BP
Azərbaycan
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Кəşfiyyat Tədqiqatı
Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsi
AETC/P140167_Rev03
14
Cədvəl 3.2: Regional Konvensiyaların Xülasəsi
* AİK razılaşması; Azərbaycan 1993-cü ildə AİK razılaşmasına qoşulub. AİK razılaşmasının əsas məqsədi norma, standart və konvensiyaların yaradılması vasitəsi ilə pan-Avropa inteqrasiyasını yaratmaqdır.
Konvensiya
Məqsəd
Statusu
Aarhus Konvensiyası*
Ətraf mühitlə bağlı məsələlər ilə əlaqədar olaraq məhkəməyə
giriş və qərarların qəbul olunmasında ictimaiyyətin iştirakı,
məlumatların əldə olunması hüquqlarını təmin etmək
Azərbaycan 2000-ci ildə qoşulub
Espoo Konvensiyası*
ƏMSSTQ-nin tətbiqi vasitəsi ilə, xüsusilə də sərhədlərarası
ekologiyanın pozulmasına qarşı qarşısını alma tədbirləri kimi
ekoloji cəhətdən etibarlı və davamlı inkişafı sürətləndirmək
Azərbaycan 1999-cu ildə qoşulub. Yazılma zamanında
Azərbaycan
Strateji Ekoloji Qiymətləndirilmə barədə
əlaqədar protokolu
imzalamamışdır.
Sərhədlərarası Su Mənbələri və
Beynəlxalq Göllərin İstifadəsi və
Qorunması üzrə Konvensiya *
İnsan fəaliyyəti ilə sərhədlərarası suların çirklənməsi
nəticəsində sərhədlərarası təsirlərin qarşısını almaq, nəzarət
etmək və ya azaltmaq
Azərbaycan 2002-ci ildə qoşulub.
Su və Sağlamlıq haqqında Protokol *
Suların daha yaxşı idarə olunması və su
ilə əlaqədar
xəstəliklərin qarşısının alınması, nəzarət olunması və
azaldılması vasitəsi ilə insan sağlamlığı və rifahı qorumaq
Azərbaycan 2003-cü ildə qoşulub
Uzun-müddətli Sərhədlərarası Hava
Çirklənməsi barədə Cenevrə
Konvensiyası *
Sərhədlərarası hava çirklənməsinə nəzarət və azaldılma üçün
struktur
2002-ci ildə Azərbaycanda qüvvəyə minib. 8 protokol
vasitəsi ilə
genişləndirilib ki, bunlardan heç biri yazılma zamanı Azərbaycan
tərəfindən qəbul olunmayıb.
Sənaye Qəzalarının Sərhədlərarası
Təsirləri barədə Konvensiya *
Sərhədlərarası təsirlərə malik ola bilən sənaye qəzalarının
qarşısını almaq və bu cür qəzalara hazır olmaq və cavab
tədbirlərini həyata keçirmək
Azərbaycan 2004-cü ildə qoşulub.
Yollar vasitəsi ilə
Təhlükəli
Məhsulların Beynəlxalq Daşınması *
Təhlükəli məhsulların qablaşdırılması və yarlıqlanması və
danışma avtomobillərinin tikinti, avadanlıq və əməliyyatları
üçün tələbləri təmin edir. əlavələrdə təfsilatlı texniki tələblər
təmin olunub.
2000-ci ildə Azərbaycanda qüvvəyə minib.
Tehran- Xəzər Strukturu Konvensiyası Bütün 5 sahilyanı dövlət tərəfindən qəbul olunub və 2006-cı
ildə qüvvəyə minib. Üzv ölkələrdən Xəzər Dənizinin
çirklənməsinə nəzarət etmək məqsədi ilə bir neçə əsas tədbirləri
görməyi tələb edir. Qəbul olunduqdan sonra milli
qanunvericilik və nizamnamələr üçün əsası formalaşdıracaq
dörd protokol hazırlanıb.
Konvensiya qəbul olunub, lakin yazılma zamanı protokollar hələ ki layihə
halındadır və buna görə də hal-hazırda qanunvericiliyin hazırlanması üçün
razılaşma əsasını təmin etmir.
BP Azərbaycan
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Кəşfiyyat Tədqiqatı
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
AETC/P140167_Rev03
15
3.6 Milli Ətraf Mühit Qanunvericiliyi
Normativ –Rəsmi Aktlar barədə Qanun müstəqillikdən əvvəl qüvvədə olan və sonradan ləğv
olunmayan və Konstitusiyaya qarşı çıxmayan aktları şərtləndirir və onlar qüvvədə qalır. Bu
sovet erası və sovet erasından sonrakı nizamnamələri birləşdirən keçid qanunvericilik
strukturu ilə nəticələnir. Davam edən keçid prosesi 1999-cu ildən qüvvədə olan Azərbaycan və
Avropa Birliyi arasında Partnyorluq və Əməkdaşlıq Sazişi (PƏS) vasitəsi ilə dəstəklənir.
Hökumət AB ekoloji qanunvericiliyinə əsaslanan beynəlxalq aləmdə tanınan qanunvericilik
prinsipləri ilə milli ekoloji qanunvericiliyi uyğunlaşdırmaq üçün prosesə başlayıb.
Bu proses
davam etdiyi üçün Şəfəq-Asiman yatağının seysmik tədqiqatı Layihəsi HPBS-nin
təminatlarına uyğun olan hazırkı milli rəsmi tələblərin məqsədinə uyğun olacaq və beynəlxalq
neft sənayesi standartları və təcrübələrinə qarşı olmayacaq və ya başqa cür uyğunsuzluq təşkil
etməyəcək.
Azərbaycanda milli ekoloji qanunvericilik üçün struktur aşağıdakı məsələləri əhatə edən Ətraf
Mühitin Qorunması üzrə (1999-cu il) Qanun ilə təmin olunur:
• Dövlət, vətəndaşlar, ictimai təşkilatlar və yerli rəhbərliklərin rol və öhdəlikləri;
• Təbii
sərvətlərin istifadəsi;
• Monitorinq, standartlaşdırma və sertifikatlaşdırma;
• Ətraf mühitin mühafizəsinin iqtisadi nizamlanması;
• Dövlət Ekoloji Ekspertizası (DEE);
• İqtisadi fəaliyyətlər üçün ekoloji tələblər;
• Təhsil, elmi tədqiqat, statistika və məlumat;
• Ekoloji fövqəladə hallar və ekoloji fəlakət zonaları;
• Ətraf mühitin mühafizəsinə nəzarət;
• Ekoloji audit;
• Ətraf mühitlə bağlı qanunvericiliyin pozulması ilə əlaqədar öhdəliklər; və
• Beynəlxalq əməkdaşlıq.
Ətraf Mühitin Qorunması üzrə Qanunun 54.2-ci Bəndinə uyğun
olaraq ƏMSSTQ TEƏM-dən
keçəcək ki, bu da o deməkdir ki, ekoloji rəhbərlik (ETSN) hazırlayan şəxslər tərəfindən
təqdim olunmuş ƏMSSTQ-nin yoxlanış və təsdiq olunması üçün cavabdehdir. Qanun TEƏM
prosedurası üçün əsas hazırlayır ki, bu da uyğun ekoloji standartlar ilə (məsələn, çirklənmə
səviyyələri, atılmalar və səs üçün) təklif olunan layihənin “ayrıca” uyğunluq yoxlaması kimi
görülə bilər. Bundan əlavə qanun müəyyən edir ki, layihələr müsbət TEƏM qərarı olmadan
həyata keçirilə bilməz.
TEƏM yanaşması potensial ekoloji təsirləri üçün bütün təqdim olunan
sənədlərin dövlət
rəhbərliklərinin rəsmi olaraq təsdiq olunması məqsədi ilə Sovet təsdiq və planlaşdırma
proseslərinə əsaslanır. Hazırkı beynəlxalq səviyyədə təsdiq olunmuş təcrübələr təsirlərin
qiymətləndirilməsi məqsədi ilə proporsional, məsləhətləşilən və ictimaiyyət qarşısında cavab
verilə bilən yanaşmanı önə çəkir.
3.7 Milli İcazələrin Alınması Tələbləri