Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə19/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   15   16   17   18   19   20   21   22   ...   148

_____________Milli Kitabxana_____________ 

 57


siniflərdə  həmin proqramın yeni variantından istifadə edilir. Burada dövlət

cəmiyyət və xüsusi məktəblərin tədris planları və proqramları eynidir. 

Məktəb riyaziyyat kursu proqramlarında aparılan islahatların  əsasında 

aşağıdakı prinsiplər rəhbər tutulmuşdur. 

1) məktəb riyaziyyat kursu bütün şagirdlərə, onların peşə seçimindən asılı 

olmayaraq, biliklərin əsasını verməlidir; 2) təlimin həcmi, məzmunu və metodları 

şagirdlərin yaşına optimal uyğun olmalıdır; 3) şagirdlərdə riyazi təfəkkür inkişaf 

etdirmək və təcrübi məsələləri riyazi düşünmək bacarığı aşılanmalıdır; 4) bütün üç 

mərhələdə riyazi təlimdə varislik təmin olunmalıdır.  İslahatlar  əvvəlki proqramın 

ideya strukturunu dəyişməmişdir. Yeni kurs çoxluqlar nəzəriyyəsi əsasında qurul-

muşdur. Lakin çoxluq müvafiq hallarda xatırladılır və onun haqqında intuitiv 

danışılır. Məsələn, ibtidai siniflərdə tək və cüt ədədlərə natural ədədlər sinfinin alt 

çoxluğu kimi baxılır. Orta məktəbin aşağı pilləsində parçanın orta perpendikul-

yarının və bucağın tənböləninin müəyyən xassələri nöqtələr çoxluğu kimi təqdim 

edilməsinə baxmayaraq həndəsi fiqurun ümumi tərifi nöqtələr çoxluğu kimi 

verilmir. Hər bir sinfin proqramı “məqsəd” bəndi ilə başlayır və burada təlimin 

həmin mərhələsinin  əsas məsələləri sadalanır. Sonra proqramın məzmunu və 

burada yalnız əsas anlayışlar və şagirdlərin alacaqları vərdişlər göstərilir. Tədrisdə 

mövzuların müfəssəl  şərhi və ardıcıllığın ciddi gözlənilməsi nəzərdən keçirilmir. 

Şərhin ardıcıllığını müəllim özü müəyyən etməlidir. Hər bir mövzunun “ideyanı, 

metodları  və s. tədricən başa düşməkdə  şagirdlərə kömək etmək” sözləri ilə 

başlaması səciyyəvidir. Mövzulardan sonra “istilah və işarə” qeydləri gəlir. Hər bir 

sinfin proqramı “məzmun üzrə qeydlər” ilə qurtarır, burada hər bir bölmə üzrə 

şagirdlərin bilik və bacarığına verilən tələblər dəqiqləşdirilir. Yenə ibtidai 

məktəbin proqramı 4 bölmədən ibarətdir və  məzmununda  əsaslı  dəyişikliklər 

edilməmişdir. Orta məktəbin aşağı pilləsinin proqramında riyaziyyat kursunun 

məzmunu yuxarıda göstərdiyimiz 1)-4) bölmələri üzrə inkişaf edir. Göründüyü 

kimi  əsas anlayışlar və ideyalar qalmaqla “çoxluq və  məntiq” bölməsi 

çıxarılmışdır. Lakin orta məktəbin yuxarı pilləsində bu bölmə daha dərindən 

öyrənilir. Yaponiyanın orta məktəblərinin riyaziyyat proqramında mövzular əsasən 




_____________Milli Kitabxana_____________ 

 58


şagirdlərin ümumiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsi üzrə düzülür, ali 

riyaziyyat elementlərindən geniş istifadə olunur. 

Yuxarı orta məktəbdə  şagirdlər peşə yönümü üzrə kompleksləşdirilir – 

akademik, ticarət, evdarlıq, texnika, kənd təsərrüfatı  və s. Şagirdləri  əsasən 

universitetlərə daxil olmaq üçün hazırlayan akademik birləşmənin iki istiqaməti 

vardır: təbiətşünaslıq və humanitar. 



Yaponiyanın orta məktəblərində məktəb riyaziyyat kursunun vahid formada 

verilməsi, onun hər bir bölmələri arasındakı  əlaqənin dərk olunması  şagirdlərin 

ümumiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsi baxımından olduqca maraqlıdır. 

Məlumdur ki, bu ölkənin bütün sahələr üzrə istehsalı keyfiyyətlidir. Onların 

məktəb üçün riyaziyyat proqramları  və bunların  əsasında yazılmış  dərslik, dərs 

vəsaiti, habelə metodik ədəbiyyatı riyazi təhsilin metodik sistemini inkişaf 

etdirmək və ümumiləşdirməni həyata keçirmək üçün faydalıdır. 

Çin ümumtəhsil məktəblərinin məqsədi gənclərə,  əmək fəaliyyətinə 

başlamaları, müasir cəmiyyətə lazım olan peşə qazanmaları üçün, əsas bilikləri 

verməkdir. Buna uyğun olaraq məktəb riyaziyyat təliminin məqsədi proqram və 

dərsliklərdə göstərilir. 

İbtidai məktəbdə – şagirdləri  əsas  ədədi münasibətlər və  həndəsi fiqurlarla 

tanış etmək, onlara natural ədədlər, adi və onluq kəsrlər üzərində əməlləri cəld və 

səhvsiz aparmağı öyrətmək, məntiqi təfəkkür, fəza təsəvvürünə dair elementar 

qabiliyyətlər, aldıqları bilikləri gündəlik həyatdakı  məsələlərin həllində istifadə 

etmək bacarığı formalaşdırmaq; orta məktəbdə – şagirdlərin təbiət və texniki 

fənləri öyrənmələri üçün riyaziyyatdan əsas məlumatları alması, riyazi əməliyyat 

və çevirmələri cəld və  dəqiq yerinə yetirmələri, fəza təsəvvürü və  məntiqi 

təfəkkürün məqsədəuyğun inkişaf etdirilməsi nəzərdə tutulur. Çin orta məktəb-

lərində riyaziyyatın öyrənilməsinə  ənənəvi olaraq çox vaxt verilir. İbtidai 

məktəbdə (I-V siniflər) I sinifdə həftədə 5, II və III siniflərin hər birində 4, IV və V 

–də 7, orta məktəbin aşağı pilləsinin I, II, III siniflərində

1

 uyğun olaraq həftədə 5, 



6, 6 yuxarı pillənin I, II, III siniflərinin hər birində həftədə 5 saat vaxt verilir. 

                                                  

1

 Burada nömrələmə Yaponlardakı kimidir 




_____________Milli Kitabxana_____________ 

 59


Orta məktəbin aşağı siniflərinin proqramına rasional ədədlər, tam və  kəsr 

ifadələr, birdərəcəli tənliklər və onların sistemi, bərabərsizliklər, kök və qüvvət, 

kvadrat tənliklər, loqarifmalar, üçbucaqların həlli, çevrə  və dairə, düz və  tərs 

mütənasiblik, xətti, kvadratik funksiyalar, düz xəttin və çevrənin tənlikləri, 

ortoqonal proyeksiyalama, statistika elementləri daxil edilmişdir. Orta məktəbin 

yuxarı siniflərinin kursu, bir çoxluğun digərinə inikası kimi, funksiya anlayışı ilə 

başlayır. Qüvvət, üstlü, loqarifmik, triqonometrik və tərs triqonometrik funksiyalar, 

fəza fiqurları, ikitərtibli  əyrilər, polyar koordinatlar, xətti tənliklər sistemi

bərabərsizliklərin xassələri, kompleks ədədlər, kombinatorika elementləri, 

binomial teorem, ehtimal nəzəriyyəsi və  cəbri məntiqin elementləri (EHM üçün 

proqramlaşdırma ilə  əlaqədar), analizə giriş öyrənilir. Müəllimlər riyaziyyat 

proqramında  şagirdlərin  əmək fəaliyyətləri ilə  əlaqəyə az fikir verildiyini, 

mənimsənilməsini çətin olan materialın olmasını qeyd edirlər. Odur ki, şagirdlərin 

üç  əsas qrupunun ( 1) istehsalata gedənlər; 2) peşə  və ya politexnik məktəbdə 

təhsilini davam etdirənlər; 3) ali məktəbə gedənlər) maraqlarını  nəzərə almaqla 

təbiət – riyazi və texniki məktəb proqramlarını  nəzərdən keçirməyi istəyirlər. Bu 

qrupların hər biri üçün məcburi və seçmə kursların proqramlarını hazırlamaq 

nəzərdə tutulur. Birinci qrupun təlimində nəzəri biliklərin tətbiqinə üstünlük verilir, 

ikinci qrupda kifayət qədər geniş və sadə kurs lazım sayılır. Sonuncu qrup üçün isə 

təkcə geniş deyil, habelə dərin məlumatlar lazımdır, xüsusi dərslik tələb olunur. Bu 

və ya digər jurnal səhifələrində məktəb proqramına aid materialın şərhi ilə əlaqədar 

hansı çıxışın və neçə dəfə olmasına aid də tədqiqatlar aparılır. Proqramın ayrı-ayrı 

məsələlərinin öyrənilməsinin  əhəmiyyəti ilə  əlaqədar aşağıdakı  nəticələr 

çıxarılmışdır: 1) rasional ədədlər və cəbri ifadələr, onlar üzərində əməllər, tənliklər 

həlli, funksiya, müstəvi fiqurların təsviri bütün bilik sahələrində lazımdır. Bunların 

məktəbdə öyrənilməsi gücləndirilməlidir; 2) az sayda bilik sahəsi üçün lazım olan 

iki dərəcədən yuxarı köklər, iki dəyişənli kvadrat tənliklər sistemi, bir dəyişənli bir 

dərəcəli bərabərsizliklər, homotetik fiqurlar, ortoqonal proyeksiyalama və s. 

proqramın  əsas materialına  əlavə kimi baxmaq və kifayət qədər sadə izah etmək 

lazımdır; 3) elmin, texnikanın, istehsalatın müasir inkişafını əks etdirən məsələlərin 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə