Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə8/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

BP Azərbaycan 
                                                                   
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Кəşfiyyat Tədqiqatı   
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
 
AETC/P140167_Rev03  
16
 
 
Bu  Şəfəq-Asiman seysmik tədqiqatının  ƏMTQ hesabatı son rəsmi təsdiqi  əldə etmək üçün 
ETSN-nə  təqdim olunmalıdır. Eyni zamanda 2011-ci ilin may ayında təşkil olunmuş  İşin 
Həcminə dair iclasda ETSN məsləhət görmüşdür ki, aşağıdakı dövlət orqanlarına da təklif 
olunan seysmik tədqiqat barədə məlumat verilsin:   
 
•  Su Nəqliyyatı üçün Gigiyena və Epidemiologiya Mərkəzi  
•  Milli Dənizçiliyin Hidroqrafiya Xidməti – bütün dəniz istifadəçilərinə seysmik 
tədqiqat barədə  məlumat vermək və  işlər vasitəsi ilə heç bir mövcud qurğuların 
zədələnməməyini təmin etmək.  
•  Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu  
 
Yuxarıda adı çəkilən təşkilatlar tərəfindən təsdiq olunduqdan sonra icazələr ETSN-yə təqdim 
olunacaq. 


BP Azərbaycan   
 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
17
 
 
Cədvəl 3.3: Əsas Milli Ekoloji və Sosial Qanunlar   
Mövzu   
Adı     
Tarix  
Təsviri / Şəfəq-Asiman Yatağının Seysmik Tədqiqatı Layihəsinə Aidiyyatı   
Ətraf Mühitin Qorunması barədə 
Azərbaycan Respublikasının 
Qanunu No. 678-IQ   
08/06/1999 
(son 
dəyişiklik 
30/03/2001)  
Əsas ətraf mühitin qorunması prinsiplərini və ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq Dövlət, ictimai təşkilatlar 
və vətəndaşların rol və öhdəliklərini müəyyən edir.   
Ümumi   
Ekoloji Təhlükəsizlik barədə 
Azərbaycan Respublikasının 
Qanunu No. 677-IQ   
08/06/1999   Ölkənin ətraf mühitlə bağlı nizamnamələrinin iki əsas qanunlarından biri (Ətraf Mühitin Qorunması barədə Qanun 
ilə bərabər). Bunun əsas məqsədi həyatın mühafizəsi və sağlamlıq, cəmiyyət, atmosfer havası, kosmos, su mənbələri
mineral mənbələr, təbii landşaftlar, bitkilər və heyvanlar da daxil olmaqla ətraf mühitin təbii və antropogen 
təhlükələrdən qorumaq üçün rəsmi  əsasın təşkil olunmasıdır. Qanun Dövlət, vətəndaşlar və ictimai təşkilatların 
məlumatlandırma və öhdəliklər də daxil olmaqla ekoloji təhlükəsizlik ilə  əlaqədar olaraq rol və öhdəliklərini 
müəyyən edir. Qanun eyni zamanda iqtisadi fəaliyyət, territorial zonalaşdırma və ekoloji fəlakətlərin nəticələrinin 
azaldılması ilə məşğul olur.   
Xüsusilə Qorunan Təbii Zonalar 
və Obyektlər ilə Əlaqədar olaraq 
Azərbaycan Respublikasının 
Qanunu No. 840-IQ   
24/03/2000   Azərbaycanda qorunan təbii sahələr və obyektlər üçün rəsmi əsasları müəyyən edir.   
Ekosistemlər  
Fauna ilə bağlı Azərbaycan 
Respublikasının Qanunu No. 
675-IQ  
04/06/1999  
Heyvanlar aləmini, fauna üzərində mülkiyyət hüquqları və tərəflər arasında rəsmi əlaqələri müəyyən edir. Bu eyni 
zamanda Dövlət inventarı və monitorinq və iqtisadi və cərimə nizamnamələrini təsvir edir.   
Azərbaycan Respublikasının Su 
Məcəlləsi (Qanun No. 418-IQ ilə 
təsdiq olunub)   
26/12/1997   Su mənbələrindən istifadəni nizamlayır, inventar və monitorinq ilə bağlı  məsələləri  əhatə edir və mülkiyyət 
hüquqlarını müəyyən edir. Məcəllə içməli və xidməti sular və tibbi müalicə, spa, kurort və idman, kənd təsərrüfatı 
ehtiyacları, sənaye ehtiyacları  və hidro enerji, nəqliyyat, balıqçılıq və ov, tullantı suların atılması, yanğından 
mühafizə və xüsusilə də qorunan su mənbələri üçün su mənbələrindən istifadəni nizamlayır. Bu zərərli maddələrin 
zonalar üzrə maksimum icazə verilən konsentrasiyalarını və sənaye davranışları üçün əsas qaydaları təmin edir.   
Su Təchizatı  və Tullantı Suları 
Barədə Azərbaycan 
Respublikasının Qanunu No. 
723-1Q  
28/10/1999   Tətbiq olunma imkanları quruda əməliyyatlar ilə məhdudlaşır. Sənaye tullantılarının kanalizasiya sisteminə atılmasını 
məhdudlaşdırır; yağıntı suları  və  sənaye tullantılarının çirkab sularından ayrılmasını  tələb edir və çirkab sularını 
təmizləmə qurğusundan istifadə etmək üçün rəsmi təşkilatların icazə əldə etməsini tələb edir.   
Su   
Xüsusi Olaraq Qorunan Su 
Obyektlərinin Fərdi 
Kateqoriyaya  İstinad Olunması 
Qaydaları, Nazirlər Kabinetinin 
Qərarı No. 77   
01/05/2000   Xəzər Dənizi xüsusi olaraq qorunan su mənbəyidir. Tullantı sularının atılması üçün başqa bir imkan yoxdursa bu 
qərar atılma məqsədi ilə xüsusi icazələrin alınmasını  tələb edir. Qərar məhdudiyyətlərin xüsusi olaraq qorunan su 
mənbələrindən istifadəyə tətbiq olunması və bu su mənbələri ilə əlaqədar sonrakı nizamnamələrin hazırlanması üçün 
imkan yaradır. Bu xüsusi olaraq qorunan su mənbələrinin təbii şəraitinin dəyişdirilməsi fəaliyyətləri üçün ETSN-nin 
razılığını  tələb edir və su mənbələrinə qarşısının alınması mümkün olmayan hər hansı bir atılma üçün icazələrin 
alınması  məqsədi ilə  təminatları daxil edir. Eyni zamanda kurort və ya idman istifadəsi üçün (Xəzər dənizinə aid 
olan) nəzərdə tutulmuş su mənbələrinin mühafizəsi üçün xüsusi tələblər vardır.  


BP Azərbaycan   
 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
18
 
 
Mövzu   
Adı     
Tarix  
Təsviri / Şəfəq-Asiman Yatağının Seysmik Tədqiqatı Layihəsinə Aidiyyatı   
Səth Sularının Tullantı Suları 
Vasitəsi ilə Çirklənməsindən 
Qorunması üçün Qaydalar, 
Dövlət Ekologiya Komitəsi 
Qərar No. 1   
04/01/1994   Bu qanunvericiliyin şərtləri altında  Balıq Çoxaltma Sahələri üçün Vacib olan Su Mənbələri Üzərində  Zərərli 
Təsirlərin  İcazə Verilən Normaları  atılmaların asılı hissəciklər; üzən hissəciklər,  rəng, qoxu və dad; temperatur; 
həll olmuş oksigen; pH; BOT və zəhərli maddələr ilə əlaqədar olaraq təyin olunmuş su mənbələri üçün  müəyyən 
olunmuş bir neçə standartlara cavab verməsi tələb olunur. Hədlər Sovet dövrünün standartlarına  əsaslanır və 
“borunun sonu” hədləri ilə deyil, qurğunun sərhədində (xüsusi “sanitar mühafizəsi zonası hədləri”) nail olunmalıdır. 
Borunun sonu hədləri qurğuya məxsus olan “eko-pasport” sahəsində müəyyən olunur və  tətbiq oluna bilən  ətraf 
mühit standartlarına uyğunluğu təmin etmək məqsədi ilə təşkil olunur.   
Havanın Mühafizəsi ilə Əlaqədar 
Azərbaycan Respublikasının 
Qanunu No. 109-IIQ   
27/03/2001   Havanın mühafizəsi üçün rəsmi əsası təşkil edir, bununla da əhalinin sağlam ətraf mühitdə yaşamaq kimi konstitusiya 
hüququnu həyata keçirir. Bu qanun rəhbərliklər, rəsmi və fiziki şəxslər və QHT-nin bu məsələ ilə bağlı rol və 
öhdəliklərini təyin edir, iqtisadi fəaliyyətlər zamanı havanın mühafizəsi üçün ümumi tələbləri müəyyən edir və 
atmosferə olan fiziki və kimyəvi təsirlərin azaldılması üçün normaları müəyyən edir və zərərli emissiyaların Dövlət 
inventarı və onların mənbələri üçün qaydaları müəyyən edir və cəza tədbirlərinə səbəb olacaq Qanun pozuntularının 
ümumi kateqoriyalarını təqdim edir.   
Hava   
Təhlükəli Maddə Emissiyaları 
Səviyyələri ilə 
Əlaqədar 
Qurğuların Təhlükə 
Kateqoriyalarının Müəyyən 
Etmək üçün Üsullar və 
Layihənin Maksimum İcazə 
Verilən Emissiyalarını (MİVE) 
İşləmək Ehtiyacı.  
04/09/1990   Bu üsulların şərtləri altında maksimum icazə verilən zərərli maddə konsentrasiyaları və onların təhlükə sinifləri təmin 
olunur. Hədlər Sovet dövrünün standartlarına əsaslanır.  
Tullantılar    Sənaye və  Məişət Tullantıları 
barədə Azərbaycan 
Respublikasının Qanunu No. 
514-IQ  
30/06/1998   Zərərli qazlar, tullantı suları və radioaktiv tullantılar da daxil olmaqla sənaye və məişət tullantılarından ətraf mühitin 
mühafizəsi üçün Dövlət siyasətini təsvir edir. Bu qanun Dövlət və digər təşkilatların rol və öhdəliklərini müəyyən 
edir, tullantıların emal olunması qurğularının tikinti və layihəsi üçün tələblər, tullantı hasilatı  fəaliyyətləri və 
tullantıların saxlanması və daşınması (sərhədlərarası daşınma da daxil olmaqla) üçün icazələrin verilməsini müəyyən 
edir. Qanun eyni zamanda sənaye müəssisələri tərəfindən tullantı hasilatının azaldılması üçün texnologiyaların 
tətbiqini dəstəkləyir. Pozuntulara qarşı cavab tədbirlərinin ümumi təsviri vardır. Bu Qanun təhlükəli tullantıların 
sertifikatlaşdırılması qaydaları, Azərbaycanda təhlükəli tullantıların idarə olunması üzrə dövlət strategiyası barədə 
Nazirlər Kabinetinin qərarları ilə  və  Sənaye Prosesləri vasitəsi ilə  və ETSN tərəfindən təsdiq olunmuş Xidmət 
Sahələrində hasil olunan Tullantıların İnventarlaşdırma Qaydaları və Təsnifat Sistemi barədə Göstərişlər ilə müəyyən 
olunur.  
Yeraltı     
Yeraltı 
Mənbələr Barədə 
Azərbaycan Respublikasının 
Qanunu No. 439-IQ   
13/02/1998   Yeraltı  mənbələrin və  Xəzər Dənizinin Azərbaycan sektorunun kəşfiyyatı, səmərəli istifadəsi, təhlükəsizliyi və 
qorunmasını nizamlayır. Qanun istifadəçilərin  əsas mülkiyyət hüquqları  və öhdəliklərini müəyyən edir. Bu qanun 
ətraf mühitin mühafizəsi görüşləri,  əhalinin sağlamlığı  və iqtisadi maraqlara əsaslanaraq mineral mənbələrin 
istifadəsinə müəyyən məhdudiyyətlər qoyur.   


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə