Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə19/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   15   16   17   18   19   20   21   22   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



62

*** 


Müsəlmanlıq, Xristianlıq, Musəvilik, Buddaçılıq, Laoçuluq, Lamaçılıq, 

İndusçuluq... – bunlar yalnız biçimlərdir; İçim – İnsanilikdir. 

*** 

         Mən İçə inanıram, İnsani İçə – Hüdudsuza, Sınırsıza! 



 

*** 


Atamız var olsun! 

 

10 Ata ayı, 24-il. Atakənd. 



 

SONLAR 

(Haray) 

 

“Qız qiyamı” dərinləşmədə, Ocağın son işartılarını söndürməklə hədələmədə… 

*** 

Asif Atadan sonra Yer üzünə Göy Elçisi gəlməyəcək – bu anlamlarda: 1) Asif 



Ata, çəkdiyi harayların məzmunu baxımından, gələnəksəl Elçiliyin davamı idi; 

2) bəşər içində Elçi (Peyğəmbər) çəkili  şəxsiyyətlərə daha ehtiyac 

yaranmayacaq. 

*** 


Asif Ata “Olsun – olmasın?”  arasında gəldi, dalğanın sönüşünə düşdü. 

*** 


Və  Safruh bədii yaradıcılığın, eləcə də deyimçiliyin – bütövlükdə: kitabçılığın 

son dalğasının nümayəndəsidir. (Bu “nümayəndə” sözünü də  mənə çox 

görənlər olarsa, onlara da heç bir təpkim – etirazım olmaz). 

*** 


Məncə, bəşərin işğalçılıq çağı da başa çatıb. İşğalları toplumlar eləyirdilər: ailə, 

tayfa, millət, dövlət… İndi onlar da dağılır. 

*** 

“Məhəmmədin Allahı baş tutmadı” demişdim (ancaq sevinməmişdim).  İndi 



özümdən soruşuram (ürəyim əsə-əsə): öz Allahım baş tutdumu? 

*** 


Aldanışamı xidmət eləyək? Ölüb, itləri bayramlaşdıraqmı? Bayramlaşma – 

itləri itlikdən çıxartmır, böyütmür, atlaşdırmır. 

*** 

      İtin bayramı Atın faciəsini tündləşdirir… Yenidən başlamalı… 



 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



63

Məncə: Heç bir qız, heç bir qadın heç vaxt heç bir Göy Elçisini (Peyğəmbəri) 

sevməyib; sevənlər ünü, daha doğrusu unu – Yağlı  Gələcəyi seviblər; unsuz 

ünü də tezliklə atıblar. 

*** 

Vaxtiylə  kənd-kəsəkdən gözəl gənc qızların  şah hərəmxanalarına zorla 



aparıldıqları barədə oxuyub hiddətlənirdim… İndi düşünürəm ki, “qız-gəlinlər” 

bunu istərmişlər – özləri, zorsuz-filansız. Buradakı “zor” sözü daha çox sinfi 

təbliğata oxşayır. 

*** 


Qaçır ayağımın altından torpaq, 

Həqiqət olunca qalıram çılpaq. 

 

*** 


Həqiqətin kəşfi qolu yana salmamalı, qola qüvvət verməlidir… 

*** 


“Çılpak” Həqiqətdən abırlı geyim yoxdur. 

*** 


Ya  İnama doğru, ya Ormana doğru… Hələlik yönümüz Ormanadır: Tülkü-

Çaqqal, Ayı-Dovşan,  İlan-Qurbağa, At-Eşşək,  İt-Pişik… Ancaq vallah adam 

İnsan olmaq istəyir! Tülkü-Çaqqal, …, İt-Pişik yox!.. 

*** 


Asif Ata Türkün Ruhaniyyat Ocağını qurmaqda da Safruhdan qat-qat artıq rol 

oynadı, dağıtmaqda da. 

*** 

Günəbaxan Günəşə baxır, Safruh – İnam Ataya. 



 

*** 


Mənim üçün Allah Asif Ata biçimində və Asif Ata qədərində təzahür elədi. 

*** 


Həm İnam Ata idi Asif Ata, həm yox. 

*** 


“Türküstan Sevgisi”nin şeirində uyğurlarla bağlı demişdim: 

Gündoğanda yurd yerim, 

Sonuncu umud yerim. 

İndi deyirəm: Ocaqda – Soylum, “Qız Qiyamı” ilə əlimdən çıxanım, dilimdən 

düşənim!.. 

*** 


Daha tutmağa yerim, əl atmağa saman çöpüm yoxdur – Soyludan sonra… 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



64

Allah – havaya deyir dediyini (Safruh – kağıza deyir…), Peyğəmbər – canlı 

insanlara deyir, üzlərə deyir. Ona görə də Göy Elçisi Peyğəmbər Həqiqəti tam 

açıqlığı ilə deyə bilmir – üzülür. (Misal üçün, bax: “Quran”, 33-53). 

*** 

Həqiqətə inanmaq – eşqim və borcumdur. Ona görə  də  Həqiqətsizi Həqiqət 



bilib dediyim sözü geri götürmək ixtiyarımı özümdə saxlayıram: ünvan 

bircəliyini ünvan ortaqlığına çevirmək biçimində (konkreti mücərrəd elan 

eləməklə, təyinlərimi məqamlara aid eləməklə…). 

*** 


Bu zaman mənim şəstim sınmaz, mən həqiqətlə şəst oyunu oynaya bilmərəm. 

*** 


Dağlar təpələşir, təpə düzləşir, 

Boyalar qarışır, kəlam sözləşir… 

*** 

Mən öz şəxsimin yenilgisini qəbul etməyə hazıram, təmsil elədiyim sifətin 



yenilgisini düşünməksə ağırdır. 

*** 


Atamız var olsun! 

 

Sərt ayı, 26-il. 



(Dekabr 2004). 

Atakənd. İnam Evi. 

 ŞƏHİD və BİLGİN 

(İçsəs) 

 

Şəhid yanılmaz, Bilgin yanıla bilər. Çünki Bilgin’in seçimi olur, Şəhidin seçimi 



olmur.  

*** 


Şəhid – birincidir, Bilgin – ikinci. İkinci Birincini öyrənə bilər, Birinci İkincini 

yox. 


*** 

Hər  Şəhid Birincidir və bircədir, hər  Şəhidin də bircə “mövzusu” olur – öz 

ömrü. Bir mövzuda minbir Bilgin yaza bilər. 

*** 


Biz – İnam Atanın Mütləqə İnam Ocağının Evladları – biz Şəhidlərik... 

*** 


Şəhidlər öz işlərini gördülər – xalqa İnam gətirdilər, indi növbə bilginlərindir – 

onlar İnamı xalqa anlatmalıdırlar. 

 



_________________Milli Kitabxana

________________ 

 

 



65

*** 


Atamız var olsun! 

 

Qürub ayı 29-il. 

 

 

 



 

İNAM EVİ 

(İçsəs) 

 

İnam Evi – təpərim, hünərim, əsərim! 



*** 

İnam Evi – uğurum, təsdiqim, bənzərsizliyim, özümlüyüm – bənzərim! 

*** 

İnam Evi – doğa’m, doğmam, doğduğum, doğanım! 



*** 

İnam Evi – Ulduzum – Ulduzxanım, Dənizim – Dənizxanım, Ayım – 

Aydoğanım, Günüm – Gündoğanım! 

*** 


İnam Evi – qanadım – uçmağım, Göyləri qucmağım, tapındığım, tapınağım! 

*** 


İnam Evi – yadlıqlardan sıyrılmağım, Atalı doğulub, İnamçı olmağım! 

 

*** 



İnam Evi – Metelərin, Bilgə Xaqanların, İnam Ataların Ruhunu yaşadan ruhani 

ünvan! 


*** 

İnam Evi – yeni Metelər, Bilgələr, Atalar diləyim! 

*** 

İnam Evi – Bilqamısın əlindəki çiçəyim! 



*** 

İnam Evi – Yürüyən zamanları durduran, bir-birindən “nə var, nə yox?” 

sorduran! 

*** 


İnam Evi – İnam Ata (Asif Ata) harayı, İnamlaşma, İnsanlaşma sarayı! 

*** 


İnam Evi – Yer üzünün Ruhaniyyat Mərkəzi! 

 

*** 



Atamız var olsun! 

 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə