Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   2   3   4   5   6   7   8   9   ...   148

_____________Milli Kitabxana_____________ 

 

5



Hazırda dünya təhsil sisteminin inkişafı prosesləri: 

1) əhalinin ümumi təhsil səviyyəsinin artırılması; 

2) vətəndaşların mədəni və peşə ixtisasları  səviyyəsinə verilən tələblərin 

yüksəldilməsi; 

3) ümumi orta təhsil müddətinin artırılması ilə xarakterizə olunur. 

Ümumi orta təhsilin inkişafının müasir mərhələsinin xarakterik cəhətləri isə 

aşağıdakılardan ibarətdir: 

1) Hamı üçün təhsil – müxtəlif tədris proqramları bütün şagirdlərin yüksək 

keyfiyyətli bilik almasına yönəldilməlidir; 

2) Ayrı-ayrı  şagirdlərin və ümumilikdə  cəmiyyətin maraq və  tələblərinin 

nəzərə alınması; 

3) Valideynlərin sosial-iqtisadi və  cəmiyyətdəki statusundan, cinsindən, 

milliyyətindən, dini əqidəsindən asılı olmayaraq şagirdlərin qabiliyyətinin 

maksimum inkişaf etdirilməsi; 

4) müvafiq çoxmillətli cəmiyyətlərin dəyəri və münasibətləri sisteminin 

inkişafı; 

5)  şagirdlərin fərdi qabiliyyətlərini nəzərə alan və inkişaf etdirən, onlarda 

prosesual bacarıqları formalaşdıran şəxsiyyətə yönəldilmiş təhsil prosesi; 

6) gəncləri cəmiyyətdəki dəyişkən sosial şəraitə uyğunlaşdırmaq; 

7)  ən müxtəlif regionlardan olan təbəqələr üçün biliyin və  məlumatların 

münasibliyini təmin edən təhsilin açıq olması. 

İndi qabaqcıl ölkələrin əksəriyyətində məcburi əsas 10 illik və tam 12 illik 

orta məktəblər fəaliyyət göstərir. Beynəlxalq standartlara görə ümumi orta təhsilin 

müddəti 12 ildən az olmamalıdır. 

Avropa  Şurasının Universitet problemləri üzrə daimi konfransının hələ 

1992-ci ildə  qəbul edilmiş  bəyanatında ümumi orta təhsilin beynəlxalq təcrübəyə 

uyğun olaraq 12 il olması nəzərdə tutulmuşdur. İnkişaf etmiş ölkələrin əksəriyyə-

tində (ABŞ, Kanada, Yaponiya, Fransa, İspaniya, Polşa və s.) ümumi orta təhsilin 

müddəti 12, Almaniya, İsveçrə, Çexoslavakiya, İtaliyada 13, Hollandiyada isə 14 



_____________Milli Kitabxana_____________ 

 

6



ildir. Baltik ölkələrində, habelə Moldoviyada, Ukraynada, Belarusiyada, Özbəkis-

tanda da artıq 12 illik təhsilə keçilmişdir. 

Rusiyada və bizim ölkəmizdəki məktəblərdə məzmunca analoji proqram 10-

11 ildə öyrənilir ki, bu da şagirdlərin həddindən artıq yüklənməsinə  və 

tədqiqatımız baxımından təlimin keyfiyyətinin aşağı  səviyyədə olmasına səbəb 

olmuşdur. Bu vaxta qədər pedaqogika, psixologiya sahələrində, habelə riyaziyyatın 

və digər məktəb fənlərinin tədrisi metodikasına aid araşdırdığımız mövzu ilə 

əlaqədar az da olsa aparılmış  tədqiqatlarda və metodik ədəbiyyatda göstərilən 

dünyəvi meyllər demək olar ki, nəzərə alınmamışdır. 

Görkəmli psixoloqların (L.S.Vıqodski, S.L.Rubinşteyn, J.Piaje, 

V.A.Krutetski, V.V.Davıdov, D.B.Elkonin, A.B.Petrakov, B.Q.Ananyev, 

V.P.Zinçenko, P.M.Yakovson, P.A.Şevaryev, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə və b.), 

pedaqoqların (Q.U.Şukin, M.N.Skatkin, M.A.Danilov, M.U.Mahmudov, 

A.B.Zankov, N.Kazımov, B.Əhmədov və b), riyaziyyatçı pedaqoqların (C.Poya, 

A.N.Kolmoqorov, R.Dekart, J.Adamar, A.D.Aleksandrov, L.M.Fridman, 

V.Q.Boltyanski, N.İ.Vlenkin, Z.A.Skopets, A.M.Markuşeviç, B.A.Ağayev və b.)  

əsərlərində, bilavasitə mövzu ilə bağlı namizədlik dissertasiyalarında 

(P.M.Erdnyev, L.N.Landa, B.M.Turkin, İ.A.Burlayev, O.S.Kretinin, E.E.Sem-

yonov), orta məktəbdə fizikanın tədrisi metodikasına aid V.V.Multanovskinin, rus 

dilinin sistematik kursunun tədrisinə aid A.A.Trostensovanın doktorluq disserta-

siyalarında, habelə riyaziyyatın tədrisi metodikasına aid bir sıra tədqiqat işlərində 

(N.V.Miniçkina, A.D.Peotski, D.V.Manayeviç, L.K.Okunyev, K.V.Zobkova, 

V.A.Qusyev, P.O.Smorjyevski, N.A.Tereşin, Q.U.Saransev, Y.M.Kolyaqin, 

B.Voloviç, D.İ.İkramov,  İ.U.Qrudenov, A.Q.Mordkoviç, Q.L.Lukankin və b.) 

ümumiləşdirmə ilə əlaqədar faydalı fikirlər vardır. Lakin bunlar dünyada və ölkə-

mizdə aparılan məktəb islahatlarının tələbi baxımından kifayət deyildir. Dərsliklər 

və metodik ədəbiyyat da bu cəhətdən olduqca nöqsanlıdır. 

Maraqlıdır ki, Nəsrəddin Tusi ümumiləşdirmə ilə əlaqədar fikir söyləmişdir: 

“Azlıq – təcrübədə maymaqlıq, aldanmaq, zərərə batmaq, nəzəriyyədə isə 

korafəhmlik, hadisələrin mahiyyətini başa düşməmək, ümumiləşdirmə  və mücər-




_____________Milli Kitabxana_____________ 

 

7



rədləşdirmədə  zəiflik kimi işlərdə  təzahür edir” [14]. Azərbaycanda riyaziyyatın 

tədrisi metodikasına aid müdafiə olunmuş dissertasiyaların heç birində baxdığımız 

məsələ xüsusi problem kimi tədqiq edilməmişdir. Lakin bu işlərin bəzilərində 

(B.Ağayev,  Ə.İbrahimov, K.Əsgərov, S.Nəsibov,  İ.Əliyev, A.Adıgözəlov, 

S.Həmidov, N.Kazımov, T.Əliyeva, A.Nuruşov, B.Vəliyev, T.Mütəllimov, 

N.Nəsirov, A.Teymurov, İ.Əhmədov, S.Abbasov və b.) məsələnin zəruriliyi 

göstərilmişdir. Ölkəmizdə ilk metodist (və bizim hamımızın müəllimi) B.Ağayev 

riyazi anlayışların məhdudlaşdırılması  və ümumiləşdirilməsinin mahiyyətini izah 

etmişdir. [1] Z.Qaralov doktorluq dissertasiyasında [27] qanunların öyrənilməsi 

baxımından ümumiləşdirmənin zəruriliyini göstərir, bununla əlaqədar məktəb 

fizika kursuna bir sıra yeni mövzuların daxil edilməsini lazım bilir. 

Uzaq və yaxın xaricdə, habelə ölkəmizdə riyaziyyatın tədrisində 

ümumiləşdirmə əsasən C.Poyanın işləri ilə əlaqədar olmuşdur. Bu sahədə aparılmış 

sonrakı araşdırmalar ona əsaslanmışdır. Beləliklə, ümumiləşdirmə riyaziyyatın əsas 

xüsusiyyətlərindən biri olduğundan, mücərrədləşdirmə  və anlayışların yaranması 

prosesi ilə birlikdə insanın bütün əqli fəaliyyət növlərini xarakterizə etdiyindən, 

hazırda məktəbdə istifadə edilən proqram və dərsliklərdə bu təfəkkür əməliyyatına 

lazımi dərəcədə əhəmiyyət verilmədiyindən, ümumiləşdirmə və onun tətbiqlərinin 

öyrənilməsinin spesifik xüsusiyyətlərinin olmasına baxmayaraq, metodik və 

ümumi pedaqoji-psixoloji ədəbiyyatda bunlar kifayət qədər nəzərə alınmadığından, 

ümumiləşdirmə  və xüsusiləşdirmənin öyrənilməsi üzrə bütöv iş sistemi olmadı-

ğından və məktəblərdə bu cəhətə diqqət verilmədiyindən, orta məktəbdə riyaziyya-

tın tədrisində ümumiləşdirmənin  şagirdlərin idrak fəaliyyətinin inkişafında siste-

matik məntiqi əməliyyat olmasının müasir səviyyədə tədqiqini zəruri hesab edirik. 

Təqdim olunan monoqrafiyanın yazılmasında  əsas məqsəd məktəb riyaziyyat 

kursunda mümkün ümumiləşdirmələrin yerini göstərmək, bu işin metodik siste-

mini vermək, şagirdlərdə elmi-nəzəri (mücərrəd) təfəkkürü inkişaf etdirməyin im-

kanlarını müəyyənləşdirməkdir. Tədqiqatın nəticələrinin şagirdlərin bilik və baca-

rıqlarının keyfiyyətinin yaxşılaşdırılmasına, onlarda riyazi mədəniyyətin, dünya-

görüşün, idrakın və məntiqi mühakimələrin inkişafına təsirini araşdırmaqdır. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə