Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə7/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   2   3   4   5   6   7   8   9   10   ...   38

BP Azərbaycan   
 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Кəşfiyyat Tədqiqatı   
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
14
 
 
Cədvəl 3.2: Regional Konvensiyaların Xülasəsi 
 
 
* AİK razılaşması; Azərbaycan 1993-cü ildə AİK razılaşmasına qoşulub.  AİK razılaşmasının əsas məqsədi norma, standart və konvensiyaların yaradılması vasitəsi ilə pan-Avropa inteqrasiyasını yaratmaqdır.  
Konvensiya   
Məqsəd   
Statusu  
Aarhus Konvensiyası*  
Ətraf mühitlə bağlı  məsələlər ilə  əlaqədar olaraq məhkəməyə 
giriş  və  qərarların qəbul olunmasında ictimaiyyətin iştirakı, 
məlumatların əldə olunması hüquqlarını təmin etmək  
Azərbaycan 2000-ci ildə qoşulub  
Espoo Konvensiyası*  
ƏMSSTQ-nin tətbiqi vasitəsi ilə, xüsusilə  də  sərhədlərarası 
ekologiyanın pozulmasına qarşı qarşısını alma tədbirləri kimi 
ekoloji cəhətdən etibarlı və davamlı inkişafı sürətləndirmək  
Azərbaycan 1999-cu ildə qoşulub. Yazılma zamanında Azərbaycan 
Strateji Ekoloji Qiymətləndirilmə barədə 
əlaqədar protokolu 
imzalamamışdır.  
Sərhədlərarası Su Mənbələri və 
Beynəlxalq Göllərin  İstifadəsi və 
Qorunması üzrə Konvensiya *   
İnsan fəaliyyəti ilə  sərhədlərarası suların çirklənməsi 
nəticəsində  sərhədlərarası  təsirlərin qarşısını almaq, nəzarət 
etmək və ya azaltmaq   
Azərbaycan 2002-ci ildə qoşulub.  
Su və Sağlamlıq haqqında Protokol *   
Suların daha yaxşı idarə olunması  və su ilə  əlaqədar 
xəstəliklərin qarşısının alınması, nəzarət olunması  və 
azaldılması vasitəsi ilə insan sağlamlığı və rifahı qorumaq   
Azərbaycan 2003-cü ildə qoşulub   
Uzun-müddətli Sərhədlərarası Hava 
Çirklənməsi barədə Cenevrə 
Konvensiyası *   
Sərhədlərarası hava çirklənməsinə  nəzarət və azaldılma üçün 
struktur  
2002-ci ildə Azərbaycanda qüvvəyə minib. 8 protokol vasitəsi ilə 
genişləndirilib ki, bunlardan heç biri yazılma zamanı Azərbaycan 
tərəfindən qəbul olunmayıb.  
Sənaye Qəzalarının Sərhədlərarası 
Təsirləri barədə Konvensiya *   
Sərhədlərarası  təsirlərə malik ola bilən sənaye qəzalarının 
qarşısını almaq və bu cür qəzalara hazır olmaq və cavab 
tədbirlərini həyata keçirmək  
Azərbaycan 2004-cü ildə qoşulub.  
Yollar vasitəsi ilə 
Təhlükəli 
Məhsulların Beynəlxalq Daşınması *   
Təhlükəli məhsulların qablaşdırılması  və yarlıqlanması  və 
danışma avtomobillərinin tikinti, avadanlıq və  əməliyyatları 
üçün tələbləri təmin edir. əlavələrdə  təfsilatlı texniki tələblər 
təmin olunub.   
2000-ci ildə Azərbaycanda qüvvəyə minib.   
Tehran- Xəzər Strukturu Konvensiyası   Bütün 5 sahilyanı dövlət tərəfindən qəbul olunub və 2006-cı 
ildə qüvvəyə minib. Üzv ölkələrdən Xəzər Dənizinin 
çirklənməsinə nəzarət etmək məqsədi ilə bir neçə əsas tədbirləri 
görməyi tələb edir. Qəbul olunduqdan sonra milli 
qanunvericilik və nizamnamələr üçün əsası formalaşdıracaq 
dörd protokol hazırlanıb.  
Konvensiya qəbul olunub, lakin yazılma zamanı protokollar hələ ki layihə 
halındadır və buna görə də hal-hazırda qanunvericiliyin hazırlanması üçün 
razılaşma əsasını təmin etmir.   


BP Azərbaycan 
                                                                   
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Кəşfiyyat Tədqiqatı   
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
 
AETC/P140167_Rev03  
15
 
 
3.6  Milli Ətraf Mühit Qanunvericiliyi   
 
Normativ –Rəsmi Aktlar barədə Qanun müstəqillikdən əvvəl qüvvədə olan və sonradan ləğv 
olunmayan və Konstitusiyaya qarşı  çıxmayan aktları  şərtləndirir və onlar qüvvədə qalır. Bu 
sovet erası  və sovet erasından sonrakı nizamnamələri birləşdirən keçid qanunvericilik 
strukturu ilə nəticələnir. Davam edən keçid prosesi 1999-cu ildən qüvvədə olan Azərbaycan və 
Avropa Birliyi arasında Partnyorluq və Əməkdaşlıq Sazişi (PƏS) vasitəsi ilə dəstəklənir.  
Hökumət AB ekoloji qanunvericiliyinə  əsaslanan beynəlxalq aləmdə tanınan qanunvericilik 
prinsipləri ilə milli ekoloji qanunvericiliyi uyğunlaşdırmaq üçün prosesə başlayıb. Bu proses 
davam etdiyi üçün Şəfəq-Asiman yatağının seysmik tədqiqatı Layihəsi HPBS-nin 
təminatlarına uyğun olan hazırkı milli rəsmi tələblərin məqsədinə uyğun olacaq və beynəlxalq 
neft sənayesi standartları və təcrübələrinə qarşı olmayacaq və ya başqa cür uyğunsuzluq təşkil 
etməyəcək.  
Azərbaycanda milli ekoloji qanunvericilik üçün struktur aşağıdakı məsələləri əhatə edən Ətraf 
Mühitin Qorunması üzrə (1999-cu il) Qanun ilə təmin olunur: 
 
•  Dövlət, vətəndaşlar, ictimai təşkilatlar və yerli rəhbərliklərin rol və öhdəlikləri;  
•  Təbii sərvətlərin istifadəsi
•  Monitorinq, standartlaşdırma və sertifikatlaşdırma;  
•  Ətraf mühitin mühafizəsinin iqtisadi nizamlanması;  
•  Dövlət Ekoloji Ekspertizası (DEE);   
•  İqtisadi fəaliyyətlər üçün ekoloji tələblər;  
•  Təhsil, elmi tədqiqat, statistika və məlumat;  
•  Ekoloji fövqəladə hallar və ekoloji fəlakət zonaları;  
•  Ətraf mühitin mühafizəsinə nəzarət;  
•  Ekoloji audit; 
•  Ətraf mühitlə bağlı qanunvericiliyin pozulması ilə əlaqədar öhdəliklər; və   
•  Beynəlxalq əməkdaşlıq. 
 
Ətraf Mühitin Qorunması üzrə Qanunun 54.2-ci Bəndinə uyğun olaraq ƏMSSTQ TEƏM-dən 
keçəcək ki, bu da o deməkdir ki, ekoloji rəhbərlik (ETSN) hazırlayan  şəxslər tərəfindən 
təqdim olunmuş ƏMSSTQ-nin yoxlanış və təsdiq olunması üçün cavabdehdir. Qanun TEƏM 
prosedurası üçün əsas hazırlayır ki, bu da uyğun ekoloji standartlar ilə (məsələn, çirklənmə 
səviyyələri, atılmalar və səs üçün) təklif olunan layihənin “ayrıca” uyğunluq yoxlaması kimi 
görülə bilər. Bundan əlavə qanun müəyyən edir ki, layihələr müsbət TEƏM qərarı olmadan 
həyata keçirilə bilməz.  
TEƏM yanaşması potensial ekoloji təsirləri üçün  bütün təqdim olunan sənədlərin dövlət 
rəhbərliklərinin rəsmi olaraq təsdiq olunması  məqsədi ilə Sovet təsdiq və planlaşdırma 
proseslərinə  əsaslanır. Hazırkı beynəlxalq səviyyədə  təsdiq olunmuş  təcrübələr təsirlərin 
qiymətləndirilməsi məqsədi ilə proporsional, məsləhətləşilən və ictimaiyyət qarşısında cavab 
verilə bilən yanaşmanı önə çəkir.  
 
3.7  Milli İcazələrin Alınması Tələbləri  
 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə