Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə26/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   22   23   24   25   26   27   28   29   ...   148

_____________Milli Kitabxana_____________ 

 78


arasında deduktiv əlaqələrin müəyyənləşdirilməsidir; bu əlaqənin  əsas 

ümumiləşmiş forması  əqlinəticədir. Təlim mətnlərindəki müddəalarda deduktiv 

əlaqələr təriflərdə, hökmlərdə, isbatlarda və s. dir” [78]. O, təlim mətnlərinə daxil 

olan  əqlinəticələri müəyyənləşdirmək üçün aparılan təhlili ümumiləşdirilmiş 

deduktiv bacarıq adlandırır. Müəllif nəticədə VI – VIII sinif şagirdlərinin 

mənimsəmələri üçün münasib olan riyazi təlim mətnlərinin üç əsas növünün [ 1) 

təriflərin, qaydaların, hökmlərin ifadələri; 2) isbatların,  əsaslandırmaların, 

məsələlər həllinin mətnləri, 3) məsələlərin ifadəsi] ümumiləşdirilmiş sxematik 

quruluşunu müəyyənləşdirmişdir. Lakin deyilənlər ümumi xarakterlidir, baxılan 

siniflərdə  həndəsənin tədrisi ilə  əlaqədar konkret nümunələr azdır. Riyazi 

mətnlərin təsnifatı  əsasında anlayışlar, hökmlər, mühakimələr,  əqlinəticələr, 

təfəkkürün məntiqi qanunları, təkzib və hipotezlər qoyulsa yaxşı olardı. N.X. 

Rəhmətov Planimetriyadan praktik məsələlər həllində ümumi riyazi metodlardan 

(koordinatlar, vektorlar, həndəsi çevirmələr, analiz, sintez) istifadəni  əhəmiyyətli 

hesab edir [180]. A.V.Kuznesova VI-VIII siniflərdə riyaziyyatın inteqrasiya 

olmaqla tədrisini qarşıya qoyur. Lakin bunun üçün çoxluqlar nəzəriyyəsindən 

istifadə edilməlidir. Hazırda belə imkan vardır. 

G.Əlixanov [64] və S.J.Demidova [105] 9 illik məktəbdə  həndəsənin  əsas 

anlayışlarının öyrənilməsi prosesində (bu işlər məzmunlarına və ideyalarına görə 

demək olar ki eynidir) şagirdlərdə ümumiləşdirmə bacarıqlarının formalaşdırılma-

sına xüsusi əhəmiyyət verilir, bu sahədə  məktəbdə yol verilən nöqsanlar və 

bunların aradan qaldırılması yolları göstərilir. Lakin konkret nümunələr azdır. 

M.J.Sivkina analitik həndəsə materialını  təhlil edərək, cəbr və  həndəsə dillərinin 

əsas xüsusiyyətlərini göstərməklə elmin bir dilindən digərinə keçməyin ümumi 

priyomlarının formalaşdırılmasına diqqəti cəlb edir [185]. 

Azərbaycanda baxdığımız məsələ xüsusi problem kimi işlənməmişdir, lakin 

tədrisdə və danışıqda tətbiq edilməsinin zəruriliyini göstərənlər vardır. Bu cəhətdən 

B.A.Ağayevin [1 (1; 2)], Ə.I.Ibrahimovun [18], A.S.Adıgözəlovun [5

1

 (1; 2)], 



A.A.Nuruşovun [42

1

], S.S.Həmidovun [91], R.Z.Abbasovun [4] göstərilən işləri 



diqqəti cəlb edir. Fəzada düz xətt və müstəvilərin qarşılıqlı  vəziyyətinin 


_____________Milli Kitabxana_____________ 

 79


(K.S.Əsgərov), riyazi analiz (N.Sadıqov, D.M.Solovyev, M.Q.Zeynalov), ehtimal 

nəzəriyyəsi (B.V.Vəliyev), nəzəri hesab (S.S.Həmidov) və çoxluqlar nəzəriyyəsi 

(Ə.Əliyev) elementlərinin tədrisinə, planimetriya məsələlərinin həllinə 

(S.N.Sadıqov), məktəb riyaziyyat kursunun praktik istiqamətlərinin göstərilməsinə 

(Ə.A.Quliyev, I.F.Əliyev, A.S.Adıgözəlov, V.V.Popov), 8 illik məktəb kursuna 

riyaziyyat tarixi elemetlərinin daxil edilməsinə (S.M.Nəsibov), riyaziyyatın tədrisi 

prosesində kompüterdən (T.Əliyeva, S.A.Zamanova), alqoritmik mədəniyyətin 

formalaşdırılmasında blok-sxem dilindən (M.R.Yuldaşev) istifadəyə, varisliyin 

təmin edilməsinə (S.X.Abbasov), şagirdlərin estetik tərbiyəsinə (N.B.Nəsirov) və 

s. həsr edilmiş, ADPU – da müdafiə olunmuş, namizədlik dissertasiyalarında 

riyaziyyatın tədrisi metodikası sahəsində irəliyə atılmış addımlar kimi, şagirdlərdə 

ümumiləşdirici mücərrədləşmə qabiliyyətinin inkişaf etdirilməsinə müəyyən 

köməyi danılmazdır. Müəllifin isə 1967-ci ildən sonrakı  işlərinin  əksəriyyəti bu 

məsələyə həsr edilmişdir [26]. Tədris metodikasına aid digər fənlərdən baxdığımız 

mövzu ilə  əlaqədar iki işə [151, 193] təsadüf etmişik. Bunların hər ikisində 

ümumiləşdirmənin  şagirdlərin zehni inkişafında mühüm yer tutması, bütün bilik 

sahələrində informasiya axınının gücləndiyinə görə həmin təfəkkür  əməliyyatının 

mahiyyətinin və  tətbiqlərinin məktəbdə öyrənilməsinin zəruriliyi problemin 

aktuallığı kimi verilir; Fizika və rus dili fənlərinin metodik sisteminin 

təkmilləşdirilməsində ümumiləşdirmənin rolu göstərilir. 

N.M.Xudiyev isə keçmiş dövrlərdən hal hazıra qədər Azərbaycanın dövlət 

başçılarının nitqində ümumiləşdirmə  və xüsusiləşdirmənin düzgün aparılmasını, 

onlarda yüksək natiqlik mədəniyyəti və  dərin təfəkkürə malik olmaları kimi 

qiymətləndirir. Burada oxuyuruq: “H.Əliyevin təfəkkürünə induksiya ilə 

deduksiyanın eyni səviyyə  və intensivliyi xasdır: o, ümumi qaydaya görə xüsusi 

vəziyyəti, halı  nə cür ustalıqla səciyyələndirirsə, xüsusilərin məcmusu kimi 

ümumini də o qədər çevikliklə müəyyənləşdirib xarakterizə edir. O, konkret 

məsələlər üzərində düşünə-düşünə danışmağı, danışa-danışa nəticə  çıxarmağı  və 

mürəkkəb ümumiləşdirmələr verməyi xoşlayır”. [15, səh 225]. Mühakimələrdə 



_____________Milli Kitabxana_____________ 

 80


ümumiləşdirmə  və xüsusiləşdirmənin  əhəmiyyəti burada çox gözəl verilmişdir. 

Riyaziyyatın tədrisi ilə əlaqədar şagirdlərdə bu keyfiyyəti aşılamağa çalışmalıyıq. 

Z.İ.Qaralov fizikanın tədrisində ümumiləşdirmə, xüsusiləşdirmə, induksiya 

və deduksiyanın tətbiqlərini, hadisələrin miqdarına, kəşf olunmasında tətbiq olunan 

metodlara görə qanunların təsnifatı, ümuminin tərkibində xüsusini ayırmaq, 

təbiətin sirlərini öyrənmək prosesinin ümumi 

→ xüsusi → ümumi və ya 

inteqrasiya 

→ diferensiasiya → inteqrasiya modeli üzrə getməsini və s. ətraflı şərh 

edir [27]. 

Riyaziyyat elminin özündə müxtəlif sahələr üzrə müntəzəm olaraq 

ümumiləşdirməyə aid tədqiqatlar aparılır. Yalnız 1996-99-cu illərdə keçmiş 

sovetlərə daxil olan müəssisələrdə 40-a yaxın belə tədqiqat aparılmışdır.  

Orta məktəbdə riyaziyyatın tədrisinin ümumi metodikasına aid kitablarda [1, 

140, 129, 178, 190, 5

1

, 26



10

  və s.] digər elmi-məntiqi metodlarla yanaşı 

ümumiləşdirmə-xüsusiləşdirmənin mahiyyəti və  əhəmiyyəti göstərilir. Xüsusi 

metodikaya aid vəsaitlərdə isə [138, 143, 144, 129

2

, 204


2

  və s.] mövcud 

dərsliklərdəki material, xüsusi olaraq ümumiləşdirmədən,  əsasən adi qaydada 

tədrisi metodikası verilir. 

 

1.5. Riyaziyyatın təlimində ümumiləşdirmənin tədris sənədlərində 

nəzərə alınması 

 

Hələ keçmiş sovetlər zamanı ora ümumtəhsil məktəblərinin, 2000-ci ildən 

başlayaraq tətbiq edilməli olan, tədris planının layihəsi 4 variantda hazırlanıb 

müzakirəyə verilmişdir. Bu layihənin ümumiləşdirməyə kömək baxımından  əsas 

xüsusiyyətlərini göstərək. Layihədə orta məktəb çərçivəsində şagirdlərin qabiliyyət 

və meyllərinə uyğun olaraq, məktəbdəki çoxcəhətli  şəraiti nəzərə alaraq təlimin 

diferensiyası üçün real imkanlar yaratmağın zəruriliyi məqsədəuyğun hesab 

edilmişdir.  

Ümumxalq müzakirəsinə verilmiş eksperimental tədris planının layihəsi 

məktəb təcrübəsi, ictimai rəyin öyrənilməsi, müəllimlərin, müxtəlif elmi sahəsi 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə