Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə28/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   24   25   26   27   28   29   30   31   ...   148

_____________Milli Kitabxana_____________ 

 84


V sinifdə geniş imkanlar vardır. Müəllim üçün nəzərdə tutulmuş  vəsaitdə [7] 

şagirdlərin bilik və vərdişlərinə təxmini tələblər verilir, dərslikdəki məsələlərin nis-

bətən ümumi həlli göstərilir. “Bəndin məzmunu” rubrikasında konkret, bəzən isə 

ümumi məsləhətlər edilir və dərslikdə olmayan əlavə məlumatlar verilir. Sinifdə və 

evdə yerinə yetirilən, habelə şifahi və əlavə çalışmalara, yoxlama və müstəqil işlərə 

dair verilən göstərişlərdə  şagirdlərin riyazi mədəniyyətinin yüksəldilməsinə, 

qabiliyyətlərinin aşkar edilməsinə, maraqlarının artırılmasına müəllimin diqqəti 

cəlb edilir.  

2002-ci ilə qədər istifadə edilən VI sinfin riyaziyyat dərsliyində [9

2

] natural 



və kəsr ədədlərlə əlaqədar V sinifdə də öyrənilənlər daha da genişləndirilir, müsbət 

və  mənfi  ədədlər, rasional ədədlər üzərində  əməllər,  əməllərin qanunları  və 

nisbətən çətin çalışmalar  əsasında müəyyən ümumiləşdirmələr aparılır. Onun 

metodik xüsusiyyətləri təqribən V sinif dərsliyindəki kimidir. VII sinif üçün 2003-

cü ilə  qədər istifadə edilən cəbr dərsliyində [51

1

] ifadələr, eyniliklər, tənliklər, 



funksiyalar, natural üstlü qüvvət, çoxhədlilər, müxtəsər vurma düsturları, xətti 

tənliklər sistemi, çətinliyi artırılmış məsələlər ilə əlaqədar şagirdlərin riyazi biliyi 

inkişaf etdirilir. “Çətin məsələlər” bölməsindəki çalışmalardan  şagirdlərin 

ümumiləşdirmə qabiliyyətini inkişaf etdirmək üçün istifadə etmək olar. Bu 

dərslikdə çoxluq və onunla əlaqədar anlayışlardan açıq şəkildə istifadə olunmaması 

ümumiləşdirmə işini çətinləşdirmişdir. Kursda anlayışların inkişafının üç əsas xətti 

isə dəqiq gözlənilmişdir: eyni çevirmələr, tənliklər və bərabərsizliklər, funksiyalar. 

Burada nəzəri-funksional baxımının qəbul olmasına uyğun olaraq ifadələr üzərində 

əməllər deyil, ifadələrin çevrilməsi öyrənilir.  İfadələrin çevrilməsi ilə  əlaqədar 

olaraq “çoxluqda eyni ifadələr”, “çoxluqda eynilik” anlayışlarını da vermək, 

funksiya anlayışını daha ümumi münasibət anlayışı ilə tanışlıqdan sonra daxil 

etmək məqsədəuyğun olardı. Kursun tətbiqi istiqaməti onunla müəyyən olunur ki, 

müxtəlif prosesləri təsvir etmək və öyrənmək üçün riyazi aparat qurulur, gündəlik 

təcrübədə lazım olan və tətbiqi əhəmiyyətli (rasional ədədlərlə hesablama aparmağı 

bacarmaq, qrafikləri qurmaq və oxumaq, modeldən ümumiləşdirməyə keçmək) 

bacarıqlar formalaşır. VII sinifdə  cəbr kursunun tədrisi ilə  əlaqədar yazılmış 




_____________Milli Kitabxana_____________ 

 85


vəsaitdə [40] çoxluqlar nəzəriyyəsi əsasında yazılmış dərsliklərdən istifadə etməklə 

şagirdlərin ala biləcəyi bilik və bacarıqların  şərhi, mövzuların metodik təhlili, 

çalışmalara göstərişlər, təkrarı üçün sual-cavabın aparılması, öyrədici xarakterli 

müstəqil işlər, yoxlama və xülasə işlərinin təşkili və aparılması verilir. 

VIII sinfin cəbr dərsliyində [51

2

] rasional kəsrlər, kvadrat köklər, kvadrat 



tənliklər, bərabərsizliklər, tam üstlü qüvvət və  təqribi hesablamalar ayrı-ayrı 

fəsillərdə öyrənilir. Bəzi  əlavə çalışmalara çətinliyi artırılmış tapşırıqlar da 

daxildir. Bunlar riyaziyyata meyl göstərən şagirdlərlə fərdi iş aparmaq məqsədi ilə 

verilmişdir. Kursda anlayışların formalaşmasında mühüm yer tutan eyni çevirmə-

lər, tənliklər və bərabərsizliklər, funksional xətlərin inkişafı davam etdirilir. Burada 

da çoxluqlar nəzəriyyəsi elementlərindən açıq şəkildə istifadə olunmadığından bir 

sıra anlayışları əsaslı  şəkildə ümumiləşdirərək izah etməkdə çətinlik yaranmışdır. 

Nəzəri materialın tətbiqi, VII sinifdəkinə uyğun olaraq, bir neçə istiqamətdə həyata 

keçirilir. Bu sinif üçün metodik vəsaitdə [40

3

] hər bənddə öyrənilən məsələlərin 



siyahısı, anlayışların inkişafı sistemində baxılan materialın yeri, onun əvvəl 

öyrənilmiş mövzularla əlaqəsi və  gələcəkdə bundan istifadə etmək imkanı 

göstərilir. “Bilik və vərdişlər” rubrikasında şagirdlərin ala biləcəyi bilik və vərdiş-

lərin siyahısı verilir. “Metodik göstərişlər” sistemində nəzəri materialın öyrənilmə-

si üçün məsələlər, bəzən müəllim üçün əlavə məlumatlar verilir və ya teoremlərin 

başqa üsulla isbatı göstərilir. Çalışmaların ümumi səciyyəsi və  bəndlər üzrə 

əlavələrdən istifadə üçün göstərişlər vardır. IX sinfin cəbr kursu [51

3

] kvadrat 



funksiyalar, iki dəyişənli tənliklər və onların sistemi, ədədi və  həndəsi silsilə, 

rasional üstlü qüvvət, triqonometrik ifadələr əsasında nəzəri və praktiki materiallar 

VI-VIII siniflərin cəbri ilə  sıx varislikdə qurulur. Burada funksional tənliklər və 

bərabərsizliklər, eyniçevirmələr xəttinin sonrakı əlaqəli inkişafı baş verir, deduktiv, 

mühakimə elementləri gücləndirilir, materialın təkrarına xüsusi diqqət olunur. 

Müxtəlif proseslərin təsviri və öyrənilməsi üçün riyazi anlayışlardan istifadə, 

hesablama, qrafik və  cədvəllər üzərində  işləmək vərdişlərinin inkişafı, müasir 

hesablama texnikasının səmərəli üsulları ilə tanışlıq kursun təcrübəyə ümumi 

tətbiqi istiqamətlərini müəyyən edir. IX sinfin cəbr kursunun tədrisinə aid 



_____________Milli Kitabxana_____________ 

 86


vəsaitlərdə [40

4

] ayrı-ayrı  bəndlərin məzmunu, bilik və bacarıqlar, metodik 



göstərişlər, çalışmaların həlli ilə  əlaqədar  şagirdlərdə  təfəkkür  əməliyyatlarının 

inkişaf etdirilməsinin zəruriliyi göstərilir. “6-8 ci siniflərdə  cəbr” vəsaitində [55] 

V-VI siniflərin riyaziyyat kursları üzrə  şagirdlərin yekun bilikləri və bacarıqları, 

cəbr təliminin məqsəd və  vəzifləri, bu kursun məzmununun ümumi xarakteristi-

kası, öyrənilməsinin  əsas nəticələri, tədrisi prosesində elmi dünyagörüşün forma-

laşdırılması, təfəkkürün inkişafı, ümumi əmək bacarığı  və  vərdişlərinin inkişafı 

məsələlərinə diqqəti artırmağın zəruriliyi qarşıya qoyulur. Cəbrin tədrisi prosesində 

kursun müşahidə, qanunauyğunluqları müəyyənləşdirmək, ümumiləşdirmək, 

analoji mühakimələr aparmaq kimi imkanlarından istifadə etmək tələb olunur. 

Bunun üçün funksiya, eyni çevirmələr, tənlik və bərabərsizliklərin öyrənilməsində 

müəyyən dəyişikliklər etmək tövsiyə olunur. 

“Cəbr və analizin başlanğıcı” dərs vəsaitinin [22

2

] girişində indiyə  qədər 



cəbrdən alınmış biliklərin ümumiləşdirilməsi və genişləndirilməsinin, müxtəlif 

praktik məsələlərin həllində mühüm vasitə olan riyazi analiz aparatının öyrənilmə-

sinin zəruriliyinə  şagirdlərin diqqəti cəlb edilir. Burada ixtiyari bucağın triqono-

metrik funksiyaları, çevirmə düsturları, funksiyanın əsas xassələri və qrafiki, onun 

araşdırılması metodları, sinus və kosinusun harmonik funksiyanın xüsusi halı 

olması, nöqtədə  kəsilməzlikdən parçada kəsilməzlik anlayışına keçmək, təqribi 

hesablama, ümumiləşdirilmiş intervallar metodu, inteqralın tətbiqləri, qüvvət 

anlayışının ümumiləşdirilməsi və s. məsələlər baxdığımız problem baxımından 

maraqlıdır.  Ən sadə triqonometrik bərabərsizliklərin ümumi həllərinin verilmə-

diyini kitabın əsas nöqsanlarından biri hesab edirik. 

“9-10 cu siniflərdə  cəbr və analizin başlanğıcı” adlı müəllimə kömək 

vəsaitində [56] ayrı-ayrı mövzulara aid seçilmiş  çətin məsələlərin  əksəriyyətinin 

həlli ilə  əlaqədar  şagirdlərin ümumiləşdirici mücərrəd təfəkkürünün inkişaf 

etdirilməsi mümkündür. Cəbr və elementar funksiyalara aid [23] dərsliyində 

“Riyazi induksiya metodu” mövzusunun daxilində “Ümumi və xüsusi təkliflər” 

verilir. “Deduksiya və induksiya” başlığı altında bütün təkliflər ümumi və xüsusi 

təkliflərə ayrılır, bunlara aid konkret nümunələr göstərilir. Burada riyazi induksiya 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə