Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   2   3   4   5   6   7   8   9   ...   148

_____________Milli Kitabxana_____________ 

 18


nəzəri olaraq həll etmək – onu təkcə müəyyən xüsusi hal üçün deyil, bütün eyni 

cinsli hallar üçün həll etməkdir; 3) Çıxarış prosesi və ya deduksiya. İsbatlar yolu 

ilə aparılan bu ümumiləşdirməyə, bəzən səhv olaraq tam və ya bitmiş induksiya 

deyilir, çünki belə  çıxarılışda xüsusidən ümumiyə keçmək vardır.  Əslində isə bir 

müddəadan digəri isbat yolu ilə alınırsa bu deduksiyadır. Belə  nəzəri çıxarış 

ümumidən xüsusiyə və tərsinə qarşılıqlı keçid zamanı olur. 

S.L.Rubinşteyn empirik və  nəzəri ümumiləşdirməni təfəkkürün müxtəlif 

səviyyələrinin (əyani, mücərrəd, nəzəri) əsası kimi fərqləndirir. Birincisi müqayisə 

və oxşarlığın;  şeylərdə xaricən eyniliyin ayrılması  nəticəsidir. Bu hətta həmin 

sözün məxsusi mənasında mücərrədləşdirmə vermir. İkincisi – başlanğıc hissi 

verilənlərin, onların mahiyyətini müəyyənləşdirmək və ayırmaq məqsədi ilə 

çevrilməsi ilə  əlaqədar xüsusi analiz və mücərrədləşmənin nəticəsidir. O, idrak 

nəzəriyyəsində xüsusi və ümuminin münasibətinə əsas məsələ kimi baxır. Anlayışa 

tətbiqdə bu belə izah edilir: “Əsl anlayışın ümumiliyi üçün ümumi, xüsusi və təkcə 

birlikdə götürülməli və burada mühüm olanın açılması zəruridir. Ümumi cəhətlərin 

ayrılması ilə  əmələ  gələn ümumi təsəvvürlər  əlamətlərin yalnız xarici 

məcmusudur,  əsl anlayışda isə onlar qarşılıqlı  əlaqədə  və keçidlərdə götürülür” 

[179(4)]. O, göstərir ki, təkcə anlayışlar deyil, habelə obrazlar, hətta təfəkkürün ən 

yüksək səviyyəsində  iştirak edir. Belə vahid təfəkkürdə “anlayışlar və obrazlar – 

təsəvvürlər kəsilməz birlikdə verilir”. Bu vahidlik ümumi (anlayışlar) və təkcənin 

(təsəvvürün) vahidliyi kimi çıxış edir. Onun fikrincə  əqlin  əsas  əlaməti 

ümumiyyətlə mühümü müəyyən etmək qabiliyyətidir. Lakin “mühüm” nəzəri 

ümumiləşməyə  gətirən analiz və mücərrədləşdirmə ilə müəyyən edilir. Əslində 

bunlar “ümumiyyətlə əqlin əsas əlamətləridir” 

S.L.Rubinşteyn və onun əməkdaşlarının (İ.M.Jukova, K.A.Slavyanova, 

A.V.Bruşlinski, A.M.Matyuşkin, N.T.Frolova və b.) məsələ  həlli ilə  əlaqədar 

maraqları fikirləri vardır. 

Məsələn, Slavyanova bir həndəsə məsələsinin şərtlərini (köməkçi) müəyyən 

münasibətdə onunla bircinsli olan digər məsələnin (əsas) şərtlərinə köçürməni, iki 

qrup şagirdlər üzərində eksperiment aparmaqla, araşdırır. 




_____________Milli Kitabxana_____________ 

 19


Yoxlanılan qruplardan birinə əsas məsələnin təhlilindən əvvəlki mərhələdə, 

ikinciyə isə sonra köməkçi məsələ təqdim edilir. Bu təcrübə əsasında müqayisə və 

analiz-mücərrədləşdirmə yolu ilə “yerindəcə” ümumiləşdirmənin mahiyyəti

onlardan hansının daha səmərəli olması göstərilir. 

Beləliklə, məsələ həlinin ümumiləşdirilməsi iki yolla baş verə bilər: empirik 

və nəzəri. Bunlardan birincisi iki (və daha çox) məsələ həllinin geniş müqayisəsi 

ilə yerinə yetirilir. İkincisi yalnız bir məsələnin analizi ilə olur. S.L.Rubinşteynə 

görə ikinci növ ümumiləşdirmə, məsələnin təhlili dərəcəsindən asılı funksiya kimi, 

birincinin özünəməxsus davamıdır: analizin başlanğıc mərhələsi elementar ümumi-

ləşmə verir, sonuncu mərhələ isə  nəzəri xarakterli ümumiləşməyə  gətirir. Lakin 

onun ümumiləşmə növlərinin münasibəti ilə  əlaqədar olan mövqeyində müəyyən 

ziddiyyət vardır. Belə ki, bir tərəfdən analiz hər  şeydən  əvvəl mühümlərin 

mücərrədləşdirilməsi ilə  əlaqələndirilir və qeyd edilir ki, nə isə ümumi olduğu 

üçün mühüm deyil, lakin mühüm olduğu üçün ümumidir. 

Beləliklə, analiz prosesində mühüm ayrılır və artıq bunun əsasında ümumi, 

oxşarlar müəyyən edilir. Digər tərəfdən o, analizin özünü mühümə daxil olmada 

pillə kimi ümumini ayırmağa gətirən xüsusi başlanğıc mərhələ hesab edir. Məncə 

bu iki müddəa bir-birinə ziddir. 

V.A.Krutetskinin tədqiqatlarında [120] müəyyən edilmişdir ki, şagirdlərin 

əksəriyyəti riyazi məsələnin həllini yalnız tədricən və uzun müqayisələr yolu ilə 

ümumiləşdirirlər. Onların az bir hissəsi bir məsələnin təhlili ilə ümumiləşmiş həlli 

tapırlar və sonra dərhal “yerindəcə” hər hansı sinfin bütün məsələlərinə  tətbiq 

edirlər. S.L.Rubinşteyinin göstərdiyi iki növ ümumiləşdirmənin xüsusiyyətləri 

V.A.Krutetski və başqa psixoloqların işlərindəki iki növ ümumiləşdirmənin təsviri 

ilə eynidir. Odur ki, belə  nəticə  çıxarmaq olar ki, S.L.Rubinşteyin və onun 

əməkdaşlarının tədqiqatlarında olduğu kimi bu işlərdə də şagirdlərin fikri fəaliyyə-

tində empirik və  nəzəri ümumiləşdirmələrin fərqi, bunların yerinə yetirilməsinin 

müxtəlif yolları  və vasitələri, onların reallaşdırılması, habelə idrakı faydalılığı 

eksperiment yolu ilə müəyyən edilmişdir. Bəzi hallarda ümumiləşdirmənin empirik 

və nəzəri növlərinin mənbəyi və imkanları onların əsl təbiətindən uzaq şərh edilir. 




_____________Milli Kitabxana_____________ 

 20


Məsələn, V.A.Krutetski ümumiləşdirmənin növlərini “empirik” və “nəzəri” kimi 

qiymətləndirmir. Xüsusən o, nəzəri təfəkkürün xarakterik xüsusiyyətlərinə baxmır. 

Onun fikrincə belə ümumiləşdirmə qabiliyyətinə malik olmaq yalnız bəzi 

insanların beyninin anadangəlmə  əsəb-fizioloji prosesləri ilə  əlaqədardır, fitri 

xarakter daşıyır və bu riyazi asılılıqları  mənimsəməyə uyğundur. Buradan belə 

çıxır ki, beynin quruluşundan asılı olaraq heç də bütün insanlar riyaziyyatı öyrənə 

bilməz və müvafiq ümumiləşdirmələr aparmaq qabiliyyətinə malik deyil. Bununla 

mənimsəmə vasitəsi və norması fərdlərlə müəyyən edilən nəzəri təfəkkürün tarixən 

yaranmış təbiəti və insanların nəzəri ümümiləşdirmə apara bilmək qabiliyyəti inkar 

edilir. 


S.L.Rubinşteynin işlərində anlayışların məsələ  həlli prosesində rolunun 

müxtəlif cəhətləri işıqlandırılır. Ümumiləşdirmə ilə  əlaqədar onun aşağıdakı 

fikirləri daha maraqlıdır: 1) Müasir insanın “ağlının” xaratkerik xüsusiyyəti 

şeylərin mahiyyətini, bu mahiyyət haqqında anlayışlar  əsasında müxtəlif 

hadisələrin sonrakı izahı zamanı müəyyənləşdirməkdir (nəzəri təfəkkürün üsulu 

kimi mücərrəddən konkretə keçmək); 2) empirik və  nəzəri təfəkkürün fərqi 

ümumiləşdirmələrin yerinə yetirilməsinin yolları və vasitələrinin fərqi ilə müəyyən 

edilir; 3) nəzəri ümumiləşdirmənin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, analiz və 

şeylərin mühüm xassələrinin mücərrədləşdirilməsi vasitəsi ilə yerinə yetirilir (bu 

bir məsələ üzərində  işlənilmiş sonra isə “yerindəcə” hər hansı sinfin bütün 

məsələlərinə köçürülən ümumiləşdirmənin əsasını təşkil edir); 4) əqli əməliyyatlar 

(analiz, sintez, ümumiləşmə, xüsusiləşmə  və s.) subyektin obyektlə  fəaliyyətinin 

forma və üsullarını açmalıdır. 

Fikrimizcə bu müddəalar təfəkkürün empirik nəzəriyyəsinin  şagirdlərin 

tədris fəaliyyətinin psixoloji əsaslarını  işləməyə mane olan nəticələrini aradan 

qaldırmaq üçün şərait yaradır, təlimi ümumiləşdirmənin empirik nəzəriyyəsindən 

azad etməyin yolunu göstərir. 

İsveç psixoloqu Jan Piaje əqlin inkişaf nəzəriyyəsini hərtərəfli tədqiq 

etmişdir [173]. Bu nəzəriyyənin mərkəzi məsələlərindən biri subyektin apardığı 

əməliyyatın, onun təfəkkürünün inkişafında rolunun dəqiq göstərilməsidir. O, 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə