Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə27/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   23   24   25   26   27   28   29   30   ...   148

_____________Milli Kitabxana_____________ 

 81


mütəxəssislərinin arzu və təklifləri, habelə mövcud tədris planlarının təhlili, təhsil 

sisteminin qurulması haqqında inkişaf etmiş ölkələrin təcrübəsi  əsasında tərtib 

edilmişdir. Tədris planı layihəsinin ilk müzakirələrindən aydın oldu ki, onun 

üstünlükləri ilə yanaşı nöqsanları da vardır. Bəzi fikirlər isə bir-birinə  təmamilə 

ziddir. Təlimin diferensiallaşdırılması, demokratlaşdırması və humanistləşdirilməsi 

məsələlərinin qarşıya qoyulmasını alimlərin  əksəriyyəti məqsədəuyğun hesab 

edirdi. Lakin şagirdlərin meyl və qabiliyyətlərindən asılı olan fərdi təlimin xalq 

maarifinin ümumi istiqaməti ilə necə əlaqələndirilməsi məsələsini pedaqoji elmlər 

hələlik tam həll etməmişdir. Riyazi təlimin səmərəsini metodik sistemin 

təkmilləşdirilməsi hesabına yüksəltmək lazım gəldiyi deyilirdi. Bir çox mütəxəssis-

lərin mətbuatdakı  çıxışlarından aydın olurdu ki, hələlik tədris planının tərtibi 

prinsiplərinin elmi əsasları hazırlanmamışdır.  Şagirdlərə düşünməyi öyrətmək, 

təlim prosesində elastikliyi, dərinliyi, varisliyi təmin etmək, məktəb riyaziyyatının 

tətbiqi xəttinin təhlilini aparmaq, ümumiləşdirmək və sistemləşdirmək, informatika 

fənninin yerini dəqiqləşdirmək, 10-15 il sonra insan fəaliyyətinin necə olmasını 

proqnozlaşdırmaq,  şagirdlərin qabiliyyətini aşkar etmək, talantların inkişafına 

şərait yaratmaq nəzərdə tutulurdu. Beləliklə, məktəbin gələcək tədris planında 

təlimin təkmilləşdirilməsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasına, 

şagirdlərin riyazi mədəniyyətinin, onların ümumiləşdirmə  və xüsusiləşdirmə 

qabiliyyətinin yüksəldilməsi üçün müəyyən tədbirlərin görülməsinə ayrı-ayrı 

fənlərin inteqrasiya yolu ilə çoxfənliliyin azaldılmasına üstünlük verilirdi. 

Keçən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq yaradılan yeni riyaziyyaat 

proqramı məktəb islahatının həyata keçirilməsində ilk mühüm addım oldu. Riyazi 

təhsilin məzmunu və metodologiyasının təkmilləşdirilməsi həmişə mütəxəssislərin 

diqqətini cəlb etmişdir. Həmin illərdə isə riyazi təhsilin yeni məzmuna keçməsi, 

kursun nəzəri səviyyəsinin yüksəldilməsi mümkün olmuşdur. Riyaziyyat proqram-

larının hazırlanmasında əsas tədris sənədləri, ümumtəhsil və peşə məktəbi islahatı-

nın tələbləri, proqramın yüksək ideya və elmi səviyyəsini təmin etmək, onun nəzəri 

və praktik istiqamətini gücləndirmək, keçmiş Sovet məktəbi təcrübəsini maksimum 

dərəcədə  nəzərə almaq olmuşdur. Proqramı  təkmilləşdirmək, onu məktəb islaha-




_____________Milli Kitabxana_____________ 

 82


tının tələbləri səviyyəsinə  gətirmək yalnız materialın optimal bölüşdürülməsi və 

əsas məqsədin dəqiqləşdirilməsi hesabına olmuşdur. İzahatlardakı həddindən artıq 

fraqmentliyin götürülməsi hesabına riyaziyyat kursunun məzmunun müxtəlif 

bölmələr arasında yenidən paylamaq mümkün olmuşdur. İzahatlarda fraqmentlik-

dən əl çəkmək, mövzuları iriləşdirmək, təlimin sistematikliyi və məntiqi ardıcıllığı 

prinsipini gücləndirir. O vaxt məktəbə yeni “İnformatika və hesablama texnika-

sının  əsasları” fənninin daxil edilməsi riyaziyyatın həyatı  məsələlərə  tətbiqi 

imkanını daha da genişləndirmişdir. Məktəb riyaziyyatının bütün bölmələrində 

alqoritmik yanaşmaya, bünövrə anlayışlarının  əlaqəli öyrənilməsinə, fənlərarası 

əlaqəyə, inteqrativ təlimə, məsələlər həllinə, ali riyaziyyat elementlərinin öyrənil-

məsinə xüsusi diqqət vermək nəzərdə tutulmuşdur. Məktəb islahatının tələblərinə 

(yüksək ideyalıq və elmilik, anlayışlıq və yığcamlıq, şərhin dəqiqliyi, aydınlığı və 

canlılığı, metodik aparatın mükəmməlliyi hər bir dərsliyə verilən qəti tələblərdir) 

dərsliklər hazırlamaq tələb olunurdu. 

Hazırda Azərbaycanın müstəqil tədris sənədləri, o cümlədən tədris planı 

riyaziyyat proqramları vardır. Təhsil sahəsində islahat proqramına uyğun olaraq 

ümumtəhsil məktəbləri üçün yeni tədris planı  və proqramları hazırlanmışdır, 

hazırda onlardan istifadə edilir. 

Ümumtəhsil məktəblərinin V-XI siniflər üçün yeni riyaziyyat proqramının 

izahat vərəqəsində  tədrisin  əsas məqsədi,  şagirdlərdə zehni fəaliyyəti, dəqiq 

məntiqi təfəkkürü, təsvir və ixtiraçılıq bacarığını inkişaf etdirməyin, elmi dünyagö-

rüşünün formalaşdırılmasının zəruriliyi göstərilir. Burada hamı üçün riyaziyyat ilə 

qabiliyyətli  şagirdlərin tələbləri arasında harmonik vəhdət, hazırki proqramın 

müvəqqəti olması, onun gələcəkdə daha da təkmilləşdirilməsinin zəruriliyi, çətin 

və sadə materialın nisbətinin necə olmasına da xüsusi diqqət verilir. Habelə məktəb 

riyaziyyat kursunun öyrənilməsi prosesində  ədədi sistemlər, tənliklər və 

bərabərsizliklər, məsələlərin analitik və sintetik həlli, eyni çevirmələr, funksiyalar 

və qrafiklər, əməl qanunlarının mahiyyəti və tətbiqləri, ifadələr, təqribi hesablama-

lar, məntiq elementləri və müvafiq işarələrdən istifadə, ali riyaziyyat elementləri, 

fənlərarası  əlaqə, induktiv və deduktiv mühakimə, isbatlar, planimetriya və 




_____________Milli Kitabxana_____________ 

 83


stereometriya materialları ilə  əlaqədar biliklərin verilməsi, ümumiləşdirilməsi və 

sistemləşdirilməsi baxımından qısa göstərişlər verilir. Proqram materialının çətin-

ləşdirilməsinə, həddindən çox çətin məsələlərdən az istifadə barədə tövsiyələr 

edilir. Proqramın məzmunu və strukturu 1993-cü ilə  qədər qəbul olunmuş  və bu 

vaxta qədər istifadə etdiyimiz proqramlardan o qədər də  fərqlənmir. Qismən 

təkmilləşmədə  əvvəlki proqramdan fərqli olaraq törəmədən  əvvəl ardıcıllığın və 

funksiyanın limiti anlayışları verilir. Təhsil sahəsində islahatların proqramından 

görünür ki, orta ümumtəhsil məktəblərinin təkmilləşdirilmiş gələcək proqramların-

da və bunların əsasında yazılmış dərsliklərdə şagirdlərin ümumiləşdirmə qabiliyyə-

tinin inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradılacaqdır. Məktəb riyaziy-

yat dərsliklərində  və müəllimə kömək vəsaitlərində  şagirdlərin ümumiləşdirmə 

qabiliyyətlərinin inkişaf etdirilməsinə ayrıca fəsil, paraqraf və  bənd həsr edilmə-

mişdir. Lakin burada həmin məqsədi reallaşdırmaq üçün müəyyən imkanlar vardır. 

Əvvəlcə keçmiş sovetlər dövrünün son vaxtlarında istifadə edilən dərslik və 

müəllimə kömək kitablarındakı belə imkanları göstərək. 2003-cü ilə  qədər V 

sinifdə riyaziyyat [9

1

; 45] dərs vəsaitləri, [7] metodik vəsait əsasında öyrənilmişdir. 



IV sinifdə başlanmış  əsas metodiki xətlər V sinifdə davam etdirilir. Bu dərsliyin 

baxdığımız əməliyyat baxımından əsas metodik xüsusiyyətləri materialın şərhinin 

induktiv xarakterdə olması-  şagirdlərin ümumi anlayışlara konkret misalların 

köməyi ilə  gətirilməsi, az sayda qaydalardan və  təriflərdən istifadə olunması, 

şagirdlərdə  şüurlu hesablama vərdişləri yaratmaq xəttində varisliyin təmini, 

əyaniliyə  cəhd olunması, daima əvvəl öyrənilənlərə qayıtmaq, IV sinifdə 

başlanmış, sonrakı siniflərdə öz əksini tapacaq, ayrı-ayrı  xətlərin (kombinatorika, 

koordinatlar və s.) davam etdirilməsindən ibarətdir. Dərsliyin axırında V sinif 

kursunun təkrarı üçün verilmiş çalışmalar, o cümlədən yüksək çətinlikli məsələlər 

sözügedən cəhətdən mühim vasitədir. Bu sinfin hesab və  cəbrin başlanğıcı 

kursunun əsas məğzi ilə həndəsə materialını düzgün əlaqələndirmək vahid riyaziy-

yat ideyasının formalaşması üçün lazımdır. Məsələlər həllində, qaydaların və 

qanunların izahında ümumi yolun öyrənilməsinə  də  əhəmiyyət vermək lazımdır. 

Ədəd anlayışının inkişafının ümumiləşdirmə ilə əlaqədar olduğunu öyrənmək üçün 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə