Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   2   3   4   5   6   7   8   9   ...   148

_____________Milli Kitabxana_____________ 

 11


əsaslarının öyrənilməsinin metodik sistemini müəyyənləşdirib təcrübəyə  tətbiq 

etməklə, orta məktəb kursunun məzmunu və tədrisi metodikasını təkmilləşdirmək, 

şagirdlərin riyazi mədəniyyətinin yüksəldilməsinin zəruriliyinə diqqəti cəlb 

etməkdir. 

Beləliklə, məktəb riyaziyyat kursunun tədrisi metodikasında:  

1) ümumiləşdirmənin elmi-metodik prinsipləri müəyyənləşdirilmişdir; 

2) kursun nəzəri və praktik materialının ümumiləşdirmə metodu ilə 

tədrisinin mümkünlüyü öyrənilmiş,  əsaslandırılmış  və konkret nümunələrlə 

reallaşdırılmışdır; 

3) riyaziyyatın təliminin metodik sisteminin təkmilləşdirilməsi probleminin 

ümumiləşdirmələr ilə  sıx  əlaqədar olduğu və bu işin səmərəli həllində  həmin 

əməliyyatın hansı səviyyədə aparılması göstərilmişdir;  

4) ümumiləşdirmənin səmərəli və faydalı olması üçün kursun bünövrə 

anlayışlarına (çoxluq, ədəd, funksiya, kəmiyyət, tənlik və  bərabərsizlik, fiqur, 

çevirmələr) və elmi-məntiqi metodlara (riyazi anlayışlar, təriflər, təkliflər, analiz- 

sintez, isbat metodları, analogiya, zəruri-kafi  şərt, induksiya-deduksiya, təsnifat) 

yanaşmanın xüsusiyyətləri müəyyənləşdirilmişdir. Ayrı-ayrı riyazi faktların 

funksiya anlayışı ilə əlaqəli olmasının ümumiləşdirmədə rolu göstərilmişdir;  

5) Problemin pedaqoji, psixoloji, məntiqi və riyazi-metodik cəhətlərinin 

kompleks araşdırılması əsasında tədris fənni riyaziyyatla əlaqədar şagird şəxsiyyə-

tinin formalaşdırılması konsepsiyasında ümumiləşdirmə və xüsusiləşdirmə əməliy-

yatlarının rolu müəyyən edilmişdir.  

6) Məktəb riyaziyyat kursunun konkret mövzuları nümunəsində  şagirdlərə 

lazım olan ümumiləşdirmə bacarıqları seçilmiş, belə qabiliyyətin inkişaf etdirilmə-

sinin mümkünlüyü açılmış, bu işin metodik mexanizmi təklif edilmiş, ixtiyari 

proqramla işləmək  şəraitində yerinə yetirilə bilən anlayışların tərifi, teoremlərin 

ifadəsi və isbatı, düsturların çıxarılması  və  məsələlər həlli, qanunauyğunluqların 

tapılması ilə əlaqədar həmin bacarıqların formalaşdırılmasının metodikası verilmiş-

dir; 



_____________Milli Kitabxana_____________ 

 12


7) Təlimin  əsas funksiyalarının (öyrətmək, inkişaf etdirmək, tərbiyələn-

dirmək) dünyagörüş, idrak və məntiq baxımından yerinə yetirilməsində ümumiləş-

dirici mücərrədləşdirmənin rolu, onun idrak fəaliyyətinin inkişafında sistemləş-

dirici təfəkkür əməliyyatı olması əsaslandırılmışdır. 

Kitabda riyaziyyatın məktəbdə  tədrisi prosesində ümumiləşdirmə 

əməliyyatının  şagirdlərə öyrədilməsinin konkret metodikası verilir ki, bundan 

fənnin mənimsənilməsinin metodik sisteminin dünya standartlarına uyğun təkmil-

ləşdirilməsində və yeniləşdirilməsində istifadə etmək olar. 

Buradakı elmi-praktik nəticələrdən və tövsiyələrdən müvafiq tədqiqatlarda

məktəb proqramlarının, dərsliklərin, didaktik materialların, metodik vəsaitlərin, ali 

məktəbdə RİTM, elementar riyaziyyatın tədrisinin təkmilləşdirilməsində (seminar 

və praktik məşğələlərin hazırlanmasında və aparılmasında, kurs və buraxılış 

işlərinin yazılmasında, bakalavr və magistr hazırlığında), müəllimlərin gündəlik 

praktik fəaliyyətlərində istifadə etmək olar.  

İşdə aşağıdakılar geniş əhatə olunmuşdur.  

1. Riyazi anlayışların mühüm əlamətləri, bunların nəticələri və 

ümumiləşdirmələr sistemi formada təlimin dünyagörüş, idrak və  məntiqi 

funksiyalarının yerinə yetirilməsinin nəzəri, metodoloji əsasları  və didaktik 

prinsipləri 

2. Riyazi anlayışların tərifinə, teoremlərin ifadəsinə  və isbatına, düsturlara, 

qaydalara və  məsələlər həllinə ümumiləşdirmə  əməliyyatı ilə yanaşmanın 

mahiyyəti və onu təlimdə səmərəli reallaşdırmağın metodik sistemi. 

3. Məktəb riyaziyyat kursunun əsas mövzularının tədrisində ümumiləşdirmə-

lərin tətbiqi, səviyyəsi, yeri və öyrənilməsi metodikası. 

4. Riyaziyyatın tədrisində ümumiləşdirmə bu məktəb fənninin yeniləşdiril-

məsi, təkmilləşdirilməsi və  şagirdlərdə uyğun qabiliyyətin inkişafı üçün mühüm 

vasitədir. 

Təlim prosesində ümumiləşdirmə şagirdlərin riyazi qabiliyyətinin yüksəldil-

məsində sistematik məntiqi  əməliyyatdır. Kitabdakı  nəzəri və praktik material 



_____________Milli Kitabxana_____________ 

 13


həmin idrak əməliyyatından düzgün istifadə etmək və bununla da riyaziyyatı daha 

dərindən öyrənmək üçün olduqca faydalıdır.  

Öz lazımlı qeydləri və təklifləri ilə şagirdlərin həmin riyazi mədəniyyətinin 

yüksəldilməsində faydalı ola biləcək, bu kitabın daha da təkmilləşməsinə kömək 

edəcək, xeyirxah oxuculara qabaqcadan minnətdarlığımızı bildiririk. 

 



_____________Milli Kitabxana_____________ 

 14


“Riyaziyyat strukturlar və onların modelləri  əsasında ümumiləşdirilmiş 

mücərrəd 

1

 aləmi öyrənir” 

N.Burbaki 

I FƏSİL  

 

Riyaziyyatın tədrisində ümumiləşdirmə təcrübəsi, islahatlar və dünyəvi 

meyllər 

 

Kitabı hazırlayarkən son illərdə pedaqoji universitetlərdə  və institutlarda 

riyaziyyatın pedaqogikasının tədrisi təcrübəsi, uyğun kafedraların rəy və qeydləri, 

keçmiş sovet və xarici ölkə pedaqoq, psixoloq, məntiqçi və metodistlərin elmi 

tədqiqatlarının baxdığımız mövzu ilə  əlaqədar  ən mühüm nəticələri, müvafiq 

fəlsəfi fikirlər nəzərə alınmışdır. Bütün bunlar axtarışlarımızın istiqamətlərini 

müəyyənləşdirmişdir. Odur ki, tədqiq etdiyimiz mövzu ilə  əlaqədar  ədəbiyyatı, 

proqram və dərslikləri, dissertasiyaları, inkişaf etmiş ölkələrdə riyaziyyatın tədrisi 

vəziyyətini təhlil etməyi zəruri sayırıq. Yüzillikləri arxada qoyub dövrümüzə qədər 

gələn və  bəşəriyyət tarixində  əbədi mövqe qazanan Nizami yaradıcılığında işıq, 

xeyir, gözəllik və ülviyyətdən bəhs edən misilsiz bədii psixoloji və bədii-sosioloji 

nümunələrində “zərrə”nin “küll” ilə  əlaqəsi, “fərd” və “ümumi” münasibətləri 

yaxın şərq, o cümlədən Azərbaycan ictimai-fəlsəfi tarixinə bütün orta əsrlər boyu 

vüsətli təsir göstərən sufizmin mütərəqqi panteist görüşləri ilə  əlaqədar olduqca 

parlaq tərənnüm edilmişdir. Bu fikir araşdırmalarımızda nəzərə alınmışdır. 

 

1.1. Pedaqoji-psixoloji, məntiqi ədəbiyyatda və fəlsəfədə ümumiləşdirmə 



əməliyyatının nəzərə alınması və vəziyyəti 

 

Təfəkkürün empirik nəzəriyyəsi artıq çoxdan ciddi tənqidə məruz qalmışdır. 

Bəzi pedaqoqlar, psixoloqlar və metodistlər  şagirdlərin  əqli fəaliyyətinin inkişafı 

                                                  

1

 N.Burbakiyə görə “Riyaziyyat strukturlar və onların modelləri haqqında elmdir”. Burada “ümumiləşdirilmiş 



mücərrəd aləm” ifadəsinin olmasını məqsədəuyğun hesab edirik. 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə