Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə17/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

_____________Milli Kitabxana_____________ 

 51


zunun hansı ardıcıllıqda və neçə saat keçilməsini müəllimlər müəyyənləşdirir. 

Təlimin birinci pilləsi ümumtəhsildir və burada: 1) ibtidai siniflərdə öyrənilənlər 

dərinləşdirilir və möhkəmləndirilir; 2) riyazi modellər qurmaqla ən sadə  tətbiqi 

məsələləri həll etməyə imkan verən nəzəri biliklərlə, praktik bacarıqlarla və lazımi 

priyomlarla  şagirdlər təmin edilir; 3) onların  əqli inkişaf etdirilir: müşahidə  və 

təhlil vərdişləri formalaşdırılır, ətrafdakı real obyektləri konkret şəkildə göstərmək, 

sonra onları başa düşmək bacarığı  aşılanılır, induktiv və deduktiv mühakimələr 

aparmaq, nəticələr çıxarmaq, ümumiləşdirmək,  əməliyyatları  əsaslandırmaq, fər-

ziyyələri inkar edən  əks misallar göstərmək, öz fikirlərini aydın, sadə  və  dəqiq 

ifadə etməyi öyrətmək; səliqəliyi, həndəsi fiqurların qurulması zamanı aydınlıq və 

ardıcıllığa  əməl etməyi, hesablamalar aparmaq, qeydlər etməyi aşılamaq. Birinci 

pillənin hər sinfində (VI, V, IV, III) vahid riyaziyyata həftədə 4 saat verilir. Burada 

təqribən bizim V-IX siniflərdə olan material və bunlardan əlavə alqoritmlərə  ən 

sadə misallar, EHM hesablamalarında onlardan istifadə, ən sadə statistik veri-lən-

lərin ədədi səciyyəsi öyrənilir. Fransa məktəblərinin ikinci pilləsi (II, I, “buraxılış” 

siniflər) 

1

 təlimin yarı çoxsahəliyi ilə xarakterizə edilir. II sinfin bütün 



bölmələrində riyaziyyatın tədrisi vahid proqram üzrə aparılır. “Buraxılış” siniflə-

rində şagirdlər 20-yə qədər istiqamətlərdə ixtisaslaşmaq imkanı qazanırlar. Burada 

riyazi hazırlıq 10 səviyyədə yerinə yetirilir. I və “buraxılış” siniflərində riyaziyya-

tın öyrənilməsinə verilən saatlara və məzmuna görə proqram kəskin diferensiallaş-

dırılır.  Ən aşağı riyazi hazırlığı humanitar bölmənin  şagirdləri alırlar. Fizika-

riyaziyyat bölməsinin  şagirdləri geniş proqram üzrə (I sinifdə  həftədə 6 saat, 

“buraxılış” siniflərində 9 saat) dərinləşdirilmiş riyaziyyat kursunu öyrənirlər. Digər 

bölmələrdə riaziyyatın müvafiq ixtisaslara tətbiqi istiqamətləri  əsas yer tutur. 

Müəllim proqram materialının ardıcıllığını seçməkdə müstəqildir, lakin dərsliyin 

necə olmasına təsir edə bilmir. Proqramlar xalq təhsili nazirliyinin rəsmi sənədi ol-

duğu halda, dərsliklər belə nəzarətdən azaddır. Dərsliklərin yazılmasına və müəl-

limlərin işinə müəyyən istiqamət vermək məqsədi ilə Fransanın müxtəlif pedaqoji 

təşkilatları, xüsusən riyaziyyatın tədrisinə dair təkliflər üzrə daimi komissiya, riya-

                                                  

1

 Bunlar uyğun olaraq X, XI, XII siniflər deməkdir 




_____________Milli Kitabxana_____________ 

 52


ziyyatın tədrisi assosiasiyası, riyaziyyatın tədrisinin bəzi elmi tədqiqat institutları 

tərəfindən proqramlara şərhlər yazılır.  Şərhlərin son variantı milli təhsil 

nazirliyinin general təlimatının təsdiqinə verilir. Məktəb riyaziyyat kursunun 

həndəsə  və  cəbr hissələrinə, habelə EHM-dən necə istifadə etməyə dair ayrı- 

ayrılıqda şərh verilir. Burada riyaziyyatın ayrı-ayrı mövzularının tədrisi prosesində 

induktiv və deduktiv mühakimələrin yeri göstərilir, ümumi qəbul edilmiş 

işarələrdən istifadə  məsləhət görülür, bilik, vərdiş  və bacarıqların  əhatə dairəsi, 

mücərrədləşdirmə  və ümumiləşdirmənin səviyyəsi müəyyənləşdirilir.  Şagirdlərin 

riyazi hazırlığını  təkmilləşdirmək problemi Fransanın pedaqoji və elmi 

cəmiyyətlərini narahat etməkdədir. Burada təlimin elitar xarakterdə olması, orta 

məktəb şagirdlərinin əksəriyyətini əhatə etməkdə bu problemin həllini çətinləşdirir. 

Amerika və Qərbi Avropadakı (İngiltərə, Almaniya) riyaziyyat pedaqogi-

kasına və bizdəki riyaziyyatın tədrisi metodikasına nisbətən Fransadakı riyaziy-

yatın müasir didaktikası  təmamilə başqa cür qurulmuşdur. Bu özünəməxsusluq 

didaktikanın konsepsiyasına, quruluşuna və istilahların xarakterinə, həm də elmi, 

sosial statusuna aiddir. 

Fransa didaktikasının, bizdəki metodikada olmayan və ya başqa cür şərh 

edilən bəzi anlayışlarının mahiyyətini bilmək lazımdır. 

Didaktik hadisə - müəllim fəaliyyətinin müşahidəsinin nəticəsi. 

Pedaqoji kontrakt – Tədris prosesinin tərəf müqabilləri arasında nəzərdə 

tutulan razılığa əsaslanan baxılan sosial qarşılıqlı əlaqə.  

Müəllim və  şagird tədris prosesində eyni məsuliyyət daşıyır və qarşılıqlı 

öhdəçiliyə malikdirlər. Tədqiqatçı üçün məzmunun xüsusiyyətinə  əsaslanan 

kontraktın pozulması  vəziyyəti daha maraqlıdır. Müəllimin epistemologiyası – 

onun aşağıdakı suallara cavab vermək imkanıdır: mövcud biliklərdən necə istifadə 

etməli, anlatmağa necə nail olmalı, yeni bilikləri necə verməli, sualları necə 

qoymalı, necə öyrətməli, anlamağı, həll etməyi və s. necə öyrətməli. Tədris üçün 

müəllim öz biliyini təkmilləşdirməlidir ki, onlar göstərilən epistemologiyaya uyğun 

olsun. 



_____________Milli Kitabxana_____________ 

 53


Didaktik köçürmə – didaktik kontraktın tələbindən asılı olaraq elmi 

biliklərin, onun təşkilinin, nisbi əhəmiyyətini, təqdimatını, genezisini dəyişən, 

modifikasiyası prosesi. 

Fransız didaktikləri öz işlərində belə tədqiqat metodlarından istifadə edirlər: 

müşahidə və refleksiv təhlil, interviləşdirmə, eksperiment, təcrübənin ümumiləşdi-

rilməsi. 

Fransada riyaziyyatın didaktikası sahəsində  tədqiqatın təşkilinin digər 

ölkələrdə analoqu yoxdur. Bu bir tərəfdən riyazi təhsilin tədqiqi problemi institutu 

(İREM) kimi nadir hadisə, digər tərəfdən  ənənəvi kollokviumlar, simpoziumlar, 

yay məktəbləridir. Hazırda Fransada 25 belə institut fəaliyyət göstərir. Praktik 

olaraq hər regional akademiyada belə bir institut var. İREM riyazi təhsildə 

islahatlar aparmaq və  aşağıdakı funksiyaları yerinə yetirmək üçün 1969-cu ildə 

yaradılmışdır: riyaziyyat müəllimləri hazırlığına, onların fasiləsiz baza təhsilinə, 

pedaqoji eksperimentlərin aparılmasına kömək, müəllimlər və onları hazırlayanlar 

üçün ədəbiyyat hazırlamaq, riyaziyyatın didaktikası sahəsində tədqiqatlar aparmaq. 

“Riyaziyyatın didaktikası” istilahının özü 1970-ci ildə yaradılmışdır.  İREM-in 

funksiyaları genişdir. Bunların üç növünü ayırmaq olar: 1) tədris fənni kimi 

riyaziyyatın məzmunu, tarixi və tədrisinin epistemologiyası sahəsində tədqiqatlar; 

2) kadr hazırlığı (ali təhsil, ixtisasartırma, fasiləsiz təhsil); 3) riyazi təhsilin 

inkişafına kömək (milli və beynəlxalq miqyasda fəaliyyət, islahatlar). 

İREM-dən başqa müxtəlif laboratoriyalar əsasında, analoji tədqiqatlar 

aparan, daha 14 komissiya vardır. İREM və komissiyaların mövcudluğu dövründə 

Fransada riyaziyyatın didaktikası sahəsində 15 doktorluq dissertasiyası müdafiə 

edilmişdir. Kollokviumların, seminarların, yay məktəblərinin aparılması dövründə 

müvəqqəti yaradıcı kollektivlərdə  məhsuldar işləyirlər.  İngiltərədə riyaziyyatın 

tədrisinin yenidən qurulmasına daima fikir verilmişdir. Daha çox yayılmış 1964-cü 

ildən tətbiq olunan Naffal proyektidir. Bu proyektə görə ibtidai məktəbdə şagirdlər 

5 yaşından 11 yaşa qədər oxuyurlar. Əksər hallarda ibtidai məktəb hərəsində üç il 

olmaqla iki pilləyə bölünür. I pillədə 5, 6, 7, II pillədə isə 8, 9, 10 yaşında uşaqlar 

təhsil alır. Təqribən hər 4 ibtidai məktəbə, şagirdlərin 16 yaşa qədər oxuduqları, adi 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə