Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə24/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   20   21   22   23   24   25   26   27   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



81

 

Qəlbimin qidası həqiqətdir. 



*** 

Heç kəsə  məni kiçiltmək haqqı  və  səbəbi verməmişəm; heç kəsin məni 

kiçiltmək iddiasını  qəbul etməmişəm; heç kəsi kiçiltməmişəm; heç kəsi 

kiçiltmək iddiasında və arzusunda olmamışam; heç kəsin kiçilməsini və ya 

kiçildilməsini istəməmişəm — mütləq anlamda heç vaxt və HEÇ KƏSİN! 

*** 


Kiçiltmək hesabına böyümək duyğusu bir an belə, keçməyib ürəyimdən. Bu 

məqsədlə balamın başına sığal da çəkməmişəm. Nisbi, müqayisəli, qənimətçi 

məziyyətlərdən heç vaxt təsəlli almamışam. Hər nə boyum olubsa, onu mütləq 

istəmişəm. 

*** 

Asif Ata — böyüdən idi. 



*** 

Safruha qarşı  çıxan — Safruhun düşməni olmur, Şər olur. Çünki Safruh 

biryolluq Xeyrin — İnam Atasının tərəfini tutmuşdur. 

*** 


Hər bir Ocaqçıya dəyən zərbə Ocağa dəyir, Ocağa dəyən zərbə Ataya dəyir

Ataya dəyən zərbə  İdeala və Amala dəyir, insaniliyə  və  bəşəriliyə  dəyir, 

Azərbaycana dəyir, türkə və türklüyə dəyir. 

*** 


Toplum deyir: “Öndərimiz şahdır, əsgərimiz şəlpə”. 

*** 


Ünvansız, Şəxsiyyətsiz toplum halı — şəlpələrdən çitənmiş xalı. 

*** 


Bacı-qardaşını sevməyən kəs ata-anasını da sevməz. Amaldaşını sevməyən kəs 

başqasını heç sevməz. Başqasını sevməyəni İnam Ata sevməz. 

*** 

Amalçının Amaldaşı olar, həyatçının dostu. Yolçunu (Amaldaşını) sevməyəni 



Yolbaşı sevməz... 

*** 


Toplum bir də deyir: “Öndərimiz Günəşdir,  əsgərimiz Günəşin  şüası”. Ancaq 

bu Günəşin şuaları bir-biriylə kəsişir. 

*** 

Bunu necə anlamalı? Yəqin belə: Ya öndərimiz Günəş deyil, ondan saçılan da 



Günəş şüaları deyil; ya da Günəş öz şüalarını hələ saçmayıb. 

*** 


Mənim insançılığım Asifçiliyimdən irəli gəlmir, Asifçiliyim insançılığımdan 

irəli gəlir; mənim həyasevərliyim Asifçiliyimdən irəli gəlmir, Asifçiliyim 

həyasevərliyimdən irəli gəlir; Yurdçuluğum, Ulusçuluğum da bunun kimi, 

həyat eşqim də bunun kimi. 




_________________Milli Kitabxana

________________ 

 

 



82

*** 


Mənim Asifçiliyim sevdiklərimi daha geniş, daha dərin öyrənə bilməyimlə, 

dərk edə bilməyimlə bağlıdır; sevgilərimi həyata keçirmək yolu və yöntəmiylə 

bağlıdır. 

*** 


Ata mənim gözümü açanda Atada özümü gördüm, gözümü yumub içimə 

dalanda özümdə Atanı gördüm. 

*** 

Dünyanı gördüm, Həyatı gördüm, İnsanı gördüm: 



        Sal qayadan süzülən can dərmanı su kimi, 

        Buddadan soraq verən altunlələk qu kimi. 

*** 

İçimdə düşmən görmədim, düşməni görülməyə yararlı saymadım. 



*** 

Sevgim birəbeş artdı, inamım birəbeş artdı, sevincim, fərəhim birəbeş artdı. 

*** 

Allahı insandan ayırıb, insanı cılızlaşdırmaq, bəndələşdirmək İnamın işi deyil, 



dinin işidir; Atanı insanda görüb İnsanı Allahlaşdırmaq — İnamın işidir. 

*** 


Məndə Atanı görməyən Atanın Özünü də görməyib; özündə Atanı görməyən 

Atanın Özünü də görməyib; Atanı özündə, məndə, səndə, onda görməyən — 

Ata Harayını anlamayıb, Ata Amalını gerçəkləşdirə bilməz, Yol Yükünə onun 

çiyni dözməz. 

*** 

Ocağımızınsa Odu Sönməzdir! 



*** 

Atamız var olsun! 

 

25.01.21. 



 


_________________Milli Kitabxana

________________ 

 

 



83

BÜTÜ  QORUMAQ 

(Haray) 

 

Dinlər ilsırası (tarixi) miqyasca: Bir az baştikənlik,  ən çox başkəsənlik 



ilsırasıdır — başkəsənliyə qarşı başkəsənlik. 

*** 


Mən — bir ilk Asif Ata İnamçısı Ocaqçı olaraq — əmr edirəm: Əqidəyə görə 

(heç vaxt heç bir) ölüm hökmü çıxarılmasın! 

*** 

Hər bir yazıçının ən yaxşı əsəri onun özü, öz həyatı olmalıdır. 



*** 

İnamçının inamı, dinçinin dini də beləcə. 

*** 

Böyük Sevgidən böyük yalan düzəltməməli! 



*** 

Ananın balaya, balanın anaya sevgisi — yanlış yaradır — böyük, ya kiçik. 

Ancaq bu, o yanlışdır ki, ona “bir naxış” demək mümkündür.  

*** 


İctimai, siyasi, özəllikcə ruhani sahələrdə böyük sevginin yaratdığı yalan — 

böyük fəlakət olur — sürüləşib-sürüləşdirməkdən tutmuş diktaturaya qədər; 

həqiqətin, idrakın, fərdi simalaşma fərəhinin ağzına daş basılmasına qədər. 

*** 


Kamillik yalnız buyurmaqda göstərmir özünü, yalnız buyurmaqdan asılı deyil; 

o, buyuruqla yerinə yetirmənin uyarlığında, birikməsində gerçəkləşir. 

*** 

Kamil buyurucu özünə kamil buyuruqçu tapmalı  və ya yaratmalıdır — yoxsa 



inəklər sağılmamış qalar. 

 

*** 



Sinifləşmə, silkləşmə, kastalaşma deyil bu; sinifləşmədən, silkləşmədən, 

kastalaşmadan çıxış yolu axtaranlara ruhani bir məsləhətdir.  

*** 

Hər bir faktın həm içərisi var, həm dışarısı (həm anlamı var, həm görünüşü). 



*** 

Adətən, “olan-olmuş” (“fakt-faktlığında”) deyəndə “hər  şey aydındır” başa 

düşülür. Fakt isə Mütləqə, içindəki Anlama qədər öyrənilməlidir. 

 

 



*** 

“Fakta görə  cəza və ya mükafat” hökmü yalnız anlam əsasında çıxarıla bilər, 

çünki anlam — ən çox — insanların içərisini — qəlbini öyrənmək üçün, dərs 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə