Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə32/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   25   26   27   28   29   30   31   32   33

 
196 
Qarunun gəncini, Cəmin mülkünü,  
Dəyməz incitməyə bircə insanı. 
 
 
197
 
QEYDLƏR 
 
Alp Arslan – səlcuq sülaləsindən ikinci hökmdar, 1063-
1073-cü illərdə hakimiyyət sürmüş. Böyük Səlcuq hökmdarı 
Məhəmməd Cəlaləddin Məlikşahın atasıdır. 
Baqrat (Bəqrat) – təbiblər atası sayılan qədim yunan 
həkimi Hippokrat. 
Bağdad – ərəb İraqının mərkəzi; orta əsrlərdə xilafətin və 
Əbbasilər sülaləsi xəlifələrinin mərkəzi və  əsrlərlə böyük 
mədəniyyət mərkəzi olmuşdur. Sədi və bir çox başqa məşhur 
adamlar orada təhsil almışdır. 
Beytül-müqəddəs - Erusalimin - qədim Fələstinin mərkəzi 
(«Bəhram-gur»dan sonra) 
Bijən – İran eposunun qəhrəmanlarından  əfsanəvi bir 
pəhləvan. Turanlılar Bijəni bir quyuda həbs etmişlər, Rüstəm 
Zal gəlib onu xilas etmişdir. Bijənin Mənijəyə  aşiqliyi 
«Şahnamə»nin məşhur hekayələrindəndir. 
Bilqis (Bəlqis) – Səba məmləkətinin əfsanəvi məlikəsi (Bu 
ad Azərbaycanda Bilqeys şəklində işlənir). 
Bisütun - Kirmanşah yaxınlığında dağdır. Üzərində 
Həxamənilər sülaləsi ilə  əlaqədar mixi əlifbasında yazı var. 
(«Bilqis»dən sonra) 
Bəsrə – cənubi İraqda bir şəhər 
Bəhmən – İran eposunun qəhrəmanlarından biri, 
İsfəndiyarın oğludur. Rüstəm Zalın nəslindən özatasının 
intiqamını almışdır. 
Bəhrami-Gur – Sasanilər sülaləsindən 420-438-ci illərdə 
iranda padşahlıq etmiş hökmdar. İran  əfsanələrində  Bəhrami-
Gur mahir bir ovçu və eyşü işrət məclislərini sevən adam kimi 
təsvir edilir. 
Cəm – Cəmşid adının qısadılmış şəkli. Bax: Cəmşid. 
Cəmşid – İran eposunun qəhrəmanlarından biri Pişdadiyan 
sülaləsindən mifik bir hökmdar. Cəmşid Cəm adı ilə  də 


 
198 
məşhurdur. Onun həyatı Firdovsinin «Şahnamə»sində  təsvir 
edilmişdir. 
Davud – tövrata görə, bir padşah olmuşdur.  İslam 
əfsanələrinə görə, Davud dəmiri əlində muma döndərən mahir 
bir dəmirçi imiş. Guya zirehi ilk dəfə Davud qayırmışdır. 
Dinlər tarixində Süleyman peyğəmbərin atası sayılır. 
Dara – İran şahlarının keylər sülaləsinə mənsud hökmdar. 
Dəməşq – Suriyanın mərkəz şəhəri; orta əsrlərdə Əməvilər 
sülaləsi xəlifələrinin də mərkəzi olmuşdur. 
Dəclə - daxili Asiyada axan nəhəng çay («Dəməşq»dən 
sonra) 
Əbdül  Əziz oğlu  – ikinci Ömər,  Əməvilər sülaləsindən 
717-720-ci illərdə xəlifə olmuşdur. 
Əbu Bəkr ibn Səd – Fars hökmdarı (1226-1260), Sədinin 
təxəllüsü bunun atasının, yəni 1195-1226-cı illərdə Farsda 
hökmdar olmuş  Sədin adından alınmışdır; Sədi, yəni Sədə 
mənsub. Bundan başqa Səd həm də xoşbəxtlik deməkdir. Həm 
Səd. Həm də onun oğlu Əbu-Bəkr dövrün güclü hökmdarları ilə 
– Xarəzmşahlarla və xüsusən moğollarla – bollu qızıl verərək, 
sazişə girib, ölkədə asayiş yaratmağı bacarmışlar. O, Əbu Bəkri 
ağıllı və ədalətli bir şah kimi qəsidələrində dəfələrlə mədh edir. 
Əbu-Zeyd  – Yaxın  Şərq tarixində bu adda bir neçə 
şəxsiyyət vardır. Burada Sədinin nəzərdə tutduğu şəxs – bir sıra 
elmi, fəlsəfi və filoloji əsərlərin müəllifi Bəsrəli  Əbu-Zeyd 
Ənsaridir. 772-ci ildə, təxminən yüz yaşında ölmüşdür. 
Əzüd – İranın cənubunda və  qərbində onuncu əsrin ikinci 
yarısında hökmdarlıq etmiş padşah. 
Əlvənd – Həmədan şəhərinin yaxınlığında bir dağ. 
Ənuşirəvan – Sasanilər sülaləsinin hökmdarlarından biri. 
Nuşirəvani-adil adı ilə də  məşhurdur. Hakimiyyəti dövrü 531-
579-cu illərə  təsadüf edir. Məhəmməd peyğəmbər onun 
dövründə anadan olmuşdur. Rəvayətə görə, Məhəmməd 
doğulduğu saatda Ənuşirəvanın sarayı dağılıb xarabaya 
dönmüşdür. 
 
199
Əfrasiyab – qədim Turanın  əfsanəvi padşahlarındandır. 
İran şahlarının amansız düşməni imiş. On iki il İranda hökumət 
sürmüş, nəhayət. Keyxosrovun əlində ölmüşdür. 
Firidun – İranın mifik Pişdadiyan sülaləsi hökmdarlarından 
biridir. Firdovsinin «Şahnamə»sinə görə,  İranı Zöhhakın 
zülmündən xilas etmişdir. 
Fərhad - Nizami Gəncəvinin «Xosrov və  Şirin» 
poemasında obraz («Ümman»dan sonra) 
Ğur – Heratın  şərqində dağlıq bir vilayətdir. XII əsrdə 
Ğurun mülkədarları arasında qüvvətli bir sülalə – Ğurilər 
sülaləsi çıxmış, az zamanda Xorasan vilayətinə, indiki 
Əfqanıstana və Hindistanın bir hissəsinə malik olmuşdur. 
Gorgin – iran eposunun qəhrəmanlarından  əfsanəvi 
pəhləvan. 
Güşyar (Guşyar) – Onuncu əsrin ikinci yarısında yaşamış 
ulduzşünas bir alim. 
Hatəm – sonsuz səxavətləri ilə  məşhur  əfsanəvi bir ərəb, 
Ərəbistanın Tay qəbiləsindən olduğu üçün daha çox Hatəm Tai 
adı ilə şöhrət tapmışdır. 
Hicaz - Ərəb yarımadasında yerləşən yaşayış sahəsi 
(«Hatəm»dən sonra) 
Hörmüz  – Nuşirəvan Adilin (bax. Ənuşirəvan) dördüncü 
oğlu, 579-590-cı illərdə onun varisi olmuşdur. Vəzirlərindən 
həmişə  şübhəli olduğu üçün onlarla pis rəftar etmişdir. Saray 
adamları onu taxtdan salıb, yerinə oğlu Xosrov Pərvizi padşah 
qoymuşlar. 
Xizr (Xızr) – dini əfsanələrdə möcüzələr göstərən Xizr 
peyğəmbər. 
Xosrov – Sasanilər sülaləsindən Xosrov Pərviz adı ilə 
məşhur olan və 590-628-ciillərdə hökmdarlıq etmiş  İran  şahı. 
Onun oğlu Şiruyə, hələ taxtdan əl çəkən atası Xosrov sağ ikən
əyanlar tərəfindən taxta çıxarılmışdır.  Şiruyə hökumət başına 
keçərək, onun əmri ilə atası Xosrov həbsxanaya atılmış, orada 
da öldürülmüşdür. Xosrov Pərvizin həyatı, onun Şirin ilə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə