Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

_____________Milli Kitabxana_____________ 

 45


inkişafında dünyəvi meyllərin nəzərə alınması istiqamətində  tədqiqat aparmaq 

lazımdır. 

 

1.3. Bəzi xarici ölkələrdə riyaziyyatın tədrisi  

xüsusiyyətləri 

 

İnkişaf etmiş ölkələrin təcrübəsində riyazi təhsildə yeni meyllərə  həmişə 

xüsusi  əhəmiyyət verilmişdir. Təhsildə humanistləşdirmə  əksəriyyət tərəfindən 

qəbul edilir və geniş yayılır. Riyazi təhsildə inteqrallaşdırılmış, qarşılıqlı  əlaqəli 

metodik məsələlərin tam kompleks təhlilin aparılmasına daha çox diqqət verilir. 

Belə kompleks təhlilə daxildir:  

a) məktəb riyaziyyatında nəzəri məzmunun və onun tətbiqlərinin inikasının 

əsas xüsusiyyətləri; 

b) təlimdə  məsələlərin rolu, onun şagirdlərə verilməsinin yeni metodik 

vasitələrinin işlənməsi;  

c) təlimdə insanın psixoloji və fizioloji mexanizmlərindən (görmə, sözlər, 

motor qabiliyyətləri, verilənlərin dərki və çevrilməsi, diqqəti cəlb etmək və s.) 

istifadə və onların inkişafı. 

Görkəmli riyaziyyatçı-pedaqoq Polşanın Yagelon universitetinin fəxri 

doktoru A.S.Kriqovskayanın (1904-1988) anadan olmasının 80- illiyinə  həsr 

edilmiş 1984-cü ildə Krakovda keçirilən beynəlxalq simpoziumda maraqlı 

məruzələr edilmişdir. Burada təlimdə humanistləşdirməyə xüsusi diqqət 

verilmişdir. 

A.S.Kriqovsikayanın tədqiqatlarında riyazi təlimdə islahatlara və 

humanistləşdirməyə, ümumiləşdirmə, xüsusiləşdirmə və mücərrədləşdirməyə geniş 

yer verilir. Onun yubileyində görkəmli riyaziyyatçı-metodistlər T.Varqa, 

E.Kastelnuova, X.Freydental və b. riyazi təhsildə kompleks, sistemli, inteqrasiyalı 

yanaşmaların əhəmiyyətini əsaslandırmışlar. 

X.Freydental “Riyazi strukturlar” anlayışının  əhəmiyyəti və mahiyyəti, 

ümumiləşdirmə mücərrədləşdirmədə didaktik prinsiplərin gözlənilməsi üzərində 



_____________Milli Kitabxana_____________ 

 46


daha çox dayanır. T.Varqa məsələlərin xüsusi bir sinfi olan birqiymətli olmayan 

məsələləri daha faydalı hesab edir. Onun fikrincə belə  məsələlər  şagirdlərin 

məntiqi mədəniyyətini inkişaf etdirməklə yanaşı, məqsədə çatmaq üçün xüsusi 

qurma məsələlərinin araşdırılmasına hazırlıq baxımından faydalıdır. Polşa 

riyaziyyatçısı K.Xartiq “İsbatlar və riyaziyyatın təlimində  əsas anlayışlar” adlı 

məruzəsində bir çox isbatları  dərhal ümumi haldan başlamaqla deyil, müvafiq 

misallar üzərində, sabitin dəyişdirilməsilə aparmağı məqsədəuyğun hesab edir. O, 

məktəbdə isbatlarda riyazi induksiya metodundan istifadə imkanının 

məhdudluğuna da toxunur. Çex pedaqoqu F.Kujin “Didaktika və təlim təcrübəsi” 

və alman riyaziyyatçısı H.Y.Şteyner “İnkişaf ənənəsi və riyazi təlim problemləri” 

adlı  məruzələrində riyaziyyatın məktəbdə öyrənilməsinin məqsədlərini və  təlim 

metodlarının seçilməsi meyarlarının dəqiqləşdirməyin zəruriliyinə diqqətimizi cəlb 

edir, habelə problemin həllindəki çətinlikləri göstərirlər. Onlar riyaziyyatın 

tədrisində “necə” və “nə üçün” sualları üzərində şagirdləri düşündürməyə, analiz, 

sintez, ümumiləşdirmə və xüsusiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsinə daha 

çox fikir verməyi lazım bilirlər. 

Bir çox məruzələrdə  həndəsənin tədrisində intuisiya ilə  məntiqin daima 

inkişaf  etdirilməsinin, həndəsi çevirmələrin, hərəkət və  fəza anlayışlarının, 

modelləşdirmənin, fiqurların xassələrinin, təfəkkür əməliyyatlarının, funksiyaların, 

fiziki anlayışların, məktəb həndəsəsinin müxtəlif variantlarda qurulmasının, əyani, 

mücərrəd, sintetik və analitik həndəsələrin  şagirdlərin idrak fəaliyyətinin inkişa-

fında mühüm yer tutması göstərilir. 

Məsələ, onun mahiyyəti, təsnifatı, riyaziyyatın didaktikasına eksprimental 

yanaşma, şagirdlərlə müsahibəni stimullaşdırma vəziyyəti barədə K.Labur (Fransa) 

söhbət  açır.  

Beləliklə, deyilənlərdən belə  nəticə  çıxarmaq olar ki, məktəbdə riyazi 

təhsilin humanistləşdirilməsinə bu fənnin təlimi məqsədini dəqiqləşdirmək, habelə 

onun öyrənilməsi metodlarını  təkmilləşdirmək baxımından yanaşmaq lazımdır. 

Riyaziyyatın tədrisi metodikasındakı sonrakı  tərəqqi bu tərəflərin hər ikisinin nə 

dərəcədə harmonik nəzərə alınması ilə müəyyən edilə bilər. 




_____________Milli Kitabxana_____________ 

 47


Müasir riyazi təhsilin inkişafı probleminin bir çox məsələlərinin həllində 

YUNESKO-nun himayəsi ilə  fəaliyyət göstərən riyazi təhsilin öyrənilməsi və 

inkişafı üzrə beynəlxalq komissiyanın böyük rolu olmuşdur. Bir neçə onillikdə bu 

komissiyanın rəhbərlərindən biri S.Kriqovskaya olmuşdur. O, riyazi fənlərin 

formal və  məzmunlu cəhətlərinə xüsusi fikir verməyin, tədrisdə dünyəviliyin 

əhəmiyyətinə böyük diqqət yetirmişdir. Riyazi anlayışların tərifini vermək 

şagirdlərin ümumiləşdirmə qabiliyyətinin tərkib hissəsidir. S.Kriqovskayanın 

“Təriflərin  şagirdlərin riyazi fəaliyyətində rolu” məqaləsində bu cəhət aydın 

görünür. O, tərifə  şagirdlərin bütün intuitiv müşahidələrinin məntiqi olaraq 

ümumiləşdirilməsi kimi baxır. Anlayışın həcmini genişləndirməyən təsviri tərəfin 

axtarılması, ümumiləşdirici və konstruktiv təsvirlərə, analogiyalar və köçürmələrə, 

təsnifata, xüsusi halların axtarılmasına və  məlum təriflərin ümumiləşdirilməsinə 

əsaslanaraq tərif vermənin  şagirdlərin məntiqi təfəkkürünün, o cümlədən 

ümumiləşdirici mücərrədləşdirmə qabiliyyətinin inkişaf etdirilməsi xüsusiyyətləri 

məqalənin  əsas məzmununu təşkil edir. Burada göstərilir ki, riyazi anlayışların 

təriflərinin müxtəlif yollarla verilməsi zamanı  şagirdlər  əks misallardan istifadə 

etməyi, mühüm və mühüm olmayan xassələrin ayrılmasını, müqayisələr aparmağı, 

növ və cins anlayışlarını, ümumi və xüsusi halları  fərqləndirməyi, obyektlər və 

münasibətlər arasındakı oxşar və fərqli cəhətləri müəyyənləşdirməyi öyrənirlər. 

1984-cü ildə Avstriyanın Adelaide şəhərində keçirilmiş V beynəlxalq 

konqresdə  məktəbdə EHM-dən istifadənin vəziyyəti, hamı üçün riyaziyyatın 

məqsədi və məzmunu, tədris proqramlarının təkmilləşdirilməsi istiqamətləri, ayrı-

ayrı metodik məsələlər (məsələ vasitəsilə  təlim, funksiya anlayışının daxil 

edilməsi, həndəsənin tədrisi, riyazi modelləşdirmə  və s.) geniş müzakirə 

olunmuşdur. 

İndi bəzi xarici ölkələrdə riyaziyyatın tədrisinin ümumiləşdirmə baxımından 

xüsusiyyətlərini göstərək. 

ABŞ ümumtəhsil orta məktəbi üç pilləlidir: ibtidai siniflər (I-VI), aşağı orta 

məktəb (VII-VIII), yuxarı orta məktəb (IX-XII). Şagirdlər məktəbə 6 yaşında daxil 

olurlar. Burada orta məktəb üçün vahid dövlət proqramı yoxdur. Hər ştatın özündə 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə