VIII sinif üçün üç hissədən ibarət “Riyaziyyat”,
1989-cu ildə isə dörd hissədən ibarət “Riyaziyyat və informatika” dərslikləri nəşr
edilmişdir. Həmin dərsliklərin əsas xüsusiyyətləri burada riyaziyyatın tədrisi
haqqında müəyyən təsəvvür yaradır. Bu dərsliklər əvvəlki ənənəvi dərsliklərdən
aşağıdakı üç xüsüsiyyətinə görə fərqlənir:
1) təlimdə kompüterdən istifadə olunur; 2) cəbr, həndəsə və informatika
materialı inteqrasiya olunmuş şəkildə öyrənilir; 3) bütün şagirdlər üçün məcburi
olmayan paraqraflara ayırma ilə diferensial təlim yerinə yetirilir. Məsələn,
“Paraleloqramın tərəfləri və diaqonalları arasında münasibət, üçbucaqda median
düsturları” mövzunun şərhinə iki məsələnin həlli ilə başlanılır:
1) İki tərəfi və onlar arasındakı bucağa görə paraleloqramın qurulması
proqramını yazın.
_____________Milli Kitabxana_____________
65
2) İki qonşu tərəfləri və onlar arasındakı bucaqla təyin edilən ixtiyar
paraleloqramın ekranda tərəflərinin və diaqonallarının kvadratları cəmləri alınan
proqramı yazın.
Müvafiq proqram tərtib etməklə bu məsələlər həll edilir. Bu yolla alınmış
nəticələr “ixtiyari paraleloqramın tərəfləri kvadratları cəminin onun diaqonallarının
kvadratları cəminə bərabər” olması fikrinə gətirir. Gedişatın ikinci dəfə yerinə
yetirilməsi ilə, belə güman olunur ki, kompüter hesablamanı təqribən icra edir.
Daha bir neçə eksperiment aparmaqla fərziyyənin doğruluğu yoxlanılır. Bundan
sonra eksperiment yekunlaşdırılır və uyğun isbata başlanılır. Əvvəlcə xassə xüsusi
halda düzbucaqlı, sonra romb üçün isbat edilir, yalnız bundan sonra iki teoremin
ifadəsi və isbatı göstərilir.
1) Hər bir paraleloqramda tərəflərin kvadratları cəmi diaqonalların
kvadratları cəminə bərabərdir.
2)
c
b
a ,
,
üçbucağın tərəflərin,
c
b
a
m
m
m
,
,
isə uyğun medianların uzunluğu-
dursa, onda
(
)
2
2
2
2
2
2
4
1
a
c
b
m
a
−
+
=
,
(
)
2
2
2
2
2
2
4
1
b
c
a
m
b
−
+
=
,
(
)
2
2
2
2
2
2
4
1
c
b
a
m
c
−
+
=
.
Ümumi halın isbatından əvvəl xüsusi hallara baxılması adı çəkilən dərsliyin
şərh tərzini xarakterizə edir. Bununla nəzəri materialın kifayət qədər yüksək
səviyyədə izahı zamanı onun şagirdlər üçün müvafiqliyi təmin olunur. Baxdığımız
dərsliklərdə müasir riyazi dildən, o cümlədən “çoxluq” istilahından və ona aid ən
sadə işarələrdən (
∪
∩
⊂
∈
,
,
,
) istifadə edilir.
VIII sinif üçün olan dərslikdə informatika elementləri propedevtik verilir.
Lakin bu elementlər bolqar dili əsasında cəbr və həndəsə materialı üzrə loqo
dilində proqramlar tərtib etmək üçün kifayətdir. Şagirdlərə təklif olunmuş
məsələlər içərisində xüsusi tapşırıqları yekunlaşdırmağı və ya yeni proqram tərtib
etməyi tələb edənlər də vardır. IX sinfin “Riyaziyyat və informatika” adlanan
dərsliyinin birinci hissəsi informatikanın sistematik öyrənilməsinə həsr edilmişdir.
Keçmiş ADR –in orta məktəb riyaziyyat proqramının əsas xüsusiyyətlərinə
diqqət edək.
Dostları ilə paylaş: |