Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə12/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

_____________Milli Kitabxana_____________ 

 36


Tək, xüsusi və ümumi haqqında bu deyilənlərin məktəb riyaziyyat kursuna 

tətbiqdə  nə demək olduğunu ayrı-ayrı mövzuların öyrənilməsi ilə  əlaqədar izah 

edirik. 

2) Qanun və qanunauyğunluq; 

3) mahiyyət və təzahür 

Bu kateqoriyaların mahiyyətinin izahı üzərində dayanırıq. [13]-də ümumi-

ləşdirmənin mahiyyəti belə verilir: “Ümumiləşdirmə – təkcədən ümumiyə, daha az 

ümumi bilikdən daha çox ümumi biliyə keçiddən ibarət məntiqi proses, həmçinin 

bu prosesin nəticəsi, ümumiləşdirilmiş anlayış, mühakimə, elm qanunu, nəzəriyyə. 

Ümumiləşdirilmiş biliyin əldə edilməsi gerçəkliyin daha dərindən əks edilməsini, 

onun mahiyyətinə nüfuz olunmasını göstərir. Formal məntiqdə anlayışın məzmunu 

dedikdə növ anlayışından cins anlayışına keçid başa düşülür. Bu halda cins 

anlayışının məzmunu məhdudlaşmış olur, çünki bu məzmundan növ əlamətləri 

kənar edilib. Ümumiləşdirməyə  əks proses məhdudlaşdırmadır”. Burada, habelə 

“ümumi sistemlər nəzəriyyəsi – sistemlər təşkil edən obyektlərin tədqiqinin xüsusi 

elmi və  məntiqi – metodoloji konsepsiyası”-nın mahiyyəti,  əhəmiyyəti və 

yaradıcıları haqqında məlumat verilir. Fəlsəfədə ümumiləşmə əməliyyatı və ÜSN 

haqqında deyilənlərdən riyaziyyatın və informatikanın tədrisi metodikasının 

təkmilləşdirilməsi və yeniləşdirilməsində istifadə etmək lazımdır. 

 

1.2. Riyazi təhsilin inkişafında dünyəvi meyllər 



 

Girişdə hazırki dünyada təhsil sisteminin inkişaf proseslərinin  əsas 

istiqamətlərini [1)-4)], ümumi orta təhsilin inkişafının müasir mərhələsinin 

xaratkerik cəhətlərini [1)-7)], ayrı-ayrı ölkələrdə  təhsil müddətinin necə olmasını 

göstərdik. Bunları nəzərə alaraq deyə bilirik ki, Azərbaycanda ümumi orta təhsilin 

dünya üzrə  qəbul edilmiş müddətinə keçmək iqtisadi cəhətdən inkişaf etmiş 

ölkələrin texnologiyasından geri qalmağın qarşısını almaq, məzunların konqurent, 

davamlı hazırlanmasını  təmin etmək və  fərdi təhsil proqramını yerinə yetirmək 

üçün onlara əlavə imkanlar verməyə səbəb olardı. 



_____________Milli Kitabxana_____________ 

 37


Hazırda dünyada 12 illik məktəbdə tədris fənlərinin məzmununun dəyişməsi 

istiqamətləri göstərilir. Biz burada riyazi təhsil konsepsiyasını göstərməklə (12 illik 

məktəbdə) kifayətlənirik. Belə hesab edirik ki, riyaziyyatın tədrisində 

ümumiləşdirməni reallaşdırmaq üçün ən azı bu konsepsiya lazımdır.  

1. Riyazi təhsilin  əhəmiyyəti. Bir çox yüzilliklərdə dünyanın bütün 

ölkələrində riyaziyyat ümumi təhsil sisteminin ayrılmaz hissəsi olmuşdur. Bu, 

tədris fənni kimi riyaziyyatın şəxsiyyətin formalaşmasında nadir əhəmiyyətə malik 

olması ilə izah edilir. Riyaziyyatın təhsil, inkişaf etdirmə potensialı olduqca 

böyükdür. Təfəkkürün hərtərəfli elementi məntiqdir. Müasir insanda özünü dərk 

etməkdə  və başqaları ilə ünsiyyətdə istifadə olunan təfəkkürün tam inkişafı, 

mühakimələrin gedişində  və  təfəkkür nümunələri ilə tanışlıq, məlum məntiqi 

mədəniyyəti formalaşdırmadan mümkün deyil. Hadisələrin məntiqi təhlilini 

düzgün aparmağı, bu yolla məkan faktlardan nəticə  çıxarmağı, tərif vermək və 

təriflə  işləməyi, məlumu məchuldan, isbat ediləni isbat edilməyəndən 

fərqləndirməyi, təhlil etməyi, təsnifat aparmağı, fərziyələr irəli sürməyi, onları 

inkar və  təsdiq etməyi, analogiyadan düzgün istifadəni insanlar məhz riyaziyyatı 

prosesində müəyyən səviyyədə  mənimsəyə bilirlər.  İntiusiya məntiqə gedən 

yoldur. Riyazi məsələlərin həlli prosesində qazanılmış  təcrübə, vərdiş kimi 

səmərəli təfəkkürün və fikrin ifadə üsullarının (yığcamlıq, dəqiqlik, tamlıq, 

aşkarlıq və s. ) inkişafına intiusiya isə  nəticəni  əvvəlcədən görməyə  və  həll 

yolunun dərkinə kömək edir. Riyaziyyat bütün idrak proseslərini inkişaf etdirir, 

həm də insanı elmi yaradıcılığının ilk təcrübəsinə, dünyanın elmi mənzərəsinin 

öyrənilməsinə aparan yoldur. Riyaziyyat şəxsiyyətin ümumi inkişafına əhəmiyyətli 

təsir etməkdən  əlavə, xarakterin, mənəvi keyfiyyətlərin formalaşmasında mühüm 

yer tutur. Riyazi məsələnin tam həllini başa çatdırmaq üçün kifayət qədər uzun 

şaxəli yollar keçmək lazımdır. Bu zaman səhvləri gizlətmək mümkün deyil – 

nəticənin düzgünlüyünü və həllin əsaslandırılması üçün obyektiv meyarlar vardır. 

Riyaziyyat insanda doğruluq, obyektivlik, inadkarlıq,  əməksevərlik kimi key-

fiyyətlərin formalaşmasına, dünyanın estetik qavranılmasına, estetik komponentlər 

daxil olan emosional hisslərin güclənməsinə kömək edir. Fikirlər aləmi, mücərrəd 




_____________Milli Kitabxana_____________ 

 38


obyektlər, formalar, münasibətlər, məntiqi konstruksiyalar aləmin estetik əsası 

kimi olduqca mühüm keyfiyyətlərdir. Nəhayət, riyaziyyat xüsusi əhəmiyyətə malik 

təcrübi utilitar (istifadə edilmək, işlənilmək) tərkibə malikdir. Müasir aləmdən baş 

çıxarmaq üçün hər kəsə riyazi xarakterli bilik və bacarıqlar lazımdır (hesablama 

vərdişləri, EHM-dən istifadə, həndəsi kəmiyyətlərin ölçülməsi, həndəsi fiqurları 

tapmaq və təsvir etmək, funksiyalarla və qrafiklərlə işləmək, tənasüblər, tənliklər, 

bərabərsizliklər, onarın sistemini qurmaq və  həll etmək, çoxluqlar və stoxastik 

biliklər və s.). Riyaziyyatın  əhəmiyyətini ümumiləşdirmələr aparmaq prosesində 

daha yaxşı başa düşmək olar. 

2. Riyazi təhsilin məqsədi aşağıdakılardan ibarətdir: 

- Təcrübi fəaliyyətdə  tətbiq etmək, digər fənləri öyrənmək, təhsili davam 

etdirmək üçün konkret riyazi bilik, bacarıq və vərdişləri mənimsəmək; 

-  Şagirdlərin  əqli inkişafı, riyazi fəaliyyəti üçün səciyyəvi və insanda 

cəmiyyətdəki həyatında lazım olan təfəkkür keyfiyyətləri formalaşdırmaq;  

- Riyaziyyatın və riyazi fəaliyyətin mənimsənilməsi prosesində  şəxsiyyətin 

tərbiyə edilməsi; 

- Riyaziyyatın ideya və metodları haqqında varlığın təsviri və dərk edilməsi 

kimi, riyaziyyat haqqında təsəvvürlərin formalaşdırılması. 

3. Ümumi prinsiplər. 1) Müasir şəraitdə riyaziyyatın əsaslarının öyrənilməsi 

gənc nəslin ümumtəhsil hazırlığının olduqca mühüm sahəsidir. Hazırda dünyanın 

əksər ölkələrində məktəb riyazi təhsilinə diqqət artırılır. Dünya təcrübəsinin təhlili 

üç  əsas meyli ayırmağa imkan verir: a) riyazi təhsilin bütün məktəblilər üçün 

zəruriliyinin başa düşülməsi və uyğun tədqiqatların genişləndirilməsi; b) Tədris 

planında tədrisin bütün mərhələlərində riyaziyyatın ümumtəhsil kursunun daxil 

edilməsinə  cəhdin olması; c) məktəbin yuxarı pilləsində riyazi hazırlıqda dərin 

diferensiallaşdırma. 

2) 12 illik məktəbin riyazi təhsil konsepsiyası 11 illik məktəbin hazırki 

konsepsiyasına  əsaslanır. Bu konsepsiya riyaziyyatın öyrənilməsinin metodik 

sistemində  məktəb riyazi təhsilin iki general funksiyası ilə reallaşmağı  nəzərdə 

tutur: a) riyaziyyatın köməyi ilə təhsil; b) riyaziyyatın özünün öyrənilməsi.  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə