Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə25/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   21   22   23   24   25   26   27   28   ...   148

_____________Milli Kitabxana_____________ 

 75


olmaqla iki səviyyədə öyrənilməsi fikri riyaziyyatın səciyyəvi xüsusiyyəti olmayan 

empirik təfəkkürə yenə də üstünlük vermək deməkdir. 

Təlim-tərbiyə prosesində  şagirdlərdə elmi dünyagörüşünün inkişaf etdiril-

məsi məsələsinə aid bütün qabaqcıl ölkələrdə araşdırmalar aparılmışdır, inkişaf 

etdirici təlimə, onun təcrübəyə yönəldilməsinə xüsusi əhəmiyyət verilmişdir. 

N.A.Tereşinin tədqiqatı [194] bu problemə  həsr edilmişdir. O, əvvəlcə 

V.S.Tyuxmin mənada [195] “sistem” anlayışının mahiyyətini açıqlayır (burada 

daxil olma münasibətindən istifadə olunduğu görünür), məktəb riyaziyyatının 

tətbiqi istiqamətinə elementləri xarici modelləşdirmə, fənlərarası əlaqə, şagirdlərin 

iqtisadi tərbiyəsi və s. olan, onun məntiqi quruluşuna isə komponentləri modelləş-

dirmə, alqoritmləşdirmə, fəndaxili  əlaqələr, müxtəlif səviyyəli mücərrədləşdirmə, 

qurmağın mexanizmi və s. dən ibarət sistem kimi baxaraq, bunların  şagirdlərdə 

elmi dünyagörüşün inkişafı ilə əlaqəsini araşdırır. Riyaziyyatın əsas xüsusiyyətləri-

nin şagirdlərdə elmi dünyagörüşün formalaşdırılmasında roluna, məktəb riyaziyyat 

kursunun  əsas xətlər  ətrafında inteqrasiyasına bu işin  əsas vasitəsi kimi baxılır. 

Habelə şagirdlərdə məntiqi təfəkkürün və intuisiyanın qarşılıqlı əlaqəli inkişafına, 

funksiya və vektorun tətbiqləri ilə birlikdə  mənimsənilməsinə, məktəblilərin 

fəaliyyəti prosesində  əlaqə  və münasibətlərin spiralvari inkişafına, real varlığın 

öyrənilməsi metodu ilə sahələrin, həcmlərin, uzunluğun, dəyişən qüvvənin, işin və 

s. məsələlərdəki ümumiliyin dərk edilməsinə, induktiv və deduktiv əqlinəticələr 

çıxarmağa, xüsusi misallarda ümumini görmək qabiliyyətinin formalaşdırılmasına, 

əks misallardan istifadənin və alqoritmləşdirmənin əhəmiyyətinə diqqət cəlb edilir. 

Q.U.Saransev çalışmalar probleminin bu və ya digər cəhətlərinə, təlim prosesi və 

onun optimallaşdırılmasına, dərsin quruluşu, təlim metodlarının əsaslarına, şagird-

lərin fəallaşdırılmasına, fəaliyyətin strukturu, təfəkkürün inkişafının qanunauyğun-

luqlarına, riyazi biliklərin xüsusiyyətlərinə aid aparılmış  tədqiqatlara  əsaslanaraq 

çalışmalardan istifadə  və onun yerinə yetirilməsinin məqsədi, məzmunu, təşkili, 

quruluşu, şagirdlərin zehni fəaliyyəti məsələlərini təhlil [186] etmişdir. O, çalışma-

lara təlimin təqdim olunan məzmununun ayrı-ayrı  mərhələlərindən ibarət dərsdə 

hər-hansı  məşq kimi deyil, ilk plana fəaliyyət üsullarını  mənimsəməyi çəkir, 




_____________Milli Kitabxana_____________ 

 76


əməliyyatların daşıyıcısı  və maraqların təmini kimi təqdim edir, həndəsi 

çevirmələrin konkret vəziyyətlərdə tətbiq etmək bacarığının şagirdlərdə yaranması 

yollarını göstərir, məktəblilərin idrak marağının onların yaş imkanlarından daha 

çox ümumiləşdirmə qabiliyyətlərindən asılılığını  dəfələrlə xatırladır, təlim 

prosesində çalışmalar sisteminin funksiyasını müəyyənləşdirərkən P.A.Şevaryevin 

ümumiləşdirilmiş assosiasiyalar nəzəriyyəsinə  əsaslanır, çalışmalara verilən 

tələbləri də  şagirdlərdə idrak fəaliyyətinin, habelə ümumiləşdirmə qabiliyyətinin 

inkişaf etdirilməsinin zəruriliyi ilə  əlaqələndirir. M.B.Voloviç “Orta məktəbdə 

riyaziyyatın tədrisinin səmərəsini yüksəltmək üçün təlim vasitələrinin yaradılması 

və istifadəsinin elmi-metodik əsasları” adlı işində [89] bir anlayışın digərinə daxil 

olması  əməliyyatının öyrənilməsinin elmi-metodik əsaslarını göstərmişdir. 

D.İ.İkramov tərif, aksiom və teoremlərin quruluşunda ümumilik və fərqi göstərmə-

yə,  əvvəl öyrənilmiş biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsinə, bilik-

lərin dünyagörüş  səviyyəsinə çatdırılmasına (L.S.Vıqodski buna ümumiləşmənin 

ümumiləşməsi deyir), şagirdlərdə ümumiləşdirmə qabiliyyətinin müəyyənləşdiril-

məsinə, mühüm əlamətləri ayırmağa, nəticələr çıxarmağa,  əməliyyatların mənim-

sənilməsinə, müstəqil idrak fəaliyyətinə, təfəkkürün məntiqi priyomlarına, elmi 

idrak metodları ilə silahlanmağa, dil vahidləri səviyyəsində biliklərin ümumiləşdi-

rilməsi və sistemləşdirilməsinə, təfəkkürün inkişafında təkcə, ümumi və xüsusinin 

qarşılıqlı  əlaqəsinə, deduktiv təfəkkür vərdişlərinin formalaşdırılmasına, anlayış-

ların formalaşdırılması prosesində tarixi – genetik və  məntiqi – deduktiv 

yanaşmaların düzgün əlaqələndirilməsinə xüsusi fikir verir [113]. Stereometriya 

kursunda analogiya və optimallaşdırmağa aid məsələlər həllinin öyrənilməsi 

metodikasına aid bir sıra işlər vardır [83, 188 və s.]. Qarşıya qoyulmuş  məqsəd 

üçün bunlardan da istifadə etmək olar. J.N.Semyonova şagirdlərin süjetli məsələ-

lərin həlli ilə  əlaqədar fəaliyyətini təfəkkürün strukturuna uyğun təşkil etməklə 

sistemlər arası assosiasiyaların inkişafı  mərhələsində  nəzəriyyə  və  təcrübənin 

münasibətinin formalaşdırılmasının əhəmiyyətini göstərərk şagirdləri riyazi model-

ləşdirmənin ümumi ideya və prinsipləri ilə tanış etməyin zəruriliyinə diqqəti cəlb 

edir, belə  məsələlərin həlli sxeminə real varlıq hadisələlərinin  ənənəvi tədqiqinin 




_____________Milli Kitabxana_____________ 

 77


modifikasiyası kimi baxır. O, məktəb məsələlərini təhlil edərkən onların 

“ümumiliyinə” iki cəhətdən (model və süjet) baxmağı lazım bilir [187]. 

Şagirdlərdə hər iki cəhətdən ümumiləşdirmə çərçivəsində modelləşdirmə bacarıq-

larının inkişafı üçün, uyğun biliklərin sistemli xüsusiyyətdə olmasını  təmin edən 

süjetli məsələlərin seçilməsinə xüsusi diqqət verilməlidir.  

Pedaqoji institut və universitetlərdə riyaziyyat müəllimlərinin hazırlığı ilə 

əlaqədar son illərdə aparılmış bir sıra tədqiqatlarda (A.Q.Mordkoviç [152], 

V,N.Kelbakianı [127], Q.L.Lukankin [135], İ.A.Novik [166], Y.R.Baxşəliyev [5

1

]) 


tələbələrin ümumiləşdirmə, generallaşdırma bacarığının inkişaf etdirilməsinin 

zəruriliyi göstərilir. 

V.A.Qusyev  şagirdlərin zehni inkişafında təfəkkür  əməliyyatlarını  tətbiq 

etmək səviyyəsinə görə  fərqlər olduğunu, təlimdə  fərdiləşdirmə və diferensiallaş-

dırmada kompüterin rolu, onlarda ümumiləşdirmə və xüsusiləşdirmə qabiliyyətlə-

rinin inkişafına daha çox fikir vermək lazım gəldiyini, bu sahənin olduqca az 

tədqiq edildiyini, insanın fikri fəaliyyətinin əsaslarının öyrənilməsinə həsr edilmiş 

tədqiqatlarda (S.L.Rubinşteyn, D.J.Boqoyavlinski, A.V.Bruşlinski və b.) bu 

fəaliyyətin əsasında iki başlıca priyom – “analiz” və “sintez” durduğunu qeyd edir. 

Analitik-sintetik metodunun mahiyyətinin göstərilməsi, həndəsi məsələlərin həlli 

ilə  əlaqədar  şagirdlərdə  tədqiqatçılıq fəaliyyətinin inkişafının zəruriliyi,  əqli 

fəaliyyətin mərhələlər üzrə formalaşdırılması, aparılan tədqiqatın  əsasında 

“fəaliyyətli yanaşmanın” qoyulması məktəblilərdə baxdığımız əməliyyatın inkişaf 

etdirilməsinin  əhəmiyyəti baxımından maraqlıdır. Lakin burada şagirdlərin fərdi 

xüsusiyyətlərini nəzərə almaqla ümumiləşdirmənin hansı  səviyyədə aparılmasını 

demək yaxşı olardı. V.M.Turkina şagirdlərin riyazi hökmlərin isbatının 

axtarılmasının ümumi priyomlarının dörd səviyyəsini (reproduktiv – alqoritmik, 

produktiv – alqoritmik, reproduktiv – evristik, produktiv - evristik) ayırır [192]. O, 

həndəsənin sistematik kursunun başlanğıcında isbat metodlarının  şagirdlər 

tərəfindən öyrənilməsinin zəruriliyini və mümkünlüyünü əsaslandırır, lakin sonrakı 

siniflərdə  həmin işin davam etdirilməsinin  əhəmiyyəti haqqında heç nə demir. 

I.A.Burlayev qeyd edir ki: “Məntiqi təfəkkürdə mühüm cəhət öyrənilən müddəalar 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə