75
Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Ailə Məcəlləsindən, bu
Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi
zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və
hörmət hissələri əsasında qurulmasından, ailənin işinə hər kəsin
qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında
qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının
maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu
hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin
hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir
və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah
tanmır.
Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik
deyildir.
Bu müddəa müvafiq icra hakimiyyəti orqanının
yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə
dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və
ölüm haqqında sənədlərə aid deyildir.
Azərbaycan Respublikasının Ailə
Məcəlləsi nikahın
bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması
qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad,
valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə
tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər
arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların
tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının
könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin
qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin
üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik
yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin
76
hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə
uyğun həyata keçirilir.
Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra
hakimiyyəti orqanmda qeydiyyata alman könüllü ittifaqıdır.
Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli,
dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər
hansı formada məhdudlaşdırılması qadağandır.
Yalnız qanun esasında ailənin başqa üzvlərinin və digər
vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və
qanuni mənafelərinin müdafiəsi məqsədilə vətəndaşların ailədəki
hüquqları məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi aşağıdakı vəzifələri
həyata keçirir:
− ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
− ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı,
bütün - ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşı-
lıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında
qurulması;
− ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə
Vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
− ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir
uşağın xoşbəxt həyatının təmin edilməsi;
− ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
− ailə və cəmiyyət qarşısında uşaqlarda məsuliyyət hissinin
tərbiyə edilməsi.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6-cı maddəsi
Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı
müddəaları müəyyən edir.
Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların
müdafiəsini, Azərbaycan Respublikasının Ailə Məcəlləsində başqa
qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.
Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və
vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər
vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini
pozmamalıdır.
77
Ailə hüquqları məhkəmələr, Azərbaycan Respublikasının Ailə
Məcəlləsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti
və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən
olunmuş qaydada müdafiə olunur.
Pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində
müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə
münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil
olunmur.
İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı
məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydaları rəhbər tutur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsinə
əsasən, Nikah müvafiq icra hakimiyyəti orqanmda nikaha daxil
olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay
sonra onların iştirakı ilə bağlanır.
Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan
müddətə uzadıla bilər.
Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda)
nikah ərizə verilən gün bağlana bilər.
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqa-
nında nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina
etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri)
məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu
maddəsinə əsasən, Azərbaycan Respublikasında nigah yaşı kişilər
üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.
Uzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah
yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra
hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox
olmayaraq azaldılmasına icazə verə bilər.
Dostları ilə paylaş: |