Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
36
 
 
avadanlıq bir və ya iki gündə quraşdırıla bilər. Bütün avadanlıqlar adətən açıldıqları 
istiqamətin əks istiqamətində çıxarılır.  
Baxmayaraq ki, yuxarıda adı çəkilən problemlərlə əlaqədar olaraq ilkin quraşdırılma bir neçə 
gün davam edə bilər, tək 6 km-lik tək strimerin açılması adətən 24 saat çəkir. Avadanlıq bir 
gün içində çıxarıla bilər.  
Müəyyən külək və cərəyan şəraitində uyğun şərait yaranana qədər gəminin tədqiqat sahəsində 
boş dayanmasına ehtiyac yarana bilər. Belə  vəziyyətlərdə pnevmotop massivi çıxarılacaq. 
Şəraitin ciddiliyindən asılı olaraq əməliyyat proseduralarına uyğun  şəkildə ya strimerları 
çıxarmaq, ya da açıq vəziyyətdə saxlamaq barədə qərar qəbul olunacaq.   
Kaspian Geofizikal əks etdiricilərin, quyruq işarələrinin, strimerlərin (ötürücü cihazlar və 
akustik modullar da daxil olmaqla), uzatma bölmələri, giriş hissələri, QYS üzgəcləri, 
pnevmotop massivi və üzgəclərin açılması  və  çıxarılmasını  əhatə edən təfsilatlı yazılı 
proseduraları vardır. Ümumilikdə, əks etdiricilər (monoplan və ya paravan) ilk olaraq açılır, 
ondan sonra xarici strimer bölmələri, sonra isə daxili strimer bölmələri açılır. Hidrofon 
qrupları, akustik modullar, kompaslar, ötürücü cihazlar və quyruq işarələrində olan QYS 
qəbuledicilərinə  və silah üzgəclərinə  gələn siqnal davamlılığı avadanlıq açıldığı zaman 
yoxlanılır. Strimerlər açıldıqdan və  məsafələr yoxlandıqdan və  təsdiq olunduqdan sonra hər 
dəfə biri olmaq şərti ilə pnevmotop yarım-massivi açılır.  
 
 
 
 
 
 
 
 
 
 
 


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
 
AETC/P140167_Rev03  
37
 
 
5.  ƏTRAF MÜHİTİN TƏSVİRİ 
5.1  Fiziki və kimyəvi mühit 
5.1.1  Meteorologiya və okeanoqrafiya 
Kontrakt Sahəsi cənubi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Xəzər dənizi 
dünyada orta eni 326 km olmaqla, şimaldan cənuba doğru 1174 km-lik ərazini əhatə edən ən 
böyük daxili dənizdir. Xəzər dənizinin ümumi sahəsi 375 000 km
2
 və su həcmi 78 700 km
3
-
dir. Dəniz cənubdan  İranla, qərbdən Azərbaycan və Rusiya ilə, və  şimaldan və  şərqdən 
Qazaxıstan və Türkmənistanla həmsərhəddir.  Şəkil 5.1-də  Cənubi Xəzər regionu mühitində 
Şəfəq Asiman seysmik tədqiqat sahəsi göstərilir. 
Xəzər dənizinin əsas fərqləndirici xüsusiyyətləri onun dünya okeanından təcrid olunması    və 
qitədaxili vəziyyətidir. Hidroloji strukturlar əsasən bütün hövzə və dəniz üzərində hərəkətdə 
olan atmosfer prosesləri ilə formalaşır. Bu atmosfer prosesləri Avropa/Asiya torpaq 
kütləsinin, eləcə də, sahil relyefi kimi yerli amillərin təsiri altındadır. Xəzər dənizinin iqlimi 
və hidroloji strukturu Şəkil 5.2-də olduğu kimi təqdim edilir. Aşağıdakı meteoroloji 
informasiya əvvəlki materialların nəzərdən keçirilməsi və Kontrakt Sahəsinin 92 km qərbində 
yerləşən Neftçala meteoroloji stansiyasının sahilə  ən yaxın məntəqəsindən toplanan uzun 
müddətli məlumatlara əsaslanır.  
Xəzər hövzəsi  
Xəzər dənizi dərin kontinental çökəklikdə yerləşir. O, təxminən 35˚- 60˚Ş en dairəsi və 30˚- 
60˚Şq uzunluğu arasındakı  ərazini tutan, Avropada ən böyük suyığıcı hövzədən qidalanır. 
Xəzərin hazırda dünya okeanı ilə heç bir birləşməsi və ya cari suaxarı olmadığından, çayların 
ümumi daxil olan axını dənizin su balansının əsas artan hissəsidir. Bir neçə böyük və çoxsaylı 
kiçik çaylar Xəzər dənizinə tökülür; onların birlikdə sayı 130-dan artıqdır. Suyığıcı hövzə 
3,66 milyon km
2
 sahəni tutur, və suyığıcı sahələr və  dəniz arasında nisbət 1:10-dur. Əsas 
daxil olan axın sistemi suyığıcı sahəsi ümumi suyığıcı sahənin 40%-ni təşkil etməklə 
1,38 milyon km
2
 olan Volqa çayıdır (Ferronski, V.İ. və digərləri, 1995).


BP Azərbaycan
                                                                                                                                                                                                                             
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
                                                                                                                                                                                                                             
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
38
 
 
 
 
Şəkil 5.1.    Şəfəq Asiman dəniz blokunun 3Ö seysmik tədqiqat sahəsi
Bakı 
Səngəçal 
Qarasu 
Şirvan 
Kür çayı 
Salyan 
Ələt 
Lənkəran 
Şəfəq-Asiman 
3Ö Seysmik 
Tədqiqat Sahəsi  


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
39 
 
 
 
Dəniz səviyyəsi 
Dənizin səviyyəsi iqlim, tektonik və insan amillərinin çox məhdud birləşməsi ilə geoloji, 
tarixi və son dövrlərdə əhəmiyyətli dərəcədə artıb-azalmışdır. (Rodinov, 1994; Kronenberq və 
digərləri., 2000, Mamayev, 2002). Xəzərin su səviyyəsi hal-hazırda okeanın su səviyyəsindən 
26 m aşağıdır (Arpe, 2007). 1929-cu ildən 1977-ci ilə qədər dəniz səviyyəsi təxminən -26m-lə 
–29m arasında dəyişmişdir (Kosarev və Yablonskaya, 1994). Bu son 400-500-cü illərdə 
müşahidə edilmiş ən aşağı səviyyə olmuşdur. 1978-ci ildə sürətli yüksəlmə başlamış və 1994-
cü ildə səviyyə təxminən -27.0 m-ə çatmışdır. 1995-ci ildən 2001-ci ilə qədər yenidən indiki 
səviyyəsinə yüksəlməzdən əvvəl dəniz səviyyəsində cüzi reqressiya müşahidə edilmişdir. 
Külək rejimi 
Xəzər dənizi üzərində küləyin xüsusiyyətləri atmosfer dövranı  və yerli termal vəziyyətin 
geniş miqyaslı  təsiri ilə müəyyən edilir. Küləyin vəziyyətinə  Xəzər dənizinin  şimal-cənub 
istiqamətində səmtləşməsi, eləcə də, sahil xəttinin fiziki və coğrafi vəziyyəti təsir edir. 
Cənub-qərbi Xəzərdə hakim küləklər (yəni, vaxtın 50%-dən daha artıq müddətdə mövcud 
olan)  şimaldan və  şimal-şərq istiqamətindən daxil olur. Güclü küləklər və  fırtınalar ilin 
istənilən vaxtında baş verə bilər, lakin daha çox qış aylarında daha çox müşahidə edilir, 
fırtınalı küləklər sürəti > 15 m s
-1
 olmaqla ən çox Abşeron yarımadasında baş verir. Cənub-
qərbi sahillər küləklərin təsirinə daha az məruz qalır və burada ən güclü küləklə  qışda və 
yayın ortasında müşahidə edilir. 
Hava temperaturu rejimi 
Hava temperaturları  Xəzər regionunda əhəmiyyətli dərəcədə mövsümi dəyişkənlikləri 
göstərir. Kosarev və Yablonskayanın (1994) verdiyi məlumata görə, Xəzər üçün orta hava 
temperaturları yay ərzində  səciyyəvi olaraq 25.5˚C-yə yüksəlir və  qışda təxminən 0˚C-yə 
düşür. 1988-ci ildən 1997-ci ilə qədər Neftçala meteoroloji stansiyasında 10 il ərzində qeydə 
alınmış hava temperaturu məlumatları  Xəzərin cənub-qərb sahili boyunca orta illik 
temperaturun 14.9˚C olduğunu göstərir, bu 10 il müddətində orta maksimum 35.3˚C və orta 
minimum -3.9˚C olmuşdur. 
Yağıntı və buxarlanma 
Abşeron yarımadasının yaxınlığında illik yağıntı  səviyyələri səciyyəvi olaraq aşağıdır, 
təxminən 200 - 300 mm, ən çox yağıntı qış aylarında baş verir. 1988-ci ildən 1997-ci ilə qədər 
10 il ərzində Neftçala meteoroloji stansiyasında qeydə alınmış yağıntı  məlumatları  Xəzərin 
cənub-qərb sahili boyunca orta illik yağıntının təxminən 229 mm/il olduğunu göstərir. Ən çox 
yağıntı  məlumatları oktyabr-aprel aylarında, illik yağıntının 80%-dən çoxunun yağdığı vaxt 
müşahidə edilir. 
Su balansı nöqteyi-nəzərindən buxarlanma Xəzər hövzəsində daha mühüm prosesdir, bu 
proses ildə orta hesabla təxminən 1 m suyun buxarlanması ilə müşahidə edilir (Kosarev və 
Yablonskaya, 1994).  Yağıntı  və buxarlanma arasında çpartlayışmazlıq Xəzər dənizinə 
çayların axını ilə dolur. 
Görünüş 
Xəzərin cənub-qərbində rütubətlə doymuş hava kütlələri qış aylarında dumanlı hava şəraitinə 
səbəb olur. Bu kimi vəziyyət ilin təxminən 10%-i, əsasən oktyabr və may ayları arasında baş 
verir (Kosarev və Yablonskaya, 1994). 
Su temperaturu rejimi 
Şimali və cənubi Xəzər arasında fərqli iqlim şəraiti dəniz səthinin temperaturunda böyük en 
dairəsi dəyişkənliklərinə səbəb olur. Şimal-cənub müxtəlifliyi əsasən qış vaxtı su sütununun 
üst 10 metrinin temperaturu şimalda 0˚C ilə  cənubda 10˚C arasında dəyişdikdə daha çox 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə