Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə21/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   17   18   19   20   21   22   23   24   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



70

Hər şeyim olmasa da, çox şeyim var; başına and içməyə bir kimsəmsə yoxdur. 

*  *  * 

– Ömrüm boyu bir içim içməli su axtardım. – Tapdınmı? – Tapmış olsaydım, 

“ömrüm boyu” deyərdimmi? 

*  *  * 


Ömrüm hələ başa çatmayıb; axtaracağam, tapacağıma ümidsiz olsam da. 

*  *  * 


Qızlar bulağından çamur axır; elə oğlanlar bulağından da. Üçüncüsü yoxdur. 

*  *  * 


“İçməli su” – “inanılmalı qız (ya da oğlan)” deməkdir. “İnanılmalı qız (ya da 

oğlan)” – “başına and içməli bir kimsə” deməkdir 

*  *  * 

Arvadım Xariqə – qız deyildimi? Qardaşım Nəbi – oğlan deyildimi? 

*  *  * 

Ya “ən seçilmişlər” – Asif Ata Mütləqə  İnam Ocağının Evladları – qızlar, 

oğlanlar deyildilərmi? 

*  *  * 


– Bəs Nigar kim idi? – O da axtaran idi, ancaq tapdığını götürməyə gücü 

çatmadı. 

*  *  * 

– Götürsəydi,  əlində saxlaya biləridmi, yəni ömür boyu içməli su olub qala 

bilərdimi? – İndi buna da inanmıram (onda inanırdım). 

*  *  * 


Adətən, qız – axtaran olmur, axtarılan olur. Nigar isə axtarırtdı, çünki o, “qız 

tipi deyildi, ..., meteorit idi”. (Bax: “Yön”, s. 460). Düşdü də məni yaxdı (yaxdı 

və yaratdı); özü də yaxıldımı, bilmirəm. 

*  *  * 


– Bəs Uluruh kimdir? Onun başına and içə bilməzsənmi?  

– Bilərəm, içirəm də. Ancaq Uluruh – cövhəri hələ qətiləşməmiş bir axtarandır. 

*  *  * 

Mənə bir içim içməli su yetir, İlahi! Ona həsrətli getməyim yaşamdan; Ona – 

bir içim içməli suya həsrətli getməyim. Ölürəm bu qürbətdə, bu susuz səhrada. 

*  *  * 


Mən səndən bir qız istəmirəm, İlahi! Bir düz istəyirəm – diri düz. 

*  *  * 


Atamız var olsun! 

21 İşıq, 05 Şölə 30-il. 

İnam Evi. 

(21 may, 5 iyun 2008). 

 

YAZILMASI MÜMKÜN OLMAYAN ƏSƏR 




_________________Milli Kitabxana

________________ 

 

 



71

(Haray) 


 

Ey Gələcək, mən səni böyük saymasam da, Bugün barədə, yəni öz günlərim və 

gördüklərim barədə sənə yalan çatdırmayacağam. Bugün`ün həqiqətləri barədə 

susmayacam da. 

*  *  * 

Heç də bütün heyvanlar “Heyvan!” deyil. Onların arasında  ər-arvad 

sədaqətliləri də var – bu sahə bilginlərinin yazdıqlarına görə. Mən heyvan 

olsam, o növlərdən olaram: Qızılbalıq kimi, Leylək kimi, Qurd kimi... 

*  *  * 

İlahi, mən bacardığığm bütün biclikləri etməliyəmmi?! Axı onda bu, insanlıq 

olmur – nə yaxşısından, nə də pisindən. 

*  *  * 


Ey allaha inananlar! Bilin ki, Allahın ikicə balası var: qız balası və oğul balası. 

*  *  * 


Ey Allah sevənlər! Bilin ki, arvada xəyanət – Allahın qız balasına xəyanətdir. 

*  *  * 


...Qanan o kəsdir ki, adamların qanmaz olduqlarını görür, bilir; pozğun 

olduqlarını görür, bilir və bu qanmazlar, pozğunlar arasında qanacaq və 

düzgünlük işi aparmaqdan usanmır, bezmir... 

*  *  * 


“Həqiqətin Tərcümeyi-Halı” – yazılmamış, məncə, yazılması mümkün olmayan 

əsər budur. O – yazılmalıdırmı? 

*  *  * 

İlahi, bilmirsən neyləyəsən; öləsən – qalasan, yazasan – yazmayasan... 

*  *  * 

Mən ilsıranın və tarixin hər yerində  Həqiqətin ağrıdan, işkəncələrdən 

çığırtılarını  eşidirəm. Gerçəklik sanki ağrıdan ağzı, gözü əyilmiş  həqiqət 

görüntüsüdür. 

*  *  * 

Yəqin, Budda buna görə ölüm nəzəriyyəsi yaradıb. “Həqiqətin Tərcümeyi-

Halı” onun içindəymiş; o da onu özüylə gora aparıb. 

*  *  * 


Yəqin, Buddanın Nirvanası – “Həqiqətin Tərcümeyi-Halı”nın epiloquymuş. 

*  *  * 


“Həqiqətin Tərcümeyi-Halı” – barama, onun yazarı – ipəkqurdu: baramasını 

toxudu, özü içində qalıb öldü; həqiqətsizlik onun toxuduğunu söküb, özünə 

ipək köynək tikdi. 

*  *  * 


Sizif – İpəkqurdu – Buddanın (öldürmək istəyi ilə) Nirvanaya soxduğu... 

*  *  * 



_________________Milli Kitabxana

________________ 

 

 



72

Atamız var olsun! 

 

 

10 Şölə (IV ay) 30-il. 



(02.IX.2006). 

İnam Evi. 

ASIF ATA və  İNAM ATA 

 

Bu yazı mənim ən həzin içsəsim, ən zil harayım və fərəhli cikkəmdir. Ona görə 



də başlığın altına janrını yazmadım.  

*  *  * 


Ocaqdakı Qadın Qiyamıyla Asif Ata Öz Ocağinda kəllə-mayallaq getdi, innən 

belə onu yaşatsa, İnam Ata yaşadacaq.  

*  *  * 

Asif Ata gələcək Qiyama tutalqa verəndə kəllə-mayallaq getmişdi...  

*  *  * 

Asif Atanın  kəllə-mayallaq getməsində Qiyamcı Qadınların  sucu ən çoxu 

yüzdə 49 qədərində ola bilərdi, yüzdə 51-i  Özününküdür.  

*  *  * 


(Ancaq Qıyamçı Qadınlardan heç birinin Ataya qarşı qiyam elməyə mənəvi 

haqqı yox idi). 

*  *  * 

Onun kəllə-mayallaqlığı Ocağından kənara cıxa bilməz – gizlətmək anlamında 

yox; o anlamda ki, Qadın Qiyamındakı tipli səbəblərdən toplumda Peyğəmbər, 

Filosof yıxılmır.  

*  *  * 

Ancaq – Ocaq toplum deyil, cəmiyyət deyil, o belə şeylərə görə yıxılmanı 

qaçılmaz sayır; çünki o, Filosofun – Peyğəmbərin özüylə nəfəs alır, sözüylə 

yox. (Toplum sözüylə nəfəs alır.) 

*  *  * 

Mənsə Ocaqla Toplum arasındayam, mən ötürücüyəm, Haqiqəti gizləyə 

bilmərəm, gizlətmərəm. Mən sözün deyənindən çox,  eşidəni üçün işləyirəm. 

Eşidəni isə –xalqdır, haqdır. 

*  *  * 

Ocaqda Atanın Adıyla bağlı son günlər dilə gətirilmiş olaylar – Ata Ömüründə 

İsalıq kimi bir şeydir: – canlı birey (fərd) kimi ölür ki, Peyğəmbər kimi dirilsin; 

Asif Ata kimi ölür ki, İnam Ata kimi dirilsin.  

*  *  * 

“Məni aparmağamı gəlmisən, ölüm? Gedək. Səndən qorxum yoxdur. Sən 

məndə böyüklüyü öldürə  bilmirsən,  kiçikliyi öldürürsən, sonsuzluğu öldürə 

bilmirsən – keçiciliyi öldürürsən!”  




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə